Azərbaycan
Respublikası
Təhsil Nazirliyi
BAKI DÖVLƏT
UNİVERSİTETİ
ƏMR
__________№__________
Bakı şəhəri
|
Məzmunu: Virtual Beynəlxalq Elmi Araşdırma Mərkəzinin yaradılması haqqında
|
Xarici ölkələrdə yaşayan bir sıra alimlər tərəfindən Azərbaycandan kənarda yaşayan elm adamlarını ölkəyə tanıtmaq, onlara BDU ilə əməkdaşlıq imkanları yaratmaq və onların vasitəsi ilə Azərbaycan həqiqətlərini və Azərbaycan Elmini Dünyaya çatdırmaq məqsədi ilə BDU-nun nəzdində virtual Beynəlxalq Elmi Araşdırma Mərkəzinin (BEAM) yaradılması təklifi verilmişdir. Bu məsələ BDU Elmi Şurasının 13 dekabr 2013-cü il tarixli iclasında müzakirə edilmiş, belə bir Mərkəzin yaradılması və Azərbaycandan kənarda yaşayan elm adamlarının öz arzuları əsasında həmin Mərkəzdə virtual olaraq (ştatdankənar) işə qəbul edilməsi məqsədəuyğun hesab edilmişdir. BDU Elmi Şurasının tövsiyyəsi əsasında BDU-nun internet səhifəsində bu barədə elan verilmiş və artıq xaricdə yaşayan bir neçə elm adamından həmin Mərkəzdə virtual işə qəbul edilmələri barədə təkliflər alınmışdır.
Yuxarıda qeyd edilənləri və BDU Elmi Şurasının 13 dekabr 2013-cü il tarixli iclasının qərarını nəzərə alaraq
ƏMR EDİRƏM
-
BDU-nun nəzdində virtual Beynəlxalq Elmi Araşdırma Mərkəzi (BEAM) yaradılsın.
-
BEAM-ın Əsasnaməsi təsdiq edilsin.
-
BDU-nun saytında BEAM-ın xüsusi web-səhifəsi açılsın. Bu səhifədə BEAM-ın fəaliyyəti, üzvləri və həyata keçirdiyi tədbirlər haqqında məlumatlar verilsin.
-
BEAM-ın Əsasnaməsinə uyğun olaraq nəzərdə tutulsun ki:
- BEAM üzvləri ictimai və beynəlxalq təşkilatlarda, kütləvi informasiya vasitələrində, o cümlədən digər xarici elm və təhsil müəssisələri və ayrı-ayrı vətəndaşlarla əlaqədə BDU-nun maraqlarını təmsil edir;
- BEAM üzvləri BDU-da daimi işlə təmin olunmaq arzularını bildirdikdə bu məsələyə növbədənkənar baxılır və müsabiqə zamanı BEAM üzvlərinə üstünlük verilir;
- BEAM üzvləri beynəlxalq elmi konfranslarda və simpoziumlarda BDU adından iştirak etmək və beynəlxalq tədbirlərdə BDU-nu ştatda olan işçilərlə bərabər hüquqda təmsil etmək səlahiyyətinə malikdir.
- BEAM üzvləri BDU adından impact faktorlu jurnllarda çap etdirdiyi məqalələrə görə mövcud qaydada mükafatlandırıla bilər.
Əsas: Rektorun, Elm və innovasiyalar üzrə prorektorun dərkənarları ilə Elm və innovasiyalar üzrə prorektorun təqdimatı.
R E K T O R akademik A.M.MƏHƏRRƏMOV
Layihəni hazırlayıb: Razılaşdırılıb:
Elmi Tədqiqat hissəsini rəisi
______________dos.İ.M.Əfəndiyeva
|
|
Elm və innovasiyalar üzrə prorektor _____________ prof.A.H.Kazımzadə
Baş hüquqşünas ______________T.M.Sadıxov
|
Bakı Dövlət Universitetinin rektoru
akademik A.M.MƏHƏRRƏMOVA
TƏQDİMAT
Xarici ölkələrdə yaşayan bir sıra alimlər tərəfindən Azərbaycandan kənarda yaşayan elm adamlarını Azərbaycana tanıtmaq, onlara BDU ilə əməkdaşlıq imkanları yaratmaq və onların vasitəsi ilə Azərbaycan həqiqətlərini və Azərbaycan Elmini Dünyaya çatdırmaq məqsədi ilə BDU-nun nəzdində virtual Beynəlxalq Elmi Araşdırma Mərkəzinin (BEAM) yaradılması təklifi verilmişdir. Bu məsələ BDU Elmi Şurasının 13 dekabr 2013-cü il tarixli iclasında müzakirə edilmiş, belə bir Mərkəzin yaradılması və Azərbaycandan kənarda yaşayan elm adamlarının öz arzuları əsasında həmin Mərkəzdə virtual olaraq (ştatdankənar) işə qəbul edilməsi məqsədəuyğun hesab edilmişdir. BDU Elmi Şurasının tövsiyyəsi əsasında BDU-nun internet səhifəsində bu barədə elan verilmiş və artıq xaricdə yaşayan bir neçə elm adamından həmin Mərkəzdə virtual işə qəbul edilmələri barədə təkliflər alınmışdır.
Yuxarıda qeyd edilənləri və BDU Elmi Şurasının 13 dekabr 2013-cü il tarixli iclasının qərarını nəzərə alaraq BDU-nun nəzdində virtual Beynəlxalq Elmi Araşdırma Mərkəzinin (BEAM) yaradılması haqqında müvafiq sərəncam verməyinizi Sizdən xahiş edirəm.
Hörmətlə,
Elm və innovasiyalar üzrə prorektor prof.A.H.Kazımzadə
BDU ELMI ŞURASININ 13 DEKABR 2013-CÜ IL TARIXLI ICLAS PROTOKOLUNDAN
ÇIXARIŞ
İştirak edirdi: 87 Şura üzvündən 79 nəfər
Gündəlik məsələlər: BDU-nun Himayədarlar Şurasının yaradılması haqqında
Eşidildi: Elm və innovasiyalar üzrə prorektor prof.A.H.Kazımzadə çıxış edərək bildirdi ki, xarici ölkələrdə yaşayan bir sıra alimlər tərəfindən Azərbaycandan kənarda yaşayan elm adamlarını Azərbaycana tanıtmaq, onlara BDU ilə əməkdaşlıq imkanları yaratmaq və onların vasitəsi ilə Azərbaycan həqiqətlərini və Azərbaycan Elmini Dünyaya çatdırmaq məqsədi ilə BDU-nun nəzdində virtual Beynəlxalq Elmi Araşdırma Mərkəzinin (BEAM) yaradılması təklifi verilmişdir. Bu məsələ BDU Elmi Şurasında müzakirəyə çıxarılır. Çıxış edənlər belə bir Mərkəzin yaradılmasını və təklifin səsə qoyulmasını məqsədəuyğun hesab etdilər. Təklif səsə qoyuldu və yekdilliklə qəbul edildi.
Qərar: BDU-nun nəzdində virtual Beynəlxalq Elmi Araşdırma Mərkəzinin (BEAM) yaradılması məqsədəuyğun hesab edilsin.
Elmu Şuranın sədri: akademik A.M.MƏHƏRRƏMOV
Elmi Şuranın katibi: prof.E.M.QURBANOV
Dostları ilə paylaş: |