Endokrinologiya 1 Akromeqaliyanın aktiv mərhələsi üçün aşağıdakı hansı əlamətlər xarakterik deyil?



Yüklə 2,45 Mb.
səhifə13/19
tarix09.06.2018
ölçüsü2,45 Mb.
#53067
1   ...   9   10   11   12   13   14   15   16   ...   19

783) 14 yaşlı pasiyent aşağıdakı şikayyətlərlə müraciət edib: halsızlıq, zəiflik, dəri örtüklərinin qaralması, son 6 ay tez-tez soyuq dəymədən əziyyət çəkmə. Obyektiv: boy 160 sm, çəki 40 kg. Dəri örtüyü tünd rəngli, areolalar, sürtünmə zonaları və büküşlər hiperpiqmentasiyalı. AT 90/50 mm.c.s. Diaqnozu təsdiq etmək üçün hansı müayinələr aparılmalıdır?
A) Qanda kortizolun təyini

B) Qanda leykositlərin təyini

C) Qanda Ca təyini

D) Qanda eozinifillərin təyini

E) Qanda adrenalinin təyini
Ədəbiyyat: И.И.Дедов, Г.А.Мельнишенко. Эндокринология. «Медицина», Москва, 2004
784) Vaxtından əvvəl cinsi inkişaf hansı xəstəliklərdə müşahidə olunur?
A) Böyrəküstü vəzilərinin anadanqəlmə disfunksiyasında (21 –hidroksilaza çatmamazlığında)

B) 5-alfa-reduktazanın çatmamazlığında

C) Testikulyar feminizasiya sindromunda

D) Həqiqi hermafroditizmdə

E) Yumurtaların qarışıq disqeneziyasında
Ədəbiyyat: И.И.Дедов, Г.А.Мельниченко. Эндокринология. «Медицина», Москва, 2004
785) Hiperandrogeniyanın uşaqlarda manifest simptomu hansıdır?
A) Pubarxe

B) Saçların yağlanması

C) Acne vulqaris

D) Hirsutizm

E) Alopesiya
Ədəbiyyat: И.И.Дедов, Г.А.Мельниченко. Эндокринология. «Медицина», Москва, 2004
786) Androsteromanın əsas müalicə metodları hansılardır?
A) Şua terapiyası

B) Sadalanlardan metodlardan heç biri

C) Xloditan

D) Cərrahi əməliyyat

E) Antiandrogenlər
Ədəbiyyat: И.И.Дедов, Г.А.Мельнишенко. Эндокринология. «Медицина», Москва
787) Adrenogenital sindrom olan xəstələrdə stress zamanı müalicə taktikası?
A) Hormonların dozasını artırmaq

B) Hormonların dozasını azaltmaq

C) Heç bir dəyişiliklik etməmək

D) İmmunostimulyatorlardan istifadə etmək

E) Hormonoterapiyanı dayandırmaq
Ədəbiyyat: И.И.Дедов, Г.А.Мельниченко. Эндокринология. «Медицина»
788) Adrenogenital sindrom zamanı qızlarda klitorotomiyanın aparılmasının optimal vaxtı?
A) Yeni doğulan vaxtı

B) Prepubertat dövrdə

C) 2 yaşa qədər

D) Pubertat dövrdə

E) Diaqnoz qoyulduqdan dərhal sonra (yaşdan asılı olmayaraq)
Ədəbiyyat: И.И.Дедов, Г.А.Мельниченко. Эндокринология. «Медицина»
789) Adrenogenital sindrom zamanı qızlarda introiplastikanın aparılmasının optimal vaxtı?
A) 5-7 yaşında

B) 21-25 yaşında

C) Körpə vaxtı

D) 18-20 yaşında

E) 10-11 yaşından sonra
Ədəbiyyat: И.И.Дедов, Г.А.Мельниченко. Эндокринология. «Медицина»
790) Aşağıdakılardan hansı yenidoğulan uşaqlarda Fridreksen - Uoterxaus sindromunun klinik simptomu deyil?
A) Hipotermiya

B) Sianoz

C) Təngnəfəslik

D) Qıc olmalar

E) Febril hərarət
Ədəbiyyat: И.И.Дедов, Г.А.Мельниченко. Эндокринология. «Медицина»
791) İkincili hipokortisizm üçün nə xarakterikdir?
A) Mineralokortikoidlərin defisiti yaranmır

B) Melanodermiya və duzlu qidalara meyl xarakter klinik əlamətidir

C) Birincili hipokortisizmlə müqayisədə daha ağır gedişə malikdir

D) Kəllə-beyin travmalarının ən çox rast gəlinən ağırlaşmalarındandır

E) Diaqnozu əsasən kəllənin rentgenoqrafiyası əsasında qoyulur
Ədəbiyyat: Дедов И.И.., Мельниченко Г.А. Эндокринология. Национальное руководство. М.? 2008
792) Qlükokortikoid preparatlarına aiddir?
A) Doksasozin

B) Propranolol

C) Yuxarıda sadalananların hamısı doğrudur

D) 9 α-ftorkortizol

E) Deksametazon
Ədəbiyyat: Дедов И.И.., Мельниченко Г.А. Эндокринология. Национальное руководство. М.? 2008
793) Sinaktenlə testi hansı məqsədlə aparılır?
A) Birincili hipokortisizmin diaqnostikası üçün

B) Birincili hiperaldosteronizmin diaqnostikası üçün

C) AKTH defisitinin aşkarlamaq üçün

D) Hipofizar və böyrəküstü Kuşinq sindromunun differensial diaqnostikası üçün

E) İkincili hipokortisizmli xəstənin əməliyyat öncəsi hazırlığı üçün
Ədəbiyyat: Дедов И.И.., Мельниченко Г.А. Эндокринология. Национальное руководство. М.? 2008
794) Birincili xroniki böyrəküstü vəzi çatmamazlığı üçün aşağıda yazılanlardan biri doğru deyil?
A) Kortikosteroidlərlə əvəzedici müalicə fonunda böyrəküstü vəzin atrofiyasının reqressinə və funksiyalarının bərpasına nail olmaq olur

B) Adrenoleykodistrofiya və böyrəküstü vəzin vərəmi çox rast gəlinən səbəblərindəndir

C) Böyrəküstü vəzin qabıq maddəsinin autoimmun destruksiyası ən çox rast gəlinən səbəblərindəndir

D) Dəri və görünən selikli qişaların hiperpiqmentasiyası MSH hipersekresiyası hesabına olur

E) Autoimmun tireoiditlə birgə rast gəlinməsi Şmidt sindromu adlanır
Ədəbiyyat: Дедов И.И.., Мельниченко Г.А. Эндокринология. Национальное руководство. М.? 2008
795) Birincili hipokortisizm üçün hansı səciyyəvi deyil?
A) Hiperkaliuriya

B) Hiponatriemiya

C) Sirkulyasiya edən plazmanın həcminin artması

D) Plazma reninin aktivliyinin artması

E) Hiperkaliemiya
Ədəbiyyat: Дедов И.И.., Мельниченко Г.А. Эндокринология. Национальное руководство. М.? 2008
796) Nə üçün İtsenko-Kuşinq xəstəliyi ( hipofizar Kuşinq sindromu ) zamanı böyük deksametazon ( Liddl ) testi zamanı kortizol sekresiyasını azaltmaq mümkün olur?
A) )Belə yüksək dozalarda deksametazon böyrəküstü vəzin qabıq maddəsinə inqibəedici effekt göstərir

B) Deksametazon kortizoldan daha çox qlükokortikoid aktivliyinə malikdir

C) Deksametazonun yüksək dozası hipotalamus-hipofiz-böyrəküstü vəzin qabıq maddəsi arasında əlaqəni normallaşdırır

D) Qlükokortikoidlərin inqibə edici təsirinə qarşı hipotalamo-hipofizar sistemin həssaslığının tam itməməsi

E) Heç biri düzgün deyil
Ədəbiyyat: Дедов И.И.., Мельниченко Г.А. Эндокринология. Национальное руководство. М.? 2008
797) Böyrəküstü vəzin kəskin çatmazlığının (adisson krizi ) müalicəsi necədir?
A) İlkin olaraq ağrı şokunu götürmək üçün morfinin yeridilməsi və stasionara yerləşdirmək

B) Çoxlu maye qəbulu, bel nahiyyəsinə buz qoymaq və sidikqovucu qəbulu

C) Fentolamin vəya tropafen yeridilməsi

D) Natrium xlorid fizioloji məhlulunun köçürülməsi və böyük dozada hidrokortizonun yeridilməsi

E) Venadaxili adrenalinin və digər adrenomimetiklərin yeridilməsi
Ədəbiyyat: Дедов И.И.., Мельниченко Г.А. Эндокринология. Национальное руководство. М.? 2008
798) Kuşinq sindromu zamanı şəkərli diabetin əmələ gəlməsinin səbəbini göstərin?
A) Qlikogenolizin aktivləşməsi

B) Proteolizin aktivləşməsi

C) Lipolizin stimulyasiyası

D) Poliol yolu ilə qlükoza utilizasiyasının zəifləməsi

E) Qlükoneogenezin aktivləşməsi
Ədəbiyyat: Дедов И.И.., Мельниченко Г.А. Эндокринология. Национальное руководство. М.? 2008
799) 37 yaşlı qadın qansızmalardan, AT 170/105 mm/c. st. qədər yüksəlməsindən şikayətlənir.Müayinə zamanı striyalar,piylənmə və ayabənzər üz nəzərə çarpır. Bu xəstədə ilkin etapda hansı test keçirilməlidir?
A) Kiçik deksametazon testi

B) Böyük deksametazon testi

C) Böyrəküstü vəzin KT və MRT müayinəsi

D) Plazma AKTH təyini

E) Hipofizin KT və MRT müayinəsi
Ədəbiyyat: Дедов И.И.., Мельниченко Г.А. Эндокринология. Национальное руководство. М.? 2008
800) Kuşinq xəstəliyi zamanı xloditanın optimal terapevtik dozası neçədir?
A) 12 qr/s

B) 75 mq/s

C) 12 mq/s

D) 4–6 qr/s

E) 1,5 qr/s
Ədəbiyyat: Дедов И.И.,Мельниченко Г.А.,Фадеев В.В. Эндокринология, Москва,2000.
801) Kuşinq xəstəliyi zamanı nə xarakterikdir?
A) Böyrəküstü vəzin birtərəfli böyüməsi

B) 8 mq deksametazon testi zamanı AKTH ifrazının zəifləməməsi

C) Hipotoniyalara meyllilik

D) Böyrəküstü vəzin ikitərəfli böyüməsi

E) 1 mq deksametazon testi zamanı AKTH ifrazının zəifləməsi
Ədəbiyyat: Дедов И.И.,Мелниченко Г.А.,Фадеев В.В. Эндокринология, Москва,2000.
802) Aşağıdakı xəstəlik (vəziyyət) ikincili (hipotalamo-hipofizar) böyrəküstü vəzi çatmamazlığına aiddir?
A) Qlükokortikoidlərlə uzunmüddətli müalicə

B) Adrenoleykodistrofiya

C) Heç biri düzgün deyil

D) 1-ci tip autoimmun poliqlandulyar sindrom

E) 2-ci tip autoimmun poliqlandulyar sindrom
Ədəbiyyat: Дедов И.И.,Мелниченко Г.А.,Фадеев В.В. Эндокринология, Москва,2000.
803) Adrenoleykodistrofiya nədir?
A) Y- xromosomla bağlı sinir sisteminin ağır degenerativ xəstəliyi

B) X-xromosomla bağlı irsi resessiv melanodermik leykodistrofiya

C) QİÇS nəticəsində böyrəküstü vəzin zədələnməsi

D) Bəzən böyrəküstü vəzin çatmamazlığına gətirib çıxaran, böyrəküstü vəzin birtərəfli zədələnməsi ilə gedən kəskin xəstəlik

E) Klinik gedişinə görə xoşxasiyyətli olan,böyrəküstü vəzin xroniki çatmamazlığına gətirib çıxaran səbəblərdən biri
Ədəbiyyat: Дедов И.И.,Мельниченко Г.А.,Фадеев В.В. Эндокринология, Москва,2000.
804) Aşağıda yazılanlardan hansı daha çox böyrəküstü vəzi çatışmazlığına səbəb olur?
A) Böyrəküstü vəzin autoimmun zədələnməsi

B) QİÇS infeksiyası

C) Böyrəküstü vəzin vərəmi

D) Adrenoleykodistrofiya

E) Böyrəküstü vəzin göbələk mənşəli zədələnməsi
Ədəbiyyat: Дедов И.И.,Мелниченко Г.А.,Фадеев В.В. Эндокринология, Москва,2000.
805) Böyrəküstü vəzin çatmamazlığına gətirib çıxaran ən az rast gəlinən səbəbi göstərin?
A) Adrenoleykodistrofiya

B) Uoterxaus- Frederiksen sindromu

C) Böyrəküstü vəzin vərəmi

D) Böyrəküstü vəzin autoimmun zədələnməsi

E) Böyrəküstü vəzin göbələk mənşəli zədələnməsi
Ədəbiyyat: Дедов И.И.,Мельниченко Г.А.,Фадеев В.В. Эндокринология, Москва,2000.
806) Birincili böyrəküstü vəzi çatmamazlığına xarakter olmayan simptomu göstərin?
A) Hiperqlikemiya

B) Arterial hipotenziya

C) Çəki itkisi

D) Selikli qişaların və dərinin hiperpiqmentasiyası

E) Astenik sindrom
Ədəbiyyat: Дедов И.И.,Мельниченко Г.А.,Фадеев В.В. Эндокринология, Москва,2000.
807) Addison xəstəliyi zamanı pəhriz məsləhətlərinə aşağıdakılardan hansı aid deyil?
A) Qida duzunun çox istifadəsi

B) Natriumla zəngin qidaların çox mənimsənilməsi

C) Gün ərzində karbohidrat qəbulunun hissələrlə qəbulu

D) Qidanın kalorisinin 20–25% artırılması

E) Kaliumla zəngin qidaların çox mənimsənilməsi
Ədəbiyyat: Дедов И.И.,Мельниченко Г.А.,Фадеев В.В. Эндокринология, Москва,2000.
808) Aşağıdakı preparatlardan hansı mineralokortikoidlərə aiddir?
A) Prednizolon

B) Hidrokortizon

C) Metil prednizolon

D) Dezoksikortikosteron asetat

E) Kortizon asetat
Ədəbiyyat: Дедов И.И.,Мельниченко Г.А.,Фадеев В.В. Эндокринология, Москва,2000.
809) Kuşinq xəstəliyi səbəbindən xəstədə ikitərəfli adrenalektomiya əməliyyatı keçirilmişdir. Nelson sindromu inkişaf edir və hipofizdə mikroadenoma aşkarlanır. İlkin etap üçün müalicə taktikasını göstərin?
A) Adenomektomiya

B) Dostineks təyini

C) Hipofizektomiya

D) Parlodel təyini

E) Xloditan təyini
Ədəbiyyat: Дедов И.И.,Мельниченко Г.А.,Фадеев В.В. Эндокринология, Москва,2000.
810) Ağır gedişli Addison xəstəliyindən əziyyət çəkən xəstədə ümumi zəiflik, ürəkbulanma, qusma, qarında ağrılar, oynaq və əzələlərdə ağrılar, ishal başlayır. Hipotoniya, piqmentasiya başlayır, qarnın palpasiyası zamanı diffuz ağrılar qeyd olunur. Xəstənin vəziyyətinin pisləşməsinə səbəb nədir?
A) Qida toksikoinfeksiyası

B) Addison krizi

C) Heç biri doğru deyil

D) Qoşulan kəskin pankreatit

E) Mineralokortikoidlərin artıq dozası
Ədəbiyyat: Дедов И.И.,Мельниченко Г.А.,Фадеев В.В. Эндокринология, Москва,2000.
811) Kortikosteroma əsasən nə ifraz edir?
A) Androgen

B) Adrenalin və noradrenalin

C) Aldosteron

D) Estrogen

E) Qlükokortikoid
Ədəbiyyat: Дедов И.И.,Мельниченко Г.А.,Фадеев В.В. Эндокринология, Москва,2000.
812) Feoxromositoma - xromofin toxumanın şişi olub, hansı hormonu ifraz edir?
A) Adrenalin

B) Qlükokortikoid

C) Aldosteron

D) Estrogen

E) Androgen
Ədəbiyyat: Дедов И.И.,Мельниченко Г.А.,Фадеев В.В. Эндокринология, Москва,2000.
813) Kortikosteroma zamanı klinik əlamətlərin inkişafına nə səbəb olur?
A) AKTH sekresiyasının artması

B) Aldosteron sekresiyasının azalması

C) Androgen sekresiyasının azalması

D) Qlükokortikoidlərin izolə olunmuş hipersekresiyası

E) KRH (kortikotropinrilizinq hormonu) sekresiyasının artması
Ədəbiyyat: Дедов И.И.,Мельниченко Г.А.,Фадеев В.В. Эндокринология, Москва,2000.
814) Kortikosteroma və ektopik KRH sindromun differensial diaqnostikası üçün hansı laborator testdən istifadə olunur?
A) Heç biri doğru deyil

B) AKTH səviyyəsinin təyini

C) Böyük deksametazon testi

D) Kortizolun sutkalıq eksresiyasının təyini

E) Kiçik deksametazon testi
Ədəbiyyat: Дедов И.И.,Мельниченко Г.А.,Фадеев В.В. Эндокринология, Москва,2000.
815) Konn sindromu zamanı aldosteron necə dəyişilir?
A) Cüzi artır

B) Çox artır

C) Çox azalır

D) Cüzi azalır

E) Dəyişmir
Ədəbiyyat: Дедов И.И.,Мельниченко Г.А.,Фадеев В.В. Эндокринология, Москва,2000.
816) Konn sindromu zamanı renin sekresiyası necə dəyişilir?
A) Cüzi azalır

B) Dəyişmir

C) Çox azalır

D) Cüzi artır

E) Çox artır
Ədəbiyyat: Дедов И.И.,Мельниченко Г.А.,Фадеев В.В. Эндокринология, Москва,2000.
817) Androsteromanın klinik əlamətləri nə ilə əlaqədardır?
A) Adrenalin və noradrenalin sekresiyasının artması ilə

B) Aldosteron və estrogenlərin sekresiyasının artması ilə

C) Qlükokortikoidlərin və aldosteronun sekresiyasının artması ilə

D) Androgen sekresiyasının artması ilə

E) Estrogen sekresiyasının artması ilə
Ədəbiyyat: Дедов И.И.,Мельниченко Г.А.,Фадеев В.В. Эндокринология, Москва,2000.
818) Androsteromanın əsas müalicə metodu nə hesab olunur?
A) Antiandrogenlərlə müalicə

B) Şüa müalicəsi

C) Cərrahi müdaxilə

D) Xloditanla müalicə

E) Heç biri düzgün deyil
Ədəbiyyat: Дедов И.И.,Мельниченко Г.А.,Фадеев В.В. Эндокринология, Москва,2000.
819) Qlükoandrosteroma klinik olaraq özünü nə ilə göstərir?
A) Ginekomastiya və feminizasiya ilə

B) Anoreksiya və dispepsik əlamətlərlə

C) Viril sindrom və hiperkortisizmin simptomları ilə

D) Tək viril sindromla

E) Hiperkortisizmin simptomları ilə
Ədəbiyyat: Дедов И.И.,Мельниченко Г.А.,Фадеев В.В. Эндокринология, Москва,2000.
820) Birincili aldosteronizm üçün nə xarakterik deyil?
A) Hipoxloremik alkaloz

