Ən dar günümdə də məni tək qoymayan Taylerin xatirəsinə


Sənə danışılan heç nəyə inanma



Yüklə 1,07 Mb.
Pdf görüntüsü
səhifə11/54
tarix31.12.2021
ölçüsü1,07 Mb.
#112757
1   ...   7   8   9   10   11   12   13   14   ...   54
-kitabyurdu.org--KY0000244

Sənə danışılan heç nəyə inanma. 

Sənin beynini uşaq nağılları ilə doldurdular. 

Səni inandırdılar ki, bir gün  Simurq quşu gələcək və bizi qaranlıq dünyadan xilas edəcək. 

Sən heç vaxt xoşbəxt olmayacaqsan. 

Çünki gözəl pəncərə təkcə şüşənin təmizliyindən yox, həm də mənzərədən asıllıdır. 

 

 

 



Evin qapısını döyməmiş qabaqcadan hazırlaşdım. Aha, deməli atam qapını açsa şillə gələcək. Anam açsa ürəyi 

gedəcək – tez onu tutmalıyam ki, yerə yıxılmasın. Bacım qapını açsa rahat evə girə bilərəm. Amma deyəsən ən 

dəhşətli variant oldu. Qapını NƏNƏM açmışdı. 

- Ay köpəy oğlu. Küçüy balası! Ay səni anan doğan yerdə daş doğaydı. Gəl bəri, sənin belin qırılsın.  

- Nənə. 

- Kəs səsini, murdar adam. Gör nə günə düşmüsən. Bunun üz-gözünə bax. Başın batsın sənin, başın batsın. İt 

balası it. Haralardaydın? Hə, haralardaydın. Cavab ver. 

- Mən getmiş... 

- Kəs səsini cavab qaytarma, küçüy. De görüm hardaydın. 

- Mən.. 


 - Sus.. suss.. Səsin gəlməsin. Boyunu yerə soxum sənin. 

Sözsüz ki, səs-küyə atam gəldi. Şillə qaçılmaz idi. Sonra da o biri otaqdan səs eşidildi. Deyəsən anam 

yıxılmışdı. Nə isə.  

Bir saata hamı sakitləşəndən sonra başa saldım ki, həyatdan bezmişdim. Hər gün eyni işləri görməkdən 

yorulmuşdum. Özümü öldürmək istəyirdim. Ona görə də bir aylıq səyahətə çıxdım. (Əslində həmişəlik 

çıxmışdım). Yolda çoxlu insanlarla tanış oldum. İstirahət elədim. Gəzdim, dincəldim. (Nə Ayseldən, nə də 

türmədən bir kəlmə də danışmadım). Bu sözlərimdən sonra atam dərindən “ah” çəkib dedi: 

- Ehh. Bala, niyə belə oldu ki, nəyin çatışmırdı ki? Şükür, evimizdə hər şey var. 

Mən atamla fəlsəfi fikirlərimi bölüşəsi deyildim. Düşüncələrimi desəm onların bütün ömürlərini  mənasız bir 

şey kimi söymüş, bütün əziyyətlərinə tüpürmüş olacaqdım. Axı biz heç vaxt çirkin adamın yanında demərik ki, 

“çirkinlik pis şeydi”. Deyərik - “Əsas insanın daxili gözəlliyidir”. Amma çox vaxt biz əksini düşünürük. Demək 

istəmirdim ki, ata, bilirsən, sənin indiyə kimi yaşadığın həyatı yaşamaq istəmirəm. Çünki o boş, mənasız və 

maraqsız həyatdır. Sən ömrün boyu batan gəmidə balıq tutmusan.   

Ona görə günahı öz boynuma götürdüm. Dedim ki, yəqin depressiya yaşayıram. Gənclərin çoxunda olur. 

Həyata uyğunlaşa bilmirəm. Hər şey mənim psixikamla bağlıdır...  

Bir az da bu haqda söhbət etdik. Sonra nənəm gözəl bir nahar hazırladı. Mən də iştahla yeməyə başladım. Atam 

televizora baxırdı. Korifey sənətkarlar bizim muğamımızı dünyaya tanıtmaq haqda danışırdılar. Düz bir saat 

ancaq muğamın üstünlüklərini sadaladılar. Xalq mahnılarımızın dərin, kamil məğzindən söhbət açdılar. 

“Pəncərədən daş gəlir” i dünya şedevri etmişdilər. Bu bizim xalq mahnımız idi. Və onun əlində xüsusi bir 

vəsiqə vardı. Hər gələnə deyirdi: - “Ey brat, mən xalq mahnısıyam haaa, kişisənsə de ki, məndən xoşun gəlmir, 

gör sənə neyniyərlər? Başına oyun açarlar. Bildin? Məni sevməlisən. Başqa yolun yoxdu”. 

 

Atam da inanırdı ki, nə vaxtsa bütün dünya muğamı tanıyacaq və qəbul edəcək. Ondan sonra sözsüz ki, 



MTV artıq Music TV yox, Mugam TV olacaq. Amma mən bu haqda heç düşünmək də istəmirdim. Nənəmin 

hazırladığı dadlı  xörəyi iştahla qarnıma ötürürdüm. Yeməyin dörd ləzzəti var. Birincisi onun ətridir. İkincisi 

görünüşü. Üçüncüsü dadıdır. Amma mənə ən xoş olanı dördüncüsü idi. Yemək qarna dolanda gələn hiss. Bu 

bəlkə 6-cı qaşıqdan sonra gəlirdi. Hiss eləyirdim ki, ilıq bir məhlul sinəmdən qarnıma süzülür. Bu hiss mənə 

çox ləzzət eləyirdi. Yeməkdən sonra isti vannaya qəbul elədim. Sonra qurulanıb otağıma keçdim. Anam çay 

gətirmişdi. Çayımı içib yerimə uzandım. Anam yatağımın kənarında oturub dedi: 

- Anar, söz ver ki, bir də belə eləməyəcəksən. 



Onun əlindən öpüb dedim: 

-Ana, söz verə bilmərəm. Hər şey ola bilər. Sən niyə narahat olursan ki? Artıq böyümüşəm və özüm özümə 

cavabdeh ola bilərəm. 

- Bilirəm özün özünə cavabdehsən. Bəs biz? Sənin valideynlərin? Bizi tək qoyub gedərsən? Hələ biz qoca 

deyilik. Amma bir azdan qocalanda bizə kim baxacaq? Hə? Bizə kim baxacaq? Bəs səni nəyə  böyüdürdük? 

         Anamla mübahisə etmək istəmirdim. Amma bu haqda tamam fərqli düşüncələrim vardı. 

1)  Təbiətin qanunu.  

Hər bir canlı yaşayıb öz nəslinin davamçısını yetişdirir. Quşlar, heyvanlar, balıqlar. Əksəriyyət dogduqlarını 

böyüdür. Sonra uşaqlar valideynlərini tərk edib öz həyatlarını yaşayırlar. Və heç bir heyvan demir ki, mən 

qocalmışam gəl məni saxla. Sizcə niyə belədir? Lap tutaq ki, övlad çıxıb getdi. Bəs qoca valideyn tərk 

ediləndən sonra niyə ölmür? 

Cavab: Çünki hər bir heyvan özü özünü saxlayacaq iqtidara, gücə malikdir. Onun nə övlada ehtiyacı var, nə 

pensiyaya, nə də ki, qocalar evinə. O vaxtında həyatını elə qurur ki, qocalanda da yaşaya bilsin. Övladları 

isə ancaq ona görə böyüdür ki, ana təbiət qarşısındakı borcunu yerinə yetirmiş olsun. Yəni hər bir heyvan 




Yüklə 1,07 Mb.

Dostları ilə paylaş:
1   ...   7   8   9   10   11   12   13   14   ...   54




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin