643) Bakteriyaların kapsulunu nə təşkil edir?
A) nuklein turşuları
B) qlikoproteinlər
C) polisaxaridlər
D) lipoproteinlər
E) fosfolipidlər
Ədəbiyyat: Покровский В.И. Медицинская микробиология. Москва, 1998
644) Hansı törədici spirillalara aiddir?
A) qayıdan yatalağın törədicisi
B) leptospirozun törədicisi
C) Sodoku xəstəliyinin törədicisi
D) vəba vibrionu
E) sifilisin törədicisi
Ədəbiyyat: Покровский В.И. Медицинская микробиология. Москва, 1998
645) Sitoplazmatik membranın tərkibində nə vardır?
A) nuklein turşuları
B) peptidoqlikan
C) lipopolisaxaridlər
D) fosfolipidlər
E) karbon turşusu
Ədəbiyyat: Покровский В.И. Медицинская микробиология. Москва, 1998
646) Hüceyrə divarının əsasını nə təşkil edir?
A) vitaminlər
B) sitoplazmatik membran
C) karbon turşusu
D) DNT
E) peptidoqlikan
Ədəbiyyat: Покровский В.И. Медицинская микробиология. Москва, 1998
647) Prokariotların nukleoidləri hansı xüsusiyyətə malikdir?
A) nüvəsi var
B) tərkibində DNT yoxdur
C) tərkibində zülal – histonlar vardır
D) nüvə membranı yoxdur
E) plazmid tərkiblidir
Ədəbiyyat: Покровский В.И. Медицинская микробиология. Москва, 1998
648) Bakteriyaların irsiyyətinin xromosomdankənar amilləri hansılardır?
A) volyutin dənəcikləri
B) qlikogen
C) plazmidlər
D) mezosomlar
E) sporlar
Ədəbiyyat: Покровский В.И. Медицинская микробиология. Москва, 1998
649) Hansı törədicilərdə sporlar mərkəzdə yerləşir?
A) qazlı qanqrena
B) difteriya
C) tetanus
D) qarayara
E) botulizm
Ədəbiyyat: Шляхов Э.Н. Практическая эпидемиология. Кишинев, 1983
650) Hansı törədicilərdə sporlar uclarda (terminal) yerləşir?
A) tetanus
B) qarayara
C) botulizm
D) listerioz
E) qazlı qanqrena
Ədəbiyyat: Шляхов Э.Н. Практическая эпидемиология. Кишинев, 1983
651) Hansı törədicilərdə sporlar subterminal yerləşir?
A) botulizm
B) qarın yatalağı
C) qarayara
D) vəba
E) tetanus
Ədəbiyyat: Покровский В.И. Медицинская микробиология. Москва, 1998
652) Hansı törədici patogen spiroxetlərə aiddir?
A) bağırsaq çöpü
B) aktinomisetlər
C) salmonella
D) treponema
E) pnevmokok
Ədəbiyyat: Шляхов Э.Н. Практическая эпидемиология. Кишинев, 1983
653) Sifilisin törədicisi hansı cinsə aiddir?
A) Treponema
B) Salmonella
C) Staphylococcus
D) Esherichia
E) Streptococcus
Ədəbiyyat: Покровский В.И., Пак С.Г., Брико Н.И., Данилкин Б.К. Инфекционные болезни и эпидемиология. Москва, 2004
654) Hansı materiallar tindalizasiya üsulu ilə sterilizə edilir?
A) şüşə qablar
B) sarğı materialı, yataq dəsti
C) boksların, əməliyyat otaqlarının havası
D) qan zərdabı, vitaminlər
E) cərrahi alətlər, əşya və örtük şüşələri
Ədəbiyyat: Шляхов Э.Н. Практическая эпидемиология. Кишинев, 1983
655) Mexaniki sterilizasiya necə aparılır?
A) odla közərtməklə
B) membran filtrlərdən süzməklə
C) yüksək temperaturla
D) ultrabənövşəyi şüalarla
E) kimyəvi birləşmələrlə
Ədəbiyyat: Шляхов Э.Н. Практическая эпидемиология. Кишинев, 1983
656) Şəkərtərkibli qidalı mühitlər necə sterilizasiya edilir?