B) Hiperkaliuriya

C) Hipernatremiya

D) Hipokalemiya

E) Hiperkalemiya
Ədəbiyyat: “эндокринология национальное руководство" под редакцией акад. РАН и РАМН И. И. Дедова, чл. - кор. РАМН Г. А. Мельниченко
821) Qlükokortikoidlər harda sintez edilir?
A) Böyrəküstü vəzilərin qabıq maddəsinin dəstəli qatında

B) Böyrəküstü vəzilərin beyin maddəsində

C) Böyrəküstü vəzilərin qabıq maddəsinin torlu qatında

D) Böyrəküstü vəzilərin qabıq maddəsinin yumaqcıq qatında

E) Hipotalamusda
Ədəbiyyat: “эндокринология национальное руководство" под редакцией акад. РАН и РАМН И. И. Дедова, чл. - кор. РАМН Г. А. Мельниченко
822) Aşağıdakılardan hansında ginekomastiya müşahidə edilə bilər?
A) Şəkərli diabet

B) Kuşing sindromu

C) Adisson xəstəliyi

D) Greyvs xəstəliyi

E) Nunan sindromu
Ədəbiyyat: “эндокринология национальное руководство» под редакцией акад. РАН и РАМН И. И. Дедова, чл. - кор. РАМН Г. А. Мельниченко
823) AKTH hansı vəzin funksiyasını requlyasiya edir?
A) Mədəaltı

B) Böyrəküstü

C) Epifiz

D) Qalxanabənzər

E) Cinsi
Ədəbiyyat: “эндокринология национальное руководство» под редакцией акад. РАН и РАМН И. И. Дедова, чл. - кор. РАМН Г. А. Мельниченко
824) İtsenko - Kuşinq xəstəliyinin səbəbi?
A) Tireotropinoma

B) Prolaktinoma

C) Yumurtalıqların şişi

D) Kortikosteroma

E) Hipofizin bazofil adenoması
Ədəbiyyat: “эндокринология национальное руководство» под редакцией акад. РАН и РАМН И. И. Дедова, чл. - кор. РАМН Г. А. Мельниченко
825) Qlükokortikoidlərin artıq ifrazı özünü necə biruzə verir?
A) Dəridə striyaların əmələ gəlməsi

B) Arterial hipotoniya

C) Dərinin artıq nəmlənməsi

D) Qlükozanın qanda azalması

E) Arıqlama
Ədəbiyyat: “эндокринология национальное руководство» под редакцией акад. РАН и РАМН И. И. Дедова, чл. - кор. РАМН Г. А. Мельниченко
826) Şteyn-Levental sindromu üçün hansı simptomlar xarakterikdir?
A) Normal menstrual sikl, tüklərin tökülməsi

B) Anovulyator menstrual sikl, hirsutizm, ovarial stromanın hiperplaziyası və hipertrofiyası

C) Sonsuzluq, disalqomenoreya

D) Ovarial stromanın hipoplaziyası və hipotrofiyası

E) Opsomenoreya
Ədəbiyyat: Н.Т. Старкова. Клиническая эндокринология. «Медицина», Москва, 2004
827) Reseptorların səviyyəsində androgenlərin təsirini hansı preparatlar blokada edir?
A) 5 alfa-reduktaza

B) Spironolakton

C) Simetidin

D) Prednizolon

E) Estrogenlər
Ədəbiyyat: Н.Т. Старкова. Клиническая эндокринология. «Медицина», Москва, 2004
828) Klimakterik dövr nə ilə xarakterizə olunur?
A) Tənginəfəslik, quru öskürək

B) Dispepsiya

C) Vegetativ–damar pozğunluqları, neyropsixiki pozğunluqlar

D) Laktoreya

E) Dəri səpgiləri
Ədəbiyyat: И.И.Дедов, Г.А.Мельнишенко. Эндокринология. «Медицина», Москва, 2004
829) Klimakterik dövr zamanı hansı əlamətlər müşahidə olunmur?
A) Hava çatışmamazlığı ilə

