567) Metforminin əlavə təsiri hansı deyil?
A) Meteorizm
B) Anemiya
C) Ağızda metallik dad
D) Arterial hipotoniya
E) Laktatasidoz
Ədəbiyyat: И.И.Дедов, Г.А.Мельнишенко. Эндокринология. «Медицина», Москва, 2004
568) Hansı biquanidin istifadəsindən laktatasidozun yaranma ehtimalı azdır?
A) Dimetilbiquanidlərin
B) Buforminin
C) Fenforminin
D) Butilbiquanidlərin
E) Metforminin
Ədəbiyyat: И.И.Дедов, Г.А.Мельнишенко. Эндокринология. «Медицина», Москва, 2004
569) Hansı qrup peroral şəkərsalıcı preparatların istifadəsindən hipoqlikemiyanın yaranma ehtimalı yüksəkdir?
A) Tiazolidindionların
B) A-qlikozidaza inhibitorlarının
C) Qlikemiyanın prandial requlyatorlarının
D) Sulfonilsidikcövhəri törəmələrinin
E) Biquanidlərin
Ədəbiyyat: И.И.Дедов, Г.А.Мельнишенко. Эндокринология. «Медицина», Москва, 2004
Dostları ilə paylaş: |