Ən dar günümdə də məni tək qoymayan Taylerin xatirəsinə



Yüklə 1,07 Mb.
Pdf görüntüsü
səhifə28/54
tarix31.12.2021
ölçüsü1,07 Mb.
#112757
1   ...   24   25   26   27   28   29   30   31   ...   54
-kitabyurdu.org--KY0000244

 

 

Bizim arzularımız yoxdu. Bizim hədəflərimiz var. 

Biz tarixin sınma nöqtəsiyik. 

Biz qorxularımızı ümidlərimizin yanında basdırdıq. 

Bizim üçün dəyərli heç nə yoxdur. 

Biz uça bilməyəcəyimizi dərk etmiş körpələrik. 

 

Qasım yeddi il güləşlə məşğul olub. Sonra kikboksinqə yazılıb və Azərbaycan birinciliyini qazana bilib. 

Qasımın günü məşq etməklə keçirdi. Kikboksinqlə bərabər karate və aykido ilə də məşqul olurdu. Qasım 

pəzəvəng idi. Məktəblərində onun qədər cüssəli, sərt, güclü, yekəpər adam yox idi. Bütün sinif onun 

üzərinə düşəndə də hərəsini bir tərəfə tullayırdı. Qasımın atası idman federasiyalarının birinin başçısı idi. 

Ona görə direktor da Qasımdan çəkinirdi. Qasım istədiyi vaxt sinfin qapısını təpiklə açır, müəllimlərə 

hörmətsizlik edir, dostlarını söyür, qızlara söz atırdı. Məktəbdə hamı ondan çəkinirdi. Neçə uşağın ağız-

burnunu partlatmışdı. Neçə oğlanı bütün sinfin qarşısında sürütləmişdi. Onun yanında həmişə yaltaqlar 

olurdu. Ona yaltaqlanmayanlar isə ondan uzaq gəzməyə çalışırdılar. Amma bu gün Qasımın bəxti heç 

gətirməmişdi. Həmişəki kimi sinifdə kimisə lövhəyə çırpıb eşşək kimi təpikləmişdi. İndi də məktəbin 

tualetində əl-üzünü yuyurdu. İndi o özünü qəhrəman kimi hiss edirdi. Bilirdi ki, hamının ondan zəhləsi 

gedir. Amma heç kəs ona bir söz deyə bilməzdi. Bir azdan sinfə girib deyəcəkdi: “Bilirsiniz mən kiməm? 

Mən çempionam. Dağıdaram hamınızı”.  Sonra da qızlara baxıb lovğalanacaqdı. O elə bilirdi ki, qızların 


Yüklə 1,07 Mb.

Dostları ilə paylaş:
1   ...   24   25   26   27   28   29   30   31   ...   54




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin