Ən dar günümdə də məni tək qoymayan Taylerin xatirəsinə



Yüklə 1,07 Mb.
Pdf görüntüsü
səhifə45/54
tarix31.12.2021
ölçüsü1,07 Mb.
#112757
1   ...   41   42   43   44   45   46   47   48   ...   54
-kitabyurdu.org--KY0000244

Sənin gözlərin kordu. 

Çünki görmək istəmirsən.  

Sənin tanımadıqların sənə özgədir. 

Sənin bilmədiklərin sənə yaddır. 

Sən öyrəşdiklərindən iki əlli yapışırsan. 

Sən anasına sarılmış uşaq kimisən.  

Böyüməkdən qorxursan.  

Ayseli qaçırmağın yolunu tapmışdım. Silahlı hücumla heç nə etmək olmazdı, qaçmaq da mümkün deyildi. 

Darvazanı gözətçilər qoruyurdu. Hasarlar da  hündür idi. İşçilər gəlib gedəndə vəsiqələrini təqdim edirdilər. 

Aysel darvazadan bayıra ancaq Divin özü ilə çıxa bilərdi. Amma o da yanında cangüdən gəzdirirdi. Qız 

qaçsaydı onu tutardılar. Aysel qaça bilməzdi amma onu qova bilərdilər. Ona görə qələmi götürüb Ayselə 

sonuncu məktubumu yazdım. 

 

Məktub 


 

Aysel, canım, gözüm, səni xilas etməyin yolunu tapmışam. Bazar günü səhər saat 11-də villanın həyətində 

fəvvarənin qırağında oturarsan. Div ilə çəkdirdiyin şəkilləri də gözəl bir albomda yerləşdirib özünlə gətirərsən. 

Onun sənə aldığı bütün bər bəzəkləri, üzükləri də tax. Cazibədar geyin, çox gözəl olmalısan. Parlaq bir şey 

geyin. Ən vacib şeyləri vəsiqəni zadı, özünlə götür. Qayıtmaq imkanı yoxdur. Saat 12-nin yarısı üçün bir qonaq 

gələcək. Özünü çox həyasızcasına, hörmətsiz apar. Gələn qonağın bütün suallarına acı, sərt cavab ver. Nə 

soruşsa “hə” cavabını ver. Sonra albomu qonağa göstər. Qonaq əsəbiləşən kimi cangüdənlərə de ki onu sənin 

villandan iti qovan kimi  qovsunlar. Səni Qara BMW-də gözləyəcəm. Bağışla ətraflı yaza bilmirəm. Divə görə 

narahat olma. Bazar günü şəhərdə olmayacaq. Öpürəm, sevirəm, güclü ol balam, güclü ol. 

 

BAZAR GÜNÜ  



Səhər saat 10-da Abbasın tapdığı nömrəni yığdım. Bir az gözlədikdən sonra telefonu bir qadın götürdü. 

- Alo?  


- Alo, Rasimə xanımdı danışan? 

- Bəli, siz kimsiniz ki? 

- Rasimə xanım, sizdən çox-çox üzr istəyirəm amma sizinlə danışmalıyam. 

- Siz kimsiniz ki? 

- Xanım, məni tanımırsınız. Mən ərinizin köhnə işçilərindənəm. Adım Tofiqdir. 

- Bəli, Tofiq müəllim, buyurun.  

- Rasimə xanım, sizin ərinizlə bağlı bir şey bilirəm. Amma bilmirəm bunu sizə necə deyim. Əgər mümkün olsa 

sizinlə görüşmək istəyərdim. Sizi bir yerə aparmaq istəyirəm. Ərinizin ikinci evinə. 

- İkinci ev? 

- Bəli, Rasimə xanım, o sizə xəyanət edir. Mən dəqiq ünvanı bilirəm. İstəyirsinizsə sizi apara bilərəm. 

- Siz haradasınız ki? 

- Elə sizin həyətdəyəm. Qorxmayın sizi aldatmıram. Sadəcə istəmirəm ki, sizin kimi alicənab  xanımı kimsə 

aldatsın. 

- Hmm..Yaxşı, indicə gəlirəm. 

- Gözləyirəm. 

 



Saat 11 üçün Rasimə xanım artıq Ayselin villasının qarşısında idi. Onu taksi ilə gətirmişdim. Əlimlə darvazanı 

göstərib dedim: 

- İndi sizin əriniz burda deyil, amma onun məşuqəsi buradadır. Özünüz əmin ola bilərsiniz. 

 

Aysel, fəvvarənin qırağında oturub tez-tez saata baxırdı. O bilmirdi nələr olacaq. Amma dediklərimin hamısını 



yadda saxlamışdı. Albomu fəvvarənin qırağına qoyub özünü hansısa vacib bir görüşə hazılayırdı. Cangüdənlər 

ona baxıb nə üçün səhər-səhər bura gəldiyini anlamağa çalışırdılar. Saat 12-yə işləyirdi. Aysel heç kəsin 

gəlməyəcəyini düşünürdü. Amma yenə də mənim sözümü yerə salmaq istəmirdi. Son ümid hələ də vardı. 

Albomda Divlə şəkillərinə baxıb özünə nifrət edirdi. Yalançı gülüşlər, süni xoşbəxtlik. Həyatının ən gözəl 

illərini bu əclafla itirəcəyini düşünürdü. Birdən darvazanın zəngi çalındı. Gözətçilər ekrandakı şlyapalı nəhəng 

qadına baxan kimi əsməyə başladılar. Bu rəisin arvadı idi. Onlardan ikisi tez tələsik onu qarşıladılar. Rasimə 

xanım içəri girib gözətçilərə baxdı. Onların bir neçəsini tanıyırdı. Gözətçilər də onun sərt xasiyyətinə bələd 

idilər. Rasimə xanım, onlara baxıb dedi: 

- Bıyy. Siz indi burada işləyirsiniz?  

Onlar baş əyib gülümsədilər : 

- Bəli Rasimə xanım, bəli. 

- Necəsiniz, iş necə qane edir? 

- Əladır xanım, şükür Allaha, hər şey yaxşıdır. 

Rasimə xanım lovğa-lovğa həyətə daxil oldu: 

- Hmm, pis deyil. Çox gözəl bağçadır. Çox gözəl. Bəs bu qız kimdir? Qızım, sən kimsən? 

Aysel artıq rola girmişdi. O  heç ayağa qalxmadan tərs-təsr baxıb dedi : 

 - Mən kiməm? Əvvəlcə de görüm sən kimsən? 

Rasimə xanım yavaş-yavaş Ayselə yaxınlaşırdı. Gözətçilər heç nə edə bilməzdilər. Rəislərinin arvadı onlar üçün 

toxunulmaz idi. Xanım Ayselə baxıb soruşdu. 

- Yaxşı sən kimsən? 

- Mən Ayseləm. 

- Sən mənim ərimlə tanışsan? 

Bu sualdan Aysel qarşısındakının kim olduğunu bilib bir az da ürəkləndi. 

- Mən sənin ərinin sevgilisiyəm. 

- Sən bilirdin ki,onun arvadı var? 

- Hə.  


- O buranı səninçün tikdirib?  

- Hə. 


- Nə utanmaz qızsan... Fahişə. Fahişə.. 

- Buyurun bu Albomu. Görün nə qədər şey itirmisiniz. 

Rasimə xanım albomu vərəqlədikcə gözləri dolurdu: 

- Alçaq, məni aldadıb. Alçaq. 

- Xanım, mən sizin nazınızla oynamaq istəmirəm. Gedirəm cakuziyə çimməyə. Siz artıq qocalırsız. Başa 

düşmürsüz? O məni sevir. 

- İt qızı it. Səni bilirsən nə edərəm? 

 Aysel vaxtın çatdığını görüb dedi: 

- Gözətçilər,  qovun bunu burdan iti qovan kimi. 

Bu sözü eşidən Rasimə xanımın gözləri bərəldi. O dişlərini sıxıb dedi: 

- Sənin evindi, ay əski, ay cındır. İtin balası. Məni qovsunlar? Məni ərimin evindən qovacaqlar? Gözətçilər, 

qovun bu fahişəni burdan. Tez eliyin bunu gözüm görməsin. Ərim gələnə qədər onu burada gözləyəcəyəm. İt 

qızı it. Rədd ol burdan. İtil gözümdən. 

Qapıçılar gəlib Ayseli tutdular. Rasimə xanım gözünü yerdən çəkmədən sakitcə dedi: 

- İşdən qovulmaq istəmirsinizsə bir kəlmə demədən atın bu zibilçəni bayıra.Tez! 

Yekəpərlər Ayselin incə qollarından yapışıb onu darvazaya tərəf sürütləməyə başladılar. Aysel yalandan 

ağlayırdı. 

Onlar  çox pis vəziyyətdəydilər. Rəisin arvadının sözündən çıxa bilməzdilər. Bir fahişə az bir fahişə çox. Amma 

arvad, ailə bir dənədir. Rəis bilsə ki, onun arvadına qarşı çıxıblar, onların bellərini qırardı. Ona görə də Ayseli 

sürüyüb darvazadan bayıra atdılar. Aysel iməkləyə-iməkləyə onlardan uzaqlaşdı. Sonra ayağa qalxıb  yavaş-

yavaş getməyə başladı. Qaçsaydı ondan şübhələnə bilərdilər. Arxadan Rasimə xanım bağırdı: “İtil burdan, bir 

də səni gözüm görməsin”. 

Aysel də ürəyində dedi “inşallah”. 



Mən Qara BMW-ni Ayselə tərəf sürdüm. O, avtomobilin qapısını açıb yanımda oturdu. Tez maşının nömrəsinin 

yanındakı işığı yandırdım. İndi o parıldayırdı və nömrə görünmürdü. Yaxında polis yox idi. Amma gözətçilərin 

nömrəni bilməsi təhlükəli olardı. Sürəti artırıb dar küçələrlə Villadan uzaqlaşırdım. Aysel isə dizlərini 

qucaqlayıb ağlayırdı. 




Yüklə 1,07 Mb.

Dostları ilə paylaş:
1   ...   41   42   43   44   45   46   47   48   ...   54




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin