R E F E R A T I
Buraxılış işi giriş, 3 bölmədən, 43 səhifədən, 6 şəkildən ibarət olmaqla aşağıdakı məsələləri əhətə edir:
«GEYİMİN ƏMƏLƏ GƏLMƏ ŞƏRAİTİ VƏ İNKİŞAFI» adlı I Bölmədə – geyim tarixinin aspektləri, modanın yaranmasının konseptual əsasları, Avropanın ilk modelyerləri və geyim dizaynında əsas yer tutan konseptual istiqamətlər araşdırılmışdır.
«XX YÜZİLLİKDƏ DƏB SAHƏSİNDƏ BAŞ VERƏN DƏYİŞİKLİKLƏR» adlı II Bölmədə – 20-ci yüzillikdə müharibə dövründə dəbin xüsusiyyətləri, 20-ci yüzilliyin II yarısında dəb aləminin dominant konseptual istiqamətləri və modelyerlərin fəaliyyəti işıqlandırılmışdır.
«XX YÜZİLLİKDƏ MODA SƏNAYESİ» adlı III Bölmədə – XX əsr dəb sənayesinin mexanizmi, konseptual dəb xətlərinin əsasını yaradan üslub ikonaları və tendensiyalar açıqlanmışdır.
Buraxılış işi nəticə və təkliflərlə və istfadə edilmiş ədəbiyyat ilə tamamlanır. Müasir tələblərə cavab verən buraxılış işindən moda sahəsində çalışan mütəxəssislər istifadə edə bilərlər.
Dostları ilə paylaş: |