Bizə deyirlər ki, xalqımız axmaqdır, səviyyəsizdir. Bütün günü telekanallarda boş-boş şou verilişlərə baxır.
proqramlar yox idi. Bəyəm 10 il əvvəl heç kəs televizora baxmırdı? Baxırdı!!! Bəs bu gün o verilişlər bağlansa
baxan olmayacaq? Olacaq!!! Gəlin gücümüzü televiziyaya verək. Bizə öz verilişlərimiz lazımdır. Mümkün
qədər çox əlaqə qurun. Ən əxlaqsız şouların aparıcılarının dərsini verək. Görək onda kim nə deyəcək.
Bizim geyimimiz qara rəngdədir. Üzərində HOST-un ulduzu. Bu köynəklər yalnız bizə qoşulanlara verilir. Biz
hər yerdə birliyimizi saxlamalıyıq. Əgər küçədə bir HOST-çu digər HOST-çunu görürsə onunla
salamlaşmalıdır. Əgər kömək lazımdırsa kömək etməlidir. Özünüzün buraya düşməyinizi yadınıza salın. Əgər
bizi tapmasaydız bəlkə bu dəqiqə depressiyadan intihar etmiş olardınız. Sizin kimi yüzlərlə gənc var. Biz
bilmirik bəlkə onlar elə bizim kimidirlər sadəcə xəbərləri yoxdur ki, tək deyillər. Gördüyümüz hər bir insana öz
fikirlərimizi danışırıq. Öz sayımızı artırmaq üçün yox. Onları tək qoymamaq üçün.
Sonra Azad deyirdi.
Biz dünyada birliyin tərəfdarıyıq. Biz sərhədsiz, eyni dildə danışan, bərabər insanların dünyasında yaşamaq
istəyirik. Süni olan heç bir şey olmamalıdır. Sərhədlər isə sünidir. Onları biz çəkirik, istəyəndə də dəyişirik.
Quşların nə sərhədi var, nə də ki xarici pasportu. Və biz heç vaxt görməmişik ki, bir dəstə quş başqa bir dəstə ilə
müharibə etsin. Təbiətin öz harmoniyası var. Onu pozmaq olmaz. Dünyada iki millət var. PİS insanlar və
YAXŞI insanlar. Dünyada iki dil var YALAN və HƏQİQƏT. Dünyada iki ölkə var CƏNNƏT və
CƏHƏNNƏM. Ən ideal ölkə cənnətdirsə bilin ki orada nə Banqladeş var, nə İtaliya, nə də ki Kosova. Əgər
kimsə yəhudiləri pisləyirsə bilsin ki, HZ.Musa da yəhudi olub. Əgər kimsə türkləri tərifləyirsə bilsin ki, Dədə
Qorqud da türk idi. Amma Qıpçaq Məlik də türk idi. Hər millətin içində pis də var, yaxşı da var. İnsanlara
insanlığına görə qiymət verək.
Sonra Adil davam edirdi.
Bizə sabah İslam terrorçusu deyəcəklər. Müsəlmanlar isə Mason deyəcəklər. Yəhudilər xristianların qurduğu
yalançı şərq təşkilatı deyəcək. Bəziləri skinhed deyəcək, bəziləri kommunist deyəcək, bəziləri anarxist deyəcək.
İndidən buna hazır olun. Bizdən soruşsalar siz kimsiniz. Biz də onlardan soruşacağıq. “Bəs siz kimsiniz? Tapa
Dostları ilə paylaş: