Ən dar günümdə də məni tək qoymayan Taylerin xatirəsinə


gedəndə əlaçıları gördük, sonra lövhədəki misalları



Yüklə 1,07 Mb.
Pdf görüntüsü
səhifə9/54
tarix31.12.2021
ölçüsü1,07 Mb.
#112757
1   ...   5   6   7   8   9   10   11   12   ...   54
-kitabyurdu.org--KY0000244

gedəndə əlaçıları gördük, sonra lövhədəki misalları. 

Bir gün isə biz vuruluruq və ilk məhəbbət bizi çox yuxarılara aparır. Amma onun da sonu xatirələrimizin 

xarabalıqlarında. Uşaqlıq arzularımızı hamımız unutduq. Amma bu yeganə dərd deyil. Dünya çox 

çirklənib. Mobil telefonlar və notbuklar artır. Yeni maşınlar gəlir. Biz inkişaf edirik. Ama artan təkcə 

bunlar deyil. Hər 6 dəqiqədə bir ev soyulur. Cinayətlərin sayı hər gün artır. İntiharlar öz rekord 

səviyyəyə catıb. Ailələr dağılır. Bəzi ölkələrdə ümumiyyətlə ailə qurulmur. Kişilər kişilərlə yatır, cavanlar 

bir gün belə narkotiksiz qala bilmirlər. Körpələr artıq cizgi filminə yox, pornofilmlərə baxır. Ya da ki, 

təsadüfən kiçik qız anasının yataq otağındakı yeni dostunun qəribə hərəkətlərini görür. Anası isə fikrini 

yayındırıb qızına otaqdan çıxmasını demək istəmir. Çünki başı çox qarışıqdı. Bizim də başımız çox 

qarışıqdı. İndi filosoflar, yazıçılar yox, plastik əməliyyatdan çıxmış çılpaq sinələr bizə daha xoş gəlir. Heç 

kəs bu gün gözəl olmaq istəmir. Hamı seksual olmaq istəyir. 21-ci əsr 3 sözdən ibarətdir - Seks, Narkotik, 

Şou.. Bir azdan biz evlənə bilməyəcəyik. Çünki gözəl qızla evlənəndən sonra biləcəyik ki, demə əvvəl 

oğlan olub sadəcə cinsini dəyişib. Bir azdan heroin dükanlarda satılacaq üzərində isə kiçik bir yazı 

olacaq: “Səhiyyə Nazirliyi xəbərdarlıq edir - heroin sizin sağlamlığınıza ziyandır”. Ev itlərinə xərclənən 

pula Afrikada acından ölən bütün uşaqları xilas etmək olar. Bizə bu maraqlı deyil. Biz köhnə avtomobili 

yenisinə dəyişməyi daha çox düşünürük. Ya da ki, arvadımıza növbəti xəyanəti onun hansı rəfiqəsi ilə 

etməyi. 

Hamınız bilirsiniz bizi burada birləşdirən nədir. İndi isə meydan açıqdır kim nə demək istəyirsə 

buyursun. 

 

Mən inana bilmirdim ki, nə vaxtsa özümə bu qədər yaxın insanlarla tanış ola bilərdim. Özü də Azərbaycanda. 



Elə bilirdim ki, Azərbaycanda ümumiyyətlə mənim kimi düşünən yoxdu. Ona görə qaçıb getmək istəyirdim. 

Amma bu kiçik zalda, mənim kimi ən azı 30 nəfər var idi. Ən azı 30 nəfər mənim kimi psix, həyatdan bezmiş 

paranoik. Belə bir söz var - 

”Həyat Dəlixanadır, xoşbəxt olmaq üçün sadəcə özün kimi dəlilər olan palatanı tapmalısan”. 

 

Abbasdan sonra bir oğlan danışdı. O da qısaca öz fikirləini bildirdi. Azad mənə işarə etdi ki, çıxaq bayıra. 

Biz o biri otağa keçdik: 

- Anar, daha ünvanı tanıyırsan, nə vaxt istəsən gələ bilərsən. Mən indi uşaqlarla danışım, sənin qoşulmağını 

müzakirə edəcəklər. Yəqin  başa düşdün, qəbul olunmaq üçün əvvəlcə öz həyatını danışırsan. Bunu bu gün də 



edə bilərsən. Amma məncə hər şeyi evdə danışsan daha yaxşı olar. Sən artıq Bakıdasan, evdəkilərsə narahatdır. 

Yaxşısı budur bu gün evə get.  

- Hə, mən də elə onu deyəcəkdim. Evə gedim, görüm nə var nə yox. 

- Mənim də bəzi işlərim var. İstəsən səni maşınla ötürə bilərəm. Elə mərkəzə gedirəm, yol üstüdür. 

- Hə, gedək. Azad, bəlkə bu gün gəlmədim. 

- Niyə? 


 - Yorulmuşam yaman. Həm də çimim, bir az dincəlim. Bir aydır evdə görünmürəm. Məni asmasalar yaxşıdır. 

- He-he, asacaqlar, asacaqlar. 




Yüklə 1,07 Mb.

Dostları ilə paylaş:
1   ...   5   6   7   8   9   10   11   12   ...   54




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin