763) İkincili hipokortisizm üçün nə xarakterikdir?
A) Mineralokortikoidlərin defisiti yaranmır
B) Kəllə-beyin travmalarının ən çox rast gəlinən ağırlaşmalarındandır
C) Melanodermiya və duzlu qidalara meyl xarakter klinik əlamətidir
D) Birincili hipokortisizmlə müqayisədə daha ağır gedişə malikdir
E) Diaqnozu əsasən kəllənin rentgenoqrafiyası əsasında qoyulur
Ədəbiyyat: Дедов И.И.., Мельниченко Г.А. Эндокринология. Национальное руководство. М.? 2008
764) Qlükokortikoid preparatlarına aiddir?
A) Doksasozin
B) Deksametazon
C) Yuxarıda sadalananların hamısı doğrudur
D) 9 α-ftorkortizol
E) Propranolol
Ədəbiyyat: Дедов И.И.., Мельниченко Г.А. Эндокринология. Национальное руководство. М.? 2008
765) Sinaktenlə testi hansı məqsədlə aparılır?
A) Birincili hipokortisizmin diaqnostikası üçün
B) AKTH defisitinin aşkarlamaq üçün
C) Birincili hiperaldosteronizmin diaqnostikası üçün
D) İkincili hipokortisizmli xəstənin əməliyyat öncəsi hazırlığı üçün
E) Hipofizar və böyrəküstü Kuşinq sindromunun differensial diaqnostikası üçün
Ədəbiyyat: Дедов И.И.., Мельниченко Г.А. Эндокринология. Национальное руководство. М.? 2008
766) Birincili xroniki böyrəküstü vəzi çatmamazlığı üçün aşağıda yazılanlardan biri doğru deyil?
A) Böyrəküstü vəzin qabıq maddəsinin autoimmun destruksiyası ən çox rast gəlinən səbəblərindəndir
B) Dəri və görünən selikli qişaların hiperpiqmentasiyası MSH hipersekresiyası hesabına olur
C) Kortikosteroidlərlə əvəzedici müalicə fonunda böyrəküstü vəzin atrofiyasının reqressinə və funksiyalarının bərpasına nail olmaq olur
D) Autoimmun tireoiditlə birgə rast gəlinməsi Şmidt sindromu adlanır
E) Adrenoleykodistrofiya və böyrəküstü vəzin vərəmi çox rast gəlinən səbəblərindəndir
Ədəbiyyat: Дедов И.И.., Мельниченко Г.А. Эндокринология. Национальное руководство. М.? 2008
Dostları ilə paylaş: |