Ən dar günümdə də məni tək qoymayan Taylerin xatirəsinə



Yüklə 1,07 Mb.
Pdf görüntüsü
səhifə2/54
tarix31.12.2021
ölçüsü1,07 Mb.
#112757
1   2   3   4   5   6   7   8   9   ...   54
-kitabyurdu.org--KY0000244

Göydən üç alma düşmədi 

 

Biri var idi, biri yox idi. Qəfəsdə bir quş yaşayırdı. Hər dəfə o qəfəsdən açıq səmaya baxır, 

küləyin səsini dinləyir, o ağacdan bu ağaca uçan quşlara tamaşa edirdi. Yazıq quşcuğazın dərdi 

böyük idi. O da digər quşlar kimi azad, təmiz, sonsuz səmada qanadlarını çırparaq uzaqlara 

uçmaq istəyirdi. Hərdən başqa quşlar qəfəsin yanında qonub ona təəccübə baxırdılar. Onlar 

quşun qəfəsdə necə tək yaşadığını başa düşə bilmirdilər.Yazıq quş isə ağacların budaqlarında 

özünə yuva qurub balalarını böyütmək, yazda çiçəklərin ətrini alıb, payızda gölməçələrdə 

çimmək istəyirdi. Günlərin bir günü quşun sahibi qəfəsin qapısını bağlamağı unudur. Quş 

parlaq səmaya baxır, küləyin səsini dinləyir. Qəfəsin açıq qapısından uçuşan quşlara tamaşa 

edir. Ağaclardakı yuvaları görür, çiçəklərə baxır.Uçsun ya yox? Seçimini etmək istəyir. Elə 

bütün günü bu seçim qarşısında düşünür. Günün sonunda quşun sahibi gəlib qəfəsin açıq 

olduğunu görüb yavaşca qapını bağlayır. 

 

 

 



Həyatımızda elə anlar olur ki, ediləcək seçim bütün taleyimizi dəyişir. Ayseli qaçırtmaqla mən 

həyatımın ən böyük səhvini etdim. Amma Ayseli qaçırtmaqla mən həm də həyatımın ən böyük 

düz seçimini etdim.Yol boyu bir kəlmə də damışmadıq. Axşam düşəndə ocaq qaladım. Hava elə 

də soyuq deyildi. Göyün üzünə o qədər ulduz səpələnmişdi ki, heç bizim estradada o qədər 

ulduz olmazdı. Yenə də Ayseldən gözlərimi çəkə bilmirdim.Mənim yalançı şahzadəm.Təsadüf 

və Taleyim.Bəzən insanlar bir biriləri üçün o qədər yaxın olurlar ki, heç danışmağa da ehtiyac 

qalmır.Amma sükut sonsuz davam edə bilməzdi. Ilk olaraq mən dedim: 

- Soyuq deyil? 

-Yox , soyuq deyil. Olar bir sual verim? 

-Ver. 


- Sən yaxşı insansan? 


Mən bir az duruxdum: 

-Nə bilim vallah, özünə görə hamı yaxşıdı. Amma hələ adam öldürməmişəm. Bilmirəm, bu 

məni yaxşı edir ya yox. Bəs sən? Sən yaxşısan? 

Aysel gözlərini qaçırtdı: 

- Yox, mən yaxşı deyiləm. Mən çox pis adamam. Həmişə başqalarına paxıllıq eləmişəm.Yad 

adamlarla ikiüzlü, doğma adamlarla soyuq olmuşam. Məni bura gətirməklə sən böyük səhv 

elədin. Məni axtarırlar. Tapandan sonra yenidən qızıl qəfəsimə aparacaqlar. Amma səni tapsalar 

öldürə bilərlər. Mən istəmirəm sənə bir şey olsun. Axı mən səni sevmişəm. Sən mənə 

həyatımdakı ilk öpüşü verdin. Mən bu öpüşü uzun illərdi ki, gözləyirdim. Səni ilk baxışdan 

tanıdım. 

- Mən də səni ilk baxışdan tanıdım. Səni həmişə arzularımda, xəyalarımda canlandırırdım. 

Amma sən pis insan deyilsən. Pis insanlar pis olduqlarını demirlər axı. Bəs kim səni axtarır ki? 

Niyə bu qədər qorxursan? 

- Mən kimsəsiz bir qızam.Ən böyük arzum da mahnı oxumaq olub. Yetim qız idim, nə evim 

vardı, nə pulum.Günlərin bir günü qarşıma çox varlı bir adam çıxdı. O mənə sonsuz sevgi və 

xoşbəxt həyat vəd etdi. Mən də sadəlöv uşaq kimi ona inandım. Mənə ev aldı, sonra maşın, 

sonra qızıl. Günlərini işdə gecələrini mənimlə keçirirdi. Söz vermişdi ki, tez bir zamanda 

evlənəcəyik. Mən də axmaq kimi gözləyirdim. Bir gün xəbər tutdum ki, ailəsi var. Ondan 

uzaqlaşmaq istədim, qoymadı. Bakı kimi kiçik bir şəhərdə ondan gizlənmək mümkün deyildi. O 

məni inandırdı ki, ilk ailəsi cavanlıq səhvi olub. Amma o uşaqlarını atasız qoya bilməzdi. Mən 

də yenə ona inanmışdım. Sonra məlum oldu ki, mən tək deyiləm. Onun başqa məşuqələri də 

var. Amma mən heç nə demirdim. Bəlkə öyrəşmişdim, bəlkə pul gözlərimi bağlamışdı, bəlkə 

qorxu. Bir müddət sonra  onun vəziyyəti daha da yaxşılaşdı. İndi onun əlində həm pul , həm də 

hakimiyyət var. İndi o əvvəlkindən daha qəddar və təhlükəlidir. İndi o məni sevdiyinə görə yox, 

həzz aldığına görə yox, sadəcə özününkü hesab etdiyinə görə buraxmaq istəmir. İndi onun 

məşuqələrinin sayı-hesabı yoxdu. Amma bilmirəm belə əyyaş bir adamda bu qeyrət hissi deyim 

ya nə deyim bu hiss hardan əmələ gəlib. O artıq məni rahat buraxa bilər. Amma buraxmır. Mən 

onun oyuncağıyam. Uşaq kimi məni bir kənara atıb. Heç yadına da düşmürəm. Amma kimsə 

məni götürmək istəyən kimi qışqırır ki, əl vurma mənimdir. Deyirəm də, mən pis qızam. Bu da 

mənim vaxtı ilə yolumu azdığıma görə başıma gələn bəladır. Mən elə bilirdim ki, artıq 

həyatımın heç bir mənası yoxdur. Amma səni gördüm. Bilmirəm sənin gücün var ya yox. 

Bilmirəm məni xilas edə bilərsən ya yox. Amma mən səninlə olmaq istəyirəm. 

        Ayselin danışdıqlarından pis olmuşdum.Elə bil  itirilmiş bir dostunu tapırsan və xəbər 

tutursan ki , nə qədər sənə ehtiyacı olub. Amma sən  bilməmisən. Bəlkə mən əvvəllər Ayseli 

görsəydim  heç o alçağın əlinə düşməzdi. Biz bütün gecəni danışdıq. Mən öz ailəmdən 

danışdım, o öz ailəsindən. Arzularımızdan, yuxularımızdan, xoşladığımız filmlərdən tutmuş 

zəhləmiz gedən verilişlərə qədər hər şeydən danışdıq. Çox şeydə zövqlərimiz üst-üstə 

düşürdü.O gecə mənim həyatımda ən gözəl və unudulmaz gecələrdən biri oldu. Biz qucaqlaşıb 

hələ də istisini saxlamış ocaqdan çıxan son qığılcımların səmadakı ulduzlara qarışmasını seyr 

edirdik. Mən bilmirdim nə olacaq. Mən bilmirdim onu necə xilas edəcəm. Bilmirdim hara 

gedəcəyik. Sadəcə onunla olmaq istəyirdim. 

 

Səhər açılanda uzaqdan avtomobil səsi eşitdim. Deyəsən şahzadəni mənim əlimdən 



almağa gəlirdilər. Tez atı minib yola düşdük. Cığır və kəsə yollarla avtomobilləri geridə 

qoymuşduq. Amma dayanmaq olmazdı. Onlar hər an bizə çata bilərdilər.Biz ocaq qalamaqla 

səhv etmişdik. Onlar yəqin ki, gecədən tüstünün izinə düşübmüşlər.Yoxsa bu boyda dağlarda 

bizi tapa bilməzdilər. Yenə də sevinirdim ki, avtomobil yox atla gedirik. Çünki atla elə 

yerlərdən keçirdik ki, oradan heç bir minik vasitəsi keçə bilməzdi. Hərdən Aysel deyirdi ki, 

burax məni. Onlar səni öldürərlər. Amma mən Ayselsiz yaşaya bilməzdim. Həyatımın mənasını 




tapan kimi itirmək istəmirdim. Günün yarısını yollarda keçirdik. Günortadan bir az keçmişdi ki, 

heç gözləmədiyim bir şey baş verdi. SƏRHƏD. Biz sərhədə çatmışdıq.  

 

           Mən hər şeyi düşünmüşdüm.Qarşımıza yırtıcı heyvanların çıxmasından, zəlzələyə qədər. 



Amma yadımdan çıxmışdı ki, bu xaraba dünyada torpaqları bir-birindən ayıran tikanlı sərhədlər 

var. Düzdü, yaxınlıqda əsgər yox idi, amma bizi izləyirdilər. Onlar görünməsələr də 

yaxındaydılar. Ən uzağı 20 dəqiqəyə bizə çata bilərdilər. Çox fikirləşmək olmazdı. Biz sərhədi 

keçməli idik. Atdan düşdük. Heyvanı sığallayıb dedim: “Sən artıq azadsan.Qaç , ürəyin hara 

istəyirsə get”. Sonra biz hündür tikanlı məftillərin arasından ehtiyatla o biri tərəfə keçdik. Dəqiq 

bilmirdim hansı ölkənin sərhədləridir. Amma ya Rusiya ya da Gürcüstan olmalı idi. Belə 

baxanda bilmək olmur axı. Ağaclar eyni, meşələr eyni, dağlar eyni. Ancaq biz gic insanların 

ağlına gələ bilər ki, bu yerlər arasında fərq var. Biri Rusiyadı, biri Azərbaycan.Ya da ki  

Norveç, ya da ki Yunanıstan. İnsanlar niyə özlərini belə çətinə salırdılar? Niyə özlərinə süni 

qəfəslər yaradırdılar? Sərhədlərlə öz yollarını kəsirdilər. Biz dənizdəki balıqlar kimiyik. Allah 

balıqları dənizdə yaratdı, bizi yer üzündə. İndi hər bir balıq istədiyi yerə üzə bilər. Amma biz 

torpaqları çəpərlərə saldıq. Hətta ən axmaq balıqlar belə sonsuz böyük dənizin içində özlərinə 

akvarium düzəldib içinə girməzlər. Bunu yalnız insanlar edə bilər. Təzəcə sərhədi keçmişdik ki, 

avtomobil səsləri eşidilməyə başladı. Sərhəd gözətçiləri hərbi maşınlarda bu tərəfə gəlirdilər. 

Arxadan da Ayselin adamları gəlirdi. Vəziyyətin çıxılmaz olduğunu görüb dedim: 

-Aysel, indi bizə yaxınlaşanlara deyərsən ki, səni güclə qaçırmışam. Onda səni buraxarlar. 

Qayıdarsan öz evinə. Hamı sənə inanar. Amma bilsələr ki, sən mənimlə qaçmısan  sənə hər şey 

edə bilərlər. Canım, sevgilim. Şahzadə, bağışla. 

Bu sözü deyib ona şillə vurdum. O bunu gözləmirdi. Amma başa düşdü, bunu ona görə edirəm 

ki, yalanı inandırıcı olsun. Üzündəki qızartı onun zorla qaçırıldığına zəmanət idi. Əsgərlər 

yaxınlaşırdı. Ayselə dedim ki, ağlasın və əsgərlərə tərəf qaçıb onları qucaqlasın. Aysel bunu 

etmək istəmirdi. Mən onun gözərinin içinə baxıb dedim: 

- Şahzadə, məni düşünmə. Mənə heç nə olmayacaq. Ən uzağı bir illik basarlar dama. Amma 

çıxan kimi mən Bakıya gəlib səni tapacam. İnan mənə, mən səni tapacam. 

 

O ağlayıb əsgərlərə tərəf qaçmağa başladı. Hər şey düşündüyüm kimi oldu. Əsgərlər məni yerə 



yıxıb əllərimi bağladılar. Qaçaqmalçılıqdan tutmuş narkotiklərə qədər bütün şablon sualları 

verdilər. Sonra isə Ayseli axtaran adamlar gəldi. Aysel qaçıb onların yanına getdi və ağlamağa 

davam etdi. Onlar da inandılar. Aysel təhlükədən çıxdı. Əslində mən də təhlükədən 

uzaqlaşmışdım.Türmə hər halda divin adamlarının əlinə düşməkdən daha yaxşı idi. 

 


Yüklə 1,07 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   54




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin