873) Yumurtalıqların virilizəedici şişlərinə aşağıdakı simptomlar xasdır.
A) Qalaktoreya, alopesiya, amenoreya
B) Piylənmə, güclü hirsutizm, uşaqlıq qanaxmaları
C) Səsin kobudlaşması, qalaktoreya, dəridə striyalar
D) Amenoreya, güclü hirsutizm, səsin kobudlaşması
E) Kaxeksiya, uşaqlıq qanaxmaları, piqmentasiya
Ədəbiyyat: Н.Т. Старкова. Клиническая эндокринология. «Медицина», Москва, 2004
874) Yumurtalıqların virilizəedici şişlərinin diaqnozunu təsdiq etmək üçün aşağıdakı müayinələr vacibdir.
A) EKQ, yumurtalıqların KT-sı, kəllənin R-qrafiyası
B) Böyrəküstü vəzilərin KT-sı, döş qəfəsinin R-qrafiyası, yumurtalıqların USM-si
C) Böyrəküstü vəzilərin USM-si, hormonal analizlər, döş qəfəsinin R-qrafiyası
D) Hormonal analizlər, yumurtalıqların və böyrəküstü vəzilərin KT-sı, hormonal sınaqlar
E) Hormonal sınaqlar, yumurtalıqların USM-si, EKQ
Ədəbiyyat: Н.Т. Старкова. Клиническая эндокринология. «Медицина», Москва, 2004
875) Yumurtalıqların virilizəedici şişlərinində aşağıdakı müalicə məqsədəuyğundur.
A) Qonadotropinlərin analoqları ilə müalicə
B) Cərrahi müalicə
C) Şüa terapiyası
D) Antiestrogenlərlə müalicə
E) Antiandrogenlərlə müalicə
Ədəbiyyat: Дедов И.И., Мельнишенко Г.А. Эндокринология. Москва, 2008.
Dostları ilə paylaş: |