A) ultrabənövşəyi şüalarla
B) axar buxarla
C) quru isti hava ilə
D) pasterizasiya ilə
E) odla közərtməklə
Ədəbiyyat: Шляхов Э.Н. Практическая эпидемиология. Кишинев, 1983
657) Müxtəlif karbon mənbələrini mənimsəmə qabiliyyətinə görə mikroorqarizmlər hansı qruplara bölünürlər?
A) saprofitlərə və parazitlərə
B) aeroblara və anaeroblara
C) prototroflara və auksotroflara
D) autotroflara və heterotroflara
E) fototroflara və xemotroflara
Ədəbiyyat: Покровский В.И. Медицинская микробиология. Москва, 1998
658) Bakteriofaqlar üçün hansı xüsusiyyət səciyyəvidir?
A) anaerob tipli tənəffüs
B) qidalı mühitlərdə böyümə və çoxalma
C) abiotik ilə çoxalma
D) insan üçün patogenlik
E) bakteriyaların hüceyrələrində çoxalma
Ədəbiyyat: Шляхов Э.Н. Практическая эпидемиология. Кишинев, 1983
659) Sadalanan bakteriyalardan hansılar obliqat aeroblardır?
A) göyöskürək çöpləri
B) klebsiellalar
C) stafilokoklar
D) bağırsaq çöpləri
E) bakteroidlər
Ədəbiyyat: Покровский В.И., Пак С.Г., Брико Н.И., Данилкин Б.К. Инфекционные болезни и эпидемиология. Москва, 2004
660) Sadalanan bakteriyalardan hansılar obliqat anaeroblardır?
A) bakteroidlər
B) stafilokoklar
C) klebsiellalar
D) bağırsaq çöpləri
E) göyöskürək çöpləri
Ədəbiyyat: Покровский В.И., Пак С.Г., Брико Н.И., Данилкин Б.К. Инфекционные болезни и эпидемиология. Москва, 2004
661) Obliqat anaeroblara molekulyar oksigenin toksiki təsiri hansı maddənin toplanması ilə bağlıdır?
A) qliseraldehidrofosfatın
B) karbon qazının
C) piruvatın
D) qıcqırmanın son məhsullarının
E) hidrogen peroksidin
Ədəbiyyat: Покровский В.И., Пак С.Г., Брико Н.И., Данилкин Б.К. Инфекционные болезни и эпидемиология. Москва, 2004
662) Hansı bakteriyalar mikroaerofillərə aiddir?
A) vəba vibrionu
B) qızılca virusu
C) difteriya çöpləri
D) salmonellalar
E) brüsellalar
Ədəbiyyat: Покровский В.И. Медицинская микробиология. Москва, 1998
663) Sadalanan bakteriyalardan hansı in vitro şəraitində böyüməyə qabil deyildir?
A) meninqokok
B) qonokok
C) tulyaremiya törədicisi
D) cüzam mikobakteriyası
E) vəba vibrionu
Ədəbiyyat: Покровский В.И. Медицинская микробиология. Москва, 1998
664) Hansı antibiotiklər hüceyrə divarının sintezini ləngidir?
A) polien antibiotikləri
B) sefalosporinlər
C) aminqlikozidlər
D) polimiksin
E) tetrasiklin qrupu
Ədəbiyyat: Покровский В.И. Медицинская микробиология. Москва, 1998
665) Eritromitsin və oleandomitsin aşağıda sadalanan antibiotiklərin hansı qrupuna aiddir?
A) rifampisinlər
B) makrolidlər
C) tetrasiklinlər
D) beta-laktam antibiotikləri
E) polien antibiotikləri
Ədəbiyyat: Покровский В.И. Медицинская микробиология. Москва, 1998
666) Basilllərin sporları nə zaman məhv olur?
A) pasterizasiya zamanı
B) tindalizasiya zamanı
C) bakteriofaqın təsiri zamanı
D) avtoklavlaşdırma zamanı
E) uzun müddətli qurudulma zamanı
Ədəbiyyat: Шляхов Э.Н. Практическая эпидемиология. Кишинев, 1983
667) Bakteriyaların kultural xüsusiyyətləri dedikdə nə başa düşülür?
A) qidalı mühitlərdə böyümənin tipi və xarakteri
B) törədiciləri parçalamaq xüsusuiyyəti
C) forması, quruluşu
D) infeksiya törətmək qabiliyyəti
E) boyanma xüsusiyyəti
Ədəbiyyat: Покровский В.И. Медицинская микробиология. Москва, 1998
668) Lizogen konversiya hansı amillərin təsiri altında bakteriyaların xüsusiyyətlərinin dəyişilməsidir?
A) fiziki amillərin
B) kimyəvi maddələrin
C) antibiotiklərin
D) dezinfektantların
E) orta bakteriofaqın
Ədəbiyyat: Покровский В.И., Пак С.Г., Брико Н.И., Данилкин Б.К. Инфекционные болезни и эпидемиология. Москва, 2004
669) Koli-indeks nədir?
A) 10 litr suda olan bağırsaq çöplərinin miqdarı
B) 1 ml suda olan enterobakteriyaların miqdarı
C) 1 litr suda olan bağırsaq çöplərinin miqdarı
D) tərkibində 3 bağırsaq çöpü olan suyun maksimal miqdarı
E) tərkibində 1 bağırsaq çöpü olan suyun minimal miqdarı
Ədəbiyyat: Шляхов Э.Н. Практическая эпидемиология. Кишинев, 1983
670) Enterobakteriyalara görə müayinə zamanı nəcis nümunəsi əkməyə qədər harada saxlanılmalıdır?
A) sorucu şkafda
B) termostatda
C) soyuducuda
D) adi şəraitdə
E) otaq temperaturunda
Ədəbiyyat: Ющук Н.Д. Эпидемиология. Москва, 1993
671) Difteriyaya görə müayinə zamanı 10 nəfərdən material götürdükdə nə qədər tampon sifariş vermək lazımdır?
A) 10 tampon
B) 20 tampon
C) 5 tampon
D) 40 tampon
E) 1 tampon
Ədəbiyyat: Ющук Н.Д. Эпидемиология. Москва, 1993
672) Difteriyada epidemik prosesin inkişaf etməsində atoksigen difteriya korinobakteriyalarının əhəmiyyəti nə ilə müəyyən olunur?
A) difteriya ilə xəstələnmənin yaranması və yayılması imkanı ilə
B) difteriya korinobakteriyalarının toksigen xüsusiyyət qazanmaq imkanı ilə
C) xəstələrin sayı ilə
D) əhalidə tipospesifik antimikrob immunitetin yaradılması ilə
E) infeksiya mənbəyinin sayının artması ilə
Ədəbiyyat: Беляков В.Д., Яфаев Р.Х. Эпидемиология. Москва, 1989
673) Difteriya hadisəsi baş verdikdə hansı tədbirlər vacibdir?
A) klinik formadan asılı olmayaraq xəstənin mütləq hospitalizasiya edilməsi
B) spesifik immunitetin yaradılması məqsədilə difteriya anatoksinin təcili yeridilməsi
C) biokimyəvi müayinə metodlarının aparılması
D) hospitalizasiyaya qədər antitoksik zərdabın təcili yeridilməsi
E) ağır və orta-ağır xəstələrin hospitalizasiya edilməsi, yüngül klinik gedişdə isə – evdə izolyasiya edilməsi
Ədəbiyyat: Беляков В.Д., Яфаев Р.Х. Эпидемиология. Москва, 1989
674) Difteriyaya qarşı peyvənd edilmiş şəxsdə törədicigəzdirmə hansı səbəb üzündən baş verir?
A) infeksiya mənbəyinin sayının artması ilə
B) peyvənddən xeyli müddət keçməsi ilə əlaqədər
C) mikrobəleyhinə immunitet olmadığı halda antitoksik immunitetin yaranması
D) antitoksik immunitet yaradılmaması
E) difteriyanın müəyyən variantına qarşı mikrobəleyhinə immunitetin olmaması
Ədəbiyyat: Беляков В.Д., Яфаев Р.Х. Эпидемиология. Москва, 1989
675) Hal-hazırda hansı törədicilər irinli-iltihabi xəstəliklərin etiologiyasında üstünlük təşkil edirlər?
A) göbələklər
B) brusellalar
C) qram-mənfi aerob bakteriyalar
D) qram-müsbət koklar
E) plazmodiumlar
Ədəbiyyat: Покровский В.И. Медицинская микробиология. Москва, 1998
676) E.coli-nin hansı ştamı «Səyahətçilərin diareyası»nın törədicələrinə aiddir?
A) enteroinvaziv
B) enterovirulent
C) enterotoksigen
D) enteropatogen
E) enterohemorragik
Ədəbiyyat: Покровский В.И. Медицинская микробиология. Москва, 1998
677) E.coli serovarının O 157:H7 ştamları ilə törədilən eşerixioz zamanı törədici çox vaxt hansı amillərlə ötürülür?
A) ət məhsulları ilə
B) tərəvəzlə
C) yumurta ilə
D) un məmulatları ilə
E) su ilə
Ədəbiyyat: Зуева Л.П., Яфаев Р.Х. Эпидемиология. Санкт-Петербург, 2006
678) E.coli-nin enterotoksigen ştamları ilə törədilən eşerixioz harada qeydə alınır?
A) mülayim iqlimi olan regionlarda
B) bütün iqlim zonalarında
C) endemik xəstəlik kimi
D) əsasən hospital infeksiyası kimi
E) əsasən tropik və subtropik regionlarda
Ədəbiyyat: Шляхов Э.Н. Практическая эпидемиология. Кишинев, 1983
679) E.coli-nin enteropatogen ştamları ilə törədilən eşerixiozla ən yüksək yoluxma riski kimlər arasında qeyd olunur?
A) məktəbəqədər uşaq müəssisələrinə gedən uşaqlarda
B) 2-15 yaşa qədər uşaqlarda
C) böyüklərdə
D) 1 yaşa qədər uşaqlarda
E) 20-40 yaşlarda
Ədəbiyyat: Шляхов Э.Н. Практическая эпидемиология. Кишинев, 1983
680) A qrupundan olan B-hemolitik streptokoklar hansı mikroorqanizmlərə aiddir?
A) qram-müsbət fakultativ-anaerob mikroorqanizmlərə
B) heyvanların fakultativ-patogen parazitlərinə
C) spor əmələgətirən bakteriyalara
D) ibtidailərə
E) qram-mənfi şərti-patogen mikroorqanizmlərə
Ədəbiyyat: Покровский В.И. Медицинская микробиология. Москва, 1998
681) A qrup streptokokları hansı ekoloji variantlara bölünürlər?
A) dəri
B) nefritogen
C) toksigen
D) revmatogen
E) ovosid
Ədəbiyyat: Покровский В.И. Медицинская микробиология. Москва, 1998
682) Streptokok infeksiyasında (A qrupu) infeksiya mənbəyi nədir?
A) su
B) heyvan (xəstə və ya törədicigəzdirən)
C) qida məhsulları
D) törədicilərlə çirklənmiş torpaq və su
E) insan (xəstə və ya törədicigəzdirən)
Ədəbiyyat: Покровский В.И. Медицинская микробиология. Москва, 1998
683) Aşağıdakılardan hansı vəbanın törədicisidir?
A) Vibrio parahaemolyticus
B) Vibrio cholerae El-tor biovarı O1 seroqrupu
C) NAQ-fibrionlar (O1 zərdabı ilə aqqlütinasiya etməyən)
D) Vibrio thyphi
E) ETEC
Ədəbiyyat: Tağızadə T.Ə., Abuşov F.A., Ağayev İ.Ə. Epidemiologiyadan təjrübə məşğələlərinə dair metodiki tövsiyələr. Bakı, 1984.
684) Difteriyada epidemioloji göstərişlərə görə bakterioloji müayinə kimlərə aparılır?
A) hospitalizasiya edilən xəstələrə
B) korinobakteriyaların atoksigen ştamlarını gəzdirənlərlə təmasda olanlara
C) angina ilə xəstələrə
D) difteriya ilə xəstələnmənin epidemik tipində inzibati ərazinin bütün əhalisinə
E) difteriya ocağında təmasda olanlara
Ədəbiyyat: Покровский В.И., Пак С.Г., Брико Н.И., Данилкин Б.К. Инфекционные болезни и эпидемиология. Москва, 2004
685) Difteriya zamanı profilaktik bakterioloji müayinəyə hansı şəxslər cəlb olunur?
A) uşaq evlərinə və məktəb-internatlara daxil olan şəxslər
B) difteriya ilə xəstələnmənin epidemik tipində inzibati ərazinin bütün əhalisinə
C) bütün hospitalizasiya edilən xəstələr
D) uşaqlar məktəbəqədər uşaq müəssisələrinə qəbul edildikdə
E) infeksion stasionarlara göndərilən xəstələr
Ədəbiyyat: Шляхов Э.Н. Практическая эпидемиология. Кишинев, 1983
686) Salmonelyozun törədicisini hansı materialda aşkar etmək olar?
A) nəcisdə
B) qanda
C) öddə
D) tüpürcəkdə
E) sidikdə
Ədəbiyyat: Покровский В.И. Медицинская микробиология. Москва, 1998
687) Göyöskürəyin olmasından şübhələndikdə bakterioloji müayinə üçün hansı materialdan götürmək lazımdır?
A) qan
B) nəcis
C) öskürək zamanı selik damcıları
D) burundan selik
E) ağızudlaqdan selik
Ədəbiyyat: Покровский В.И. Медицинская микробиология. Москва, 1998
688) Malyariya diaqnozunu təsdiq etmək və törədicinin növünü aşkar etmək üçün hansı müayinə lazımdır?
A) qalın qan yaxmasının mikroskopiyası
B) ödün əkilməsi
C) qanın əkilməsi
D) onurğa beyni mayesinin mikroskopiyası
E) qanın biokimyəvi analizi
Ədəbiyyat: Зуева Л.П., Яфаев Р.Х. Эпидемиология. Санкт-Петербург, 2006
689) Vəba törədicisinin morfologiyası necədir?
A) kapsula yaradır
B) mərkəzdə spor yerləşir
C) peritrix
D) monotrix
E) volyutin dənəciklərinə malikdir
Ədəbiyyat: Покровский В.И. Медицинская микробиология. Москва, 1998
690) Vəba törədicisinin hansı antigeni var?
A) protektiv
B) Vi-antigen
C) O-somatik
D) S-antigen
E) B-kapsula
Ədəbiyyat: Шляхов Э.Н. Практическая эпидемиология. Кишинев, 1983
691) Vəba törədicisinin rezistentliyi nə ilə fərqlənir?
A) mədə şirəsinin turş mühitinə həssasdır
B) aşağı temperaturda tez məhv olur
C) qaynatma zamanı qorunub saxlanılır
D) dezinfeksiyaedici maddələrin təsirinə davamlıdır
E) xəstənin ifrazatlarında az davamlıdır
Ədəbiyyat: Покровский В.И., Пак С.Г., Брико Н.И., Данилкин Б.К. Инфекционные болезни и эпидемиология. Москва, 2004
692) Vəba vibrionunu aşkar etmək üçün müayinə materialı hansı mühitə əkilir?
A) qələvi peptonlu suya
B) Endo mühitinə
C) Ploskiryov mühitinə
D) Kitt-Tarossi mühitinə
E) Rappoport mühitinə
Ədəbiyyat: Шляхов Э.Н. Практическая эпидемиология. Кишинев, 1983
693) Klassik vəbanın törədicisi üçün hansı əlamət səciyyəvidir?
A) IV qrup Mukerci bakteriofaqına qarşı rezistentlik
B) antibiotiklərə qarşı rezistentlik
C) patogenliyin olmaması
D) eritrositləri aqqlütinasiya edir
E) O-zərdablarla aqqlütinasiya
Ədəbiyyat: Покровский В.И. Медицинская микробиология. Москва, 1998
694) El-Tor vəbasının törədicisinin xarakter xüsusiyyəti hansıdır?
