Əmtəə birjasının fəaliyyətinə xüsusi razılığın (lisenziyanın) verilməsi üçün müraciətin və sənədlərin qəbulu haqqında inzibati reqlament



Yüklə 54.92 Kb.
tarix16.06.2018
ölçüsü54.92 Kb.

Azərbaycan Respublikası İqtisadi İnkişaf

Nazirliyinin kollegiyasının 2012-ci il 30 iyul

tarixli, 04 nömrəli Qərarı ilə təsdiq edilmişdir

1 nömrəli əlavə


Əmtəə birjasının fəaliyyətinə xüsusi razılığın (lisenziyanın) verilməsi üçün müraciətin və sənədlərin qəbulu haqqında inzibati reqlament [1]

 

1. Ümumi müddəalar

 

1.1. Elektron xidmətin adı: əmtəə birjasının fəaliyyətinə xüsusi razılığın (lisenziyanın) verilməsi üçün müraciətin və sənədlərin qəbulu.[2]



1.2. Elektron xidmətin məzmunu: bu xidmət İqtisadiyyat və Sənaye Nazirliyi tərəfindən hüquqi şəxslərə əmtəə birjası fəaliyyətinə xüsusi razılıq (lisenziya) verilməsi ilə bağlı elektron xidmət qaydalarını müəyyən edir.[3]

1.3. Elektron xidmətin göstərilməsinin hüquqi əsası:

1.3.1. “Əmtəə birjası haqqında” Azərbaycan Respublikası Qanununun 9-cu maddəsi;

1.3.2. “Bəzi fəaliyyət növlərinə xüsusi razılıq (lisenziya) verilməsi qaydalarının təkmilləşdirilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2002-ci il 2 sentyabr tarixli, 782 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasında bəzi fəaliyyət növlərinə xüsusi razılıq (lisenziya) verilməsi haqqında Qaydalar”;

1.3.3. “Bəzi fəaliyyət növlərinə xüsusi razılıq (lisenziya) verilməsi qaydalarının təkmilləşdirilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2002-ci il 2 sentyabr tarixli, 782 nömrəli Fərmanı ilə təsdiq edilmiş Əlavə 2 “Xüsusi razılıq (lisenziya) tələb olunan fəaliyyət növlərinin siyahısı və həmin fəaliyyət növlərinə xüsusi razılıq (lisenziya) verilməsinə görə ödənilən dövlət rüsumunun məbləğləri”nin 23-cü hissəsi;

1.3.4. “Dövlət orqanlarının elektron xidmətlər göstərməsinin təşkili sahəsində bəzi tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin 2011-ci il 23 may tarixli,


429 nömrəli Fərmanının 1-ci və 2-ci hissələri;

1.3.5. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2002-ci il 7 noyabr tarixli, 174 nömrəli Qərarı ilə təsdiq edilmiş “Fəaliyyət növlərinin xüsusiyyətindən asılı olaraq xüsusi razılıq (lisenziya) verilməsi üçün tələb olunan əlavə Şərtlər”in 16-cı hissəsi;

1.3.6. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2011-ci il 24 noyabr tarixli,
191 nömrəli qərarı ilə təsdiq edilmiş 2 nömrəli əlavə - “Elektron xidmət növlərinin Siyahısı”nın
6.4-cü bəndi.[4]

1.4. Elektron xidməti göstərən dövlət qurumunun adı: Azərbaycan Respublikasının İqtisadiyyat və Sənaye Nazirliyi.

1.5. Elektron xidmətin digər icraçıları: yoxdur.

1.6. Elektron xidmətin avtomatlaşdırılma səviyyəsi: qismən avtomatlaşdırılmışdır.[5]

1.7. Elektron xidmətin icra müddəti: 15 gün.

1.8. Elektron xidmətin göstərilməsinin nəticəsi: əmtəə birjası fəaliyyətinə xüsusi razılıq (lisenziya) verilməsi.

 

2. Elektron xidmətin göstərilməsinin həyata keçirilməsi

 

2.1. Elektron xidmətin növü: interaktiv.



2.2. Elektron xidmət üzrə ödəniş: ödənişli:

“Bəzi fəaliyyət növlərinə xüsusi razılıq (lisenziya) verilməsi qaydalarının təkmilləşdirilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2002-ci il 2 sentyabr tarixli, 782 nömrəli Fərmanı ilə təsdiq edilmiş Əlavə 2 “Xüsusi razılıq (lisenziya) tələb olunan fəaliyyət növlərinin siyahısı və həmin fəaliyyət növlərinə xüsusi razılıq (lisenziya) verilməsinə görə ödənilən dövlət rüsumunun məbləğləri”nin 23-cü hissəsinə əsasən 11000 (on bir min) manat təşkil edir.

Xüsusi razılıq (lisenziya) verilməsinə görə dövlət rüsumunun ödənilməsi üçün hesab:

Bank rekvizitləri: Dövlət Xəzinədarlıq Agentliyi

Bakı şəhər Vergilər Departamenti

VÖEN: 1400305751

SWİKT: CTREAZ22

KOD: 210005

Müxbir hesab: 0132033003944

VÖEN (bank) 14011555071

Hesablaşma hesab: 2117131

Köçürülən məbləğ:

Rəqəmlə                   11000 (AZN)

Yazı ilə                     on bir min manat.

2.3. Elektron xidmətin istifadəçiləri: hüquqi şəxslər.

2.4. Elektron xidmətin təqdim olunma yeri: http://economy.gov.az/e-xidmetler.

2.5. Elektron xidmət barədə məlumatlandırma: http://economy.gov.az/e-xidmetler, office@economy.gov.az, telefon: 012 493-88-67, faks: 012 492-58-95, sorğu mərkəzi: 195-2.

2.6. Elektron xidmətin göstərilməsi üçün tələb olunan sənədlər və onların təqdim olunma forması: elektron xidmətin göstərilməsi üçün tələb olunan sənədlər aşağıdakılardır və onların skan edilmiş surəti elektron formada təqdim olunur:

2.6.1. lisenziyanın alınması üçün ərizə (reqlamentə əlavə olunur);

2.6.2. ərizəçinin vergi orqanları tərəfindən uçota alınması haqqında müvafiq sənəd;

2.6.3. hüquqi şəxsin dövlət qeydiyyatı haqqında şəhadətnamə;

2.6.4. ərizədə qeyd olunan obyektlərin hər biri üçün ərizəçinin istifadə hüququnu (mülkiyyət hüququ, icarə, istifadə və s. əsasları) təsdiq edən sənəd;

2.6.5. lisenziya almaq üçün dövlət rüsumunun ödənildiyini təsdiq edən sənədin (lisenziya verilməsindən imtina edilmədikdə təqdim edilir);

2.6.6. birjanın təsisçilərinin ümumi yığıncağında qəbul olunmuş və möhürlə təsdiq edilmiş birja ticarəti qaydaları;

2.6.7. əmtəə birjasının nizamnaməsi.

 

3. Elektron xidmətin göstərilməsi üçün inzibati prosedurlar

 

3.1. Elektron xidmət üçün sorğu:



3.1.1. sorğunun formalaşdırılması: ərizə forması elektron xidmətin təqdim edildiyi internet ünvanından (http://economy.gov.az/e-xidmetler) yüklənərək doldurulur və istifadəçi tərəfindən bu reqlamentin 2.6-cı bəndində tələb olunan sənədlərin surətləri ilə birlikdə təqdim edilir;

3.1.2. sorğunun qəbulu: sorğu http://economy.gov.az/e-xidmetler internet səhifəsinə daxil olduğu gün qeydiyyata alınır. Sorğunun qəbul edilməsi və sonrakı icrası ilə bağlı istifadəçiyə bildiriş göndərilir.

3.2. Elektron xidmətin göstərilməsi və ya imtina edilməsi:

3.2.1. birjanın təsis sənədləri və birja ticarət qaydaları “Əmtəə birjası haqqında” Azərbaycan Respublikası Qanununun tələblərinə uyğun gəlmədikdə sorğunun yerinə yetirilməsindən imtina olunur. Xüsusi razılıq (lisenziya) verilməsindən imtina edildikdə, bu barədə ərizəçiyə əsaslandırılmış yazılı məlumat verilir;

3.2.2. imtina üçün əsaslar olmadıqda xüsusi razılıq (lisenziya) verilməsi haqqında qərar qəbul olunur.

3.3. Sorğunun icrası:

3.3.1. sorğu qəbul edildikdən sonra Azərbaycan Respublikası Prezidentinin 2003-cü il 27 sentyabr tarixli, 935 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Dövlət hakimiyyəti orqanlarında, idarə, təşkilat və müəssisələrində kargüzarlığın aparılmasına dair Təlimat”a uyğun olaraq qeydiyyata alınır və məsul şöbəyə icra edilməsi üçün göndərilir;

3.3.2. məsul şöbədə sorğuya və ona əlavə edilən sənədlərə baxılır, aradan qaldırılması mümkün olan və imtina üçün əsas olmayan çatışmazlıqlar aşkar edildikdə bu barədə ərizəçiyə 5 gündən gec olmayaraq yazılı məlumat verilir. Onlar aradan qaldırıldıqdan və təkrar sorğu ilə müraciət edildikdən sonra onlara 5 gün müddətində baxılır və müvafiq qərar qəbul edilir;

3.3.3. çatışmazlıqlar və ya imtina üçün əsas olmadıqda, xüsusi razılıq (lisenziya) verilməsi haqqında qərar qəbul edilir. Xüsusi razılığın (lisenziyanın) verilməsi haqqında qərar qəbul edildikdən sonra istifadəçi lisenziya verilməsinə görə dövlət rüsumunun ödənildiyini təsdiq edən sənədi təqdim edir. Bundan sonra xüsusi razılıq (lisenziya) blankı rəsmiləşdirilərək istifadəçiyə birbaşa təqdim olunması və ya poçt rabitəsi vasitəsilə göndərilməsi yolu ilə verilir.

3.4. Elektron xidmətin yerinə yetirilməsinə nəzarət:

3.4.1. nəzarət forması: elektron kargüzarlıq;

3.4.2. nəzarət qaydası: Azərbaycan Respublikası Prezidentinin 2003-cü il 27 sentyabr tarixli, 935 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Dövlət hakimiyyəti orqanlarında, idarə, təşkilat və müəssisələrində kargüzarlığın aparılmasına dair Təlimat”la müəyyən edilmiş qaydada.

3.5. Elektron xidmətin göstərilməsi üzrə mübahisələr:

3.5.1. istifadəçilər xüsusi razılığın (lisenziyanın) verilməsinə dair qəbul edilmiş qərarlardan və vəzifəli şəxslərin hərəkətlərindən inzibati qaydada və (və ya) məhkəməyə şikayət edə bilərlər;

3.5.2. şikayət ərizəsi “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun
74-cü maddəsinə uyğun olmalıdır;

3.5.3. şikayətə “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun


78-ci maddəsində müəyyən olunmuş müddətdə baxılır.

 

 



 

 

Hüquqi şəxsin blankında

 

Azərbaycan Respublikasının



İqtisadiyyat və Sənaye Nazirliyinə

 

Azərbaycan Respublikası Prezidentinin 2002-ci il 2 sentyabr tarixli, 782 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasında bəzi fəaliyyət növlərinə xüsusi razılıq (lisenziya) verilməsi haqqında Qaydalar”a uyğun olaraq əmtəə birjasının fəaliyyətinə xüsusi razılıq (lisenziya)lisenziya verilməsi üçün

 

Ə R İ Z Ə



________________________________________________________________________________________

(istifadəçinin tam adı)

________________________________________________________________________________________

(rəhbərin vəzifəsi, adı və soyadı)

 

Təşkilati-hüquqi forması : ____________________________________________________________



      Hüquqi ünvanı: ___________________________________________________________________

      Fəaliyyət ünvanı: _________________________________________________________________

      Fəaliyyət növü:     Əmtəə birjasının fəaliyyətinə

 

       Hesablaşma hesabının nömrəsi: _________________________________________________



       Bankın adı: _______________________________________________________________________

       Tel:    ______________________

       Faks:  ______________________

 

      Əlavə olunan sənədlər:



1. hüquqi şəxsin dövlət qeydiyyatı haqqında şəhadətnamənin surəti;

2. ərizəçinin vergi orqanları tərəfindən uçota alınması haqqında müvafiq sənədin surəti;

3. ərizədə qeyd olunan obyektlərin hər biri üçün ərizəçinin istifadə hüququnu (mülkiyyət hüququ, icarə, istifadə və s. əsasları) təsdiq edən sənədin surəti;

4. xüsusi razılıq (lisenziya) almaq üçün dövlət rüsumunun ödənildiyini təsdiq edən sənədin surəti (lisenziya verilməsindən imtina edilmədikdə təqdim edilir);

5. birjanın təsisçilərinin ümumi yığıncağında qəbul olunmuş və möhürlə təsdiq edilmiş birja ticarəti qaydaları.

6. əmtəə birjasının nizamnaməsinin surəti.

 

       Təqdim olunan məlumatların həqiqiliyini təsdiq edirik.



 

          ________________________                             ___________________________________

              (istifadəçinin imzası)                                                 (rəhbərin  adı, soyadı)

 

« ____ » ____________ 20 __



 


İSTİFADƏ OLUNMUŞ MƏNBƏ SƏNƏDLƏRİNİN SİYAHISI

 

1.       17 aprel 2013-cü il tarixli 06 nömrəli Azərbaycan Respublikası İqtisadi İnkişaf Nazirliyi Kollegiyasının Qərarı (Hüquqi Aktların Dövlət Reyestrinin qeydiyyat nömrəsi 15201304170006, Hüquqi Aktların Dövlət Reyestrinə daxil edildiyi tarix 26 aprel 2013-cü il)



2.       17 aprel 2013-cü il tarixli 07 nömrəli Azərbaycan Respublikası İqtisadi İnkişaf Nazirliyi Kollegiyasının Qərarı (Hüquqi Aktların Dövlət Reyestrinin qeydiyyat nömrəsi 15201304170007, Hüquqi Aktların Dövlət Reyestrinə daxil edildiyi tarix 26 aprel 2013-cü il)

3.       20 iyul 2013-cü il tarixli 10 nömrəli Azərbaycan Respublikası İqtisadi İnkişaf Nazirliyi Kollegiyasının Qərarı (Hüquqi Aktların Dövlət Reyestrinin qeydiyyat nömrəsi 15201307200010, Hüquqi Aktların Dövlət Reyestrinə daxil edildiyi tarix 07 avqust 2013-cü il)

4.       15 iyul 2014-cü il tarixli 4 nömrəli Azərbaycan Respublikası İqtisadiyyat və Sənaye Nazirliyi Kollegiyasının Qərarı (Hüquqi Aktların Dövlət Reyestrinin qeydiyyat nömrəsi 15201407150004, Hüquqi Aktların Dövlət Reyestrinə daxil edildiyi tarix 25 iyul 2014-cü il)

 

 



QƏRARA EDİLMİŞ DƏYİŞİKLİK VƏ ƏLAVƏLƏRİN SİYAHISI

 


 [1] 20 iyul 2013-cü il tarixli 10 nömrəli Azərbaycan Respublikası İqtisadi İnkişaf Nazirliyi Kollegiyasının Qərarı (Hüquqi Aktların Dövlət Reyestrinin qeydiyyat nömrəsi 15201307200010, Hüquqi Aktların Dövlət Reyestrinə daxil edildiyi tarix 07 avqust 2013-cü il) ilə 1 nömrəli Əlavə – “Azərbaycan Respublikasının İqtisadi İnkişaf Nazirliyi tərəfindən əmtəə birjasının fəaliyyətinə xüsusi razılıq (lisenziya) verilməsi üzrə inzibati reqlament”in adı yeni redaksiyada verilmişdir.

əvvəlki redaksiyada deyilirdi.



Azərbaycan Respublikasının İqtisadi İnkişaf Nazirliyi tərəfindən əmtəə birjasının fəaliyyətinə xüsusi razılıq (lisenziya) verilməsi üzrə inzibati reqlament

 

[2] 20 iyul 2013-cü il tarixli 10 nömrəli Azərbaycan Respublikası İqtisadi İnkişaf Nazirliyi Kollegiyasının Qərarı (Hüquqi Aktların Dövlət Reyestrinin qeydiyyat nömrəsi 15201307200010, Hüquqi Aktların Dövlət Reyestrinə daxil edildiyi tarix 07 avqust 2013-cü il) ilə 1 nömrəli Əlavə – “Azərbaycan Respublikasının İqtisadi İnkişaf Nazirliyi tərəfindən əmtəə birjasının fəaliyyətinə xüsusi razılıq (lisenziya) verilməsi üzrə inzibati reqlament”in 1.1-ci bəndi yeni redaksiyada verilmişdir.



əvvəlki redaksiyada deyilirdi.

1.1. Elektron xidmətin adı: əmtəə birjası fəaliyyətinə xüsusi razılıq (lisenziya) verilməsi.

 

[3] 15 iyul 2014-cü il tarixli 4 nömrəli Azərbaycan Respublikası İqtisadiyyat və Sənaye Nazirliyi Kollegiyasının Qərarı (Hüquqi Aktların Dövlət Reyestrinin qeydiyyat nömrəsi 15201407150004, Hüquqi Aktların Dövlət Reyestrinə daxil edildiyi tarix 25 iyul 2014-cü il) ilə 1.2-ci, 1.4-cü bəndlərdə və həmin reqlamentə əlavə olunmuş ərizə formasında “İqtisadi İnkişaf” sözləri “İqtisadiyyat və Sənaye” sözləri ilə əvəz edilmişdir.



 

[4] 15 iyul 2014-cü il tarixli 4 nömrəli Azərbaycan Respublikası İqtisadiyyat və Sənaye Nazirliyi Kollegiyasının Qərarı (Hüquqi Aktların Dövlət Reyestrinin qeydiyyat nömrəsi 15201407150004, Hüquqi Aktların Dövlət Reyestrinə daxil edildiyi tarix 25 iyul 2014-cü il) ilə 1.3.6-cı yarımbənddə “Elektron xidmət növlərinin Siyahısı”nın 24.4-cü” sözləri “2 nömrəli əlavə - “Elektron xidmət növlərinin Siyahısı”nın 6.4-cü” sözləri ilə əvəz edilmişdir.



 

[5] 15 iyul 2014-cü il tarixli 4 nömrəli Azərbaycan Respublikası İqtisadiyyat və Sənaye Nazirliyi Kollegiyasının Qərarı (Hüquqi Aktların Dövlət Reyestrinin qeydiyyat nömrəsi 15201407150004, Hüquqi Aktların Dövlət Reyestrinə daxil edildiyi tarix 25 iyul 2014-cü il) ilə 1.6-cı bənddə “tam” sözü “qismən” sözü ilə əvəz edilmişdir.

Dostları ilə paylaş:


Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2017
rəhbərliyinə müraciət

    Ana səhifə