1006) Etiopatogenetik təsnifata görə ikincili piylənməyə aşağıdakılar aiddir.
A) Hipotalamik, endokrin-metabolik
B) Endokrin-metabolik, alimentar-konstitusional
C) Endokrin-metabolik, serebral
D) Alimentar-konstitusional, hipotalamik
E) Serebral, alimentar-konstitusional
Ədəbiyyat: Дедов И.И., Мельнишенко Г.А. Эндокринология. Москва, 2008.
1007) Selektiv anoreksigen preparatlara hansı aiddir?
A) Fepranon
B) Dezopimon
C) Sibutramin
D) Orlistat
E) Mazindol
Ədəbiyyat: Дедов И.И., Мельнишенко Г.А. Эндокринология. Москва, 2008.
1008) Endokrin-metabolik piylənmə aşağıdakı xəstəliklərdə müşahidə edilir.
A) Sinir anoreksiyası, şəkərsiz diabet, Addison xəstəliyi, I tip şəkərli diabet
B) Hipotireoz, Konn sindromu, şəkərsiz diabet, İtsenko-Kuşinq xəstəliyi
C) Adipozogenital distrofiya, I tip şəkərli diabet, Konn sindromu, diffuz toksiki ur
D) İtsenko-Kuşinq xəstəliyi və sindromu, hipotireoz, II tip şəkərli diabet, adipozogenital distrofiya
E) Addison xəstəliyi, II tip şəkərli diabet, diffuz toksiki ur, sinir anoreksiyası
Ədəbiyyat: Дедов И.И., Мельнишенко Г.А. Эндокринология. Москва, 2008.
Dostları ilə paylaş: |