871) Klimakterik sindromun erkən simptomlarına aşağıdakılar aiddir.
A) Sümük ağrıları, “istigəlmə” tutmaları, sidik saxlaya bilməmə
B) Güclü tərləmə, uşaqlıq yolunda quruluq, sümük ağrıları
C) Depressiya, ürək ağrıları, sistalgiya
D) Saçların tökülməsi, dəri quruluqu, ürəkdöyünmə
E) “istigəlmə” tutmaları, güclü tərləmə, əsəbilik
Ədəbiyyat: Дедов И.И., Мельнишенко Г.А. Эндокринология. Москва, 2008.
872) Yumurtalıqların virilizəedici şişlərinə hansılar aiddir?
A) Tekoma, androblastomalar, qranulyozhüceyrəli şişlər
B) Androblastomalar, prolaktinoma, tireotropinoma
C) Fibroadenoma, prolaktinoma, feoxromasitoma
D) Qranulyozhüceyrəli şişlər, kortikotropinoma, fibroadenoma
E) Tireotropinoma, tekoma, kortikotropinoma
Ədəbiyyat: Н.Т. Старкова. Клиническая эндокринология. «Медицина», Москва, 2004
Dostları ilə paylaş: |