“Enerji Təhlükəsizliyi” anlayışı



Yüklə 75 Kb.
səhifə2/3
tarix10.10.2022
ölçüsü75 Kb.
#118217
1   2   3
Movzu 2 - Enerji tahlukasizliyi anlayisi (aze)

Müxtəliflik. Vaxtilə Uinston Çörçill belə bir ifadə işlətmişdi ki, etibarlı neft təchizatı yalnız müxtəliflik və ya diversifikasiya vasitəsilə təmin oluna bilər. Hazırda bu ifadə özünü doğrultmaqdadır. Bəs “müxtəliflik” və ya “diversity” anlayışı özü nə anlama gəlir?
Bu ifadə özündə aşağıdakı aspektləri birləşdirir:



  • Enerji təchizatı strukturunda müxtəliflik, alternativ enerji növlərinə müraciət olunması

  • Enerji texnologiyası strukturunda müxtəliflik, yeni texnologiyalara istinad olunması

  • Enerji infrastrukturunda müxtəliflik, hansı ki, vahid bir xəttə əsaslanmağı minimuma endirəcək

  • Enerji mənbələrində (idxal regionlarında) müxtəliflik, xaricdə tək bir təchizatçıya söykənməmək.

  • İdxal olunan enerji məhsullarının xarakterində müxtəliflik, yəni yalnız xammal deyil, eyni zamanda son məhsulların da idxalı.

  • Enerji idxalı müqavilələrində müxtıliflik

  • Enerji bazarının iştirakçıları sırasında müxtəliflik, yəni bütün miqyaslı,yerli və xarici şirkətlərin enerji təhlükəsizliyində rolunun artırılması



Açıqlıq. Hər bir dövlət özünün enerji təhlükəsizliyini təmin etmək üçün xarici şirkətlər üçün investisiya imkanlarını genişlətməli və bunun üçün də daxili və xarici enerji bazarında “açıq qapılar” siyasəti yeritməlidir. Bu sıraya eyni zamanda yeni texnologiya və maliyyə resurslarının da cəlbi daxildir. Enerji ehtiyyatlarının qiymətlərinin yüksək olduğu dövrlərdə hökumətlər yaranan maliyyə qıtlığını aradan qaldırmaq üçün güclü sərmayəyə ehtiyac duyur. Bunu isə öz daxili ehtiyyatları hesabına ödəmək müşkül məsələdir. Belə olan halda yeganə çıxış yolu ölkənin qapılarını xarici şirkətlərin investisiyaları üçün açmaqdır.
Enerji siyasətində izolyasionizm siyasəti tarixin heç bir dövründə qəbul edilən bir siyasət olmadığı üçün bu gün də hansısa dövlət özünün enerji təhlükəsizliyini və dolayısı ilə də milli təhlükəsizliyini təmin etmək istəyirsə birinci növbədə öz bazarlarını daha imkanlı fiziki və ya hüquqi şəxslərə açmalıdır. Çünki bu yolla o, yalnız hasilatdan müəyyən qədər pay əldə etməklə qalmır, həm də onun istehsalat sferasına yeni texnologiyalar, avadanlıqlar və yüksək miqdarda maliyyə axını daxil olur və bu da özünü ÜDM-də biruzə verir.



Yüklə 75 Kb.

Dostları ilə paylaş:
1   2   3




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin