xeyrinə dəyişir. Çıxış yolu isə daha da çətinləşir.
Bizim həyatımız da indi belədir. Biz polisik. Həyatdakı çətinliklər isə Cinayətkar. Amma o həyatın əlində
həmişə bizim valideynlərimiz var. Onlar da deyirlər - Sənə nəsə olsa biz ölərik. Silahını qoy yerə və
həyatın ədalətsizliklərinə təslim ol. Öyrəş. Adiləş. Arzularını unut. Heç yana getmə. Yanmızda qal. Bizi
saxla. Biz deyən universitetə get, biz dediyimiz oğlana ərə get. Şikayət eləmə ki, sən bizim əmrlərimizi
yerinə yetirə-yetirə öz həyatını itirirsən. Qorxma, sənin də uşaqların olacaq, sən də onların həyatlarını
quracaqsan. Onları idarə edəcəksən. Bax onda da sən yaşayacaqsan. Çünki bizi də valideynlərimiz istədiyi
kimi etmişdi. Biz də indi sənin həyatınla yaşayırıq. Çünki öz həyatımızın yaxşı illəri keçib.
Məni də valideynlərim zəncirləmək istəyirdi. Amma mən buna imkan verə bilməzdim.
Misirdə hamı FİRONUN yaradıcı olduğuna inanırdı. Onlara deyilirdi ki, hamı həyatına görə Firona
borcludur. Hindlilərin allahı inəkdir. Onlar inəyə borcludurlar. Ona görə inək istədiyi vaxt istədiyi dükana
girib oranı dağıdıb tökür. Sonra xoşladığı meyvələrdən dişləyib çıxmamış dükanın içində qəşəngcə batırır
da. Gedəndən sonra isə dükanın yiyəsi pərt olmaq əvəzinə yerdəki peyinə baxıb sevinir ki, bu da müqəddəs
allahın hədiyyəsidir. Daha bilmirəm yeyir onu ya yox, amma yüz faiz sevinir. Ya millətçilər, əsgərlər, onlar
vətənə borcludurlar. Ona görə ölməyə hazırdılar. Ona görə də özləri uzaq dağların başında hansısa siyası
maraqlara görə qanlarını tökəndə arvadları qonşuluqdakı kişilərlə yatır. Vətəndaşlar dövlətə borcludurlar.
Ona görə hər dəfə vergi verməlidirlər. Hətta öz evinin damında Günəş batareyası qoyub elektriki özün
istehsal edib dövlətin işığını işlətməsən də ona görə səndən vergi alacaqlar. Çünki sən onların günəşindən
işıq götürürsən. Görürsünüz biz həyata nə qədər borcla gəlirik?
Amma izahlı lüğətdə BORC sözü belə izah olunur.
“Kimdənsə xahiş olunub alınan və vaxtında qaytarılacağı haqda söz verilən bir mal”.
İndi gəlin baxaq - biz doğulanda kimdənsə xahiş etmişik? Mənim yadıma gəlmir. Yoxsa biz doğulanda demişik
ki, bizi saxlayın, biz də sizə borcumuzu qaytaracağıq? Yox. Elə bir şey olmayıb. Qaytarılması danışılmayan bir
şey isə hədiyyədir. Hədiyyə bizə məxsusdur. O bizi heç kimdən asılı etmir. Hədiyyəni biz qaytarmaq
məcburiyyətində deyilik.
Dostları ilə paylaş: |