Ən dar günümdə də məni tək qoymayan Taylerin xatirəsinə



Yüklə 1,07 Mb.
Pdf görüntüsü
səhifə42/54
tarix31.12.2021
ölçüsü1,07 Mb.
#112757
1   ...   38   39   40   41   42   43   44   45   ...   54
-kitabyurdu.org--KY0000244

Bizim üçün zaman donub. 

Biz günahlarınızın cəzasıyıq. 

Bizi cinayətkar adlandıracaqsınız, amma biz sadəcə özümüzü axtarırıq. 

Sizi insanlar adlandırırdıq. 

Amma siz sadəcə insancıqlığınızı gizlədirdiniz. 

 

 

Həmin həftə bu işi bir az da peşəkarlaşdırdıq. Artıq avtomobili fahişəxanadan bir az uzaqda saxlayırıq ki, heç 

kəs maşının nömrəsini görə bilməsin. Çalışırdıq ki, bir gecədə möhürləyəcəyimiz fahişələrin hamısı eyni yerdən 

olsun. Əgər bir gecədə bir neçə pritona getsəydik onda xəbər tez yayılardı amma təsiri az olardı. Bu dəfə biz bir 

avtomobildə 4 qız gətirirdik. Deyirdik ki, evdə ad günüdür dostlarımızın yanına aparırıq. Avtomobilin 

nömrəsinin üzərinə isə xüsusi zərli məhlul tökmüşdük. Adi gözlə heç nə görünmürdü. Amma nömrələrin yanına 

ultrafiolet rəngli kiçik lampalar qoymuşduq. O lampa yananda zərlər parıldayır və nömrədəki rəqəmləri seçmək 

olmurdu. Bu çox effektli üsul idi. Lampa o qədər kiçik idi ki, polislər onu nömrənin qırağında görə bilmirdilər. 

İşığı yandırmaq üçün düymə isə sükanın yanında yerləşirdi. Görəndə ki,  polis gəlir tez o işığı söndürürdük. 



Polisin heç xəbəri də olmurdu ki, bizdə belə bir şey var. Əsas odur ki, fahişələr maşının nömrəsini görməsinlər. 

Bundan başqa Abbas xüsusi bir məhlul vermişdi. Bu məhlul kiçik iynələrin ucuna sürtülürdü. Kimə batsaydı 

həmin adam on dəqiqəlik tərpənə bilmirdi. Fahişələrin üzünü yandıranda biz bundan istifadə edirdik. Onların 

iniltisi bütün aləmi bürüyürdü. Yanmış insan ətinin iyi qədər iyrənc bəlkə heç bir şey ola biləməzdi. Amma 

mənə bu ləzzət eləyirdi. 10-ca günün içində biz bəlkə 100-dən çox fahişəni eybəcər günə salıb 

cəzalandırmışdıq. Onları bu sifətlə heç bir kişi götürməzdi. Bakının ən məhşur qəzetləri bu xəbəriləri yazırdı: 

Bakıda gözlənilməz bir ekstremizm. Fahişə ovuna çıxan kimlərdi? Görəsən onlar hansı xarici təşkilat tərəfindən 

yönləndirilirlər? Bu skinhedlərdi yoxsa  radikal İslamçılar? Bu Vəhabilərdi yoxsa  MTN agentləri? Kütləvi 

zorlama müxalifətçilər tərəfindən edilir yoxsa dövlətin gizli planıdır? 

Bizim haqqımızda isə heç nə yox idi. Çünki biz çox kiçik bir qrup idik. Heç kəs düşünə bilməzdi ki, 60 nəfər 

gənc bunu edə bilər. Həftənin sonu üçün qəzetlərin birində fahişəlik statistikası göstərilirdi. Son həftə ərzində 

fahişələrin sayı 40 % azalmışdı. Bu inanılmaz göstərici idi. Fahişələr tanımadıqları adamlarla getməkdən 

qorxurdular. Bəzi qəzetlər və televiziyada ayrı-ayrı şəxlər bu hadisəni rəğbətlə qarşılayırdılar. Yeni həftə 

başlayanda isə cəmiyyət artıq bunu tamamilə müsbət bir hadisə kimi qiymətləndirdi. Qəzetlərdə “Millətin 

namusu oyandı”, “ƏXLAQSIZLARA ÖLÜM”, “Mənim arvadım fahişə imiş ki? Üzündə möhür var”  kimi 

müxtəlif məqalələr dərc olunurdu. Biz artıq qızları maşınlara mindirmir elə onların pritonlarındaca, öz 

yataqlarındaca bircə dəfə iynəni batırıb onları keyidəndən sonra bıçağımızı çıxarıb üz gözünü cırıq-cırıq edirdik. 

Səsləri də çıxmadığına görə hər şey çox sakit keçirdi. Bundan sonra biz özümüz qəsdən onların eybəcər hala 

düşmüş bədənlərinin şəklini ya da videosunu çəkib mətbuat orqanlarına anonim bağlamada göndərirdik. Onlar 

da ki, ölür sensassiya üçün. Bu xəbər tezliklə bütün ölkəyə yayılırdı. Şəkillər bütün qəzetlərdə çıxırdı. Videolar 

saytlara yerləşdirilirdi. “A” hərfini onlar müxtəlif cürə yozurdular. Bəziləri deyirdi ki, bu İslam terrorçularıdır. 

“A” isə Allahu Akbar kəliməsinin qısa rəmzidir. Onlar bu fahişələri Qurban edirlər. Bəziləri yazırdı ki, “A” 

Antixrist deməkdir. Bu şeytanpərəstlərin işidir. Bəziləri bunu Masonlarla bağlayırdı. Bəziləri feminist 

qadınların planı kimi qələmə verirdi. Çünki feminist qadınlar da həmişə fahişəliyə, qadının kişidən aşağı bir 

varlıq kimi alınıb satıla bilməsinə qarşı idilər. Amma Azərbaycanda heç feministlərin birliyi də yox idi. Ən 

maraqlısı isə o idi ki, bizim bu işimizdən on gün sonra A fahişələrə qarşı təmizləməni qadağan etdi. Çox qəribə 

idi. Hər şeyin yaxşı getdiyi bir vaxtda, biz yavaş-yavaş dünyanı dəyişirdik. Amma A qəti olaraq bu işi 

unutmağımızı və tamam başqa bir işə keçməyimizi tələb etdi. Mən Adildən soruşanda ki, bəs niyə belə oldu. 

Adil dedi : 

- Anar bircə həftə gözlə özün görəcəksən.  

Sonra mənə Ayseldən gələn növbəti məktubu verdi. 

 

MƏKTUB 



 

Anar haralardasan? Niyə heç nə yazmırsan? Yoxsa məni belə tez unutdun? Sənsiz bacara bilmirəm. Bəlkə səni 

görməsəydim indi mənə daha yaxşı olardı. Mən əvvəllər elə bilirdim ki, əsl sevgi yoxdur. Ona görə də bu haqda 

heç fikirləşmirdim. Ancaq musiqidən, incəsənətdən fikirləşirdim. Amma indi sevgi bütün qəlbimi doldurub. 

Səndən başqa heç kimi fikirləşə bilmirəm. Məni xilas elə. Məni bu əclafın əlindən qurtar. 

 

MƏKTUB 



 

Aysel, bağışla məni. Sadəcə nə yazacağımı bilmirəm. Nə yazım sənə? Yazım ki zəifəm, heç nə bacarmıram? 

Yazım ki, 10 gündür səni necə xilas edə biləcəyimi düşünürəm amma heç nə ağlıma gəlmir? Yazım ki, sənin 

şahzadən gücsüzün biri imiş? Nə yazım, canım? Ürəyim partlayır. Bilmirəm səni necə çıxarım ordan. Boş-boş 

sevgi sözləri yazmaqla da heç nəyi dəyişə bilmərəm. Beş dəfə sənin evinin yanından fırlanıb keçmişəm. Ev hər 

tərəfdən qorunur. Mən heç cürə səni oradan çıxara bilmərəm. Indi bu dəqiqə də gözlərim dolub. Hər gecə. Hər 

gecə sənin onunla bir yatağa uzandığını təsəvvür edəndə yastığımı yumruqlamağa başlayıram. Hər gecə 

istəyirəm ki, bir silah tapıb sizin evə hücum edim. Amma bu uşaqlıq olar. Səni bu cür xilas edə bilmərəm. 

Başqa yol tapmalıyam. Məni bağışla... 

 

Bir həftə sonra Adil hamını zala yığıb dedi: 



- Yəqin  hamıya maraqlı idi, niyə A bizi dayandırdı? Mənə də maraqlı idi. Bu gün mən başa düşdüm. Buyurun  

qəzetlərə baxa bilərsiziniz. 

Biz də qəzetləri bir-birimizə ötürməyə başladıq. 

“Fahişə ovu davam edir, dünən daha 5 fahişənin üzü möhürlənib. Fahişələr bu haqda heç nə danışmaq 

istəmirlər. Onlar daha çox polislərin niyə bu işə qarışmadıqlarından şikayələnirlər. Əslində yəqin ki, dövlət özü 

də onlara qarşı mübarizə apardığı üçün Oğrudan oğurlamaq oğurluq deyil prinsipinə əməl edirlər. Düzdü bir 




çox Avropa təşkilatları və İnsan hüquqları ilə bilavasitə bağlı olan bir çox orqanlar bu işi cinayət və 

qanunsuzluq adlandırıb. Amma konkret olaraq bu işə qarşı heç bir tədbir görülmür”. 

 

“Bu həftə ərzində daha 8 fahişə cəzalandırıldı. Xalqın yeni qəhrəmanları, qaçaqları bu dəfə də namussuzluq və 



əxlaqsızlığa qarşı mübarizəni davam etdirirlər”. 

 

Bu xəbərlər bizi bir az çətinliyə salmışdı. Mən Adilə dedim: 



- Axı bu həftə biz heç nə etməmişik? Bu nə məsələdir? 

Adil əlini əlinə vurub gülməyə başladı: 

- Bəs A  bilmir nə edir? Görürsünüz, bu işləri biz etməmişik, artıq hansısa ayrı-ayrı gənclər də bu işə qoşulublar. 

Mən deyirdim ki, bizim kimi düşünənlər çoxdu, sadəcə onları bir araya toplamaq lazımdır. Bu işin bizlə heç bir 

əlaqəsi yoxdur. Bununla həm də bizim izimiz itəcək. Biz insanlara problemdən çıxış yolunu göstərdik. Onların 

gözü açıldı. Gördülər ki, bununla fahişəliyin sayı azalır. Gördülər ki, dövlət də bu işlə bağlı susur. Heç kəs buna 

görə cəzalanmır. Ona görə də bizim işimizi indi başqaları davam etdirəcək. Bizimsə daha böyük işlərimiz var. 

 

Sonra Adil universitetlərdən danışdı. Tələbələrin arasında birliyin olmaması onları qoyun sürüsünə çevirirdi. 



Universitetlərdə rüşvət baş alıb gedirdi. Amma bunu dayandırmağın yolu vardı. Biz bölünüb müxtəlif 

universitetlərdə gənclərlə görüşüb onları mübarizəyə səsləyirdik. Onlar da təhsillərindən və artıq qocalmış 

müəllimlərdən narazı idilər. Yeni nəsil , savadsız nəsil yetişirdi. Bəzi müəllimlər ümumiyyətlə keçdiyi dərsləri 

bilmirdi. A deyirdi ki, əsl müəllim bilmədiyimizi öyrətməməli. Əsl müəllim hər kəsin içində olan gizli 




Yüklə 1,07 Mb.

Dostları ilə paylaş:
1   ...   38   39   40   41   42   43   44   45   ...   54




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin