öz anasına olan borcunu öz övladını böyütməklə ödəyir, anasına qaytarmaqla yox. Heyvanlarda olan
bu “ötürücü yaxşılıq” insanlarda inkişaf etməyib. Biz yaxşılıq edənə həmin yaxşılığı qaytarmaq istəyirik.
Çünki bizə yaxşılıq edən o yaxşılığın qarşılığını gözləyir. Kiminsə toyuna gedəndə o bizə nə qədər pul
saldırmışdısa biz də o qədər veririk. Kim bizə nə qiymətə hədiyyə alıbsa ona uyğun hədiyyə seçirik. Bəs
hədiyyə verə bilməyənlər nə olur? Yaxşı, olmaz ki yaxşılığı edən hər kəs qarşısındakından xahiş etsin ki, o
da başqa bir adama yaxşılıq etsin? Onda yaxşılıq dairəsi genişlənər və bir insanın ürəyindəki yardımlaşma
hissi bir bir başqalarına ötürülər. O da başqalarına, o da başqalarına. Balaca bir qar topu dağdan aşa-aşa
ətrafına digər qar dənəciklərini birləşdirərdi. Və tez bir zamanda kiçik bir qar dənəciyindən böyük bir
köməkləşmə lavinası yaranardı. Heyvanlardakı kimi. Mən valideynimi atıram ki, övladlarım üçün daha
uyğun bir yer seçim. Və yaxşılığı onlara ötürüm. Onlar da məni atacaqlar ki, daha yaxşı yerlərə getsinlər.
2) İnsanların qanunu.
Uşaq doğmağın 3 mənası var.
Birincisi ən təbii uşaq istəmək hissi ilə bağlıdır.
İkincisi ictimai fikirlə bağlıdır. Ola bilsin ki, uşaq saxlamaq istəmirlər amma camaat nə deyər? Deyərlər ki,
filankəsin ərinin problemi var. Sonsuzdur. Deyərlər ki, arvad boşanmaq istəyir ona görə doğmaq fikri
yoxdur.
Üçüncüsü isə daha eqoist – məni kim saxlayacaq qocalanda? Kim basdıracaq?
O və ya bu məqsədlə uşaq doğulur. Valideynlər onu saxlamağa başlayır. Böyüdürlər. Hələ bir valideyn
görməmişəm ki, uşağına desin - sən mənə heç nə ilə borclu deyilsən. Çünki mən səni doğanda səninlə heç
bir kontrakt imzalamamışam ki, sən mənə nə vaxtsa borc qaytarasan. Nə istəyirsən elə, istəyirsən çıx get,
istəyirsən qal, istəyirsən at özünü yeddinci mərtəbədən. Bu sənin həyatındır.
Bütün valideynlər deyir - Sən bizə borclusan. Sən bizi saxlamalısan çünki biz səni saxlamışıq. Sən bizim
həyatımızın bir parçasısan. Sənə nəsə olsa biz ölərik. Sənə nəsə olsa anan dəli olar. Sənə nəsə olsa atan
özünü öldürər. Baxın bu cümləni bir də yazıram Sənə nəsə olsa biz ölərik. Bu bilirsiniz bizim həyatımızı
nəyə çevirir? Yadınıza salın köhnə Hollivud filmlərini, polis cinayətkarla üz-üzədir. Və cinayətkara qışqırır
- at silahını yerə. Cinayətkarsa deyir - sən at silahını yerə... Biz sənin sevgilini oğurlamışıq bizə nəsə etsən
onu öldürərik. Həmin saniyəyə kimi hamı polisin qalib gələcəyinə inanır. Amma son cümlədən sonra nə baş
verir? Hə, özünüz deyin. Yox, gəlin bir yerdə deyək. Polis silahını yerə qoyur və vəziyyət cinayətkarın
Dostları ilə paylaş: |