107) Somatotrop catmamazlığı zamanı istifadə olan preparat hansı deyil?
A) Sayzen
B) Rastan
C) Xumaloq
D) Qenotropin
E) Xumatrop
Ədəbiyyat: И.И.Дедов, Г.А.Мельнишенко. Эндокринология. «Медицина»
108) Hiperprolaktinemik hipoqonadizm zamanı aparılan müalicə metodunu göstərin?
A) Şüa müalicəsi
B) Dofamin aqonistləri ilə medikamentoz müalicə
C) Cərrahi müalicə
D) Qonadotropin müalicəsi
E) Estrogen-hestagen preparatları ilə tsiklik müalicə
Ədəbiyyat: Дедов И.И.., Мельниченко Г.А. Эндокринология. Национальное руководство. М ? 2008
109) Hipofizin ən çox yayılmış adenoması hansıdır?
A) Kortikotropinoma
B) Qonadotropinoma
C) Prolaktinoma
D) Tireotropinoma
E) Somatotropinoma
Ədəbiyyat: Дедов И.И.., Мельниченко Г.А. Эндокринология. Национальное руководство. М.?2008
110) 17 yaşında gənc artıq çəkidən (5 yaşından etibarən ) və tez-tez olan baş ağrılarından əziyyət çəkir. 11-12 yaşında yaşıdlarından boyca hündür idi. Hal-hazırda boyu 176 sm, çəkisi 110 kq-dır. Üzü dəyirmidir. Qarın və sarğı nahiyəsində çəhrayı striyaları var. Cinsi inkişafı yaşına uyğundur. A/T 160/100 mm.c.st. Sizin diaqnozunuz?
A) İtsenko-Kuşinq sindromu
B) İtsenko-Kuşinq xəstəliyi Pubertat-gənclik dispituitarizmi
C) İtsenko-Kuşinq xəstəliyi
D) Hipertoniya xəstəliyi
E) Ekzoqen-konstitutsional piylənmə
Ədəbiyyat: Дедов И.И.., Мельниченко Г.А. Эндокринология. Национальное руководство. М.? 2008
Dostları ilə paylaş: |