A) polimiksinə qarşı həssaslıq
B) O-zərdablarla aqqlütinasiya etmir
C) hemolitik aktivliyin olmaması
D) polimiksinə qarşı rezistentlik
E) eritrositləri aqqlütinasiya edir
Ədəbiyyat: Покровский В.И. Медицинская микробиология. Москва, 1998
695) Vəba vibrionu hansı kultural xüsusiyyətə malikdir?
A) becərilmə şəraitlərinə tələbkar deyil, sürətlə böyüyə bilir
B) qidalı mühitlərə tələbkardır
C) anaerob şəraitdə böyüyür
D) soyuq mühitdə böyüyə bilir
E) eritrositləri aqqlütinasiya edir
Ədəbiyyat: Покровский В.И., Пак С.Г., Брико Н.И., Данилкин Б.К. Инфекционные болезни и эпидемиология. Москва, 2004
696) Vəba vibrionunun patogenliyinin əsas amili hansıdır?
A) ekzotoksin
B) hərəkətlilik
C) ureaza
D) neyraminidaza
E) hemolizin
Ədəbiyyat: Шляхов Э.Н. Практическая эпидемиология. Кишинев, 1983
697) Entrobakteriyaların O-antigeninin hansı əsas xüsusiyyəti vardır?
A) formalin və spirtin təsirinə qarşı həssasdır
B) törədiciləri parçalamaq qabiliyyəti
C) zülallarla təmsil olunur
D) növ spesifikliyinə malik deyildir
E) LPS ilə təmsil olunmuşdur
Ədəbiyyat: Покровский В.И., Пак С.Г., Брико Н.И., Данилкин Б.К. Инфекционные болезни и эпидемиология. Москва, 2004
698) Endo mühitində tünd qırmızı koloniyaların bitməsi müayinə edilən kulturada nəyi göstərir?
A) qram-müsbətdir
B) laktozanı fermentasiya edir
C) plazmanı koaqulyasiya edir
D) qram-mənfidir
E) antibiotikləri fermentasiya edir
Ədəbiyyat: Покровский В.И. Медицинская микробиология. Москва, 1998
699) Asiya vəbası və El-Tor vəbasının törədicilərinin diferensiasiyası üçün nəyə qarşı həssaslıq təyin olunur?
A) ödə qarşı
B) sefalotinə qarşı
C) streptomitsinə qarşı
D) niasinə qarşı
E) polimiksinə qarşı
Ədəbiyyat: Покровский В.И. Медицинская микробиология. Москва, 1998
700) Qarın yatalağı törədicisinin fermentativ xüsusiyyəti hansıdır?
A) saxarozanı parçalayır
B) plazmanı koaqulyasiya edir
C) maltozanı turşu və qaza qədər parçalayır
D) qlükozanı turşuya qədər parçalayır
E) laktozanı parçalayır
Ədəbiyyat: Шляхов Э.Н. Практическая эпидемиология. Кишинев, 1983
701) Salmonelyoz monoreseptor zərdablarının hazırlanması nəyi nəzərdə tutur?
A) heyvanların anatoksinlə immunizasiyasını
B) flokulyasiya reaksiyasında zərdabların titrlənməsini
C) qoyun eritrositləri ilə dovşanın immunizasiyasını
D) Kastellaniyə görə immun zərdabın tükənməsini
E) dializ metodu ilə immun zərdabın işlənməsini
Ədəbiyyat: Покровский В.И., Пак С.Г., Брико Н.И., Данилкин Б.К. Инфекционные болезни и эпидемиология. Москва, 2004
702) Şigella növünün nümayəndələri hansı xüsusiyyətlə xarakterizə olunur?
A) sadə qidalı mühitlərdə çoxalmaları ilə
B) Vi antigenlərə malik olması ilə
C) O-somatik antigenin olması ilə
D) orqanizmdə kapsul yaratmaları ilə
E) hərəkətliliyi ilə
Ədəbiyyat: Шляхов Э.Н. Практическая эпидемиология. Кишинев, 1983
703) Bağırsaq çöpü hansı karbohidratları fermentasiya edir?
