bilmisiz?”
Sonra mən deyirdim.
Ola bilsin ki, içinizdə qəribə suallar var. Biz nə edirik? Bunun sonu nə olacaq? Dünyanı dəyişəcəyik, yoxsa bizi
öldürəcəklər? Nə qədər bu qərargahlarda yığışacağıq? Bu suallar sizi qorxudur? Məni də qorxudur. Bizim
hamımızı qorxudur. Bizim gücümüz ondadır ki, qorxularımızı gizlətmirik. Qorxulu suallar iyrənc cavablardan
daha yaxşıdır. İyrənc cavabları bilirsiniz. Məktəb, universitet, nişan, toy, iş, uşaq, yataq, qəbir... Kim getmək
istəyirsə qapı açıqdır. Kim qayıdacaqsa qapı yenə də açıqdır. Bizə deyəcəklər ki, siz vəhşisiz, gördüyünüz işlər
ədalətsizdir. O yazıq fahişə qızlar, bəlkə aralarında bir yaxşı qız da var idi. O yazıq müəllimlər axı onlar da
rüşvəti ehtiyaclarına görə alırdılar. Yazıq narkomanlar, pis insanlar, siyasətçilər, qatillər, əyyaşlar,
sərxoşlar, mavilər axı onların hamısı pis deyil? İçlərində yaxşıları da var axı, onda biz də cavab
verəcəyik. “Biz pisik, zalımıq, aqressivik, vəhşiyik, cinayətkarıq, amma siz bizə heç nə etməzsiz, düzdü?
Dostları ilə paylaş: |