783) Aşağıdakı preparatlardan hansı mineralokortikoidlərə aiddir?
A) Prednizalon
B) Prednizalon
C) Hidrokortizon
D) Kortizon asetat
E) Dezoksikortikosteron asetat
Ədəbiyyat: Дедов И.И.,Мелниченко Г.А.,Фадеев В.В. Эндокринология, Москва,2000.
784) Kuşinq xəstəliyi səbəbindən xəstədə ikitərəfli adrenalektomiya əməliyyatı keçirilmişdir. Nelson sindromu inkişaf edir və hipofizdə mikroadenoma aşkarlanır. İlkin etap üçün müalicə taktikasını göstərin?
A) Dostineks təyini
B) Adenomektomiya
C) Parlodel təyini
D) Xloditan təyini
E) Hipofizektomiya
Ədəbiyyat: Дедов И.И.,Мелниченко Г.А.,Фадеев В.В. Эндокринология, Москва,2000.
785) Ağır gedişli Adisson xəstəliyindən əziyyət çəkən xəstədə ümumi zəiflik, ürəkbulanma, qusma, qarında ağrılar, oynaq və əzələlərdə ağrılar, ishal başlayır. Hipotoniya, piqmentasiya başlayır, qarnın palpasiyası zamanı diffuz ağrılar qeyd olunur. Xəstənin vəziyyətinin pisləşməsinə səbəb nədir?
A) Mineralokortikoidlərin artıq dozası
B) Adisson krizi
C) Qida toksikoinfeksiyası
D) Heç biri doğru deyil
E) Qoşulan kəskin pankreatit
Ədəbiyyat: Дедов И.И.,Мелниченко Г.А.,Фадеев В.В. Эндокринология, Москва,2000.
Dostları ilə paylaş: |