A) laktozanı
B) dekstroza
C) qlükozanı
D) saxarozanı
E) maltozanı
Ədəbiyyat: Покровский В.И., Пак С.Г., Брико Н.И., Данилкин Б.К. Инфекционные болезни и эпидемиология. Москва, 2004
704) Kolienteritlərin mikrobioloji müayinəsi hansı üsulla aparılır?
A) neytrallaşdırma reaksiyası
B) nəcisin Endo mühitinə əkilməsi
C) Vidal reaksiyası
D) Askoli reaksiyası
E) dəniz donuzları üzərində bioloji sınaqlar
Ədəbiyyat: Покровский В.И. Медицинская микробиология. Москва, 1998
705) Qarın yatalağının törədicisinin identifikasiyası necə aparılır?
A) törədiciləri parçalamaq qabiliyyətinə görə
B) morfoloji əlamətlərə görə
C) qrammənfi rənglənməyə görə
D) antigen quruluşuna görə
E) antibiotiklərə həssaslığına görə
Ədəbiyyat: Покровский В.И. Медицинская микробиология. Москва, 1998
706) Aşağıda sadalanan morfoloji və tinktorial əlamətlərdən hansılar taun çöpləri üçün səciyyəvidir?
A) spor və kapsul əmələ gətirməyən, hərəkətlidirlər
B) bipolyar rənglənmiş qrammənfi, hərəkətsiz, dairəvi formadadırlar
C) spor əmələ gətirməyən, qrammüsbətdirlər
D) ucları yumrulanmış qrammüsbətdirlər
E) qrammüsbət, zəncir şəklində yerləşirlər
Ədəbiyyat: Покровский В.И., Пак С.Г., Брико Н.И., Данилкин Б.К. Инфекционные болезни и эпидемиология. Москва, 2004
707) Sadalanan bakteriyalardan hansılar hemini assimilyasiya etmək və purini sintez etmək qabiliyyətinə malikdirlər?
A) brüsellalar
B) tulyaremiya bakteriyaları
C) plazmodiumlar
D) qarayara basilləri
E) taun çöpləri
Ədəbiyyat: Покровский В.И. Медицинская микробиология. Москва, 1998
708) Sadalanan bakteriyalardan hansılar 3 komponentdən (1 – «şişkinlik amili», 2 – letallıq toksini, 3-protektiv antigeni) ibarət toksin əmələ gətirirlər?
A) brüsellalar
B) tulyaremiya bakteriyaları
C) qarayara basilləri
D) bağırsaq çöpləri
E) taun çöpləri
Ədəbiyyat: Покровский В.И. Медицинская микробиология. Москва, 1998
709) Brüselyoz zamanı Rayt reaksiyası ilə nə təyin edilir?
A) komplement birləşdirən anticisimlər
B) presipitinlər
C) aqqlütininlər
D) lizinlər
E) antitoksinlər
Ədəbiyyat: Покровский В.И., Пак С.Г., Брико Н.И., Данилкин Б.К. Инфекционные болезни и эпидемиология. Москва, 2004
710) Xronik süzənəyin mikrobioloji diaqnostikasında hansı reaksiya istifadə olunur?
A) Askoli reaksiyası
B) Borde-Janqu reaksiyası
C) Vasserman reaksiyası
D) Rayt reaksiyası
E) Vidal reaksiyası
Ədəbiyyat: Покровский В.И. Медицинская микробиология. Москва, 1998
711) Tetanus klostridiyaları hansı xüsuiyyətə malikdirlər?
A) qrammənfidirlər
B) endotoksin əmələ gətirirlər
C) kokşəkilli formada olurlar
D) xarici mühitə davamlı deyillər
E) ekzotoksin əmələ gətirirlər
Ədəbiyyat: Покровский В.И. Медицинская микробиология. Москва, 1998
712) Cl. perfringens üçün nə səciyyəvidir?
A) spor əmələ gətirməmək
B) sağlam insanın bağırsağında olmamaq
C) torpaqda məskunlaşmaq
D) orqanizmdə kapsul əmələ gətirmək
E) aerob şəraitlərdə böyümək
Ədəbiyyat: Покровский В.И. Медицинская микробиология. Москва, 1998
Dostları ilə paylaş: |