BAŞLANDI
Sənə öyrədilən hər şeyi unut.
Sən qum dənəciyi qədər kiçiksən.
Sən həyatın boyu ölümü düşünmədən yaşayırsan.
Ölüm gələndə isə deyirsən - “mən ki heç yaşamadım”.
100 il sonra isə sənə görə heç kəs ağlamayacaq.
Nanə müəlliməni bütün fakültə tanıyırdı. Onun dərsində hamı sakit otururdu. Nanə müəlliməyə xüsusi
diqqət vardı. Yox... Səbəb onun yaxşı dərs keçməsində deyildi. Yox... O heç güzəşt etmirdi. Yox... İnsan kimi
də yaxşı insan deyildi. Ona bu qədər çox hörmətin səbəbi imtahanlarda hamını kəsməsi idi. Ona görə hamı
ondan qorxurdu. Hətta əlaçılar da. Çünki Nanə müəllimə qiyməti biliyə görə vermirdi. Onun özünəməxsus
ölçüsü vardı. Kim hörmətini qazanarsa, o da imtahandan keçəcək. Onun hörmətini isə tərbiyə, mədəniyyət və
xoş sözlə qazanmaq olmazdı. Nanə xanım hörməti ancaq pulda görürdü. Bu gözəl xasiyyətinə görə hər imtahan
avtomobilini yenisinə dəyişirdi. Evə yeni bir şey alırdı.Yay gəzintisini müəyyənləşdirirdi. Amma bu gün Nanə
müəllimənin bəxti gətirməmişdi. Avtomobilini həyətdə saxlayıb bloka daxil oldu və liftin düyməsini basdı. Lift
gələnə kimi arxadan iki nəfər bloka yaxınlaşdı. Nənə xanım telefonunu qurdalaya-qurdalaya liftə daxil oldu.
Qapı bağlanmamış qara geyimli oglanlar da liftə girdilər.
Nanə xanımın fikri hələ də telefonda idi. Lift qalxmağa başlayanda adamlardan biri düyməni basıb lifti yarıda
saxladı. O birisi sərt zərbə ilə telefonu Nanə xanımın əlindən saldı. Sonra əski ilə onun ağzını tutdu ki,
qışqırmasın. Nanə xanım onun əlindən çıxmaq istəyəndə digər kapişonlu oğlan onun piyli qarnına iki zərbə
endirdi. Nanə xanım qarnını tutub diz üstə çökdü, gözləri doldu. Ağzını bağlayan oğlan bıçaq çıxarıb onun
boğazına tutdu. Nanə xanım bıçağı görüb sakitləşdi. Oğlanlardan biri pıçıltı ilə danışmağa başladı:
- Həə, həyat insanı gör hansı vəziyyətlərə salır. Can bala, can, ağlama, səs də salma. Axı qonşular yatır.. Biz
istəmərik ki, onlar sənin kimi rüşvətxor zibilçəyə görə narahat olsunlar. Nanə qızım, mənə deyiblər ki, sən
özünü çoooxx pis aparırsan... Nu-nu-nu! Yaxşı qızlar tərbiyəsizlik eləməz. Sən imkansız, kasıb uşaqları
universitetdən qovursan. Amma yaxşı qızlar belə şey eləməz. Varlılar pul verib diplom alır, kasıblarınsa son
ümidi - bilikləri də onlara kömək edə bilmir. Sonra həmin pul ilə diplom alan varlı oğlanlar işə düzəlir, kasıb
oğlanlar isə elə kasıb qalır. Mən kasıb oğlanam, sən də mənə dərs keçirsən. Hər dəfə dərs danışanda ümid
edirəm ki, bu dəfə mənə layiq olduğum qiyməti yazacaqsan. Amma sən yenə də məni kəsirsən. Axı belə olmaz...
Bu an Nanə xanım nə isə demək istədi. Gözlərindən yaş axmağa başladı. Oğlan əyilib dedi:
- Nə isə demək istəyirsən? Hmm. İndi əskini çəkəcəm. Amma sən səs salma, sakitcə danış. Yoxsa mənim
dostumu görürsən, onun bıçaqdan çooxx xoşu gəlir. Özü də ən çox nə isə doğramaqdan.
Oğlan Nanənin ağzını açdı.
Nanə ağlaya-ağlaya sakitcə dedi:
- Məni bağışlayın, bir də etməyəcəm. Sən adını de. Mən bir də səni kəsmərəm. Adını mənə de, istəsən sənə ən
yaxşı qiyməti yazaram.
Oğlan əskini yerinə basdı və gülümsədi:
- Yoox, axı belə maraqsızdı. Adımı bilsən, bütün şou pozular. Oyunun ləzzəti elə ondadır ki, sən mənim kim
olduğumu bilməyəcəksən. Mən sənin dərs dediyin bütün fakültələrdə oxuya bilərəm. Bəlkə mən birinci partada
otururam. Ya da dərsə gecikən o arxa partada oturan oğlanam. Bəlkə mən sənin sinifinə təzə gələn oğlanam.
Bəlkə sənin dərs dediyin o biri universitetdə oxuyuram? Hə? Səncə hansıdı? İndi sözlərimə yaxşı qulaq as. Bax,
ağıllı bala, əgər sən bir də mənə layiq olmadığım qiyməti yazsan ya da görsəm ki, kiməsə pulla qiymət yazırsan,
səninlə bir də görüşəcəyəm. Və o görüş son görüşümüz də ola bilər. Hələlik səni buraxırıq. Amma dostum sənə
nəsə demək istəyir.
Sonra digər oğlan Nanənin başına 3 zərbə endirib lifti birinci mərtəbəyə göndəri. 5 dəqiqə sonra isə üz-gözü
göyərmiş Nanə xanım liftin içində tək oturub ağlayırdı. Qara kapüşonlu oğlanlar sanki qeyb olmuşdular.
Əslində onlardan heç biri Nanə xanımın sinifində oxumurdu. Amma Nanə müəllimə sakit oturan, ya çox
danışan, ya qəribə geyinən hər bir tələbədə, hər bir sinifdə bileti çəkən hər bir oğlanda onları görəcək. Və
cəsarəti çatırsa verdiyi sözü tutmasın.
Dostları ilə paylaş: |