Abbas gələndə hamı baş zala keçdi. Deyəsən yaxşı xəbərlə gəlmişdi. Ortaya keçib danışmağa başladı:
- Uşaqlar, indi danışacağım şeydən sonra kim istəsə bu birliyi tərk edib gedə bilər. Əvvəlcə A-nın dediklərini
bir daha təkrarlamaq istəyirəm. Kiçik bir mətn hazırlamışam. Burdan hər şey aydın olacaq. Kim istəsə götürsün.
H.O.S.T
Sənə öyrədilən hər şeyi unut.
Sən qum dənəciyi qədər kiçiksən.
Sən həyatın boyu ölümü düşünmədən yaşayırsan.
Ölüm gələndə isə deyirsən “Mən ki heç yaşamadım”.
100 il sonra isə sənə görə heç kəs ağlamayacaq.
Sənə danışılan heç nəyə inanma.
Sənin beynini uşaq nağılları ilə doldurdular.
Səni inandırdılar ki, bir gün Simurq quşu gələcək və bizi qaranlıq dünyadan xilas edəcək.
Dostları ilə paylaş: