415) Şəkərli diabetin əlverişsiz proqnozunu nə vaxt vermək olar?
A) Diabetik komalar zamanı, diabetik qanqrena inkişaf edərsə, beyin qan dövranının pozulması və ya miokard infarktı zamanı
B) Lipodistrofiyalar yaranarsa, diabetik polineyropatiya inkişaf edərsə
C) Qeyri-proliferativ diabetik retinopatiya inkişaf edərsə
D) İnsulinrezistentlik yaranarsa
E) Qestasiyon şəkərli diabet inkişafı zamanı
Ədəbiyyat: И.И.Дедов, Г.А.Мельнишенко. Эндокринология. «Медицина», Москва, 2004
416) Hiperlaktatasidotik komanın yaranma səbəbləri hansılardır?
A) Biquanidlərlə müalicə,qanaxma, şok, anemiya nəticəsində yaranan hipoksiya
B) Xora xəstəliyi
C) Sulfanilamid törəmələri ilə müalicə
D) İnsulin dozasının artıq olması
E) Miokard infarktı
Ədəbiyyat: И.И.Дедов, Г.А.Мельнишенко. Эндокринология. «Медицина», Москва, 2004
417) Hiperlaktatasidotik komanın müalicə prinsipləri hansılardır?
A) Vena daxili 2,5% natriyum bikarbonat məhlulunun köçürülməsi, ürək və damargenişləndirən preparatların istifadəsi, biquanidlər
B) Vena daxili 5% qlyukozanın köçürülməsi, ürək və damargenişləndirən preparatların istifadəsi, yüksək dozada insulinoterapiya
C) Vena daxili adrenalin hidroxloridin vurulması
D) Böyük dozada insulinoterapiya
E) Vena daxili 2,5% natriyum bikarbonat məhlulunun köçürülməsi, ürək və damargenişləndirən preparatların istifadəsi, orta dozada insulinoterapiya
Ədəbiyyat: И.И.Дедов, Г.А.Мельнишенко. Эндокринология. «Медицина», Москва, 2004
Dostları ilə paylaş: |