418) Difteriya ocağında yekunlaşdırıcı dezinfeksiyanı kimlər aparır?
A) Poliklinikanın tibb bacısı
B) Həkim-epidemioloq
C) GEM-in işçiləri
D) Xəstənin ailə üzvləri
E) Dezinfeksiya xidmətinin işçiləri
Ədəbiyyat: Tağızadə T.Ə., Abuşov F.A., Ağayev İ.Ə.Epidemiologiyadan təcrubə məşğələlərinə dair metodiki tövsiyələr. Bakı, 1984
419) Hansı infeksiyada yekunlaşdırıcı dezinfeksiyanın aparılmasına göstəriş vardır?
A) Qızılca
B) Qrip
C) Malyariya
D) Qarın yatalağı
E) Epidemik parotit
Ədəbiyyat: Tağızadə T.Ə., Abuşov F.A., Ağayev İ.Ə.Epidemiologiyadan təcrubə məşğələlərinə dair metodiki tövsiyələr. Bakı, 1984
420) Quru xlorlu əhəngdən nəyin zərərsizləşdirilməsində istifadə edilir?
A) Dərman preparatların
B) Duru ifrazatların
C) Ağların dezinfeksiyasında
D) Qab-qacağıın yuyulmasında
E) Qanın
Ədəbiyyat: Tağızadə T.Ə., Abuşov F.A., Ağayev İ.Ə.Epidemiologiyadan təcrubə məşğələlərinə dair metodiki tövsiyələr. Bakı, 1984
421) 1%-li xlorlu əhəng məhlulunu necə hazırlamaq olar?
A) Quru maddəni otaq temperaturunda olan suda həll etmək
B) Əvvəlсədən hazırlanmış 10%-li məhlulu 1%-li konsentrasiyaya qədər durulaşdırmaq
C) Quru maddəni isti suda həll etmək
D) Quru maddəni soyuq suda həll etmək
E) 1%-li xlorlu əhəng məhlulunu hazırlamaq
Ədəbiyyat: Ющук Н.Д. Эпидемиология. Москва, 1993
422) Xlorlu əhəng südü nə üçün istifadə edilir?
A) Yaşayış yerlərinin dezinfeksiyası üçün
B) Ayaqyoluların işlənməsi üçün
C) Məktəblərin dezinfeksiyası üçün
D) Kazarmaların dezinfeksiyası üçün
E) Qazma ayaqyoluların ağardılması və işlənməsi üçün
Ədəbiyyat: Tağızadə T.Ə., Abuşov F.A., Ağayev İ.Ə.Epidemiologiyadan təcrubə məşğələlərinə dair metodiki tövsiyələr. Bakı, 1984
423) Hansı infeksion xəstəliklərdə ocağın işlənməsi fenolla aparıla bilər?
A) İbtidailərin törətdiyi xəstəliklərdə
B) Helmintozlarda
C) Bakterial infeksiyalarda
D) Qızıılca zamanı
E) Saprofit infeksiyalarda
Ədəbiyyat: Tağızadə T.Ə., Abuşov F.A., Ağayev İ.Ə.Epidemiologiyadan təcrubə məşğələlərinə dair metodiki tövsiyələr. Bakı, 1984
424) Tibb heyəti hansı yaşda dezinfeksiya işlərini yerinə yetirə bilər?
A) 18 yaşdan yuxarı
B) 40 yaşa qədər
C) Yaşdan, cinsdən asılı olmayaraq təlimatlanmadan sonra
D) 20 yaşdan yuxarı
E) Yaşdan asılı olmayaraq
Ədəbiyyat: Ющук Н.Д. Эпидемиология. Москва, 1993
425) Xəstələrin ifrazatı və ya qanı ilə çirklənmiş rezin əlcəkləri, fonendoskopu necə zərərsizləşdirmək olar?
A) 1%-li hidrogen peroksid məhlulu ilə silmək
B) Buxar-formalin kamerasında
C) Buxar kamerasında
D) Xloramin məhlulu ilə işləmək
E) Sodalı suda qaynatmaq
Ədəbiyyat: Tağızadə T.Ə., Abuşov F.A., Ağayev İ.Ə.Epidemiologiyadan təcrubə məşğələlərinə dair metodiki tövsiyələr. Bakı, 1984
426) Skarlatina ocağında dezinfeksiyanı kim aparır?
A) Tibb bacısı
B) Həkim-infeksionist
C) Dezinfeksiya xidmətinin işçiləri
D) Xəstənin ailə üzvləri
E) GEM-in işçiləri
Ədəbiyyat: Шляхов Э.Н. Практическая эпидемиология. Кишинев, 1983.
427) Havası pis dəyişdirilən otağın zərərsizləşdirməsi üçün hansı preparat istifadə edilməlidir?
A) Sirkə turşusu
B) Xloramin
C) Hidrogen peroksid
D) Fenol
E) Lizol
Ədəbiyyat: Ющук Н.Д. Эпидемиология. Москва, 1993.
428) Ocaqda dezinfeksiyanın mütləq aparılması nə ilə şərtlənir?
A) İnfeksiya mənbəyinin olmaması
B) Törədicilərin davamsız olması ilə
C) Viruslarla törədilən xəstəliklər ilə
D) Ocaqda kənar şəxslərin olması ilə
E) Törədicilərin ətraf mühitdə davamlılığı ilə
Ədəbiyyat: Ющук Н.Д. Эпидемиология. Москва, 1993.
429) Xlortərkibli aktivləşdirilmiş məhlullar hansı müddətdə işlədilir?
A) 5-7 gün ərzində
B) Hazırladıqdan dərhal sonra
C) 1 ay ərzində
D) İş günü ərzində
E) 10 gün ərzində
Ədəbiyyat: Шляхов Э.Н. Практическая эпидемиология. Кишинев, 1983
430) Göstərilən siyahıda hansı xlortərkibli preparat yaşayış yerlərinin zərərsizləşdirilməsi üçün daha münasibdir?
A) Xloramin
B) Fenol
C) Etilen oksidi
D) Bor turşusu
E) Pervomur
Ədəbiyyat: Шляхов Э.Н. Практическая эпидемиология. Кишинев, 1983
431) Hansı preparat pedikulyozla mübarizədə istifadə edilmir?
A) Neopin
B) Hidrogen peroksid
C) Karbofos
D) Nittifor
E) Sabunlu-kerosinli emulsiya
Ədəbiyyat: Ющук Н.Д. Эпидемиология. Москва, 1993.
432) Bağırsaq infeksiyası ocağında xəstənin hospitalizasiyasından sonra yekunlaşdırıcı dezinfeksiya hansı müddət ərzində aparılır?
A) Ocağın sanitar vəziyyətindən asılı olaraq aparılmaya bilər
B) 1 həftə ərzində
C) 12 saatdan sonra
D) Bir sutka ərzində
E) 6 saat ərzində
Ədəbiyyat: Tağızadə T.Ə., Abuşov F.A., Ağayev İ.Ə.Epidemiologiyadan təcrubə məşğələlərinə dair metodiki tövsiyələr. Bakı, 1984
433) Hansı halda profilaktik dezinfeksiyanın aparılmasına göstəriş vardır?
A) Vərəmli xəstə olan ocaqda
B) Yoluxucu xəstəxanaya köçürülmüş qarın yatalağı ilə xəstənin («pnevmoniya» diaqnozu ilə hospitallaşdırılmışdır) əvvəl olduğu terapiya şöbəsində
C) Difteriyanın ev ocağı
D) Dizenteriyalı xəstənin hospitallaşdırıldığı yataqxanada
E) Şəhərdə dizenteriya ilə xəstələnmənin yüksəlişi dövründə ümumi ayaqyolularda
Ədəbiyyat: Ющук Н.Д. Эпидемиология. Москва, 1993.
434) Difteriya ocağından götürülmüş əşyaların zərərsizləşdirilməsi necə aparılır?
A) Şotka ilə təmizləmək kifayətdir
B) Kamera dezinfeksiyasına məruz qalmalıdır
C) Zərərsizləşdirilmir
D) Dezinseksiya aparılmalıdır
E) 1%-li xloramin məhlulunda isladılmış əski ilə silinir
Ədəbiyyat: Tağızadə T.Ə., Abuşov F.A., Ağayev İ.Ə.Epidemiologiyadan təcrubə məşğələlərinə dair metodiki tövsiyələr. Bakı, 1984
435) İnfeksion xəstə cərrahi şöbədən köçürüldükdən sonra orada son dezinfeksiyanı kim aparır?
A) Şöbənin sanitarı
B) Şöbənin baş tibb bacısı
C) Həkim epidemioloq
D) Dezinfeksiya xidməti işçiləri
E) Həkim-cərrah
Ədəbiyyat: Tağızadə T.Ə., Abuşov F.A., Ağayev İ.Ə.Epidemiologiyadan təcrubə məşğələlərinə dair metodiki tövsiyələr. Bakı, 1984
436) Evdə saxlanılan salmonelyozlu xəstənin mənzilində cari dezinfeksiyanı kim təyin edir?
A) Həkim-epidemioloq
B) Həkim-entomoloq
C) Dezinfeksiya stansiyasının həkimi
D) Sahə tibb bacısı
E) Sahə terapevti
Ədəbiyyat: Tağızadə T.Ə., Abuşov F.A., Ağayev İ.Ə.Epidemiologiyadan təcrubə məşğələlərinə dair metodiki tövsiyələr. Bakı, 1984
437) Vərəmli xəstənin bəlğəminin dezinfeksiyası hansı preparatla aparılır?
A) Natrium metasilikatla
B) Xloraminlə
C) Ozonla
D) Hidrogen peroksidlə
E) Xlorlu əhənglə
Ədəbiyyat: Шляхов Э.Н. Практическая эпидемиология. Кишинев, 1983.
438) Xlorlu əhəngin işçi məhlulunun aktivliyinin ən maksimal saxlanma müddəti nə qədərdir?
A) 2 həftə ərzində
B) 2-3 gün ərzində
C) hazırlandıqdan sonra 1 saat ərzində
D) iş günü ərzində
E) 10 gün ərzində
Ədəbiyyat: Шляхов Э.Н. Практическая эпидемиология. Кишинев, 1983
Virusologiya
439) Ən böyük ölçülü virus hansıdır?
A) Rabdovirus
B) Qrip virusu
C) Dabaq virusu
D) Poliomielit virusu
E) Təbii çiçək virusu
Ədəbiyyat: Букринская А.Г. Вирусология. Москва, 1986
440) Virionun tərkib hissəsinə nə daxildir?
A) Hüceyrə divarı
B) Liposom
C) Nüvə
D) Kapsid
E) Sitoplazma
Ədəbiyyat: Покровский В.И. Медицинская микробиология. Москва, 1998
441) Viruslara nə xasdır?
A) RNT və DNT–yə malikdirlər
B) Süni qidalı mühitlərdə böyüyürlər
C) Yalnız bir nuklein turşusunun olması
D) Nisbi parazitizm
E) Köndələn böyümə yolu ilə çoxalırlar
Ədəbiyyat: Букринская А.Г. Вирусология. Москва, 1986
442) Sitoplazmanın hüceyrədaxili əlavələrini hansı viruslar törədir?
A) İİV
B) Adenovirus
C) Qrip
D) Poliomielit
E) Quduzluq
Ədəbiyyat: Букринская А.Г. Вирусология. Москва, 1986
443) Virusun hüceyrə ilə qarşılıqlı əlaqə fazası hansıdır?
A) Faqosom əmələ gətirmə
B) Adsorbsiya
C) Faqosomun lizosomla birləşməsi
D) Ərimə
E) Xemotaksis
Ədəbiyyat: Покровский В.И. Медицинская микробиология. Москва, 1998
444) Virionun nukleokapsidinin simmetriyasının tipi hansıdır?
A) Kub
B) Girdə
C) Kokşəkilli
D) Çubuq şəkilli
E) Milşəkilli
Ədəbiyyat: Покровский В.И. Медицинская микробиология. Москва, 1998
445) Virus infeksiyası zamanı hüceyrənin daxilində yaranmış elementar cisimciklər nəyi təmsil edirlər?
A) RNT-ni
B) Xromosomun fraqmentlərini
C) Piy əlavələrini
D) Volyutin dənəciklərini
E) Həqiqi virus cisimciklərini
Ədəbiyyat: Зуева Л.П., Яфаев Р.Х. Эпидемиология. Санкт-Петербург, 2006
446) Onkogenezin virusgenetik konsepsiyası kim tərəfindən işlənilib?
A) Zilber tərəfindən
B) Vidal tərəfindən
C) İvanovski tərəfindən
D) Kox tərəfindən
E) Paster tərəfindən
Ədəbiyyat: Покровский В.И. Медицинская микробиология. Москва, 1998
447) Hansı xəstəlik virus infeksiyalarına aiddir?
A) Vərəm
B) Vəba
C) Qarın yatalagı
D) Qızılca
E) Səpgili yatalaq
Ədəbiyyat: Tağızadə T.Ə., Abuşov F.A., Ağayev İ.Ə.Epidemiologiyadan təcrubə məşğələlərinə dair metodiki tövsiyələr. Bakı, 1984
448) Arbovirus infeksiyasının törədiciləri hansılardır?
A) Adenoviruslar
B) Pikornaviruslar
C) Poksviruslar
D) Toqaviruslar
E) rabdoviruslar
Ədəbiyyat: Tağızadə T.Ə., Abuşov F.A., Ağayev İ.Ə.Epidemiologiyadan təcrubə məşğələlərinə dair metodiki tövsiyələr. Bakı, 1984
449) Arboviruslarla yoluxma hansı yolla baş verir?
A) Kontaminasiya
B) Alimentar
C) Transplasentar
D) Hava-damcı
E) Transmissiv
Ədəbiyyat: Tağızadə T.Ə., Abuşov F.A., Ağayev İ.Ə.Epidemiologiyadan təcrubə məşğələlərinə dair metodiki tövsiyələr. Bakı, 1984
450) DNT tərkibli viruslar hansılardır?
A) Pikornaviruslar
B) Herpesviruslar
C) Arboviruslar
D) Koronaviruslar
E) Retroviruslar
Ədəbiyyat: Букринская А.Г. Вирусология. Москва, 1986
451) Virusların böyüklüyü nə ilə ölçülür?
A) Daltonla
B) Millimetrlə
C) Nanometrlə
D) Kapsometrlə
E) Desimetrlə
Ədəbiyyat: Покровский В.И. Медицинская микробиология. Москва, 1998
452) Viruslar hansı qrupa aiddir?
A) Saprofitlər
B) Spiroxetlər
C) Hüceyrədaxili parazitlər
D) Hüceyrəxarici parazitlər
E) Göbələklər
Ədəbiyyat: Покровский В.И. Медицинская микробиология. Москва, 1998
453) Təbii çiçək virusları hansı viruslara aiddir?
A) Neyrotrop
B) Dermatrop
C) Pnevmotrop
D) İmmunotrop
E) Enterotrop
Ədəbiyyat: Покровский В.И. Медицинская микробиология. Москва, 1998
454) Viruslar hansı yolla çoxalırlar?
A) İkiyə bölünməklə
B) Disyunktiv reproduksiya ilə
C) Spor əmələ gətirməklə
D) Kultivasiya ilə
E) Köndələn bölünmə ilə
Ədəbiyyat: Букринская А.Г. Вирусология. Москва, 1986
455) Viruslar hansı mühitdə çoxala bilərlər?
A) Levin mühitində
B) Kitt-Tarossi mühitində
C) Laborator heyvanların orqanizmində
D) Süni qidalı mühitdə
E) Endo mühitində
Ədəbiyyat: Букринская А.Г. Вирусология. Москва, 1986
456) Hüceyrədaxili Babeş-Neqri cisimcikləri hansı viruslar üçün səciyyəvidir?
A) Təbii çiçək
B) QİÇS
C) Qızılca
D) Quduzluq
E) Poliomielit
Ədəbiyyat: Tağızadə T.Ə., Abuşov F.A., Ağayev İ.Ə.Epidemiologiyadan təcrubə məşğələlərinə dair metodiki tövsiyələr. Bakı, 1984
457) Hüceyrədaxili Qvarnieri cisimcikləri hansı virus üçün səciyyəvidir?
A) Qrip
B) Qızılca
C) Təbii çiçək
D) Poliomielit
E) Quduzluq
Ədəbiyyat: Покровский В.И., Пак С.Г., Брико Н.И., Данилкин Б.К. Инфекционные болезни и эпидемиология. Москва, 2004
458) Herpesviruslara aid olan xəstəlik hansıdır?
A) Poliomielit
B) Quduzluq
C) Qrip
D) Paraqrip
E) Sitomeqaliya
Ədəbiyyat: Покровский В.И., Пак С.Г., Брико Н.И., Данилкин Б.К. Инфекционные болезни и эпидемиология. Москва, 2004
459) Viruslar hansı ailəni təşkil edir?
A) Prokariotlar
B) Vira
C) Misetlər
D) Eukariotlar
E) Kariotlar
Ədəbiyyat: Покровский В.И. Медицинская микробиология. Москва, 1998
460) Virion virus hissəciyinin hansı formasıdır?
A) Qarışıq formasıdır
B) Profaqdır
C) Virusun hüceyrədaxili formasıdır
D) mikst formasıdır
E) Virusun heceyrədənkənar formasıdır
Ədəbiyyat: Покровский В.И. Медицинская микробиология. Москва, 1998
461) Vira ailəsi nuklein turşusunun tipinə görə hansı yarımailəyə daxildir?
A) riboviruslar
B) rabdoviruslar
C) miksoviruslar
D) pikornaviruslar
E) toqaviruslar
Ədəbiyyat: Букринская А.Г. Вирусология. Москва, 1986
462) Məlumatın RNT-dən DNT-yə əks transkripsiyası hansı viruslara xasdır?
A) retroviruslara
B) arenoviruslara
C) miksoviruslara
D) rabdoviruslara
E) pikornaviruslara
Ədəbiyyat: Букринская А.Г. Вирусология. Москва, 1986
463) Əks transkriptaza və ya revertaza fermentini hansı viruslar əmələ gətirir?
A) pikoznaviruslar
B) poksviruslar
C) miksoviruslar
D) rabdoviruslar
E) retroviruslar
Ədəbiyyat: Покровский В.И. Медицинская микробиология. Москва, 1998
464) Virogeniya nədir?
A) volyutin dənəcikləri ilə birləşmədir
B) sahibin nüvəsi ilə virusun birləşməsidir
C) virusun nuklein turşusunun sahibin hüceyrə sitoplazması ilə birləşməsidir
D) virusun nuklein turşusunun sahibin hüceyrə xromosomu ilə birləşməsidir
E) qamçılarla birləşmədir
Ədəbiyyat: Букринская А.Г. Вирусология. Москва, 1986
465) Provirus nədir?
A) hüceyrə genomu ilə inteqrasiya olunmuş virusdur
B) nüvəyə inteqrasiya olunmuş virusdur
C) sitoplazmaya inteqrasiya olunmuş virusdur
D) kapsulaya inteqrasiya olunmuş virusdur
E) hüceyrə divarına inteqrasiya olunmuş virusdur
Ədəbiyyat: Букринская А.Г. Вирусология. Москва, 1986
466) Viruslara nə xasdır?
A) hüceyrəvi quruluş
B) özünün enerji əmələ gətirmə sisteminin olması
C) süni qidalı mühitlərdə böyümə
D) disyunktiv reproduksiya
E) ribosomların olması
Ədəbiyyat: Букринская А.Г. Вирусология. Москва, 1986
467) DNT – tərkibli viruslar hansılardır?
A) retroviruslar
B) poksviruslar
C) arenoviruslar
D) pikornaviruslar
E) rabdoviruslar
Ədəbiyyat: Букринская А.Г. Вирусология. Москва, 1986
468) Təbiətdə rabdovirusların rezervuarlarını göstərin?
A) yarasalar, atlar, insan, canavarlar
B) quşlar, atlar, çaqqallar
C) atlar, iribuynuzlu heyvanlar
D) itlər, canavarlar, çaqqallar, tülkülər, pişiklər
E) insan, iribuynuzlu heyvanlar
Ədəbiyyat: Покровский В.И., Пак С.Г., Брико Н.И., Данилкин Б.К. Инфекционные болезни и эпидемиология. Москва, 2004
469) İnsan orqanizminə rabdoviruslar necə daxil olur?
A) xəstə heyvanların qanı ilə
B) xəstə heyvanların tüpürcəyi ilə
C) xəstə heyvanların nəcisi ilə
D) su ilə
E) ağcaqanadların dişləməsi yolu ilə
Ədəbiyyat: Покровский В.И., Пак С.Г., Брико Н.И., Данилкин Б.К. Инфекционные болезни и эпидемиология. Москва, 2004
470) Quduzluğun spesifik profilaktikası üçün hansı vaksin istifadə olunur?
A) Solk vaksini
B) antirabik vaksin
C) STİ
D) Seybin vaksini
E) BCG
Ədəbiyyat: Tağızadə T.Ə., Abuşov F.A., Ağayev İ.Ə.Epidemiologiyadan təcrubə məşğələlərinə dair metodiki tövsiyələr. Bakı, 1984
471) Bakteriofagiya anlayışı kim tərəfindən kəşf olunub?
A) D.Errel
B) Kox
C) İvanovski
D) Paster
E) Meçnikov
Ədəbiyyat: Букринская А.Г. Вирусология. Москва, 1986
472) Virion nəyin olması ilə səciyyələnir?
A) nukleokapsidin
B) xromatin substansiyanın
C) hüceyrədaxili əlavələrin
D) qamçıların
E) mitoxondrilərin
Ədəbiyyat: Зуева Л.П., Яфаев Р.Х. Эпидемиология. Санкт-Петербург, 2006
473) Kapsometrlərin simmetriya tipinə görə hansı viruslar ayırd edilir?
A) kuboidal
B) şarşəkilli
C) çubuqşəkilli
D) kokşəkilli
E) sferik
Ədəbiyyat: Букринская А.Г. Вирусология. Москва, 1986
474) Miksoviruslar hansı əlamətlə xarakterizə olunurlar?
A) mukopolisaxaridlərə qarşı tropluğa malikdirlər
B) hüceyrəvi quruluşa malikdirlər
C) dəri və selikli qişaları zədələyirlər
D) özünün enerji əmələ gətirmə sistemi vardır
E) DNT tərkibli viruslardır
Ədəbiyyat: Букринская А.Г. Вирусология. Москва, 1986
475) Viruslar hansı yolla çoxalırlar?
A) seqmentasiya ilə
B) reproduksiya ilə
C) konyuqasiya ilə
D) bölünməklə
E) mitoz vasitəsilə
Ədəbiyyat: Покровский В.И. Медицинская микробиология. Москва, 1998
476) Hansı törədici pikornaviruslara aiddir?
A) poliomielit virusu
B) qrip virusu
C) İİV
D) ensefalit virusu
E) hepadnaviruslar
Ədəbiyyat: Покровский В.И., Пак С.Г., Брико Н.И., Данилкин Б.К. Инфекционные болезни и эпидемиология. Москва, 2004
477) Fiksasiya olunmuş quduzluq virusu nə məqsədlə istifadə edilir?
A) quduzluğun müalicəsi üçün
B) quduzluğun diaqnostikası üçün
C) seroloji reaksiyaların qoyulması üçün
D) allergik sınağın qoyulması üçün
E) vaksinlərin hazırlanması üçün
Ədəbiyyat: Покровский В.И. Медицинская микробиология. Москва, 1998
478) Hansı xəstəlikdən sonra davamlı (ömürlük) immunitet saxlanılır?
A) adenovirus infeksiyası
B) qızılca
C) ensefalit
D) sitomeqaliya
E) qrip
Ədəbiyyat: Покровский В.И., Пак С.Г., Брико Н.И., Данилкин Б.К. Инфекционные болезни и эпидемиология. Москва, 2004
479) Virus əleyhinə müdafiədə hansı anticisimlər iştirak edir?
A) presipitasiya edən
B) aqqlütinasiya edən
C) neytralizasiya edən
D) blokada edən
E) lizisə uğrayan
Ədəbiyyat: Букринская А.Г. Вирусология. Москва, 1986
480) Hansı törədicilər RNT tərkibli viruslara aiddir?
A) pikornaviruslar
B) parvoviruslar
C) poksviruslar
D) herpesviruslar
E) papovaviruslar
Ədəbiyyat: Букринская А.Г. Вирусология. Москва, 1986
481) Miksoviruslar ailəsinə hansı törədicilər daxildir?
A) təbii çiçək
B) quduzluq
C) poliomielit
D) qrip
E) İİV
Ədəbiyyat: Букринская А.Г. Вирусология. Москва, 1986
482) Antivirus immuniteti nəyin yaranması ilə bağlıdır?
A) pigmentlərin
B) bakteriofaqların
C) leykin və lizinlərin
D) interferonun
E) adaptativ fermentlərin
Ədəbiyyat: Букринская А.Г. Вирусология. Москва, 1986
483) İnterferonun təsiri nəcə xarakterizə olunur?
A) anticisimlər tərəfindən ifraz olunur
B) heceyrələr üçün toksikdir
C) virusun nuklein turşusunun hüceyrədə sintezini blokada edir
D) antivirus təsirli dar spektrə malikdir
E) eritrositləri ifraz edir
Ədəbiyyat: Покровский В.И. Медицинская микробиология. Москва, 1998
484) Virion nədir?
A) xüsusi hüceyrədir
B) təmiz virus kulturasıdır
C) hüceyrədaxili əlavədir
D) virusların toplantısıdır
E) ayrı virus hissəciyidir
Ədəbiyyat: Покровский В.И. Медицинская микробиология. Москва, 1998
485) Virusun qişası (kapsid) əsasən nədən ibarətdir?
A) yağlardan
B) nuklein turşusundan
C) mikol turşusundan
D) qlisid – lipid – protein kompleksindən
E) zülallardan
Ədəbiyyat: Покровский В.И. Медицинская микробиология. Москва, 1998
486) Hüceyrədaxili əlavələr nə zaman diaqnostik əhəmiyyət kəsb edirlər?
A) səpgili yatalaqda
B) dabaq zamanı
C) gənə ensefalitində
D) qripdə
E) quduzluqda
Ədəbiyyat: Покровский В.И. Медицинская микробиология. Москва, 1998
487) Viruslar ilk dəfə kim tərəfindən kəşf olunublar?
A) Kox
B) Paster
C) Meçnikov
D) D’Errel
E) İvanovski
Ədəbiyyat: Покровский В.И. Медицинская микробиология. Москва, 1998
488) Viruslar nədir?
A) bakteriyalar
B) hüceyrədaxili parazitlər
C) qarın yatalağının törədiciləri
D) spiroxetlər
E) ibtidailər
Ədəbiyyat: Покровский В.И. Медицинская микробиология. Москва, 1998
489) Virusun hüceyrədənkənar forması necə adlanır?
A) bakteriofaq
B) kolisinlər
C) profaq
D) lizinlər
E) virion
Ədəbiyyat: Букринская А.Г. Вирусология. Москва, 1986
490) Virusların tərkibinə nə daxildir?
A) sitoplazma
B) SPM
C) nüvə
D) nuklein turşusu
E) hüceyrə divarı
Ədəbiyyat: Букринская А.Г. Вирусология. Москва, 1986
491) Rabdoviruslar nəyi zədələyir?
A) nazik bağırsağın limfa aparatını və ammon buynuzlarını
B) onurğa beyninin boz maddəsinin ön buynuzlarını
C) immun sistemi, beyinciyin Purkinye hüceyrələrini
D) ammon buynuzlarını və beyinciyin Purkinye hüceyrələrini
E) ammon buynuzlarını və tənəffüs orqanlarını
Ədəbiyyat: Покровский В.И., Пак С.Г., Брико Н.И., Данилкин Б.К. Инфекционные болезни и эпидемиология. Москва, 2004
492) Hüceyrə genomuna inteqrasiya olunmuş virus necə adlanır?
A) reovirus
B) pikornavirus
C) adenovirus
D) rabdovirus
E) provirus
Ədəbiyyat: Букринская А.Г. Вирусология. Москва, 1986
493) Virusun nuklein turşusunun sahibin xromosomu ilə birləşməsi necə adlanır?
A) virusemiya
B) bakteriemiya
C) virogeniya
D) toksinemiya
E) septikopiyemiya
Ədəbiyyat: Букринская А.Г. Вирусология. Москва, 1986
494) Virusun genomunda məlumatın əks transkripsiya mexanizmində hansı ferment iştirak edir?
A) hialuronidaza
B) revertaza
C) plazmokoaqulaza
D) katalaza
E) kollagenaza
Ədəbiyyat: Букринская А.Г. Вирусология. Москва, 1986
Dostları ilə paylaş: |