256) Xroniki tireoiditə aid deyil?
A) Sifilitik tireoidit
B) Ağrısız tireoidit
C) Autoimmun tireoidit
D) Vərəm tireoiditi
E) De Kerven qranulamatoz tireoiditi
Ədəbiyyat: Дедов И.И.,Мелниченко Г.А., Эндокринология, Москва, 2008
257) Xaşimoto tireoiditi diaqnozunu qoymaq üçün aşağıdakı müayinələrdən hansı daha doğrudur?
A) Qalxanabənzər vəzin USM
B) Tiroqlobulinə qarşı autoantitellərin müayinəsi
C) Qalxanabənzər vəzin nazik iynəli punksion biopsiyası
D) Qalxanabənzər vəzin skanlaşdırılması
E) Qalxanabənzər vəz hormonlarının və TTH-ın müayinəsi
Ədəbiyyat: Məmmədhəsənov R.M., Endokrinologiya, Bakı, 2006.
258) 56 yaşlı xəstədə T4 və TTH-ın səviyyəsi aşağıdır. Tiroliberinlə testdən sonra qalxanabənzər vəzin hormonları və TTH-ın səviyyəsi artmışdır. Xəstədə patoloji prosesin yerini müəyyən edin?
A) Qalxanabənzər vəzi
B) Hipofizin ön payı
C) Hipotalamus
D) Neyrohipofiz və hipotalamus
E) Qalxanabənzər vəzi və adenohipofiz
Ədəbiyyat: Дедов И.И.,Мелниченко Г.А., Эндокринология, Москва, 2008
259) Xəstə, 58 yaş, ürəkdöyünmə tutmaları, tərləmə,dərinin quruluğu şikayətlənir. Vəzin palpasiyası zamanı hər iki pay palpasiya olunur, sağ payda 1.5×1.3×1.0 sm ölçüsündə sərhədləri dəqiq olmayan düyün qeyd olunur. Vəzin qalan həcmi bərkləşmişdir və ümumi həcmi 28 sm3. Biopsiya aparılıb-bioptatda atipik hüceyrələr yoxdur, Aşkenazi-Gutl hüceyrələri olan limfasitar infiltrasiya aşkarlanır. Diaqnozu nedir?
A) Düyünlü qeyri-toksiki zob
B) Tireotoksik adenoma
C) Autoimmun tireoidit, atrofik forma
D) Düyünlü toksiki zob
E) Autoimmun tireoidit, hipertrofik forma
Ədəbiyyat: Дедов И.И.,Мелниченко Г.А., Эндокринология, Москва, 2008
Dostları ilə paylaş: |