Endokrinologiya 25. 11. 2014-cü IL tarixində əlavə və dəyişikliklər edilmişdir


) Arrenoblastomanı hansı xəstəliklərlə differensiasiya etmək lazımdır?



Yüklə 2,45 Mb.
səhifə15/19
tarix01.07.2018
ölçüsü2,45 Mb.
#55431
1   ...   11   12   13   14   15   16   17   18   19

909) Arrenoblastomanı hansı xəstəliklərlə differensiasiya etmək lazımdır?
A) Addison xəstəliyi ilə, şəkərsiz diabetlə, yumurtalıqların polikistozu ilə

B) Böyrəküstü vəzilərin anadangəlmə disfunksiyası ilə, Addison xəstəliyi ilə, androsteromalarla

C) Androsteromalarla, yumurtalıqların stromal tekomatozuyla, böyrəküstü vəzilərin anadangəlmə disfunksiyası ilə

D) Yumurtalıqların stromal tekomatozuyla, şəkərsiz diabetlə, yumurtalıqların polikistozu ilə

E) Konn sindromu ilə, şəkərli diabetlə, prolaktinomalarla
Ədəbiyyat: Н.Т. Старкова. Клиническая эндокринология. «Медицина», Москва, 2004
910) Hirsutizmi olan qadınlarda qanda testesteronun yüksək səviyyəsinin səbəbi deyil:
A) Androgen sekresiyalı yumurtalıq şişi

B) Androgen sekresiyalı adrenal şiş

C) Hiperinsulinemiya

D) Polikistoz yumurtalıqlar sindromu

E) Hipotireoz
Ədəbiyyat: “эндокринология национальное руководство" под редакцией акад. РАН и РАМН И. И. Дедова, чл. - кор. РАМН Г. А. Мельниченко
911) Qadın orqanizmində testosteron artıqlığı nəyi törətmir?
A) Vaginizm

B) Alopesiya

C) Hirsutizm

D) Amenoreya

E) Klitorun böyüməsi
Ədəbiyyat: “эндокринология национальное руководство" под редакцией акад. РАН и РАМН И. И. Дедова, чл. - кор. РАМН Г. А. Мельниченко
912) Polikistoz yumurtalıqlar sindromu, piylənməsi və dismenoreyası olan qadınlara ilk növbədə hansı dərman təyin edilməlidir?
A) Progesteron

B) Estrogen - hestagen

C) Estrogen

D) Metformin

E) Deksametazon
Ədəbiyyat: “эндокринология национальное руководство" под редакцией акад. РАН и РАМН И. И. Дедова, чл. - кор. РАМН Г. А. Мельниченко
913) Qadınlarda birincili hipoqonadizmə hansı laborator əlamətlər xasdır:
A) FSH və LH aşağı, estradiol və progesteronun normal olması

B) FSH və LH normal, estradiol və progesteronun aşağı olması

C) FSH və LH aşağı olması, estradiol və progesteronun artması

D) FSH və LH artması, estradiol və progesteronun aşağı olması

E) FSH və LH artması, estradiol və progesteronun artması
Ədəbiyyat: “эндокринология национальное руководство" под редакцией акад. РАН и РАМН И. И. Дедова, чл. - кор. РАМН Г. А. Мельниченко
914) Qalaktoreyası və menstrual sikl pozğunluğu olan qadında hansı hormonun qanda səviyyəsi artmışdır?
A) FSH

B) Testosteron

C) LH

D) Prolaktin



E) AKTH
Ədəbiyyat: “эндокринология национальное руководство" под редакцией акад. РАН и РАМН И. И. Дедова, чл. - кор. РАМН Г. А. Мельниченко
915) Polikistoz yumurtalıq sindromu ilə 2-ci tip şəkərli diabet xəstəliyinin patogenezinin oxşarlığı?
A) İnsulin defisiti

B) İnsulinə həssaslığın artması

C) İnsulinə qarşı antitellərin sintezi

D) İnsulinrezistentliyi

E) Testesteronun artması
Ədəbiyyat: “эндокринология национальное руководство» под редакцией акад. РАН и РАМН И. И. Дедова, чл. - кор. РАМН Г. А. Мельниченко
916) Dörd aydır menstrual pozğunluğu olan 30 yaşında qadın hamiləlik testinin neqativ çıxmasından sonra müraciət edir. Dediyinə görə uzun müddətdir baş ağrılarından əziyyət çəkir. Diaqnoz qoymaq üçün qanda hansı hormonun səviyyəsinə baxılmalıdır?
A) İnsulin

B) Parathormon

C) Prolaktin

D) AKTH


E) STH
Ədəbiyyat: “эндокринология национальное руководство» под редакцией акад. РАН и РАМН И. И. Дедова, чл. - кор. РАМН Г. А. Мельниченко
917) LH və FSH –nun defisiti qadınlarda əsasən nəyə gətirib çıxarır?
A) Amenoreya, depressiv hallara

B) Anovulyasiya, amenoreya və sonsuzluğa

C) Ürək - damar xəstəliklərinə

D) Dismenoreya və yumurtalıqların atrofiyasına

E) Qalaktoreya və bədən çəkisinin azalmasına
Ədəbiyyat: “эндокринология национальное руководство» под редакцией акад. РАН и РАМН И. И. Дедова, чл. - кор. РАМН Г. А. Мельниченко
918) Kişilərdə qonadotropinlərin miqdarının azalması nə ilə müşahidə olunur?
A) Hirsutizm

B) Yumurtaların ölçülərinin kiçilməsi

C) Libido və potensiyanın artması

D) Eşitmə qabiliyyətinin artması

E) Görmə qabiliyyətinin pisləşməsi
Ədəbiyyat: И.И.Дедов, Г.А.Мельнишенко. Эндокринология. «Медицина», Москва, 2004.
919) Ginekomastiya nədir?
A) Qadinlarda süd vəzilərinin toxumasının artması

B) Kişilərdə süd vəzilərinin toxumasının piy toxuması ilə əvəz olması

C) Kişilərdə süd vəzilərinin toxumasının artması

D) Qadınlarda süd vəzilərinin toxumasının piy toxuması ilə əvəz olması

E) Qadinlarda süd vəzilərinin deformasiyası
Ədəbiyyat: И.И.Дедов, Г.А.Мельнишенко. Эндокринология. «Медицина», Москва, 2004.
920) Kişilərdə ginekomastiyanın yaranmasına nə səbəb ola bilməz?
A) Narkotiklər

B) Verapamil

C) Nifedepin

D) Anabolik steroidlər, estrogen tərkibli kremlər

E) B-qrupu vitaminlər
Ədəbiyyat: Н.Т. Старкова. Клиническая эндокринология. «Медицина», Москва, 2004
921) Hansı endokrin xəstəlikləri zamanı ginekomastiya yarana bilməz?
A) Şəkərli diabet

B) Hiperprolaktinemiya

C) Hipertireoz

D) Hipotireoz

E) Akromeqaliya
Ədəbiyyat: Н.Т. Старкова. Клиническая эндокринология. «Медицина», Москва, 2004
922) Qonadoliberinlər harada sekresiya olunur?
A) Hipofizin ön payı

B) Beyincik neyronlarında

C) Baş beynin qabığının neyronları ilə

D) Hipofizin arxa payı

E) Hipotalamusun nüvələrində
Ədəbiyyat: Н.Т. Старкова. Клиническая эндокринология. «Медицина», Москва, 2004
923) Ən ağır forma hipoqonadizmin yaranmasına qonadların hansı inkişaf dövründə zədələnməsi səbəb ola bilər?
A) Postpubertat

B) Hər hansı dövr

C) Bətndaxili

D) Pubertat

E) Prepubertat
Ədəbiyyat: Н.Т. Старкова. Клиническая эндокринология. «Медицина», Москва, 2004
924) Bətndaxili testikulaların və yumurtalıqların ağır zədələnməsi nəyə səbəb ola bilər?
A) Qonadların spermatogen disfunksiyasına

B) Ağır forma hipoqonadizmə

C) İmpotensiyaya

D) Hipotireoza

E) Sonsuzluqa
Ədəbiyyat: Н.Т. Старкова. Клиническая эндокринология. «Медицина», Москва, 2004
925) Embriogenezin erkən mərhələlərində testikulaların zədələnməsi nəyə səbəb ola bilər?
A) Vaxtından əvvəl cinsi yetişkənliyə.

B) Ağır hipoqonadizmə

C) Hermafroditizmə

D) Anorxizmə

E) Hipospadiyaya
Ədəbiyyat: Н.Т. Старкова. Клиническая эндокринология. «Медицина», Москва, 2004
926) Birincili hipoqonadizm üçün hansı simptomlar xarakterikdir?
A) Bədən proporsiyalarının xədim tipli olması

B) Qonadotrop hormonların səviyyəsinin artması

C) Cinsi hormonların səviyyəsinin azalması

D) Sonsuzluq

E) Kişilərdə qinekomastiya
Ədəbiyyat: Н.Т. Старкова. Клиническая эндокринология. «Медицина», Москва, 2004
927) Kişilərdə hipoqonadizmin səbəbləri hansılardır?
A) AKTH sekresiyasının artması

B) STH sekresiyasının artması, Hemoxromatoz

C) LH sekresiyasının artması, FSH sekresiyasının azalması

D) LH sekresiyasının azalması, FSH sekresiyasının azalması, Hemoxromatoz

E) Hemofiliya
Ədəbiyyat: Н.Т. Старкова. Клиническая эндокринология. «Медицина», Москва, 2004
928) Hipoqonadizm diaqnozu 16 yaşında qoyulduğda mualicə prinsipləri hansıdır?
A) Müalicəni Xorionik və Menopauzal qonadotropin preparatları ilə aparmaq

B) Müalicəni testosteron preparatları ilə aparmaq

C) Müalicəni Xorionik qonadotropinlə kurs şəklində aparmaq

D) Müalicəni təxirə salmaq

E) Müalicəni daimi Xorionik qonadotropin preparatı ilə aparmaq
Ədəbiyyat: И.И.Дедов, Г.А.Мельнишенко. Эндокринология. «Медицина», Москва, 2004
929) Kişi hipoqonadizminin neçə forması mövcuddur?
A) 4 (birincili, ikincili, üçüncülü, dördüncülü)

B) 2 (birincili, ikincili)

C) 1 (birincili)

D) 2 (ikincili, üçüncülü)

E) 3 (birincili, ikincili, üçüncülü)
Ədəbiyyat: Дедов И.И., Мельнишенко Г.А. Эндокринология. Москва, 2008.
930) Birincili kişi hipoqonadizmi zamanı hansı hormonal dəyişikliklər müşahidə edilir?
A) Qonadotrop hormonlar normada olur, androgenlər azalır

B) Qonadotrop hormonlar artır, androgenlər azalır

C) Qonadotrop hormonlar azalır, androgenlər azalır

D) Qonadotrop hormonlar azalır, androgenlər artır

E) Qonadotrop hormonlar artır, androgenlər artır
Ədəbiyyat: Дедов И.И., Мельнишенко Г.А. Эндокринология. Москва, 2008.
931) İkincili kişi hipoqonadizmi zamanı hansı hormonal dəyişikliklər müşahidə edilir?
A) Qonadotrop hormonlar azalır, androgenlər artır

B) Qonadotrop hormonlar artır, androgenlər azalır

C) Qonadotrop hormonlar normada olur, androgenlər artır

D) Qonadotrop hormonlar normada olur, androgenlər azalır

E) Qonadotrop hormonlar azalır, androgenlər azalır
Ədəbiyyat: Дедов И.И., Мельнишенко Г.А. Эндокринология. Москва, 2008.
932) Üçüncülü kişi hipoqonadizmi zamanı hansı hormonal dəyişikliklər müşahidə edilir?
A) Qonadotrop hormonlar normada olur, androgenlər azalır, lüliberinin analoq-ları ilə sınaq mənfi olur

B) Qonadotrop hormonlar azalır, androgenlər azalır, lüliberinin analoqları ilə sınaq mənfi olur

C) Qonadotrop hormonlar azalır, androgenlər azalır, lüliberinin analoqları ilə sınag müsbət olur

D) Qonadotrop hormolar artır, androgenlər artır, lüliberinin analoqları ilə sınaq müsbət olur

E) Qonadotrop hormonlar artır, androgenlər azalır, lüliberinin analoqları ilə sınaq müsbət olur
Ədəbiyyat: Дедов И.И., Мельнишенко Г.А. Эндокринология. Москва, 2008.
933) Androgenlərin sintezi kişi orqanizmində hansı vəz və toxumalarda gedir?
A) Hipofizdə və testikullarda

B) Böyrəküstü vəzilərin beyin qatında və hipofizdə

C) Böyrəküstü vəzilərin qabıq qatında, piy toxumasında

D) Piy toxumasında və əzələlərdə

E) Testikullarda və böyrəküstü vəzilərin qabıq qatında
Ədəbiyyat: Дедов И.И., Мельнишенко Г.А. Эндокринология. Москва, 2008.
934) Birincili kişi hipoqonadizmi zamanı hansı müalicə məqsədəuyğundur?
A) Lüliberinin analoqları ilə müalicə

B) Antiandrogenlərlə müalicə

C) Androgenlərlə əvəzedici hormonal müalicə

D) Estrogenlərlə müalicə

E) Qonadotrop hormonların analoqları ilə müalicə
Ədəbiyyat: Дедов И.И., Мельнишенко Г.А. Эндокринология. Москва, 2008.
935) İkincili kişi hipoqonadizmi zamanı hansı müalicə məqsədəuyğundur?
A) Antiandrogenlərlə və xorionik qonadotropinlə müalicə

B) Androgenlərlə müalicə

C) Xorionik qonadotropinlə və androgenlərlə müalicə

D) Antiestrogenlərlə müalicə

E) Antiandrogenlərlə müalicə
Ədəbiyyat: Дедов И.И., Мельнишенко Г.А. Эндокринология. Москва, 2008.
936) Kişi hipoqonadizminə hansı simptomlar xasdır?
A) Dəridə striyalar, kaxeksiya, piqmentasiya

B) Libidonun azalması, piylənmə, dəridə striyalar

C) Sidiyə tez-tez getmə, bədəndə və üzdə tüklənmənin azalması, piylənmə

D) Bədəndə və üzdə tüklənmənin azalması, libidonun azalması, sümüklərdə ağrılar

E) Susuzluq, kaxeksiya, sümüklərdə ağrılar
Ədəbiyyat: Дедов И.И., Мельнишенко Г.А. Эндокринология. Москва, 2008.
937) Kişi hipoqonadizminin diaqnozunu təsdiq etmək üşün hansı müayinələr vacibdir?
A) EKQ, böyrəküstü vəzilərin USM müayinəsii, hormonal sınaqlar

B) Cinsiyyət vəzilərinin USM müayinəsi, hormonal analizlər, EKQ

C) Döş qəfəsinin R-qrafiyası, cinsiyyət vəzilərinin USM müayinəsi, kariotipin müayinəsi

D) Beynin MRT, döş qəfəsinin R-qrafiyası, böyrəküstü vəzilərin USM müayinəsi

E) Hormonal analizlər, kariotipin müayinəsi, beyinin MRT müayinəsi
Ədəbiyyat: Н.Т. Старкова. Клиническая эндокринология. «Медицина», Москва, 2004
938) İkincili kişi hipoqonadizminə hansı sindromlar aiddir?
A) LH izoləolunmuş defisiti, Kalman sindromu, del Kastilyo sindromu

B) Klaynfelter sindromu, del Kastilyo sindromu, Meddok sindromu

C) Hiperprolaktinemik sindrom, Şereşevski-Terner sindromu, adipozogenital distrofiya

D) Şereşevski-Terner sindromu, Klaynfelter sindromu, kraniofaringioma

E) Kalman sindromu, Meddok sindromu, LH izoləolunmuş defisiti
Ədəbiyyat: Н.Т. Старкова. Клиническая эндокринология. «Медицина», Москва, 2004
939) Birincili kişi hipoqonadizminə hansı sindromlar aiddir?
A) Hiperprolaktinemik sindrom, del Kastilyo sindromu, Kalman sindromu

B) Del Kastilyo sindromu, Klaynfelter sindromu, natamam maskulinizasiya sindromu

C) Şereşevski-Terner sindronu, hiperprolaktinemik sindrom, kraniofaringioma

D) Klaynfelter sindromu, Kalman sindromu, Meddok sindromu

E) Natamam maskulinizasiya sindromu, Meddok sindromu, Şereşevski-Terner sindromu
Ədəbiyyat: Н.Т. Старкова. Клиническая эндокринология. «Медицина», Москва, 2004
940) Meddok sindromuna hansı hormonal dəyişikliklər xasdır?
A) Qonadotrop hormonlar azalır, AKTH artır, androgenlər azalır

B) Qonadotrop hormonlar artır, AKTH azalır, androgenlər azalır

C) Qonadotrop hormonlar azalır, TTH azalır, AKTH azalır

D) Qonadotrop hormonlar azalır, AKTH azalır, androgenlər azalır

E) Qonadotrop hormonlar azalır, TTH azalır, androgenlər azalır
Ədəbiyyat: Н.Т. Старкова. Клиническая эндокринология. «Медицина», Москва, 2004
941) Del Kastilyo sindromuna hansı kariotip xasdır?
A) 46,XX

B) 47,XXX

C) 45,XO

D) 47,XXY

E) 46,XY
Ədəbiyyat: Н.Т. Старкова. Клиническая эндокринология. «Медицина», Москва, 2004
942) LH izoləolunmuş defisiti başqa necə adlandırılır?
A) Kalman sindromu, Meddok sindromu

B) Meddok sindromu, Klaynfelter sindromu

C) Fertil xədim sindromu, Kalman sindromu

D) Paskualini sindromu, fertil xədim sindromu

E) Klaynfelter sindromu, Paskualini sindromu
Ədəbiyyat: Н.Т. Старкова. Клиническая эндокринология. «Медицина», Москва, 2004
943) Paskualini sindromu zamanı aşağıdakı hormonal dəyişikliklər baş verir.
A) LH artır, FSH normada olur, androgenlər artır

B) LH azalır, FSH azalır, androgenlər azalır

C) LH azalır, FSH artır, androgenlər azalır

D) LH azalır, FSH normada olur, androgenlər azalır

E) LH artır, FSH artır, androgenlər azalır
Ədəbiyyat: Н.Т. Старкова. Клиническая эндокринология. «Медицина», Москва, 2004
944) Kriptorxizmin müalicəsini hansı yaşa qədər aparmaq məqsədəuyğundur?
A) 15 yaşa qədər

B) 6-10 yaş arası

C) 10 yaşa qədər

D) 10-20 yaş arası

E) 2 yaşa qədər
Ədəbiyyat: Н.Т. Старкова. Клиническая эндокринология. «Медицина», Москва, 2004
945) Kriptorxizmin konservativ müalicəsi hansı preparatlarla aparılır?
A) Androgenlərlə, glükokortikoidlərlə

B) Glükokortikoidlərlə, estrogenlərlə

C) Antiandrogenlərlə, xorionik qonadotropinlə

D) Estrogenlərlə, qonadotropin-rilizinq hormonun analoqları ilə

E) Xorionik qonadotropinlə, qonadotropin-rilizinq hormonun analoqları ilə
Ədəbiyyat: Н.Т. Старкова. Клиническая эндокринология. «Медицина», Москва, 2004
946) Kriptorxizmə aşağıdakı simptomlar xasdır?
A) 1 və ya 2 testikulun xayalıqda olmaması, hipoqonadizm əlamətləri, spermatogenezin pozulması

B) Sonsuzluq, piqmentasiya, qiqantizm

C) Hipoqonadizm əlamətləri, cırtdanboyluluq, sonsuzluq

D) Cırtdanboyluluq, 1 və ya 2 testikulun xayalıqda olmaması, piylənmə

E) Spermatogenezin pozulması, piqmentasiya, piylənmə
Ədəbiyyat: Н.Т. Старкова. Клиническая эндокринология. «Медицина», Москва, 2004
947) Kriptorxizmin təcili cərrahi müalicəsini hansı hallarda aparılır?
A) Yanaşı yırtıq olanda, enməmiş testikulun burulmasında

B) Konservativ müalicə effektsiz olanda, yanaşı yırtıq olanda

C) Yırtığın sıxılması, enməmiş testikulun burulması zamanı

D) Testikulun ektopiyası zamanı, yırtığın sıxılmasında

E) Testikulun maliqnizasiyası, konservativ müalicə effektsiz olanda
Ədəbiyyat: Н.Т. Старкова. Клиническая эндокринология. «Медицина», Москва, 2004
948) Kriptorxizmin konservativ müalicəsini hansı yaş dövründə aparmaq məqsədəuyğun deyil?
A) Postpubertat dövrdə

B) Uşaq dövründə (2-7 yaş arası)

C) Prepubertat dövrdə

D) Uşaq dövründə (2 yaşa qədər)

E) Pubertat dövrdə
Ədəbiyyat: Н.Т. Старкова. Клиническая эндокринология. «Медицина», Москва, 2004
949) Kişi klimaksı başqa necə adlandırılır?
A) Meddok sindromu

B) Del Kastilyo sindromu

C) Klaynfelter sindromu

D) Kalman sindromu

E) PADAM sindrom
Ədəbiyyat: Дедов И.И., Мельниченко Г.А. Эндокринология. Москва, 2008.
950) Kişi klimaksına aşağıdakı simptomlar xasdır.
A) Anemik sindrom, dəridə striyalar, ağızda quruluq, “istigəlmə” tutmaları

B) Piylənmə, piqmentasiya, susuzluq, dəridə quruluq

C) Piqmentasiya, dəridə quruluq, depressiyalar, susuzluq

D) “istigəlmə” tutmaları, ürəkdöyünmə, depressiyalar, anemik sindrom

E) Susuzluq, ağızda quruluq, ürəkdöyünmə, piylənmə
Ədəbiyyat: Дедов И.И., Мельнишенко Г.А. Эндокринология. Москва, 2008.
951) Kişi klimaksının patogenezində nə durur?
A) Androgenlərin və estrogenlərin defisiti

B) Qonadotrop hormonların azalması

C) Androgenlərin defisiti

D) Tiroid hormonların azalması

E) Estrogenlərin artması
Ədəbiyyat: Дедов И.И., Мельнишенко Г.А. Эндокринология. Москва, 2008.
952) Kişi klimaksının diaqnozunu təsdiq etmək üçün hansı müayinələr aparılmalıdır?
A) EKQ, densitometriya, cinsi vəzilərin USM-si

B) Hormonal analizlər, qanın ümumi analizi, densitometriya

C) Cinsi vəzilərin USM-si, hormonal analizlər, döş qəfəsinin R-skopiyası

D) Döş qəfəsinin R-skopiyası, qanın ümumi analizi, EKQ

E) Daxili orqanların USM-si, beyinin R-qrafiyası, hormonal sınaqlar
Ədəbiyyat: Дедов И.И., Мельниченко Г.А. Эндокринология. Москва, 2008.
953) Kişi klimaksı zamanı hansı hormonal müayinələrin aparılması vacibdir?
A) LH, FSH

B) Cinsi hormonları birləşdirən qlobulin, LH

C) TSH, prolaktin

D) FSH, ümumi testosteron

E) Ümumi testosteron, cinsi hormonları birləşdirən qlobulin
Ədəbiyyat: Дедов И.И., Мельнишенко Г.А. Эндокринология. Москва, 2008.
954) Yaşla əlaqədar mütləq androgen defisiti üşün hansı rəqəmlər xasdır?
A) 5 – 10 nmol/l arası rəqəmlər

B) 25 nmol/l aşağı rəqəmlər

C) 11 nmol/l aşağı rəqəmlər

D) 5 nmol/l aşağı rəgəmlər

E) 11 – 20 nmol/l arası rəqəmlər
Ədəbiyyat: Дедов И.И., Мельниченко Г.А. Эндокринология. Москва, 2008.
955) Yaşla əlaqədar nisbi androgen defisiti nə deməkdir?
A) Testosteronun sekresiyasının cavan yaşla müqayisədə 10%-dən çox azalması

B) Testosteronun sekresiyasının cavan yaşla müqayisədə 25%-dən çox azalması və normanın aşağı səviyyəsində olması

C) Testosteronun sekresiyasının cavan yaşla müqayisədə 100%-dən çox azalması

D) Testosteronun sekresiyasının cavan yaşla müqayisədə 75%-dən çox azalması

E) Testosteronun sekresiyasının cavan yaşla müqayisədə 50%-dən çox azalması və normanın aşağı səviyyəsində olması
Ədəbiyyat: Дедов И.И., Мельнишенко Г.А. Эндокринология. Москва, 2008.
956) Kişi klimaksının erkən ağırlaşmalarına hansılar aiddir?
A) Psixoemosional və trofik pozğunluqlar

B) Trofik və endokrin pozğunluqlar

C) Vegetativ-damar və psixoemosional pozğunluqlar

D) Anemik sindrom və sidik-cinsiyyət sistemində pozğunluqlar

E) Endokrin pozğunluqlar və anemik sindrom
Ədəbiyyat: Дедов И.И., Мельниченко Г.А. Эндокринология. Москва, 2008.
957) Mütləq androgen defisiti və fertilliyi saxlamaq şərti olmadığı zamanda kişi klimaksını aşağıdakı preparatlarla müalicə edirlər.
A) Testosteron undekanoat, testosteron propionat

B) Siproteron asetat, testosteron undekanoat

C) Testosteron propionat, testosteron fenilpropionat

D) Metiltestosteron, xorionik qonadotropin

E) Xorionik qonadotropin, testosteron fenilpropionat
Ədəbiyyat: Дедов И.И., Мельнишенко Г.А. Эндокринология. Москва, 2008.
958) Nisbi androgen defisiti və fertilliyi saxlamaq şərti olmadığı zamanda kişi klimaksını aşağıdakı preparatlarla müalicə edirlər.
A) Metiltestosteron

B) Testosteron propionat

C) Xorionik qonadotropin

D) Testosteron undekanoat

E) Testosteron fenilpropionat
Ədəbiyyat: Дедов И.И., Мельниченко Г.А. Эндокринология. Москва, 2008.
959) Fertilliyi saxlamaq şərti ilə kişi klimaksını aşağıdakı preparatla müalicə edirlər.
A) Testosteron undekanoatla

B) Metiltestosteronla

C) Xorionik qonadotropinlə

D) Testosteron fenilpropionatla

E) Siproteron asetatla
Ədəbiyyat: Дедов И.И., Мельниченко Г.А. Эндокринология. Москва, 2008.
960) Kişi klimaksını androgenlərlə müalicə etməkdən əvvəl hansı müayinələr aparılmalıdır?
A) EKQ, cinsi vəzilərin USM-si

B) Manual rektal müayinə, qanda PSA səviyyəsinin yoxlanılması

C) Qanda PSA səviyyəsinin yoxlanılması, EKQ

D) Cinsi vəzilərin USM-si, döş qəfəsinin R-skopiyası

E) Döş qəfəsinin R-skopiyası, manual rektal müayinə
Ədəbiyyat: Дедов И.И., Мельниченко Г.А. Эндокринология. Москва, 2008.
961) Kişilərdə hipoqonadotrop hipoqonadizm zamanı XQ ilə MQ kombinə edilmiş terapiyanın məqsədi nədir?
A) Prolaktinin miqdarını aşağı salmaq

B) Libidonun qüclənməsi

C) İkincili cinsi əlamətlərin induksiyası

D) Leydiq hüceyrələrinin stimulyasiyası

E) Spermatogenezin induksiyası
Ədəbiyyat: И.И.Дедов, Г.А.Мельниченко. Эндокринология. «Геотар-Медиа», Москва, 2008
962) Kişilərdə hipoqonadizmin müalicəsi depo-testosteron preparatlarının hansı dozada təyin etməklə başlanır?
A) 1 ml hər gün

B) 1 ml 10 gündən bir

C) 3 ml həftədə 1 dəfə

D) 2 ml hər gün

E) 2 ml 3 gündən bir
Ədəbiyyat: И.И.Дедов, Г.А.Мельнишенко. Эндокринология. «Геотар-Медиа», Москва, 2008
963) Yeniyetmədə birincili hipoqonadizm zamanı müalicəni hansı preparatlarla aparırlar?
A) Sildenafil ilə

B) Anabolik steroidlərlə

C) Prozerin qrupu ilə

D) E vitamini ilə

E) Xorionik qonadotropinlə
Ədəbiyyat: И.И.Дедов, Г.А.Мельнишенко. Эндокринология. «Геотар-Медиа», Москва, 2008
964) Kriptorxizmdən tam müalicə olmağın optimal yaş dövrü hansıdır?
A) 5 yaşa qədər

B) 10 yaşa qədər

C) 16 yaşa qədər

D) 4 yaşa qədər

E) 2 yaşa qədər
Ədəbiyyat: И.И.Дедов, Г.А.Мельнишенко. Эндокринология. «Геотар-Медиа», Москва, 2008
965) 4 yaşında uşaqda kriptorxizmin müalicəsi zamanı xorionik qonadotropinin ilkin dozası necə olur?
A) 500-1000 V

B) 2000-2500 V

C) 100-200 V

D) 1500-2000 V

E) 1000-1500 V
Ədəbiyyat: И.И.Дедов, Г.А.Мельнишенко. Эндокринология. «Геотар-Медиа», Москва, 2008
966) 10 yaşına qədər uşaqlarda kriptorxizmin müalicəsi zamanı XQ həftədə neçə dəfə vurulmalıdır?
A) Hər qün

B) 2 dəfə

C) 5 dəfə

D) 3 dəfə

E) 4 dəfə
Ədəbiyyat: И.И.Дедов, Г.А.Мельнишенко. Эндокринология. «Геотар-Медиа», Москва, 2008
967) 10 yaşından böyük uşaqlarda kriptorxizmin müalicəsi zamanı XQ həftədə neçə dəfə vurulmalıdır?
A) Hər qün

B) 2 dəfə

C) 3 dəfə

D) 4 dəfə

E) 5 dəfə
Ədəbiyyat: И.И.Дедов, Г.А.Мельниченко. Эндокринология. «Геотар-Медиа», Москва, 2008
968) Oğlanlarda somatotrop hormonu çatmamazlığı ilə ahənqlik təşkil edən ikincili hipoqonadizmin müalicəsini hansı yaş dövründə başlamaq lazımdır?
A) 6-7 yaşında

B) 15-16 yaşında

C) 18-19 yaşında

D) 10-12 yaşnda

E) 12-13 yaşında
Ədəbiyyat: И.И.Дедов, Г.А.Мельниченко. Эндокринология. «Геотар-Медиа», Москва, 2008


Yüklə 2,45 Mb.

Dostları ilə paylaş:
1   ...   11   12   13   14   15   16   17   18   19




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin