Enerji effektivliyi və yet



Yüklə 1,2 Mb.
səhifə2/3
tarix03.05.2023
ölçüsü1,2 Mb.
#126277
1   2   3
İstilik tex Lab2

Təcrübə qurğusu:
Havanın genişlənməsi zamanı politrop göstəricisinin təyin olunması üçün istifadə oluna qurğu tam avtomatik çalışır. Qurğu əsasən təcrübənin aparılması və alınmış nəticələrin analizi üçün (1) komputerdən, yüksək təzyiq yaratmaq üçün (2) nasosdan, (3) ölçü yuvasından, (4) təzyiq və (5) temperatur ölçmə sistemlərindən, qurğuda yaradılmış təzyiqin ani olaraq aşağı salınması üçün (6) elektroventildən, sistemə tam avtomatik nəzarət etmək üçün elektron sistemdən ibarətdir (Şəkil 2).



Şəkil 2. Havanın genişlənməsi zamanı politrop göstəricisinin təyin olunmasıüçün istifadə olunan qurğu.


İlk olaraq qurğu şəbəkəyə qoşulur və işçi proqram işə salınır. Daha sonra prosesin başlanğıc halı instalizasiya olunur (Şəkil 3).





Şəkil 3. Sistemin başlanğıc halına gətirilməsi.
Daha sonra sistemin başlanğıc parametrləri qeyd olunur (Şəkil 4).



Şəkil 4. Sistemin başlanğıc parametrlərinin qeyd olunması.


Burada ilk öncə ölçüləcək maksimal təzyiq (1-6 bar) daxil edilir. Daha sonra başlanğıc temperatur qeyd olunur. Bundan sonra “Pressurize” düyməsini basmaqla təzyiqin əvvəlcədən verilmiş maksimal həddinə çatması gözlənilir (Şəkil 5).

Şəkil 5. Sistemin təzyiqinin əvvəlcədən verilmiş maksimum həddə çatdırılması.


Sistem maksimum təzyiqə qədər artdıqca eyni zamanda sistemin temperaturu da artır. Ona görə də sistem təzyiqin son həddinə çatdıqdan sonra temperaturun ani olaraq sabit qalması və daha sonra isə azalması müşahidə olunur. Buna görə də temperaturun tam azalması və onun stabilliyinin gözlənilməsi vacibdir.
Temperatur azalaraq stabil həddə çatdıqdan sonra “Measuring” düyməsini basmaqla sistemin təzyiqinin ani olaraq atmosfer təzyiqinə qədər azalmasını təmin etmək lazımdır. Bu proses elektromaqnit ventilinin köməyi ilə yerinə yetirilir (Şəkil 6).



Şəkil 6. Sistemin ölçməyə hazır olduğu vəziyyəti.


Təxminən 2 dəq. ərzində sistemin son halı üçün təzyiqin və temperaturun stabilləşməsi gözlənilir (Şəkil 7).





Şəkil 7. Sistemin son halı üçün təzyiqin və temperaturun stabilləşməsinin gözlənilməsi.


Qeyd etmək lazımdır ki, termodinamik qanunlarına əsasən ani genişlənmə halında ilk olaraq temperatur və təzyiq minimum həddlərinə çatır, daha sonra artaraq atmosfer təzyiqinə və otaq temperaturuna yaxın qiymətlər alır (Şəkil 8).



Şəkil 8. Təcrübə müddətində temperatur və təzyiqin dəyişmə qrafikləri.


Gözləmə zamanı bitdikdən sonra avtomatik olaraq təzyiq və temperaturun stabil qiymətləri qeyd olunur. Bundan sonra (7) tənliyinin köməyi ilə havanın genişlənməsi zamanı politrop göstəricisi avtomatik təyin olunur (Şəkil 9).



Şəkil 9. Havanın genişlənməsi zamanı politrop göstəricisinin avtomatik təyin olunması.


Bununla təcrübə sona çatmış hesab olunur. Daha sonra “Reset” düyməsini basmaqla sistemi başlanğıc vəziyyətinə gətirmək lazımdır (Şəkil 4).


Laboratoriya məşğələsi başa çatdıqdan sonra “Exit” düyməsini basmaqla təcrübə proqramını bağlamaq lazımdır. Sonra isə sistemi şəbəkədən açar vasitəsi ilə ayırmaq lazımdır (Şəkil 10).



Şəkil 10. Sistemin şəbəkədən ayrılması üçün açarın vəziyyəti.




Tapşırıq:

  1. İşin məzmunu və aparılması metodikası ilə tanış olmaq.

  2. Təcrübə qurğusunun köməyi ilə havanın genişlənməsi zamanı politrop göstəricisinin təyin etmək.

  3. Havanın genişlənməsi zamanı politrop göstəricisinin qiymətini hesablamaq.

  4. Prosesin diaqramını qurmaq.




Yüklə 1,2 Mb.

Dostları ilə paylaş:
1   2   3




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin