- Uşaqlar, bu gün biz hakimiyyəti ələ keçiririk. Anar, sən də kitabı bitirdin. Bu kitab gözlədiyimizdən də güclü
alınıb. Son Peyğəmbərin sonuncu kitabı. Bunun bu qədər hissiyyatlı və həqiqi olacağına inana bilməzdik. Aslan,
sənin də ideoloji çıxışlarınla istədiyimiz kütləni yığa bildik. Abbasın verdiyi plana əsasən bu gün bizimkilər
Milli Məclisi tuturlar. Sonra Prezident Aparatını. Oradan Gürcüsandakılara xəbər veririk ki, bizdə hər şey
hazırdı. Onlarda da hər şey hazırdı. Siqnalı gözləyirlər. Bundan sonra Araz sənin uşaqların konstitutsiyanı
Anarın kitabı ilə dəyişəcər...
Mən dözməyib onun sözünü kəsdim.
- Bir dəqiqə, bir dəqiqə. Siz nə danışırsız? Bir də başdan başlayın. Nə dövlət çevrilişi, nə konstitutsiya? Nə
danışırsız?
Azad dedi:
- Anar, səndən çox şeyi indiyə kimi gizlədirdik ki, kitabı yaxşı yazasan. Ürəkdən yaza biləsən. Amma indi sən
də bilməlisən. Biz Azərbaycanı dağıdırıq..
Mən dedim:
- Necə yəni?
Azad davam etdi:
- Yadındadır sənin öz kitabında da o hissə var. Sərhədsiz, adsız, bayraqsız, himnsiz bir torpaq. Amerikanın kəşfi
kimi olacaq bu. Biz dünyada ilk qeyri-dövlət yaradırıq. Nə seçkilər var, nə siyasətçilər, nə viza, nə sərhəd, nə
dövlət adı, nə bayraq. Heç biri. Avropanın içində boş bir sahə. Biz bunu edən kimi Gürcüstan da qoşulur. Sonra
Rusiyanın bir hissəsi, sonra Türkiyə, getdikcə bu boşluq bütün Avropanı tutacaq. Oradan da Asiyanı. Dünya
birliyi başa düşürsən? Dünya birliyi. Ərəb qəbilələri parça-parça qalmışdılar, Məhəmməd Peyğəmbər gəlib
onları İslam adı altında birləşdirdi. İndi də həmin şey. Dünya ilk dəfə olaraq qocalmış deputatların yox,
gənclərin əlində olacaq.
Mən qışqırdım:
- Eyy, özünüzə gəlin! Ağlınızı başınıza yığın. Nə dövlət çevrilişi, nə deputatlar? Biz azad cəmiyyətik. Azad
cəmiyyət olaraq da qalmalıyıq. Dövlətə hücum etmək olar?! Onlar bizi bir saatın içində məhv edərlər. Bu
sizinçün məhkəmə binasını yandırmaq deyil ee. İstəyirsiniz vətəndaş müharibəsi olsun? Gül kimi təmiz saf
uşaqlar idik indi nə olub? Niyə vəhşiləşmişik ki? Başa düşmürsünüz? Dövlətin o boyda ordusu var, vertolyotlar,
tanklar. Elə bilirsiniz ki, bu dəfə də su maşınları ilə gələcəklər? HOST-a qoşulanlara baxın. Hamısı cavan
uşaqlardı, onları tankın qabağına verək? Biz burada kabinetdə rahat oturaq, onlar da güllələnsin? Sonra da
növbə bizə çatanda qaçaq xaricə? Ağıllı olmaq lazımdır. Partiya yaradaq seçkilərdə iştirak edək. Çevriliş olmaz,
dövləti məğlub edə bilmərik. Buna gücümüz çatmaz...
Mən danışırdım. Amma uşaqlar üzümə elə baxırdılar ki, elə bil mən nağıl zad danışıram. Onlar mənə balaca
uşağa, heç nədən xəbəri olmayan uşağa baxdıqları kimi baxırdılar. Bir dəqiqə sakit durandan sonra Aslan dedi:
- Yaxşı, Anar, sənə bir şey deməliyik. Hmmm. Səncə bəs indiyə qədər biz fahişələri yandıranda, camaata hədə-
qorxu gələndə, universitetlərdə qarışıqlıq salanda, dükanları dağıdanda dövlət bunu görmürdü? Səncə dövlətin
xəbəri yox idi ki, biz hansı binanın hansı mənzilində yığışırıq? Səncə bilmirdilər ki, neçə nəfərik? Dövlət bu
qədər zəifdir ki, indi episentri mühasirəyə alıb hamımızı qıra bilməsin? Get küçədə HOST köynəyini
geyinməyib bir mağazadan çörək oğurla, o dəqiqə polislər səni tutacaqlar. Amma get HOST köynəyində həmin
dükanı yandır. Heç kəs heç nə etməyəcək..
- Nə demək istəyirsən? Bu niyə belədir ki? Doğrudan niyə indiyə qədər dövlət bizə heç nə etməyib?
Aslan ayağa qalxıb gülümsədi:
- Çünki dövlət elə bizik. Biz dövlətik. Abbas MTN-dən heç vaxt çıxmamışdı. Bizim bütün maddi dəstəyimizi
Prezident şəxsən dövlət büdcəsindən ayırırdı. Mühafizəçilərimiz Daxili işlər Nazirliyinin işçiləridir.
- Siz məni dolayırsız?
Azad dedi:
- Bu böyük bir gizli plan idi. Dövlət özü bunun üzərində illərlə baş sındırırdı. Azərbaycan Avropalaşır. Dünya
çirklənir, neftimiz batır, rüşvət, əxlaqsızlıq, haramçılıq. Bunun qarşısını Prezident tək ala bilməzdi. Çünki onu
bir dəqiqənin içində daha böyük qüvvələr - Amerika, Rusiya kimi fiqurlar məhv edərdi. Ona görə dövlət belə
bir priyom işlədir. Güya ki, normal demokratik bir ölkədir. Amma onun içində gizli, radikal qruplaşmalar var.
Özü də onlar dünyanın ümumi sisteminə qarşı çıxıblar. Yuxarıdan Amerika bunu görüb Prezidenti sıxışdırır ki,
bunların qarşısını al. O da ondan kömək istəyir. Amerika müəyyən miqdarda pul ayırır. Həmin pul bizə qarşı
işlənməli idi. Amma bu pul da bizim güclənməyimizə sərf olunur. Biz dörd nəfərdən başqa bunu heç kəs
bilmədiyindən, xarici casuslar da bizim dövlətlə əlaqəmizdən xəbər tuta bilmirlər. Hansı HOST-çuya
yaxınlaşırlarsa hamısı ancaq yeni gəlmiş peyğəmbərdən danışır. Hansı polisə yaxınlaşırlarsa hamısı bizim
Vəhhabilər, ya da Amerika tərəfindən idarə olunduğumuzu deyir. Xaos. Heç kəs heç nə bilmir. Bu dəyirmi
masa və Prezidentin xüsusi 4 nəfərlik komandasından başqa heç kəsin heç nədən xəbəri yoxdur.
- Yox ola bilməz ? Siz qəsdən
elə deyirsiz ki, inanım. Lap tutaq ki, elədir. Lap tutaq ki, dövlətin öz işidir. Bəs
niyə dövlət özünü dağıtmaq istəsin ki? Kim istəyər ki, dövlət dağılsın?
- Dövlət dağılmır ki? Dövlət öz idarəçiliyini davam etdirir, sadəcə başqa bucaq altından. Təsəvvür edirsən bu
Azərbaycan üçün nə deməkdir. Boş bir yer yaranır. Tarixin sınma nöqtəsi. Gürcüstan, Türkiyə, digər ölkələr
hamısı birləşir boşluqda. Bəs bu boşluğun mərkəzi haradır? HOST-un mərkəzi haradır? Episentr. Episentr
haradadır? Bakıda. Çox sadə bir siyasi oyun. Bakı haranın baş şəhəridir? Azərbaycanın!
- Siyasi oyun? Siyasi oyun? Deməli mən sevgilimi hansısa bir siyasi oyuna görə atmışam?! Deməli bütün
ideallarımız, bütün arzularımız hamısı siyasi oyundur? Hava, Od, Su, Torpaq. Bunlar hamısı siyasi oyundur. Elə
bilirsiniz sizin məni bu qədər aldatdığınızı bağışlayaram? Mən bir dəfə hər şeyə tüpürüb getmişdim. Bunu ikinci
dəfə də edə bilərəm. Siyasi oyun. İndi buradan çıxıb hamıya deyəcəm hər şeyi. “Eyy camaat, fərqlilərin birliyi,
İlahi ordu, HOST, bunlar hamısı siyasi oyun imiş. Qayıdın evinizə boş-boş vaxtınızı nəyə gəldi sərf etməyin.
Gedin uşaqlarınızın, valideynlərinizin yanına. Hamısı siyasi oyun imiş. Sizə nə, siyasi oyunlarla qoyun
siyasətçilər məşğul olsun. Siyasi oyun”...
- Kəs səsini!!! – Azad əlini masaya çırpıb qışqırdı - bəsdir özünü uşaq kimi apardın. İndi ən vacib anda bircə
sənin paranoyan çatışmırdı. Özünə gəl. Beş dəqiqəyə çıxıb hücumu elan etməliyik. Milli Məclis də artıq
boşaldılıb. Xüsusi qrimlənmiş yaralılar, yalançı tapancalar hamısı bizim hücumumuzu gözləyir. Sən də burada
isterikaya düşmüsən. Əlbəttə ki, bu sadəcə oyun deyil, əlbəttə bizim ideallar öz yerində qalır. Əlbəttə
arzularımız var və onlara çatacağıq. Sadəcə bir az fərqli vasitələrlə. Özün bilirsən. Əsas vasitə deyil, əsas
Dostları ilə paylaş: