Əvvəllər müvafiq vəzifədə işləyən işçinin məhkəmə yolu ilə işə bərpa edilməsi ilə əlaqədar işçi ilə bağlanmış əmək müqaviləsinə xitam verilməsi barədə əmrin nümunəsi
. §1
Aslanlı Aslan Cavanşir oğlu- məktəbin təsərrüfat işləri üzrə direktor müavini ilə bağlanmış əmək müqaviləsinə əvvəllər bu vəzifədə işləmiş işçisinin işə bərpa edilməsi barədə Azərbaycan Respublikası Nəsimi rayon məhkəməsinin qanuni qüvvəyə minmiş qətnaməsi olduğuna görə Əmək Məcəlləsinin 74-cü maddəsinin“b”bəndinə əsasən 5.01.2016-cı il tarixdən xitam verilsin.
.§ 2
Turablı Toğrul Turan oğlu-məktəbin sabiq təsərrüfat işləri üzrə direktor müavini Azərbaycan Respublikası Nəsimi rayon məhkəməsinin 28.12.2015-ci il, 100 nömrəli qətnaməsinə əsasən əvvəlki vəzifəsinə bərpa edilsin.
§ 3
T.Turablıya işdən azad edildiyi _______tarixdən vəzifəyə bərpa edildiyi müddətədək məcburi iş buraxmaya görə əməkhaqqı ödənilsin.
Əsas: Azərbaycan Respublikası Nəsimi rayon məhkəməsinin 28.12.2015-ci tarixli, 100 nömrəli qətnaməsi (qərarı), Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 74-cü maddəsinin “b” bəndi.