B) Diensefal böhranlarla

C) Laktoreya

D) Ürək ağrıları ilə

E) Klimakteritk istibasma
Ədəbiyyat: И.И.Дедов, Г.А.Мельнишенко. Эндокринология. «Медицина», Москва, 2004
830) Klimakterik dövrün vegetativ damar pozulmalarının müalicə vasitələri göstərin?
A) Somatotrop hormon

B) Antibiotiklər

C) Sedativ vasitələr, estrogenlər və ya androgenlərin təyini

D) İmmunodepressantlar

E) Tireoid preparatlar
Ədəbiyyat: И.И.Дедов. Эндокринология. «Медицина», Москва, 2004
831) Klimakterik kardiyopatiyaların müalicəsi zamanı təyin edilən preparatlardan hansı effekli deyil?
A) Lidokain

B) İnderal

C) Klimakterin

D) Erqotamin

E) Kalium preparatları
Ədəbiyyat: И.И.Дедов, Г.А.Мельнишенко. Эндокринология. «Медицина», Москва, 2004
832) Yumurtalıqların polikistozunun hormonal markeri hansı göstəricidir?
A) Kettle indeksi

B) AKTH/Kortizol

C) FSH/Testosteron

D) LH/FSH

E) Testosteron/İnsulin
Ədəbiyyat: И.И.Дедов, Г.А.Мельнишенко. Эндокринология. «Геотар-Медиа», Москва, 2008
833) Qızlarda somatotrop hormonu çatmamazlığı ilə ahənglik təşkil edən ikincili hipoqonadizmin müalicəsini hansı yaş dövründə başlamaq lazımdır?
A) 4-5 yaşında

B) 10-12 yaşında

C) 9-10 yaşında

D) 6-7 yaşında

E) 13-14 yaşında
Ədəbiyyat: И.И.Дедов, Г.А.Мельниченко. Эндокринология. «Геотар-Медиа», Москва, 2008
834) Qızlarda hansı yaş dövründə ikincili cinsi əlamətlərin olması vaxtından əvvəl cinsi inkişaf haqqında subut edir?
A) 5-6 yaşına qədər

B) 3-4 yaşına qədər

C) 7-8 yaşına qədər

D) 4-5 yaşına qədər

E) 9-10 yaşına qədər
Ədəbiyyat: И.И.Дедов, Г.А.Мельниченко. Эндокринология. «Геотар-Медиа», Москва, 2008
835) Osteoporozun klassifikasiyası nəyə əsaslanır?
A) Etiologiyaya

B) Patogenezə

C) Prosessin yayılmasına

D) Xəstəliyin mərhələsinə

E) Simptomatikaya
Ədəbiyyat: И.И.Дедов, Г.А.Мельниченко. Эндокринология. «Геотар-Медиа», Москва, 2008
836) Birincili osteoporozun patogenezində mühüm rol oynayan faktorlar hansı aid deyil?
A) Həyat boyu ovarial funksiyanın azalması

B) Ca homeostazının pozulması

C) Menopauzada ovarial funksiyanın dayanması

D) Na homeostazının pozulması

E) 60 yaşdan sonra fiziki aktivliyin azalması
Ədəbiyyat: И.И.Дедов, Г.А.Мельниченко. Эндокринология. «Геотар-Медиа», Москва, 2008
837) Fəqərələrin osteoporozu zamanı rentqenolojı dəyişiliklər hansılardır?
A) Kəllə sümüklərinin hiperostozu

B) Fəqərələrin hündürlüyünün kiçilməsi

C) Duzlaşma

D) Sümük toxumasının asağı şəffaflığı

E) Subperiostal rezorbsiya
Ədəbiyyat: И.И.Дедов, Г.А.Мельниченко. Эндокринология. «Геотар-Медиа», Москва, 2008
838) Diffuz osteoporoz zamanı rentqenolojı dəyişiliklər hansıdır?
A) Duzlaşma

B) Subperiostal rezorbsiya

C) Fəqərələrin hündürlüyünün kiçilməsi

D) Kəllə sümüklərinin hiperostozu

E) Sümük toxumasının yüksək şəffaflığı
Ədəbiyyat: И.И.Дедов, Г.А.Мельниченко. Эндокринология. «Геотар-Медиа», Москва, 2008
839) İnvolyusiya osteoporozunun profilaktikası üçün ən rasional addım hansıdır?
A) Estrogen tərkibli preparatlarının qəbulu

B) Hərəkət aktivliyinin artması ilə bərabər Ca və D vitamini qəbulu

C) D vitaminin qəbulu

D) Zülallarla kasad olan pəhriz

E) Menopauza başlanandan Ca və C vitamini qəbulu
Ədəbiyyat: И.И.Дедов, Г.А.Мельнишенко. Эндокринология. «Геотар-Медиа», Москва, 2008
840) Hansı preparatlarının qəbulu nəticəsində sümük sıxlığının azalması yarana bilər?
A) Diuretiklər

B) Aspirin

C) D vitamini

D) İnterferon

E) Antibiotiklər
Ədəbiyyat: И.И.Дедов, Г.А.Мельниченко. Эндокринология. «Геотар-Медиа», Москва, 2008
841) Osteomalyasiya zamanı laborator göstəricilərin dəyişiklikləri hansıdır?
A) Disproteinemiya və ümumi zülalın artması

B) Oksiprolinin ekskresiyasının artması

C) Ca/kreatinin nisbətinin azalması

D) Hiperkalsemiya və hiperfosfatemiya

E) Leykositoz
Ədəbiyyat: И.И.Дедов, Г.А.Мельниченко. Эндокринология. «Геотар-Медиа», Москва, 2008
842) Antirezorbtiv terapiyanın əsas effektləri hansıdır?
A) Osteoblastlar inhibisiyası

B) Osteositlər inhibisiyası

C) Osteoidlərin aktivizasiyası

D) Osteoklastların inhibisiyası

E) Sümük matrisasının bərpası
Ədəbiyyat: И.И.Дедов, Г.А.Мельниченко. Эндокринология. «Геотар-Медиа», Москва, 2008
843) Sümük sıxlığı ilkin olaraq skeletin hansı sahələrində azalır?
A) Bud- çanaq oynağında

B) Oma sümüyü

C) Baldırlarda

D) Bazu önü

E) Onurğa sütununda
Ədəbiyyat: И.И.Дедов, Г.А.Мельнишенко. Эндокринология. «Геотар-Медиа», Москва, 2008
844) İnvolyusiya osteoporozu zamanı nəyin təyini məqsədəuyğundur?
A) Osteokalsinin

B) Estradiol və qonadotropinlərin

C) Paratireoid hormonun

D) Prolaktinin

E) D vitamininin
Ədəbiyyat: И.И.Дедов, Г.А.Мельнишенко. Эндокринология. «Геотар-Медиа», Москва, 2008
845) Menopauzada osteoporozun kliniki göstəricilərinə aid deyil?
A) Döş qəfəsinin deformasiyası

B) Ağrı sindromu

C) Əsəbilik

D) Onurğanın əyilməsi

E) Boyun 10-12 sm azalması
Ədəbiyyat: И.И.Дедов, Г.А.Мельниченко. Эндокринология. «Геотар-Медиа», Москва, 2008
846) Birincili osteoporoza hansı aid deyil?
A) İdiopatik yuvenil osteoporoz

B) Senil osteoporoz

C) Steroid osteoporoz

D) Postmenopauzal osteoporoz

E) İrsi osteoporoz
Ədəbiyyat: И.И.Дедов, Г.А.Мельниченко. Эндокринология. «Геотар-Медиа», Москва, 2008


Yüklə 2,45 Mb.

Dostları ilə paylaş:
1   ...   9   10   11   12   13   14   15   16   ...   19




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin