847) İdiopatik osteoporoz üçün xarakterik əlamətlər hansı deyıl?
A) Qonadların funksiyasının zəifləməsi
B) Onurğanın kompression sınıqları
C) Ağrı sindromu
D) Onurğanın əyilməsi
E) Boyun 10-12 sm azalması
Ədəbiyyat: И.И.Дедов, Г.А.Мельнишенко. Эндокринология. «Геотар-Медиа», Москва, 2008
848) Sümüyun remodelyasiya markerlərinə aşağıdakılardan hansı aid deyıl?
A) Sidikdə oksiprolin
B) Piridinolin
C) Osteokalsin
D) Qələvi fosfataza
E) Kreatinfosfokinaza
Ədəbiyyat: И.И.Дедов, Г.А.Мельниченко. Эндокринология. «Геотар-Медиа», Москва, 2008
849) Antirezorbtiv effektə malik olan preparatlara hansı aid deyıl?
A) D vitamin preparatları
B) Ca preparatları
C) Kalsitonin
D) Bifosfonatlar
E) Deksametazon
Ədəbiyyat: И.И.Дедов, Г.А.Мельнишенко. Эндокринология. «Геотар-Медиа», Москва, 2008
850) Qadınlarda osteoporozun yaranmasının risk faktoru deyil?
A) Hipostenik bədən quruluşu
B) Menopauza
C) Antibiotiklərin uzun müddət qəbulu
D) Artıq çəki
E) İdman ilə məşğul olmaq
Ədəbiyyat: И.И.Дедов, Г.А.Мельниченко. Эндокринология. «Геотар-Медиа», Москва, 2008
851) İnsan orqanizmində Ca miqdarının orta göstəricisi?
A) 500 qr
B) 800 qr
C) 1500 qr
D) 1000 qr
E) 2000 qr
Ədəbiyyat: И.И.Дедов, Г.А.Мельниченко. Эндокринология. «Медицина», Москва, 2004
852) Skeletdə Ca faiz göstəricisi hansıdır?
A) 50%
B) 80%
C) 10%
D) 90%
E) 98%
Ədəbiyyat: И.И.Дедов, Г.А.Мельниченко. Эндокринология. «Медицина», Москва, 2004
853) Sidik ilə ekskresiya olan Ca miqdarı?
A) 50%
B) 20%
C) 10%
D) 1,5%
E) 2%
Ədəbiyyat: И.И.Дедов, Г.А.Мельнишенко. Эндокринология. «Медицина», Москва, 2004
854) Orqanizmdə Ca haradan sovrulur?
A) Yoğun bağırsaqdan
B) Nazik bağırsaqdan
C) Mədədən
D) Ağız boşluğundan
E) Düz bağırsaqdan
Ədəbiyyat: И.И.Дедов, Г.А.Мельнишенко. Эндокринология. «Медицина», Москва, 2004
855) Hiperkalsemiya nəyə səbəb olur?
A) Parathormonun sekresiyasının azalmasına
B) АКТH-ın azalmasına.
C) Tireotrop hormonunun artmasına
D) ТЗ azalmasına
E) Т4 artmasına
Ədəbiyyat: И.И.Дедов, Г.А.Мельнишенко. Эндокринология. «Медицина», Москва, 2004
856) Sümük sıxlığının azalması hansı hallarda müşahidə olmur?
A) Piylənmə zamanı
B) Revmatoid artrit zamanı
C) Hemorraqik diatezlər zamanı
D) Ağ ciyərlərin xroniki qeyri-spesifik xəstəlikləri zamanı
E) Xroniki böyrək çatmamazlığı zamanı
Ədəbiyyat: И.И.Дедов, Г.А.Мельниченко. Эндокринология. «Геотар-Медиа», Москва, 2008
857) Osteoporozun risk faktoru deyil?
A) Nikotin istifadəsi
B) Pivə istifadəsi
C) Qlyukokortikoid istifadəsi
D) Natural şirə istifadəsi
E) Çaxır istifadəsi
Ədəbiyyat: И.И.Дедов, Г.А.Мельниченко. Эндокринология. «Геотар-Медиа», Москва, 2008
858) İldə boyun neçə sm kiçilməsi zamanı osteoporozdan şübhələnmək olar?
A) <4 sm
B) < 6 sm
C) < 1 sm
D) <5 sm
E) < 2 sm
Ədəbiyyat: И.И.Дедов, Г.А.Мельниченко. Эндокринология. «Геотар-Медиа», Москва, 2008
859) Bədən kütləsinin indeksinin hansı göstəriciləri osteoporoz üçün risk faktorudur?
A) >20
B) <20
C) <40
D) >50
E) >39
Ədəbiyyat: И.И.Дедов, Г.А.Мельниченко. Эндокринология. «Геотар-Медиа», Москва, 2008
860) Osteoporoz hansı endokrin xəstəlikləri müşahidə etmir?
A) Şəkərli diabet
B) Şəkərsiz diabet
C) Akromeqaliya
D) Hiperkotisizm
E) Hipoqonadizm
Ədəbiyyat: И.И.Дедов, Г.А.Мельнишенко. Эндокринология. «Медицина», Москва, 2004
861) Yuvenil osteoporoz hansı yaş dövründə yarana bilər?
A) 20-24 yaş arası
B) 7-9 yaş arası
C) 8-10 yaş arası
D) 10-14 yaş arası
E) 5-6 yaş arası
Ədəbiyyat: И.И.Дедов, Г.А.Мельниченко. Эндокринология. «Медицина», Москва, 2004
862) Osteoporozun əvəzedici hormonal terapiyasının maksimal istifadə müddəti hansıdır?
A) 2-3 il
B) 5-7 il
C) 1-3 il
D) 9-10 il
E) 3-5 il
Ədəbiyyat: И.И.Дедов, Г.А.Мельниченко. Эндокринология. «Медицина», Москва, 2004
863) Estrogenlərin sintezi qadın orqanizmində hansı vəz və toxumalarda gedir?
A) Piy toxumasında və qalxanabənzər vəzdə
B) Yumurtalıqlarda və böyrəküstü vəzilərin qabıq qatında
C) Qalxanabənzər vəzdə və əzələlərdə
D) Böyrəküstü vəzilərin qabiq qatında və hipofizdə
E) Əzələlərdə və yumurtalıqlarda
Ədəbiyyat: Дедов И.И., Мельнишенко Г.А. Эндокринология. Москва, 2008.
864) Qonadotrop hormonlara hansılar aiddir?
A) Prolaktin, somatotrop hormon
B) Somatotrop hormon, tireotrop hormon
C) Follikulstimuləedici hormon, lüteinləşdirici hormon
D) Tireotrop hormon, follikulstimuləedici hormon
E) Adrenokortikotrop hormon, lüteinləşdirici hormon
Ədəbiyyat: Дедов И.И., Мельнишенко Г.А. Эндокринология. Москва, 2008.
865) Yumurtalıqların birincili hipofunksiyasi zamani qanda hansı hormonal dəyişikliklər baş verir?
A) Qonadotrop hormonlar artır, estrogenlər azalır
B) Qonadotrop hormonlar artır, estrogenlər artır
C) Qonadotrop hormonlar normada olur, estrogenlər azalır
D) Qonadotrop hormonlar azalir, estrogenlər artır
E) Qonadotrop hormonlar azalır, estrogenlər azalır
Ədəbiyyat: Дедов И.И., Мельнишенко Г.А. Эндокринология. Москва, 2008.
866) Yumurtalıqların ikincili hipofunksiyası zamanı qanda hansı hormonal dəyişikliklər baş verir?
A) Qonadotrop hormonlar azalır, estrogenlər artır
B) Qonadotrop hormonlar artır, estrogenlər azalır
C) Qonadotrop hormonlar normada olur, estrogenlər artır
D) Qonadotrop hormonlar artır, estrogenlər artır
E) Qonadotrop hormonlar azalır, estrogenlər azalır
Ədəbiyyat: Дедов И.И., Мельнишенко Г.А. Эндокринология. Москва, 2008.
867) Yumurtalıqların birincili hipofunksiyası zamanı bu müalicəni aparmaq məqsədəuyğun deyil?
A) Sintetik estrogen-gestagen preparatları ilə əvəzedici hormonal terapiya
B) Ovulyasiyanı stimullaşdıran preparatlarla müalicə
C) Kalsium və D vitamini preparatları ilə müalicə
D) Natural estrogen-gestagen preparatları ilə əvəzedici hormonal terapiya
E) Sedativ preparatlarla müalicə
Ədəbiyyat: Дедов И.И., Мельниченко Г.А. Эндокринология. Москва, 2008.
868) Yumurtalıqların ikincili hipofunksiyası zamanı hansı preparatlarla müalicə aparmaq məqsədəuyğun deyil?
A) Ovulyasiyanı stimullaşdıran preparatlarla müalicə
B) Antiestrogen preparatlarla müalicə
C) Qonadotrop hormonlarla əvəzedici terapiya
D) Qonadotropin-rilizinq hormonunun sintetik analoqları ilə müalicə
E) Osteoporoz əleyhinə müalicə
Ədəbiyyat: Н.Т. Старкова. Клиническая эндокринология. «Медицина», Москва, 2004
869) Yumurtalıqların birincili hipofunksiyasına aşağıdakı simptomların hansı xasdır?
A) Sonsuzluq, uşaqlıq qanaxmalari, piylənmə
B) Hirsutizm, amenoreya, piylənmə
C) Amenoreya, sonsuzluq, uşaqlığın və yumurtalıqların hipoplaziyası
D) Uşaqlığın və yumurtalıqların hipoplaziyası, virilizm, amenoreya
E) Amenoreya, hirsutizm, sonsuzluq
Ədəbiyyat: И.И.Дедов, Г.А.Мельниченко. Эндокринология. «Медицина», Москва, 2008
870) Yumurtalıqların üzülmə sindromuna aşağıdakı simptomlardan hansı xasdır?
A) İkincili amenoreya, sonsuzluq, vegetativ simptomlar
B) Sonsuzluq, hirsutizm, uşaqlıq qanaxmaları
C) Piylənmə, virilizm, birincili amenoreya
D) Birincili amenoreya, sonsuzluq, piylənmə
E) Hirsutizm, ikincili amenoreya, vegetativ simptomlar
Ədəbiyyat: Н.Т. Старкова. Клиническая эндокринология. «Медицина», Москва, 2004
871) Yumurtalıqların rezistent sindromu zamanı aşağıdakı kariotip müşahidə olunur?
A) 45,XO
B) 46,XY
C) 46,XX
D) 47,XXY
E) 47,XXX
Ədəbiyyat: И.И.Дедов, Г.А.Мельниченко. Эндокринология. «Медицина», Москва, 2008
872) Yumurtalıqların üzülmə sindromunun ağırlaşmaları bunlardır?
A) Ateroskleroz, uşaqlığın xərçəngi, piylənmə
B) Piylənmə, osteoporoz, uşaqlıq qanaxmaları
C) Miokard infarktı, ateroskleroz, osteoporoz
D) Osteoporoz, ateroskleroz, uşaqlıq qanaxmaları
E) Uşaqlıq xərçəngi, miokard infarktı, piylənmə
Ədəbiyyat: И.И.Дедов, Г.А.Мельниченко. Эндокринология. «Медицина», Москва, 2008
873) Yumurtalıqların ikincili hipofunksiyası diaqnozunu təsdiq etmək üçün aşağıdakı müayinələr aparılır?
A) Böyrəküstü vəzilərin KT-sı, hormonal analizlər, döş qəfəsinin R-skopiyası
B) Hormonal analizlər, qalxanabənzər vəzin USM-si, böyrəküstü vəzilərin KT-sı
C) Kəllənin R-qrafiyası, qanın lipid spektrinin öyrənilməsi, EKQ
D) Hormonal analizlər, uşaqlıq və yumurtalıqların USM-si, kəllənin R-qrafiyası
E) Döş qəfəsinin R-qrafiyası, EKQ, uşaqlıq və yumurtalıqların USM-si
Ədəbiyyat: Дедов И.И., Мельнишенко Г.А. Эндокринология. Москва, 2008.
874) Kalman sindromu üçün aşağıdakılardan hansılar səciyyəvidir?
A) Piylənmə, hiperqonadotrop hipoqonadizm
B) Hiperqonadotrop hipoqonadizm, iy bilmə qabiliyyətinin itməsi
C) İy bilmə qabiliyyətinin itməsi, piylənmə
D) Hipoqonadotrop hipoqonadizm, piylənmə
E) Hipoqonadotpop hipoqonadizm, iy bilmə qabiliyyətinin itməsi
Ədəbiyyat: И.И.Дедов, Г.А.Мельниченко. Эндокринология. Москва, 2008
875) Şteyn-Levental sindromuna aşağıdakılardan hansılar səciyyəvidir?
A) Virilizm, hiperprolaktinemiya, hipoqonadotrop amenoreya
B) Anovulyasiya, hiperandrogeniya, uşaqlıq və yumurtalıqların hipoplaziyası
C) İnsulinədavamlılıq, virilizm, sonsuzluq
D) Hiperandrogeniya, uşaqlığın hipoplaziyası və yumurtalıqların polikistozu, anovulyasiya
E) Hiperqonadotrop amenoreya, piylənmə, insulinədavamlılıq
Ədəbiyyat: Дедов И.И., Мельнишенко Г.А. Эндокринология. Москва, 2008.
876) Şteyn-Levental sindromu zamanı aşağıdakı kariotip müşahidə olunur?
A) 45,XO
B) 46,XX
C) 47,XXX
D) 46,XY
E) 47,XXY
Ədəbiyyat: И.И.Дедов, Г.А.Мельниченко. Эндокринология. Москва, 2008
877) Şteyn-Levental sindromunda aşağıdakı hormonal dəyişikliklər olur.
A) Estrogenlər azalır, androgenlər azalır, tireotrop hormon artır
B) Androgenlər artır, lüteinləşdirici hormon artir, somatotrop hormon normada olur
C) Tireotrop hormon azalır, androgenlər artır, insulin artır
D) Qonadotrop hormonlar azalır, estrogenlər artır, prolaktin artır
E) İnsulin azalır, androgenlər artir, follikulstimuləedici hormon artır
Ədəbiyyat: Старкова Н.Т., 2002
878) İnsulinədavamlılıqla olan yumurtalıqların polikistoz sindromunda aşağıdakı müalicə məqsədəuyğun deyil.
A) Pəhrizlə və biquanidlərlə müalicə
B) Biquanidlərlə müalicə
C) Sulfanilsidikcövhərinin törəmələri ilə müalicə
D) Tiazolidindionlarla müalicə
E) Biquanidlərlə və tiazolidindionlarla müalicə
Ədəbiyyat: И.И.Дедов, Г.А.Мельниченко. Эндокринология. Москва, 2008
879) Yumurtalıqların polikistoz sindromu kəskin hiperandrogeniya ilə və insulinə davamlılıqsızlıqla keçəndə aşağıdakı müalicə aparılmalıdır.
A) Roziqlitazon
B) Klomifen-sitrat
C) Sibutramin
D) Metformin
E) Etinilestradiol siproteron
Ədəbiyyat: И.И.Дедов, Г.А.Мельниченко. Эндокринология. Москва, 2008
880) Yumurtalıqların polikistoz sindromunun böyrəküstü formasında aşağıdakı müalicə aparılmalıdır.
A) Klomifen-sitrat
B) Etinilestradiol/levonorqestrel
C) Triptorelin.
D) Deksametazon
E) Metformin
Ədəbiyyat: Дедов И.И., Мельнишенко Г.А. Эндокринология. Москва, 2008.
881) Yumurtalıqların polikistoz sindromuna aşağıdakı fenotip xasdır.
A) Cırtdanboyluluq, kişi tipli bədən quruluşu
B) Kişi tipli tüklənmə, cirtdanboyluluq
C) Piylənmə, ikincili cinsi əlamətlərin inkişaf etməməsi
D) İkincili cinsi əlamətlərin inkişaf etməməsi, cirtdanboyluluq
E) Qadin tipli bədən quruluşu, kişi tipli tüklənmə
Ədəbiyyat: Дедов И.И., Мельнишенко Г.А. Эндокринология. Москва, 2008.
882) İnsulinədavamlılığı təsdiq etmək üçün Caro əmsalını bu formulla hesablayırlar.
A) Qanda acqarına şəkərin səviyyəsini (mmol/l)*22,5/qanda acqarına İRİ səviyyəsinə (mkBV/ml)
B) Qanda acqarina İRİ səviyyəsini (mkBV/ml)*22,5/qanda acqarına şəkərin səviyyəsinə (mmol/l)
C) Qanda acqarına şəkərin səviyyəsini (mmol/l)*qanda acqarına İRİ səviyyəsinə (mkBV/ml)
D) Qanda acqarına İRİ səviyyəsini (mkBV/ml)*/qanda acqarına şəkərin səviyyəsinə (mmol/l)
E) Qanda acqarına şəkərin səviyyəsini (mmol/l)/qanda acqarına İRİ səviyyəsinə (mkBV/ml)
Ədəbiyyat: Дедов И.И., Мельниченко Г.А. Эндокринология. Москва, 2008.
883) İnsulinədavamlılıq HOMA əmsalı ilə bu formulla hesablanır.
A) Qanda acqarına İRİ səviyyəsini (mkBV/ml)/qanda acqarına şəkərin səviyyəsinə (mmol/l)
B) Qanda acqarına şəkərin səviyyəsini (mmol/l) /qanda acqarına İRİ səviyyəsinə (mkBV/ml)
C) Qanda acqarına İRİ səviyyəsini(mkBV/ml)* qanda acqarına şəkərin səviyyəsinə (mmol/l)/ 22,5
D) Qanda acqarına şəkərin səviyyəsini (mmol/l)*22,5/qanda acqarına İRİ səviyyəsinə
E) Qanda acqarına şəkərin səviyyəsini (mmol/l)*qanda acqarına İRİ səviyyəsinə (mkBV/ml)
Ədəbiyyat: И.И.Дедов, Г.А.Мельниченко. Эндокринология. ,Mосква 2008
884) Hirsutizmi (Ferriman-Qollvey şkalası ilə) hansı rəqəm göstərir?
A) Hirsut rəqəm
B) İndifferent rəqəm
C) Hormonal rəqəm+indifferent rəqəm
D) Hormonal rəqəm
E) İndifferent rəqəm+hirsut rəqəm
Ədəbiyyat: Дедов И.И., Мельниченко Г.А. Эндокринология. Москва, 2008.
885) Hirsutizmin ifadə edilməsini qiymətləndirmək üçün bədənin neçə androgenasılı sahəsini tanıyırsız (Ferriman-Qollvey şkalası ilə)?
A) 10
B) 11
C) 3
D) 7
E) 8
Ədəbiyyat: Дедов И.И., Мельниченко Г.А. Эндокринология. Москва, 2008.
886) Yumurtalıqların polikistoz sindromunun diaqnozunu təsdiq etmək üçün aşağıdakı müayinələr vacibdir.
A) Anamnezin toplanması, hormonal müayinələr, döş qəfəsinin R-qrafiyası
B) Kəllənin R-grafiyası, hormonal sınaqlar, anamnezin toplanması
C) EKQ, kəllənin R-grafiyası, böyrəküstü vəzilərin USM-si
D) Uşaqlığın və yumurtalıqların USM-si, EKQ, böyrəküstü vəzilərin KT-sı
E) Hormonal müayinələr, uşaqlığın və yumurtalıqların USM-si, hormonal sınaqlar
Ədəbiyyat: Дедов И.И., Мельниченко Г.А. Эндокринология. Москва, 2008.
887) Klimakterik sindroma xas olan əlamətlər hansılardır?
A) Hirsutizm, piylənmə, birincili amenoreya
B) Oliqo-amenoreya, vegetativ simptomatika, neyropsixiki dəyişikliklər
C) Neyropsixiki dəyişikliklər, kaxeksiya, amenoreya
D) Vegetativ simptomatika, piylənmə, virilizm
E) Kaxeksiya, oliqo-amenoreya, hirsutizm
Ədəbiyyat: Дедов И.И., Мельнишенко Г.А. Эндокринология. Москва, 2008.
888) Klimakterik sindromun erkən ağırlaşmalarına hansılar aiddir?
A) Ürək-damar xəstəlikləri, vazomotor dəyişikliklər
B) Emosional-psixi dəyişikliklər, urogenital pozğunluqlar
C) Vazomotor dəyişikliklər, emosional-psixi dəyişikliklər
D) Urogenital pozğunluqlar, osteoporoz
E) Osteoporoz, dəri və onun törəmələrində dəyişikliklər
Ədəbiyyat: Дедов И.И., Мельниченко Г.А. Эндокринология. Москва, 2008.
889) Klimakterik sindromun orta dövrünün ağırlaşmalarına bunlar aiddir.
A) Urogenital pozğunluqlar, dəri və onun törəmələrində dəyişikliklər
B) Osteoporoz, vazomotor dəyişikliklər
C) Ürək-damar xəstəlikləri, urogenital pozğunluqlar
D) Emosional-psixi dəyişikliklər, ateroskleroz
E) Dəri və onun törəmələrində dəyişikliklər, vazomotor dəyişikliklər
Ədəbiyyat: Дедов И.И., Мельниченко Г.А. Эндокринология. Москва, 2008.
890) Klimakterik sindromun gecikmiş ağırlaşmalarına aşağıdakılardan hansı aiddir?
A) Dəri və onun törəmələrində dəyişikliklər, ateroskleroz
B) Urogenital pozğunluqlar, vazomotor dəyişikliklər
C) Ürək-damar xəstəlikləri, osteoporoz
D) Vazomotor dəyişikliklər, ürək-damar xəstəlikləri
E) Osteoporoz, emosional-psixi dəyişikliklər
Ədəbiyyat: Дедов И.И., Мельнишенко Г.А. Эндокринология. Москва, 2008.
891) Klimakterik dövrün başlanğıcında aşağıdakı hormonal dəyişikliklər baş verir.
A) Follikulstimuləedici hormon azalır, hiperestrogenemiya olur
B) Follikulstimuləedici hormon artır, hiperestrogenemiya olur
C) Follikulstimuləedici hormon azalır, hipoestrogenemiya olur
D) Lüteinləşdirici hormon artır, hiperestrogenemiya olur
E) Lüteinləşdirici hormon azalır, hipoestrogenemiya olur
Ədəbiyyat: Дедов И.И., Мельниченко Г.А. Эндокринология. Москва, 2008.
892) Klimakterik dövrün orta çağında aşağıdakı hormonal dəyişikliklər baş verir.
A) Qonadotrop hormonlar azalır, LH/FSH nisbəti artır, hiperestrogenemiya olur
B) Qonadotrop hormonlar azalır, LH/FSH nisbəti azalır, hipoestrogenemiya olur
C) Qonadotrop hormonlar artır, LH/FSH nisbəti artır, hiperestrogenemiya olur
D) Qonadotrop hormonlar artır, LH/FSH nisbəti normada qalır, hipoestrogenemiya olur
E) Qonadotrop hormonlar artır, LH/FSH nisbəti azalır, hipoestrogenemiya olur
Ədəbiyyat: Дедов И.И., Мельнишенко Г.А. Эндокринология. Москва, 2008.
893) Klimakterik sindromun müalicəsində aşağıdakı hansı müalicə məqsədəuyğun deyil?
A) Sedativ preparatlarla müalicə
B) Bisfosfonatlarla müalicə
C) Sintetik estrogen-gestagen preparatları ilə müalicə
D) Kalsium və D vitamini preparatları ilə müalicə
E) Natural estrogen-gestagen preparatları ilə müalicə
Ədəbiyyat: Дедов И.И., Мельниченко Г.А. Эндокринология. Москва, 2008.
894) Klimakterik sindromun ağır formasında “istigəlmə” tutmaları gün ərzində neçə dəfə təsadüf edir?
A) 15-dən 25-ə gədər
B) 20-dən çox
C) 10-dan 20-yə gədər
D) 20-dən 30-a gədər
E) 10-na qədər
Ədəbiyyat: Дедов И.И., Мельниченко Г.А. Эндокринология. Москва, 2008.
895) Klimakterik sindromun yüngül formasında “istigəlmə” tutmaları gün ərzində neçə də-fə təsadüf edir?
A) 20-ə gədər
B) 20-dən 30-a gədər
C) 30-dan çox
D) 10-dan 20-yə gədər
E) 10-na qədər
Ədəbiyyat: Дедов И.И., Мельниченко Г.А. Эндокринология. Москва, 2008.
896) Sağlam qadınlarda klimakterik dövrün başlanması adətən bu yaş dövrünə təsadüf edir.
A) 40-50 yaş
B) 46-55 yaş
C) 50-60 yaş
D) 35-45 yaş
E) 55-65 yaş
Ədəbiyyat: Дедов И.И., Мельниченко Г.А. Эндокринология. Москва, 2008.
897) Erkən klimaks bu yaş dövrünə təsadüf edir.
A) 46-55 yaş
B) 50-55 yaş
C) 40-45 yaş
D) 30-40 yaş
E) 35-40 yaş
Ədəbiyyat: Дедов И.И., Мельнишенко Г.А. Эндокринология. Москва, 2008.
898) Postmenopauzal osteoporozun müalicəsində aşağıdakı hansı dərman qruplarından istifadə olunur?
A) Qonadotropinlərin analoqları, antiestrogen preparatları
B) Kalsium və D vitamini preparatları, antiandrogen preparatları
C) Bisfosfonatlar, kalsium və D vitamini preparatları
D) Sintetik estrogen-gestagen preparatları, bisfosfonatlar
E) Antiandrogen preparatları, sintetik estrogen-gestagen preparatları
Ədəbiyyat: Дедов И.И., 2006
899) Klimakterik sindromun urogenital pozğunluqlarını aşağıdakı preparatlarla müalicə edirlər.
A) Natural estrogen-gestagen preparatları, M-xolinolitiklər
B) Kalsium və D vitamini preparatları, natural estrogen-gestagen preparatları
C) Bisfosfonatlar, sintetik estrogen-gestagen preparatları
D) M-xolinolitiklər, bisfosfonatlar
E) Sintetik estrogen-gestagen preparatları, kalsium və D vitamini preparatları
Ədəbiyyat: Дедов И.И., Мельниченко Г.А. Эндокринология. Москва, 2008.
900) Klimakterik sindromun erkən simptomlarına aşağıdakılardan hansı aiddir?
A) Güclü tərləmə, uşaqlıq yolunda quruluq, sümük ağrıları
B) Depressiya, ürək ağrıları, sistalgiya
C) Saçların tökülməsi, dəri quruluqu, ürəkdöyünmə
D) “istigəlmə” tutmaları, güclü tərləmə, əsəbilik
E) Sümük ağrıları, “istigəlmə” tutmaları, sidik saxlaya bilməmə
Ədəbiyyat: Дедов И.И., Мельниченко Г.А. Эндокринология. Москва, 2008.
901) Yumurtalıqların virilizəedici şişlərinə hansılar aiddir?
A) Tireotropinoma, tekoma, kortikotropinoma
B) Tekoma, androblastomalar, qranulyozhüceyrəli şişlər
C) Androblastomalar, prolaktinoma, tireotropinoma
D) Qranulyozhüceyrəli şişlər, kortikotropinoma, fibroadenoma
E) Fibroadenoma, prolaktinoma, feoxromasitoma
Ədəbiyyat: Н.Т. Старкова. Клиническая эндокринология. «Медицина», Москва, 2004
902) Yumurtalıqların virilizəedici şişlərinə aşağıdakı simptomlardan hansı xasdır?
A) Amenoreya, güclü hirsutizm, səsin kobudlaşması
B) Kaxeksiya, uşaqlıq qanaxmaları, piqmentasiya
C) Qalaktoreya, alopesiya, amenoreya
D) Piylənmə, güclü hirsutizm, uşaqlıq qanaxmaları
E) Səsin kobudlaşması, qalaktoreya, dəridə striyalar
Ədəbiyyat: Н.Т. Старкова. Клиническая эндокринология. «Медицина», Москва, 2004
903) Yumurtalıqların virilizəedici şişlərinin diaqnozunu təsdiq etmək üçün aşağıdakı müayinələr vacibdir.
A) Hormonal sınaqlar, yumurtalıqların USM-si, EKQ
B) Hormonal analizlər, yumurtalıqların və böyrəküstü vəzilərin KT-sı, hormonal sınaqlar
C) Böyrəküstü vəzilərin KT-sı, döş qəfəsinin R-qrafiyası, yumurtalıqların USM-si
D) EKQ, yumurtalıqların KT-sı, kəllənin R-qrafiyası
E) Böyrəküstü vəzilərin USM-si, hormonal analizlər, döş qəfəsinin R-qrafiyası
Ədəbiyyat: Н.Т. Старкова. Клиническая эндокринология. «Медицина», Москва, 2004
904) Yumurtalıqların virilizəedici şişlərinində aşağıdakı müalicə məqsədəuyğundur.
A) Antiandrogenlərlə müalicə
B) Şüa terapiyası
C) Qonadotropinlərin analoqları ilə müalicə
D) Cərrahi müalicə
E) Antiestrogenlərlə müalicə
Ədəbiyyat: Дедов И.И., Мельниченко Г.А. Эндокринология. Москва, 2008.
905) Yumurtalıqların virilizəedici şişlərində hansı kariotip müşahidə edilir?
A) 46,XY
B) 45,XO
C) 47,XXY
D) 46,XX
E) 47,XXX
Ədəbiyyat: Дедов И.И., Мельниченко Г.А. Эндокринология. Москва, 2008.
906) Arrenoblastoma yumurtalıqların hansı hüceyrələrindən inkişaf edir?
A) Yumurtalıqların qranuloz hüceyrələrindən
B) Yumurtalıqların Sertoli hüceyrələrindən
C) Yumurtalıqların interstisial (Leydiq və Sertoli) hüceyrələrindən
D) Yumurtalıqların Leydiq hüceyrələrindən
E) Yumurtalıqların epitelioid hüceyrələrindən
Ədəbiyyat: Н.Т. Старкова. Клиническая эндокринология. «Медицина», Москва, 2004
907) Arrenoblastomaya aşağıdakı simptomlar hansı xasdır?
A) Oliqo-amenoreya, hirsutizm, səsin kobudlaşması
B) Səsin kobudlaşması, susuzluq, sidiyə tez-tez getmə
C) Alopesiya, amenoreya, piqmentasiya
D) Uşaqlıq qanaxmaları, kaxeksiya, susuzluq
E) Hirsutizm, piylənmə, dəridə striyalar
Ədəbiyyat: Н.Т. Старкова. Клиническая эндокринология. «Медицина», Москва, 2004
908) Arrenoblastoma zamanı aşağıdakı müalicə məqsədəuyğundur.
A) Gestagenlərlə müalicə
B) Cərrahi müalicə
C) Antiestrogenlərlə müalıcə
D) Antiandrogenlərlə müalicə
E) Sintetik estrogen-gestagenlərlə müalicə
Ədəbiyyat: Н.Т. Старкова. Клиническая эндокринология. «Медицина», Москва, 2004
40>20>5>4>
Dostları ilə paylaş: |