28) Simppl sindromu hansı xəstəliyin sinonimidir?
A) Çoxsaylı endokrin neoplaziya 2B tip
B) Çoxsaylı endokrin neoplaziya 2A tip
C) Çoxsaylı endokrin neoplaziya 1 tip
D) Çoxsaylı endokrin neoplaziya 2 tip
E) Çoxsaylı endokrin neoplaziya 3 tip
Ədəbiyyat: И.И.Дедов, Г.А.Мельнишенко. Эндокринология. «Медицина», Москва, 2004
29) 30 yaşlı qadın son 6 ay ay başının olmamasından şikayət edir. Hamilə deyil. Son bir neçə həftə döş vəzilərindən süd ifrazına fikir verib. Son 3 ay kəskin baş ağrıları və yan qörmə qabiliyətinin zəifləməsi narahat edir. Laborator müayinələr hansı dəyişilikləri aşkarlaya bilər?
A) Hiponatriyemiya
B) TSH miqdarının artması
C) STH miqdarının azalması
D) Prolaktinin miqdarının artması
E) Kortizolun miqdarının artması
Ədəbiyyat: И.И.Дедов, Г.А.Мельнишенко. Эндокринология. «Медицина», Москва, 2004
30) 55 yaşlı qadın son 3 ay 4 kg arıqlayıb, əllərin ölçülərinin boyüməsindən narahatdır. Son 10 qün qormə qabiliyətinin zəifləməsindən və baş ağrılarından şikayət edir. KT zamanı-türk yəhəri nahiyəsində 15 mm törəmə aşkarlanıb. Mümküni diagnoz hansıdır?
A) Hipotalamik qlioma
B) Hipofizin makroadenoması
C) Hipofizin mikroadenoması
D) Beyinin travması
E) Meninqit
Ədəbiyyat: И.И.Дедов, Г.А.Мельнишенко. Эндокринология. «Медицина», Москва, 2004
31) 29 yaşlı qadin hamiləliyin 38 həftəsində qan axma ilə xəstəxanaya çatdırılıb. Kesar əməlliyatı aparılıb və plasenta çıxarılıb. Xəstə 6 saat hipotenziv vəziyyətdə qalıb, qan köçürülüb. Əməliyyatdan sonra ay başı kəsilib. Xəstə zəiflikdən, halsızlıqdan və arıqlamaqdan şikayət edir. Laborator müayinələr zamanı hiponatriyemiya, hiperkaliyemiya və hipoqlikemiya aşkarlanıb. Mumkün diagnoz hansıdır?
A) Beyinin zədələnməsi
B) İnsulit
C) Hipofizin nekrozu
D) Xorionkarsinoma
E) Yarımkəskin tireoidit
Ədəbiyyat: И.И.Дедов, Г.А.Мельнишенко. Эндокринология. «Медицина», Москва, 2004
Dostları ilə paylaş: |