Endokrinologiya 1 Akromeqaliyanın aktiv mərhələsi üçün aşağıdakı hansı əlamətlər xarakterik deyil?


) Bu şişlərdən hansılar ən yüksək rast gəlmə tezliyinə malikdirlər?



Yüklə 2,45 Mb.
səhifə12/19
tarix09.06.2018
ölçüsü2,45 Mb.
#53067
1   ...   8   9   10   11   12   13   14   15   ...   19

718) Bu şişlərdən hansılar ən yüksək rast gəlmə tezliyinə malikdirlər?
A) Kortikoestroma

B) Androsteroma

C) Qarışığ tərkibli

D) Qlyukosteroma

E) Aldosteroma
Ədəbiyyat: И.И.Дедов, Г.А.Мельниченко. Эндокринология. «Медицина», Москва, 2004
719) Bu şişlərdən hansılar ən az rast gəlmə tezliyinə malikdirlər?
A) Qarışığ tərkibli

B) Qlyukosteroma

C) Androsteroma

D) Aldosteroma

E) Kortikoestroma
Ədəbiyyat: И.И.Дедов, Г.А.Мельниченко. Эндокринология. «Медицина», Москва, 2004
720) Feoxromositoma böyrək-üstü vəzidə yerləşərsə katexolaminlərin miqdarı necə dəyişir?
A) Noradrenalinin və adrenalinin miqdarı artır

B) Noradrenalinin və adrenalinin miqdarı azalır

C) Noradrenalinin miqdarı artır, adrenalinin miqdarı dəyişmir

D) Adrenalinin miqdarı artır, noradrenalinin miqdarı azalır

E) Noradrenalinin miqdarı artir, adrenalinin miqdarı azalır
Ədəbiyyat: И.И.Дедов, Г.А.Мельнишенко. Эндокринология. «Медицина», Москва, 2004
721) Feoxromositoma böyrək-üstü vəzidən kənar yerləşərsə katexolaminlərin miqdarı necə dəyişir?
A) Noradrenalinin miqdarı artır, adrenalinin miqdarı dəyişmir

B) Noradrenalinin və adrenalinin miqdarı azalır

C) Noradrenalinin və adrenalinin miqdarı artır

D) Adrenalinin miqdarı artır, noradrenalinin miqdarı azalır

E) Noradrenalinin miqdarı artir, adrenalinin miqdarı azalır
Ədəbiyyat: И.И.Дедов, Г.А.Мельнишенко. Эндокринология. «Медицина», Москва, 2004
722) Feoxromositomanın diaqnostikası üçün aşağıdakı müayinə aparılmır?
A) Böyrəküstü vəzilərin USM

B) Aortoqrafiya

C) Sutkalıq sidikdə katexolaminlərin təyini

D) Venoz qanda katexolaminlərin təyini

E) AKTH ilə sınaq
Ədəbiyyat: И.И.Дедов, Г.А.Мельниченко. Эндокринология. «Медицина», Москва, 2004
723) Bu sınaqlardan hansı feoxromositoma diaqnozunu təsdiq etmək üçün istifadə olunmur?
A) Soyuq sınağı

B) Deksametazon sınağı

C) Tropafen sınağı

D) Palpator sınağ

E) Histamin sınağı
Ədəbiyyat: И.И.Дедов, Г.А.Мельниченко. Эндокринология. «Медицина», Москва, 2004
724) Feoxromositomanın müalicə üsulları hansılardır?
A) Şua terapiyası

B) Krizlərin konservativ müalicəsi

C) Şişin operativ yol ilə cıxarılması

D) Müşaidə

E) Ximioterapiya
Ədəbiyyat: И.И.Дедов, Г.А.Мельнишенко. Эндокринология. «Медицина», Москва, 2004
725) Feoxromositoma harada lokalizasiya edə bilər?
A) Qara ciyərdə, dalaqda

B) Sidik kisəsində, qara ciyərdə

C) Böyrək-üstü vəzilərin beyin maddəsində, sidik kisəsində, paraqanqliyalarda

D) Paraqanqliyalarda, böyrəklərdə

E) Böyrəklərdə, ağ ciyərlərdə
Ədəbiyyat: И.И.Дедов, Г.А.Мельнишенко. Эндокринология. «Медицина», Москва, 2004
726) Feoxromositomalı xəstələrdə hipertonik krizlərin yaranmasına nə səbəb ola bilər?
A) İsti hava şəraiti, şişin palpasiyası

B) Artıq qida qəbulu, hipodinamiya

C) Nitratlardan istifadə

D) Emosional gərginlik, artıq qida qəbulu, şişin palpasiyası və ya heç bir səbəb olmadan

E) Emosional gərginlik, artıq maye qəbulu
Ədəbiyyat: И.И.Дедов, Г.А.Мельниченко. Эндокринология. «Медицина», Москва, 2004
727) Feoxromositoma diaqnozunu təsdiq etmək üçün nə təyin olunur?
A) Sutkalıq sidikdə vinil-badam turşusu, adrenalin və noradrenalin

B) Sutkalıq sidikdə noradrenalin və kortizol

C) Sutkalıq sidikdə vinil-badam turşusu, aldosteron və noradrenalin

D) Sutkalıq sidikdə adrenalin və aldosteron

E) Sutkalıq sidikdə kortizol, adrenalin və vinil-badam turşusu
Ədəbiyyat: И.И.Дедов, Г.А.Мельниченко. Эндокринология. «Медицина», Москва, 2004
728) Feoxromositomalı xəstələrdə arterial təzyiqin artması hansı preparat ilə aradan götürülür?
A) α-adrenoblokatorlarla

B) β-blokatorlarla

C) Diuretiklərlə

D) Nitratlarla

E) AÇF-inhibitorları ilə
Ədəbiyyat: И.И.Дедов, Г.А.Мельнишенко. Эндокринология. «Медицина», Москва, 2004
729) Konn xəstəliyi zamanı hansı pəhrizdən istifadə olunur?
A) Ca ilə zəngin

B) Mg ilə zəngin

C) Ka ilə zəngin

D) NaCl ilə zəngin

E) Mn ilə zəngin
Ədəbiyyat: И.И.Дедов, Г.А.Мельнишенко. Эндокринология. «Медицина», Москва, 2004
730) Konn xəstəliyi zamanı müalicə prinsipləri hansılardır?
A) Antibiotiklərlə müalicə

B) Qlükokortikoidlərlə müalicə

C) Cərrahi müdaxilə

D) NaCl ilə zəngin pəhriz

E) Şüa müalicəsi
Ədəbiyyat: И.И.Дедов, Г.А.Мельниченко. Эндокринология. «Медицина», Москва, 2004
731) Konn xəstəliyi zamanı hansı qrupdan olan diuretiklər istifadə olunur?
A) Tiazid

B) İstifadə olunmur

C) İlik diuretiklər

D) Kalium qoruyucu

E) Kombinə edilmiş diuretiklər
Ədəbiyyat: И.И.Дедов, Г.А.Мельниченко. Эндокринология. «Медицина», Москва, 2004
732) Adrenalektomiyadan sonra hansı vəziyyət yarana bilər?
A) Volfram sindromu

B) Parxon sindromu

C) Şıxen sindromu

D) Simmonds sindromu

E) Nelson sindromu
Ədəbiyyat: И.И.Дедов, Г.А.Мельниченко. Эндокринология. «Медицина», Москва, 2004
733) Kəskin böyrəküstü vəzin çatmamazlığı zamanı əsas diaqnostik göstərici hansıdır?
A) Hərarətin azalması

B) Qarnda kəskin ağrılar

C) AT artması

D) Hərarətin artması

E) AT kəskin düşməsi
Ədəbiyyat: И.И.Дедов, Г.А.Мельнишенко. Эндокринология. «Медицина», Москва, 2004
734) Bu qlyukokortikoidlərdən hansıların təyini anadanqəlmə Adrenoqenital sindromun müalicəsi üçün daha məqsədə uyğundur?
A) Deksametazon, kortizon

B) Prednizolon, kortizol

C) Kortizon, kortizol

D) Prednizolon, deksametazon

E) Kortineff, deksametazon
Ədəbiyyat: И.И.Дедов, Г.А.Мельнишенко. Эндокринология. «Медицина», Москва, 2004
735) Mineralokortikoidlərə həssas toxumalar hansılardır?
A) Qara ciyər, bağırsaqlar, tər və tüpürcək vəziləri

B) Bağırsaqlar, ağ ciyərlər

C) Ağ ciyərlər, böyrəklər, tər və tüpürcək vəziləri

D) Tər və tüpürcək vəziləri, qara ciyər

E) Böyrəklər, bağırsaqlar, tər və tüpürcək vəziləri
Ədəbiyyat: И.И.Дедов, Г.А.Мельниченко. Эндокринология. «Медицина», Москва, 2004
736) Katexolaminlər hansı aminturşusundan əmələ gəlir?
A) Tirozin

B) Alanin

C) Qlisin

D) Serotonin

E) Serin
Ədəbiyyat: И.И.Дедов, Г.А.Мельнишенко. Эндокринология. «Медицина», Москва, 2004
737) Böyrək-üstü vəzilərin yumağcıq qatında hansı hormonlar ifraz olur?
A) Kortizol

B) Androgenlər

C) Qlyukaqon

D) Aldosteron

E) Estrogenlər
Ədəbiyyat: И.И.Дедов, Г.А.Мельнишенко. Эндокринология. «Медицина», Москва, 2004
738) Böyrəküstü vəzilərin dəstəli qatında hansı hormonlar ifraz olunur?
A) Aldosteron, adrenalin, androgenlər

B) Androgenlər, aldosteron, kortizol

C) Estrogenlər, aldosteron

D) Adrenalin, kortizol, aldosteron

E) Kortizol, androgenlər, estrogenlər
Ədəbiyyat: И.И.Дедов, Г.А.Мельнишенко. Эндокринология. «Медицина», Москва, 2004
739) 33 yaşlı qadın bədən çəkisinin artmasından (6 kg son 1 bir ildə), tüklənmədən, dərinin quruluğundan şikayət edir. Obyektiv müayinə zaman: AT 170/110 mm.c.s., yanaqları qızarmış, dəridə tünd zolaqların olması aşkarlanıb. Laborator müayinələr: Na 141 mmol/L, Ka 4.4 mmol/L, xloridlər 100 mmol/L, CO2 25 mmol/L, qlyukoza 181 mq/dL, kreatinin1.0 mq/dL. Bu xəstədə instrumental müayinəsi zamanı hansı dəyişiliklər aşkarlana bilər?
A) Ağ ciyərlərin R-qen müayinəsində vərəm

B) Ssintiqrafiya zamanı qalxanvari vəzidə “isti” düyünlər

C) USM müayinəsi zamanı yumurtalıqlarda kistalar

D) Aortanın bifurkasiyasında törəmə

E) Qarın boşluqunun KT zamanı böyrək-üstü vəzilərdə törəmə
Ədəbiyyat: И.И.Дедов, Г.А.Мельнишенко. Эндокринология. «Медицина», Москва, 2004
740) Böyrək-üstü vəzilərdə kortizolu blokada edən preparatlar hansıdır?
A) Veroşpiron

B) Kalsitonin

C) Kaberqolin

D) Xloditan

E) Hipotiazid
Ədəbiyyat: И.И.Дедов, Г.А.Мельнишенко. Эндокринология. «Медицина», Москва, 2004
741) İkitərəfli adrenalektomiyanın fəsadı hansıdır?
A) Hipertonik krizlər

B) Hiperkaliyemiya

C) Nelson sindromu

D) Steroid psixozlar

E) Steroid diabet
Ədəbiyyat: И.И.Дедов, Г.А.Мельнишенко. Эндокринология. «Медицина», Москва, 2004
742) Nelson sindromu üçün nə xarakterikdir?
A) Hiperkalsiyemiya

B) Hipokaliyemiya

C) Hipofizdə şişin böyüməsi

D) Karbohidrat mübadiləsinin pozulması

E) Qanda AKTH-ın səviyyəsinin azalması
Ədəbiyyat: И.И.Дедов, Г.А.Мельниченко. Эндокринология. «Медицина», Москва, 2004
743) Nelson sindromunun patogenezi nədən ibarətdir?
A) Kortikosteroidlərin kortikotropinin hipofizar sekresiyasına tormozlayıcı təsirinin olmaması ilə

B) Kortikotropinin ektopik sekresiyası ilə

C) Hipotalamusda iltihabi proseslə

D) Kəllədaxili hipertenziya sindromunun olması ilə

E) Hipofizdə şişin olması ilə
Ədəbiyyat: И.И.Дедов, Г.А.Мельниченко. Эндокринология. «Медицина», Москва, 2004
744) Nelson sindromunun profilaktikası nədən ibarətdir?
A) Hipotenziv terapiyadan

B) Veroşpironun qəbulundan

C) Bromokriptin ilə müalicədən

D) Karbohidrat mübadiləsinin normallaşmasından

E) Hipofizar nahiyənin şüalanmasından
Ədəbiyyat: И.И.Дедов, Г.А.Мельниченко. Эндокринология. «Медицина», Москва, 2004
745) İkincili böyrək-üstü vəzilərinin çatmamazlığı üçün nə xarakter deyil?
A) AKTH normadan aşağı

B) Na normada

C) Kortizolun normada olması

D) Hiperpiqmentasiyanın olmaması

E) Ka normada
Ədəbiyyat: И.И.Дедов, Г.А.Мельнишенко. Эндокринология. «Медицина», Москва, 2004
746) Böyrəküstü vəzilərin ikincili çatışmazlığı üçün nə xarakterdir?
A) Hipernatriyemiya

B) Kortizolun normadan aşağı olması

C) Hiperkaliyemiya

D) AKTH artması

E) Kortizolun artması
Ədəbiyyat: И.И.Дедов, Г.А.Мельнишенко. Эндокринология. «Медицина», Москва, 2004
747) Şmidt sindromu hansı xəstəliklərdən ibarətdir?
A) Addison xəstəliyi və şəkərsiz diabet

B) İdiopatik Addison xəstəliyi və şəkərli diabet

C) Addison xəstəliyi və feoxromositoma

D) Addison xəstəliyi və gizli autoimmun tireoidit

E) Addison xəstəliyi və qörmə qabiliyyətinin zəifləməsi
Ədəbiyyat: И.И.Дедов, Г.А.Мельниченко. Эндокринология. «Медицина», Москва, 2004
748) Qorlin sindromu üçün nə xarakterik deyil?
A) Feoxromositoma

B) Selikli qişaların nevrinoması

C) Şəkərsiz diabet

D) Qalxanvari vəzin medullyar karsinoması

E) Hiperparatireoz
Ədəbiyyat: И.И.Дедов, Г.А.Мельниченко. Эндокринология. «Медицина», Москва, 2004
749) Çoxsaylı endokrin neoplaziya 2 tip üçün nə xarakterik deyil?
A) Qalxanvariətraf vəzilərin hiperplaziyası

B) Qalxanvari vəzin medullyar karsinoması

C) Qalxanvariətraf vəzilərin onkolojı şişləri

D) Qastrinoma

E) Feoxromositoma
Ədəbiyyat: И.И.Дедов, Г.А.Мельниченко. Эндокринология. «Медицина», Москва, 2004
750) Glyukosteromanın kliniki əlaməti hansıdır?
A) Ağ rəngli striyalar

B) Piylənmə

C) Alçaqboyluluq

D) Hipotoniya

E) Hündürboyluluq
Ədəbiyyat: И.И.Дедов, Г.А.Мельниченко. Эндокринология. «Медицина», Москва, 2004
751) Glyukosteroma zamanı nəyin miqdarı artır?
A) Kortikoliberinin

B) Kortizolun

C) Glyukaqonun

D) Aldosteronun

E) Kortikotropinin
Ədəbiyyat: И.И.Дедов, Г.А.Мельниченко. Эндокринология. «Медицина», Москва, 2004
752) Glükosteroma üçün diaqnostik əhəmiyyət daşıyan sınaq hansıdır?
A) Sinakten ilə sınaq

B) Deksametazon-xorioqonin sınağı

C) AKTH ilə sınaq

D) Xorionik qonadotropin ilə sınaq

E) Böyük deksametazon sınağı
Ədəbiyyat: И.И.Дедов, Г.А.Мельниченко. Эндокринология. «Медицина», Москва, 2004
753) Glyukosteroma zamanı böyrəküstü vəzilərdə nə baş verir?
A) Vəzilərin ölçüləri dəyişmir

B) Bir vəzi böyüyür, o birinin ölçüləri dəyişmir

C) Bir vəzi böyüyür, o biri hipoplaziyaya uğrayır

D) Hər iki vəz hipoplaziyaya uğrayırlar

E) Hər iki vəz böyüyür
Ədəbiyyat: И.И.Дедов, Г.А.Мельнишенко. Эндокринология. «Медицина», Москва, 2004
754) Androsteromanın xarakter klinik əlamətləri hansılardır?
A) Boyun və cinsi inkişafın ləngiməsi

B) Boyun ləngiməsi və erkən cinsi inkişaf

C) Boyun sürətlə artması, cinsi inkişafın ləngiməsi

D) Erkən telarxe və boyun sürətlə artması

E) Boyun sürətlə artması və vaxtından əvvəl cinsi tüklənmə
Ədəbiyyat: И.И.Дедов, Г.А.Мельнишенко. Эндокринология. «Медицина», Москва, 2004
755) Androsteroma üçün diaqnostik əhəmiyyət daşıyan sınaq hansıdır?
A) Müsbət böyük deksametazon sınağı

B) Müsbət kiçik deksametazon sınağı

C) AKTH ilə mənfi sınağ

D) AKTH ilə müsbət sınağq

E) Mənfi böyük deksametazon sınağı
Ədəbiyyat: И.И.Дедов, Г.А.Мельниченко. Эндокринология. «Медицина», Москва, 2004
756) Estroma üçün xarakter hormonal dəyişikliklər hansıdır?
A) Qonadotrop hormonların səviyyəsinin artması

B) AKTH-ın artması

C) AKTH-ın azalması

D) Qanda androgenlərin səviyyəsinin artması

E) Qanda estrogenlərin səviyyəsinin artması
Ədəbiyyat: И.И.Дедов, Г.А.Мельниченко. Эндокринология. «Медицина», Москва, 2004
757) Estroma zamanı böyrəküstü vəzilərdə nə baş verir?
A) Bir vəzi böyüyür, o birinin ölçüləri dəyişmir

B) Hər iki vəz normal ölçüdə

C) Bir vəzi böyüyür, o biri hipoplaziyaya uğrayır

D) Hər iki vəz hipoplaziyaya uğrayıblar

E) Hər iki vəz hiperplaziyaya uğrayıblar
Ədəbiyyat: И.И.Дедов, Г.А.Мельниченко. Эндокринология. «Медицина», Москва, 2004
758) Birincili aldosteronizmin ən geniş rast qələn etiopatogenetik variantı hansıdır?
A) Böyrəküstü vəzinin torlu qatının diffuz hiperplaziyası

B) Böyrəküstü vəzinin beyin qatının adenoması

C) Böyrəküstü vəzinin yumaqcıqlı qatının adenoması (aldosteroma)

D) Böyrəküstü vəzinin torlu qatının hüceyrələrinin ikitərəfli düyünlü hiperplaziyası

E) Böyrəküstü vəzinin dəstəli qatının hüceyrələrinin ikitərəfli düyünlü hiperplaziyası
Ədəbiyyat: И.И.Дедов, Г.А.Мельниченко. Эндокринология. «Медицина», Москва, 2004
759) Birincili hiperaldosteronizmin kliniki əlamətləri hansılardır?
A) Zəiflik və bədən çəkisinin artması

B) Poliuriya və aseton qoxusu

C) Baş ağrıları və qıc olmalar

D) Miopleqiya tutmaları və bədən çəkisinin artması

E) Arterial hipertoniya və miopleqiya tutmaları
Ədəbiyyat: И.И.Дедов, Г.А.Мельниченко. Эндокринология. «Медицина», Москва, 2004
760) Birincili hiperaldosteronizm zamanı qanın biokimyavi göstəriciləri necə dəyişir?
A) Hiperkaliyemiya və metabolik alkaloz

B) Hiperkaliyemiya və metabolik asidoz

C) Hiponatriyemiya və metabolik alkaloz

D) Hipernatriyemiya və metabolik alkaloz

E) Hipokaliyemiya və metabolik alkaloz
Ədəbiyyat: И.И.Дедов, Г.А.Мельниченко. Эндокринология. «Медицина», Москва, 2004
761) Birincili hiperaldosteronizm üçün xarakter olan dəyişikliklər hansılardır?
A) Renin aktivliyinin artması, qanda aldosteronun səviyyəsinin artması

B) Renin aktivliyinin azalması, qanda aldosteronun səviyyəsinin artması

C) Renin aktivliyinin dəyişilməməsi, qanda aldosteronun səviyyəsinin artması

D) Renin aktivliyinin azalması, qanda aldosteronun səviyyəsinin azalması

E) Renin aktivliyinin artması, qanda aldosteronun səviyyəsinin azalması
Ədəbiyyat: И.И.Дедов, Г.А.Мельниченко. Эндокринология. «Медицина», Москва, 2004
762) İdiopatik birincili hiperaldosteronizm zamanı böyrəküstü vəzilərdə hansı dəyişikliklər baş verir?
A) Hər iki vəz hiperplaziyaya uğrayıblar

B) Hər iki vəz hipoplaziyaya uğrayıblar

C) Hər iki vəz normal ölçüdə

D) Böyrək-üstü vəzilər vizualizə olmurlar

E) Adenoma əmələ qəlir
Ədəbiyyat: И.И.Дедов, Г.А.Мельниченко. Эндокринология. «Медицина», Москва, 2004
763) İkincili böyrəküstü vəzilərin xroniki çatmamazlığının səbəbləri hansıdır?
A) Böyrəküstü vəzilərin anadanqəlmə hipoplaziyası

B) AKTH-ın anadanqəlmə defisiti

C) Böyrəküstü vəzilərin şişi

D) Vərəm


E) Böyrəküstü vəzilərin autoimmun zədələnməsi
Ədəbiyyat: И.И.Дедов, Г.А.Мельниченко. Эндокринология. «Медицина», Москва, 2004
764) Birincili hipokortisizmin müalicəsi zamanı istifadə olan preparatlar hansılardır?
A) Katexolaminlər

B) Ürək qlikozidləri

C) Sidik qovucular

D) AKTH-ın sintetik analoqları

E) Steroid hormonlar
Ədəbiyyat: И.И.Дедов, Г.А.Мельнишенко. Эндокринология. «Медицина», Москва, 2004
765) Birincili böyrəküstü vəzilərin xroniki çatmamazlığının səbəbləri hansılardır?
A) Kəllə-beyin travması

B) Mərkəzi sinir sistemində şiş törəməsi

C) Neyroinfeksiya

D) Böyrəküstü vəzilərin vərəm yaxud autoimmun proseslə zədələnməsi

E) Uzun müddət qlyukokortikoid qəbulu
Ədəbiyyat: И.И.Дедов, Г.А.Мельниченко. Эндокринология. «Медицина», Москва, 2004
766) İkincili hipokortisizm zamanı istifadə olan preparatlar hansılardır?
A) Mineralokortikoidlər

B) Qlyukokortikoidlər

C) Anaboliklər

D) Biolojı aktiv maddələr

E) Katexolaminlər
Ədəbiyyat: И.И.Дедов, Г.А.Мельнишенко. Эндокринология. «Медицина», Москва, 2004
767) Böyrəküstü vəzilərin kəskin çatışmazlığı zamanı müalicə hansı preparatın və haraya yeridilməsi ilə başlanır?
A) Venaya hidrokortizonun yeridilməsi ilə

B) Venaya prednizolonun yeridilməsi ilə

C) Əzələyə prednizolonun yeridilməsi ilə

D) Hidrokortizonun per os qəbul edilməsi ilə

E) Prednizolonun per os qəbul edilməsi ilə
Ədəbiyyat: И.И.Дедов, Г.А.Мельнишенко. Эндокринология. «Медицина», Москва, 2004
768) Mineralokortikoid çatmamazlığı nəyə səbəb ola bilər?
A) Arterial hipotoniyaya

B) Tetaniyaya

C) Arterial hipertoniyaya

D) Qəbzliyə

E) Ödemlərə
Ədəbiyyat: И.И.Дедов, Г.А.Мельниченко. Эндокринология. «Медицина», Москва, 2004
769) Yenidoğulan uşaqlarda Frideriksen - Uoterxaus sindromunun səbəbi hansıdır?
A) Autoimmun prosess

B) Böyrəküstü vəzilərin apopleksiyası

C) Fermentopatiyalar

D) Böyrəküstü vəzinin şişləri

E) Böyrəküstü vəzilərin vərəmi
Ədəbiyyat: И.И.Дедов, Г.А.Мельниченко. Эндокринология. «Медицина», Москва, 2004
770) Birincili kəskin böyrəküstü vəzi çatmamazlığı zamanı hormonal dəyişiliklər?
A) Kortizolun miqdarının azalması

B) AKTH-ın səviyyəsinin azalması

C) Kortizolun miqdarının artması

D) Kortizolun miqdarının dəyişilməməsi

E) AKTH-ın səviyyəsinin dəyişilməməsi
Ədəbiyyat: И.И.Дедов, Г.А.Мельниченко. Эндокринология. «Медицина», Москва, 2004
771) Böyrəküstü vəzinin biri apopleksiyaya uğradıqda hansı dəyişiliklər baş verir?
A) Bir vəzi böyüyür, o birinin ölçüləri dəyişmir

B) Hər iki vəz normal ölçüdə

C) Bir vəzi böyüyür, o biri hipoplaziyaya uğrayır

D) Böyrəküstü vəzilər vizualizə olmurlar

E) Hər iki vəz hipoplaziyaya uğrayırlar
Ədəbiyyat: И.И.Дедов, Г.А.Мельниченко. Эндокринология. «Медицина», Москва, 2004
772) Orta yaşlı uşaqlarda Frideriksen-Uoterxaus sindromunun səbəbi hansıdır?
A) Böyrəküstü vəzinin xroniki çatmamazlığının diaqnostikasının gecikməsi

B) Böyrəküstü vəzinin xroniki çatmamazlığının qeyri-adekvat terapiyası

C) İnterkurrent xəstəliklərin əlavə olması

D) Meninqokokk infeksiya

E) Böyrəküstü vəzinin şişi
Ədəbiyyat: И.И.Дедов, Г.А.Мельниченко. Эндокринология. «Медицина», Москва, 2004
773) Uşaqlarda böyrəküstü vəzilərin kəskin çatışmazlığının kliniki simptomlarına aşağıdakılardan hansı aiddir?
A) Bulimiya

B) Qəbzlik, qarın nahiyəsində ağrılar

C) Hipotermiya

D) İshal, qarın nahiyəsində ağrılar

E) Tetaniya
Ədəbiyyat: И.И.Дедов, Г.А.Мельнишенко. Эндокринология. «Медицина», Москва, 2004
774) Böyrək-üstü vəzilərin kəskin çatmamazlığının diaqnostikası üçün istifadə olan ekspress-analiz hansıdır?
A) Elektrolitlərin təyini

B) ALT, AST təyini

C) Ca, P, qələvi fosfatazanın təyini

D) Qanda kortizolun səviyyəsinin təyini

E) Xolesterinin təyini
Ədəbiyyat: И.И.Дедов, Г.А.Мельнишенко. Эндокринология. «Медицина», Москва, 2004
775) Kəskin böyrək-üstü vəzi çatmamazlığı zamanı pH necə dəyişir?
A) Metabolik asidoz

B) Respirator asidoz

C) Metabolik alkaloz

D) Respirator alkaloz

E) pH dəyişilmir
Ədəbiyyat: И.И.Дедов, Г.А.Мельнишенко. Эндокринология. «Медицина», Москва, 2004
776) Kəskin böyrək-üstü vəzi çatmamazlığı zamanı təxirəsalınmaz müalicə prinsipləri?
A) Sidik qovucular

B) Ca preparatları

C) Kardiotoniklər

D) Ka preparatları

E) Steroid hormonlar
Ədəbiyyat: И.И.Дедов, Г.А.Мельнишенко. Эндокринология. «Медицина», Москва, 2004
777) Qızlarda adrenoqenital sindromunun kliniki simptomları hansılardır?
A) Xarici cinsi orqanların hermafrodit quruluşu

B) Uşağlıqda fiziki inkişafın geri qalması

C) Vaxtından əvvəl yanlış izoseksual cinsi inkişaf

D) Vaxtından əvvəl həqiqi izoseksual cinsi inkişaf

E) Pubertat bitdikdə hündürboyluluq
Ədəbiyyat: И.И.Дедов, Г.А.Мельниченко. Эндокринология. «Медицина», Москва, 2004
778) Adrenogenital sindromunun diaqnostikası üçün istifadə olan sınaqlar hansıdır?
A) Deksametazon-xorioqonin sınağı

B) Metapiron ilə sınaq

C) Kiçik deksametazon sınağı

D) İnsulin ilə sınaq

E) Sinakten ilə sınaq
Ədəbiyyat: И.И.Дедов, Г.А.Мельниченко. Эндокринология. «Медицина», Москва, 2004
779) Adrenogenital sindromunun irsi keçmə yolları hansıdır?
A) Autosom-resessiv

B) Poligen

C) Autosom-dominant

D) Mutasiya de novo ilə bağlı

E) X-birləşmiş
Ədəbiyyat: И.И.Дедов, Г.А.Мельниченко. Эндокринология. «Медицина», Москва, 2004
780) Feoxromositomanın kliniki simptomları hansıdır?
A) Hipotoniya və hipermetabolizm

B) Hipertoniya, hipoqlikemiya və hipermetabolizm

C) Hipertoniya və hipermetabolizm

D) Hipotoniya və hiperqlikemiya

E) Hipertoniya və hipoqlikemiya
Ədəbiyyat: И.И.Дедов, Г.А.Мельниченко. Эндокринология. «Медицина», Москва, 2004
781) 14 yaşlı pasiyent aşağıdakı şikayətlərlə həkimə müraciət edir: halsızlıq, zəiflik, dəri örtüklərinin qaralması, son 6 ay tez-tez soyuq dəymədən əziyyət çəkir. Obyektiv müayinədə boy 160 sm, çəki 40 kg. Dəri örtüyü tünd rəngli, areolalar, sürtünmə zonaları və büküşlər hiperpiqmentasiyalıdır. AT 90/50 mm.c.s. Hansı xəstəlikdən şübhələnmək olar?
A) Diffuz - toksik ur

B) Bağırsaq infeksiyası

C) Anoreksiya

D) Hipoaldosteronizm

E) Böyrəküstü vəzinin çatışmazlığı
Ədəbiyyat: И.И.Дедов, Г.А.Мельниченко. Эндокринология. «Медицина», Москва, 2004
782) 14 yaşlı pasiyent aşağıdakı şikayyətlərlə müraciyyət edib: halsızlıq, zəiflik, dəri örtüklərinin qaralması, son 6 ay tez-tez soyuq dəymədən əziyyət çəkmə. Obyektiv: boy 160 sm, çəki 40 kg. Dəri örtüyü tünd rəngli, areolalar, sürtünmə zonaları və büküşlər hiperpiqmentasiyalı. AT 90/50 mm.c.s. Böyrək-üstü vəzinin çatmamazlığı haqqında subut edən simptomlar hansılardır?
A) Hündürboyluluq

B) AT dəyişilməməsi

C) Hipotoniya

D) İştahsızlıq

E) Arıqlama və dərinin tündləşməsi
Ədəbiyyat: И.И.Дедов, Г.А.Мельнишенко. Эндокринология. «Медицина», Москва, 2004


Yüklə 2,45 Mb.

Dostları ilə paylaş:
1   ...   8   9   10   11   12   13   14   15   ...   19




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin