Ən dar günümdə də məni tək qoymayan Taylerin xatirəsinə


Müdriklərin pıçıltı ilə dediyini axmaqlar hər addımda bağırır. (OSHO)



Yüklə 1,07 Mb.
Pdf görüntüsü
səhifə15/54
tarix31.12.2021
ölçüsü1,07 Mb.
#112757
1   ...   11   12   13   14   15   16   17   18   ...   54
-kitabyurdu.org--KY0000244

Müdriklərin pıçıltı ilə dediyini axmaqlar hər addımda bağırır. (OSHO) 

 

Qərargah gizli yer idi. Qapısında nə bir yazı vardı, nə bir işarə. Uşaqlar çalışırdılar ki, diqqət cəlb etməsinlər. 

Mən qapını döydüm, az sonra bir oğlan qapını açdı. Məni süzüb dedi: 

- Sən təzə gələnsən? Keç içəri. 

Qərargahda bu dəfə adam az idi. Otaqları bir-bir gəzib Azadı  axtardım. Kinozaldan Aslan məni çağırdı: 

- Eyy Anar, gəl bura yaxşı film var. Baxmaq istəyirsən? Təzəcə başlayıb. 

Kinozal çox rahat bir otaq idi. Rəflərdə müxtəlif DVD-lər vardı, çoxu sənədli filmlər idi. İkinci dünya 

müharibəsindən tutmuş  insanlar üzərində aparılan gizli təcrübələrə qədər. Bütün məxfi və adi vaxt görə 

bilməyəcəyim filmlər burada idi. 

Aslandan başqa otaqda üç nəfər də vardı. Salamlaşdıq. Aslan dedi ki, Azadın işi var axşam gələcək. Amma bir 

azdan Abbas gəlməlidir. Deyəsən maraqlı xəbərləri var. 

Biz filmə baxdıq - Spilberqin ən dramatik filmlərindən biri olan “Şindlerin Siyahısı”na. Sonra bizi nahara 

çağırdılar. Yeməkdən əvvəl uşaqlar əllərini açıb Allaha dua etdilər. Naraha sonra istirahət otağına keçdik. Aslan 

yanımda oturdu: 

- Hə Anar, darıxmırsan ki? 

- Yox, əksinə, çox rahatam. 

- Hə, elə mən də. 2 aydır uşaqlarla tanış olmuşam amma elə bil ki, uşaqlıqdan tanıyıram. 

- 2 ay? Doğrudan? Adam baxanda deyir yəqin uşaqlıq dostlarısız. 

- Hə, çox yaxınıq. Sən də bir-iki günə öyrəşəcəksən. Təzə-təzə mən də sıxılırdım ki, yəqin mənə özgə kimi 

baxırlar. Sonra gördüm elə deyil. Burda hamı bir-birini dinləməyi bacarır. Hər kəs həyatını danışdıqca daha da 

yaxınlaşırıq. Əslində yaxınlıq və ya özgəlik özü də nisbi şeydi axı. Məsələn, ekstremal vəziyyətlər bir günə 

insanları bir-birinə sevdirə də bilər. Ən yaxın dostluq çox vaxt yanğınsöndürənlərdə ya əsgərlərdə olur. Nəyə 

görə? Çünki onlar hər an ölümlə üz-üzə gəlirlər. İnsan isə yalnız ölümlə üzləşdikdə əsl siması üzə çıxır. Adi 

zəlzələ yadındadı da? Olmuşdu ee bir neçə il qabaq. Bax həmin zəlzələdə hamı birləşdi, çox vaxt heç 

salamlaşmayan qonşular bir yerdə oturub çay içirdilər. Ölüm qorxusu  insanları həmişə yaxınlaşdırır. 

Bizi də burda birləşirən elə çətin vəziyyətdir. Buradakı uşaqların hər birinin öz hekayəsi var. Hər bir hekayə də 

faciədir. A isə bizi burada topladı ki, özümüzü tək hiss etməyək. Təsəvvür elə ki, bir universitet binası var, 

amma fakültələri yoxdu. Hamı eyni binaya daxil olur. Bir nəfər tarix dərsini keçmək istəyir, biri ədəbiyyat 

oxumaq istəyir, biri riyaziyyat, o biri fizika. Amma onlar hamısı bir-birinə o qədər qarışıblar ki, heç biri istədiyi 

kimi təhsil ala bilmir. Birdən bir nəfər çıxıb qışqırır: ”Heeyy, riyaziyyatı öyrənmək istəyənlər bura gəlsin”.  Bu, 

bir-birlərinin varlığından xəbəri olmayan bütün riyaziyyatçıları bir yerə yığır. Onlar da rahatca istədikləri elmi 

öyrənirlər. Eləcə də həyatda. Biz hamımız ayrı -ayrı qalmışdıq. Hamımız öz əhatəmizdə darıxırdıq. Hamımız  

sinifdən çıxıb evə gedirdik. Çünki sinif yoldaşlarımızın mobil telefonlar haqda söhbətləri bizə maraqlı deyildi. 

Hamımız elə bilirdik ki, bu planetə səhv olaraq gəlmişik. Biz təkik və bizim kimi yalqız, bezmiş, tənha heç kim 




yoxdu. Amma A bizi birləşdirdi. İndi biz darıxmırıq. İndi bizim öz fikirlərimizi paylaşa biləcək dostlarımız var. 

İstədiyimiz kimi quraşdırılmış evimiz var. Öz musiqimiz, öz kitablarımız, öz filmlərimiz. Burada biz özümüzü 

dərk edirik. Burada biz kim olduğumuzu, bu həyata niyə gəldiyimizi bilmək üçün axtarışlardayıq. Abbas deyir 

ki, biz fərqlilərin birliyiyik. Hər bir kəs burda öz individuallığı ilə seçilir. Məsələn, Abbas özü həmişə 

təşkilatçılıqla məşqul olub. Araz düşdüyü bütün vəziyyətlərdə gülməli bir şey tapacaq. Hətta yaxın bir dəfə 

yasda 5-cə dəqiqədə elə şeylər danışmışdı ki, yasın qalan 2 saatı ancaq camaatın bir birinə lətifə danışmağıyla 

keçmişdi. Hətta ölünün ən yaxın adamları gülməkdən özlərini saxlaya bilmirilər. Bəlkə ölü də cənazənin içində 

gülürdü. Ya Azad. Azadın çox qəribə musiqi zövqü var. O, Rockun ən qəribə tərzlərinə qulaq asırdı. Hərdən 

Skinhedlərin Ska  musiqisini dinləyirdi. Adi cəmiyyət bu cür insanları qəbul edə bilmir. Amma adi cəmiyyət  


Yüklə 1,07 Mb.

Dostları ilə paylaş:
1   ...   11   12   13   14   15   16   17   18   ...   54




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin