Epidemiologiya ixtisası üzrə nümunəvi test sualları Epidemiologiya, İmmunoprofilaktika



Yüklə 1,35 Mb.
səhifə1/14
tarix17.11.2018
ölçüsü1,35 Mb.
#84118
  1   2   3   4   5   6   7   8   9   ...   14

Epidemiologiya ixtisası üzrə nümunəvi test sualları

Epidemiologiya, İmmunoprofilaktika

1) Epidemiologiya xəstəlikləri hansı səviyyədə öyrənir?

A) Orqanizm səviyyəsində

B) Orqan səviyyəsində

C) Toxuma səviyyəsində

D) Populyasiya səviyyəsində

E) Hüceyrə səviyyəsində


Ədəbiyyat: Tağızadə T.Ə., Abuşov F.A., Ağayev İ.Ə.Epidemiologiyadan təcrubə məşğələlərinə dair metodiki tövsiyələr. Bakı, 1984

2) Klassik epidemiologiyanın öyrənmə obyekti nədir?

A) Qeyri-infeksion xəstəliklərlə xəstələnmə

B) Epizootik proses

C) Epifitotik proses

D) Epidemik proses

E) İnfeksion proses


Ədəbiyyat: Tağızadə T.Ə., Abuşov F.A., Ağayev İ.Ə.Epidemiologiyadan təcrubə məşğələlərinə dair metodiki tövsiyələr. Bakı, 1984

3) “Ekzotik" xəstələnmə dedikdə nə başa düşülür?

A) Həmin ərazi üçün xarakterik olan infeksion xəstəliklər

B) Həmin ərazi üçün xarakterik olan endemik xəstəliklər

C) Həmin ərazi üçün xas olmayan somatik xəstəliklər

D) Həmin ərazi üçün xarakterik olmayan infeksion xəstəliklər

E) Həmin ərazi üçün xarakterik olan qeyri – infeksion xəstəliklər


Ədəbiyyat: Tağızadə T.Ə. İzahlı epidemiologiya terminləri lüğəti. «Elm» nəhriyyatı, 1990

4) Sporadik xəstələnmə nədir?

A) Xəstəliyin manifest formasıdır

B) Tək-tək baş verən xəstəliklərdir

C) Ekzotik xəstələnmədir

D) Qrupşəkilli xəstələnmələrdir

E) Xəstəliyin yüngül formalarıdır


Ədəbiyyat: Tağızadə T.Ə. İzahlı epidemiologiya terminləri lüğəti. «Elm» nəhriyyatı, 1990

5) İnfeksion xəstəliklərin formalarından epidemioloji baxımdan ən təhlükəsi:

A) rekonvalessent formalarıdır

B) xroniki formalarıdır

C) atipik, çətin aşkar olunan formalarıdır

D) transmissiv zoonozlardır

E) tipik, manifest formalarıdır


Ədəbiyyat: Покровский В.И., Пак С.Г., Брико Н.И., Данилкин Б.К. Инфекционные болезни и эпидемиология. Москва, 2004

6) Yoluxma mexanizmi müvafiqdir:

A) törədicinin sahibin organizmində əsas lokalizasiyasına

B) xəstəliyin mövsümiliyinə

C) yoluxma amillərinə

D) törədicinin virulentliyinə

E) xəstəliyin formalarına


Ədəbiyyat: Tağızadə T.Ə., Abuşov F.A., Ağayev İ.Ə.Epidemiologiyadan təcrubə məşğələlərinə dair metodiki tövsiyələr. Bakı, 1984

7) Şaquli yoluxma mexanizmi hansı infeksiyalarda mümkündür?

A) Göyöskurəkdə

B) Sifilisdə

C) Qızılcada

D) Salmonelyozlarda

E) Difteriyada


Ədəbiyyat: Tağızadə T.Ə., Abuşov F.A., Ağayev İ.Ə.Epidemiologiyadan təcrubə məşğələlərinə dair metodiki tövsiyələr. Bakı, 1984

8) Qida yoluxma yolu hansı infeksiyalarda mümkündür?

A) Göyöskürəkdə

B) Qızılcada

C) Malyariyada

D) Səpgili yatalaqda

E) A viruslu hepatitində


Ədəbiyyat: Ющук Н.Д. Эпидемиология. Москва, 1993


9) Aerozol yoluxma mexanizmi hansı infeksiyalarda mümkün deyil?

A) Məxmərəkdə

B) Taunda

C) Qızılcada

D) Malyariyada

E) Difteriyada


Ədəbiyyat: Ющук Н.Д. Эпидемиология. Москва, 1993

10) İlk dəfə olaraq, tibbi mənada «infeksiya» terminini tətbiq edib:

A) İ.İ.Meçnikov

B) Y.N.Pavlovski

C) C.Frakastro

D) Robert Kox

E) Lui Paster


Ədəbiyyat: Tağızadə T.Ə., Abuşov F.A., Ağayev İ.Ə.Epidemiologiyadan təcrubə məşğələlərinə dair metodiki tövsiyələr. Bakı, 1984

11) Epidemik ocaq nədir?

A) Hər hansı bir infeksion xəstəlik hadisələrinin daima aşkar edildiyi ərazi

B) Ekzotik xəstəliklər ocağı

C) Enzootik ocaq

D) Parazit populyasiyası

E) İnfeksiya mənbəyinin olduğu yer və onu əhatə edən ərazi


Ədəbiyyat: Tağızadə T.Ə., Abuşov F.A., Ağayev İ.Ə.Epidemiologiyadan təcrubə məşğələlərinə dair metodiki tövsiyələr. Bakı, 1984

12) “Endemiya (endemiklik)” termini nəyi ifadə edir?

A) qrupşəkilli xəstələnmə

B) hər hansı zoonoz xəstəliklə xəstələnməni

C) xəstəliyin tək-tək hallarda qeyd olunması

D) xəstəliyin müəyyən ərazidə daim qeyd olunması

E) ekzotik xəstələnməni


Ədəbiyyat: Tağızadə T.Ə., Abuşov F.A., Ağayev İ.Ə.Epidemiologiyadan təcrubə məşğələlərinə dair metodiki tövsiyələr. Bakı, 1984

13) Hava-damcı infeksiyası törədicinin hansı amillərlə yayılması nəticəsində baş verən infeksiyadır?

A) Tamponlar, salfetlərlə

B) Cərrahın əlləri ilə

C) Tüpürcəklə

D) Alətlərlə

E) Tikiş materialı ilə


Ədəbiyyat: məlum deyil
14) Törədicinin hava-damcı yoluxma yolu ilə daşınması zamanı patogen stafilokokların rezervuarı nədir?

A) Tibb heyətinin burun-udlağının ön hissələri

B) Xəstənin mədə-bağırsaq yolu

C) Xəstənin burun-udlağı

D) Xəstənin tənəffüs yolları

E) Tibbi heyətin örtük toxumaları (dəri, selikli qişalar)


Ədəbiyyat: Покровский В.И., Пак С.Г., Брико Н.И., Данилкин Б.К. Инфекционные болезни и эпидемиология. Москва, 2004

15) Birdəfəlik alətlərin istifadə edilməsi zərurəti nədən irəli gəlir?

A) Mikst-infeksiyaların sayının artması ilə

B) Vərəmlə xəstələnmənin artması ilə

C) İrinli ağırlaşmaların sayının artması ilə

D) QİÇS ilə xəstələrin və B və C hepatitləri virusgəzdirənlərin sayının artması ilə

E) Zöhrəvi xəstəliklərin sayının artması ilə


Ədəbiyyat: Покровский В.И., Пак С.Г., Брико Н.И., Данилкин Б.К. Инфекционные болезни и эпидемиология. Москва, 2004


16) Hospital infeksiyaların profilaktikası tədbirlərinə nə aid deyil?

A) Antibiotiklərlə uzun müddətli müalicə

B) Xəstələrin erkən evə yazılması

C) Əməliyyatdan əvvəl çarpayı-günlərinin azaldılması

D) Cərrahi agırlaşmalarla xəstələrin yerləşdirildiyi palatalarin tam təmizlənməsi

E) Diaqnoz nəzərə alınmaqla xəstələrin palatalar üzrə paylanması


Ədəbiyyat: Покровский В.И., Пак С.Г., Брико Н.И., Данилкин Б.К. Инфекционные болезни и эпидемиология. Москва, 2004


17) Epidemik xəstələnmə nədir?

A) Xəstəliyin yüngül formaları

B) Tək-tək xəstələnmə

C) Qrupşəkilli xəstələnmə

D) Xəstəliyin atipik formaları

E) Xəstəliyin tipik formaları


Ədəbiyyat: Tağızadə T.Ə., Abuşov F.A., Ağayev İ.Ə.Epidemiologiyadan təcrubə məşğələlərinə dair metodiki tövsiyələr. Bakı, 1984

18) Əksepidemik vasitələrin keyfiyyəti nədən asılıdır?

A) İstehsalın dəyərindən

B) İstehsalçı firmanın markasından və nüfuzundan

C) Dövlət və sahə standartlarının tələblərinə uyğun olmasından

D) Xəstələnmənin mövsümi yüksəlişindən

E) İstehlakçının tələblərindən


Ədəbiyyat: Tağızadə T.Ə., Abuşov F.A., Ağayev İ.Ə.Epidemiologiyadan təcrubə məşğələlərinə dair metodiki tövsiyələr. Bakı, 1984

19) Əhalinin qızılcadan qorunmasının əsas vasitəsi hansıdır?

A) Vaksinoprofilaktika

B) Diri qızılca vaksini ilə revaksinasiya

C) Epidemiyaarası dövrün uzanması

D) Seropozitiv şəxslərin aşkar edilməsi

E) Xəstəliyin mövsümi paylanmasının dəyişməsi


Ədəbiyyat: Покровский В.И., Пак С.Г., Брико Н.И., Данилкин Б.К. Инфекционные болезни и эпидемиология. Москва, 2004


20) Eradikasiya:

A) immunitetin yaradılması

B) xəstəlik törədicilərinin kökünün kəsilməsi

C) yoluxma mexanizminin qırılması

D) rezistentliyin yaradılması

E) infeksiya mənbəyinin zərərsizləşdirilməsi


Ədəbiyyat: Покровский В.И., Пак С.Г., Брико Н.И., Данилкин Б.К. Инфекционные болезни и эпидемиология. Москва, 2004


21) Antroponozlarda infeksiya mənbəyinin yoluxduruculuq dövrü asılıdır:

A) keçiricinin növündən

B) törədicinin strukturundan

C) xəstəliyin gedişindən

D) infeksiyanın yoluxma mexanizmindən

E) immunoprofilaktikadan


Ədəbiyyat: Покровский В.И., Пак С.Г., Брико Н.И., Данилкин Б.К. Инфекционные болезни и эпидемиология. Москва, 2004

22) Antroponozlar zamanı yoluxma mexanizminə qarşı aparılan tədbirlər hansılardır:

A) xəstənin aşkar olunmasından

B) xəstə ilə təmasda olanlar üzərində epidemioloji müşahidə

C) təcili profilaktikanın aparılmasından

D) qırıcı deratizasiya

E) xəstənin yaşayış yerinin və şəxsi əşyalarının dezinfeksiyası


Ədəbiyyat: Покровский В.И., Пак С.Г., Брико Н.И., Данилкин Б.К. Инфекционные болезни и эпидемиология. Москва, 2004


23) Qızılca infeksiyasında yeganə infeksiya mənbəyi kimdir?

A) Xəstə insan

B) Xəstə heyvan

C) Virusgəzdirən

D) Virusgəzdirən və xəstə insan

E) Uşaqlar


Ədəbiyyat: Покровский В.И., Пак С.Г., Брико Н.И., Данилкин Б.К. Инфекционные болезни и эпидемиология. Москва, 2004


24) Difteriyanın epidemik ocağında əksepidemik tədbirlərin aparılmasının əsas məqsədi nədir?

A) İmmunlaşdırmanın aparılması

B) Törədicigəzdirənlərin aşkar edilməsi

C) Ocağın lokallaşdırılması və ləğv edilməsi

D) Ocağın sərhədlərinin müəyyən olunması

E) Xəstələrin qeydə alınması


Ədəbiyyat: Tağızadə T.Ə., Abuşov F.A., Ağayev İ.Ə.Epidemiologiyadan təcrubə məşğələlərinə dair metodiki tövsiyələr. Bakı, 1984

25) Difteriya ocağında profilaktik peyvəndləri kimlərə təyin etmirlər?

A) difteriya əleyhinə peyvənd olunmamış şəxslərə

B) növbəti vaksinasiya və ya revaksinasiyanın vaxtı çatmış şəxslərə

C) axırıncı peyvənddən 10 il və daha çox vaxt keçmiş yaşlı şəxslərə

D) seroloji müayinə zamanı qanında difteriya antitelləri aşkar olunmayan şəxslərə

E) axırıncı peyvənddən 5 ilə qədər vaxt keçmiş yaşlı şəxslərə


Ədəbiyyat: Tağızadə T.Ə., Abuşov F.A., Ağayev İ.Ə.Epidemiologiyadan təcrubə məşğələlərinə dair metodiki tövsiyələr. Bakı, 1984

26) Epidemik göstərişlərə əsasən difteriyaya qarşı vaksinasiyaya kimlər cəlb olunmalıdırlar?

A) Təqvimə müvafiq peyvənd aparılır

B) Uşaq məktəbəqədər müəssisələrinə gedən uşaqlar

C) Ocaqda təmasda olanların hamısı

D) 5 il əvvəl peyvənd olunmuşlar və qeyri-immun şəxslər

E) Əhalinin indikator qrupları


Ədəbiyyat: Покровский В.И., Пак С.Г., Брико Н.И., Данилкин Б.К. Инфекционные болезни и эпидемиология. Москва, 2004


27) Şigelyozlarla mübarizədə hansı tədbirlər aparıcı sayılır?

A) Aqrotexniki

B) Çoxillik dinamikanın öyrənilməsi

C) Şigelyozlarla alovlanmaların təhlili

D) Sanitar-gigiyenik

E) Planlı immunizasiya


Ədəbiyyat: Tağızadə T.Ə., Abuşov F.A., Ağayev İ.Ə.Epidemiologiyadan təcrubə məşğələlərinə dair metodiki tövsiyələr. Bakı, 1984

28) Endemik ölkələrdən hava nəqliyyatı ilə gətirilən yoluxmuş keçiricinin dişləməsi nəticəsində baş verən malyariya necə adlanır ?

A) Residiv

B) Peyvənd

C) Aeroport

D) Təmas-məişət

E) Gətirilmə


Ədəbiyyat: Покровский В.И., Пак С.Г., Брико Н.И., Данилкин Б.К. Инфекционные болезни и эпидемиология. Москва, 2004


29) Hansı malyariya ocaqları ayırd olunur ?

A) Gətirilmə ocaq

B) Peyvənd ocağı

C) Potensial ocaq

D) Sabit ocaq

E) İqlim ocağı


Ədəbiyyat: Tağızadə T.Ə., Abuşov F.A., Ağayev İ.Ə.Epidemiologiyadan təcrubə məşğələlərinə dair metodiki tövsiyələr. Bakı, 1984

30) Vaksinlərin hansı tipi mövcud deyildir ?

A) Kimyəvi

B) Öldürülmüş

C) Toksinlər

D) Diri

E) Qarışıq


Ədəbiyyat: Tağızadə T.Ə., Abuşov F.A., Ağayev İ.Ə.Epidemiologiyadan təcrubə məşğələlərinə dair metodiki tövsiyələr. Bakı, 1984

31) HİV-in məhv olduğu minimal temperatur hansıdır ?

A) 50 °


B) 100 °

C) 120 °


D) 60 °

E) 75 °
Ədəbiyyat: Покровский В.И., Пак С.Г., Брико Н.И., Данилкин Б.К. Инфекционные болезни и эпидемиология. Москва, 2004



32) Müasir şəraitdə ÜST bir sıra xəstəliklərlə mübarizə və onların ləğvi proqramını irəli sürmüşdür:

A) göyöskürəklə mübarizənin gücləndirilməsi

B) bruselyozun ləğvi

C) dizenteriyanın ləğvi

D) poliomielitin ləğvi

E) qrip ilə mübarizənin gücləndirilməsi


Ədəbiyyat: Tağızadə T.Ə., Abuşov F.A., Ağayev İ.Ə.Epidemiologiyadan təcrubə məşğələlərinə dair metodiki tövsiyələr. Bakı, 1984

33) Müxtəlif xəstəliklərin yaranmasının, yayılmasının ümumi qanunauyğunluqlarını nə öyrənir ?

A) Natamam qidalanma zamanı baş verən xəstəliklərin epidemiologiyası

B) Xüsusi epidemiologiya

C) Ümümtibb elmi kimi epidemiologiya

D) Yoluxucu xəstəliklərin epidemiologiyasi

E) Qeyri-yoluxucu xəstəliklərin epidemiologiyası


Ədəbiyyat: Tağızadə T.Ə., Abuşov F.A., Ağayev İ.Ə.Epidemiologiyadan təcrubə məşğələlərinə dair metodiki tövsiyələr. Bakı, 1984

34) Xəstələnmənin çoxillik göstəricilərinin dinamikasının dövriliyi hansı hallara səciyyəvidir?

A) Mənşəyindən asılı olmayaraq bütün xəstəliklərə

B) Sporadik xəstəliklərə

C) Yoluxucu xəstəliklərin əksəriyyətinə

D) Bütün qeyri-infeksion xəstəliklərə

E) Bütün yoluxucu xəstəliklərə


Ədəbiyyat: Беляков В.Д., Яфаев Р.Х. Эпидемиология. Москва, 1989

35) Xəstələnmənin mövsümi yüksəlişləri hansı yoluxucu xəstəliklərə xasdır?

A) yoluxucu xəstəliklərin əksəriyyətinə

B) qeyri-infeksion xəstəliklərin hamısına

C) sporadik xəstəliklərə

D) bütün yoluxucu xəstəliklərə

E) mənşəyindən asılı olmayaraq xəstəliklərin hamısına


Ədəbiyyat: Беляков В.Д., Яфаев Р.Х. Эпидемиология. Москва, 1989


36) Şaquli yoluxma mexanizmi hansı infeksiyalara xasdır?

A) Salmonelyozlara

B) Dizenteriyaya

C) Toksoplazmoza

D) Hemorragik qızdırmalarda

E) Qarın yatalağına


Ədəbiyyat: Çobanov R.Ə. İnsan protozoozları. Bakı, 2006

37) Makroorqanizmin yoluxma yolları hansılardır?

A) Seroloji, məişət yolu, torpaq ilə

B) Alimentar, allergik, məişət yolu

C) Alimentar,su, məişət yolu

D) Mikroskopik, fekal-oral, məişət yolu

E) Fekal-oral, bioloji, məişət yolu


Ədəbiyyat: Ющук Н.Д. Эпидемиология. Москва, 1993

38) « Sağlam törədicigəzdirmə» diaqnozu hansı şərtlərə əsasən qoyulur?

A) Bu xəstəliyə qarşı peyvənd edilmişdir

B) Əvvəl keçirdiyi analoji xəstəlikdən 1 ildən artıq vaxt keçmişdir

C) Heç vaxt bu xəstəliklə xəstələnməmişdir

D) Serokonversiya olmamışdır

E) Xəstədə törədici 3 dəfədən artıq aşkar edilmişdir


Ədəbiyyat: Tağızadə T.Ə. İzahlı epidemiologiya terminləri lüğəti. «Elm» nəhriyyatı, 1990

39) Epidemik prosesin baş verməsinin labüd səbəbləri hansılardır?

A) Təbii amillər

B) İnsan populyasiyası

C) Sosial amillər

D) Törədici və insan populyasiyasının qarşılıqlı əlaqəsi

E) Törədici populyasiyası


Ədəbiyyat: Tağızadə T.Ə., Abuşov F.A., Ağayev İ.Ə.Epidemiologiyadan təcrubə məşğələlərinə dair metodiki tövsiyələr. Bakı, 1984

40) Hansı zoonoz infeksiyalarda insan infeksiya mənbəyinə çevrilir?

A) Tulyaremiya

B) Brüselyoz

C) Taun


D) Gənə ensefaliti

E) Leptospiroz


Ədəbiyyat: Tağızadə T.Ə., Abuşov F.A., Ağayev İ.Ə.Epidemiologiyadan təcrubə məşğələlərinə dair metodiki tövsiyələr. Bakı, 1984

41) Hansı xəstəlik endemik təzahür edir?

A) İİV-infeksiya

B) Malyariya

C) Göyöskürək

D) Qızılca

E) Səpgili yatalaq


Ədəbiyyat: Tağızadə T.Ə., Abuşov F.A., Ağayev İ.Ə.Epidemiologiyadan təcrubə məşğələlərinə dair metodiki tövsiyələr. Bakı, 1984

42) Səhv ifadəni göstərin.Antibakterial preparatlarla təcili profilaktika nə zaman aparılır?

A) Kü qızdırması

B) Qara yara

C) Taun


D) Vəba

E) Qızılca


Ədəbiyyat: Ющук Н.Д. Эпидемиология. Москва, 1993


43) Hansı halda ocaqda xəstəlik hadisələrinin minimal sayda olması çoxsaylı xəstələnmə sayılar?

A) 2 və daha çox

B) 5

C) 7


D) 10

E) 1
Ədəbiyyat: Ющук Н.Д. Эпидемиология. Москва, 1993



44) Su epidemiyasına xas olan əlamət hansıdır?

A) 1 yaşa qədər uşaqların daha çox xəstələnməsi

B) Monoetiolojilik

C) 3 yaşa qədər xəstələnmənin sayının çox olması

D) Ağır formaların böyük miqdarda olması

E) Polietiolojilik


Ədəbiyyat: Tağızadə T.Ə., Abuşov F.A., Ağayev İ.Ə.Epidemiologiyadan təcrubə məşğələlərinə dair metodiki tövsiyələr. Bakı, 1984

45) Müxtəlif ərazilərdə dizenteriya ilə xəstələnmənin səviyyəsini hansı göstəricilərə əsasən müqayisə etmək olar?

A) Mütləq göstəricilərə

B) Ekstensiv göstəricilərə

C) İntensiv göstəricilərə

D) İllik dinamikaya əsasən

E) Çoxillik dinamikaya əsasən


Ədəbiyyat: Покровский В.И., Пак С.Г., Брико Н.И., Данилкин Б.К. Инфекционные болезни и эпидемиология. Москва, 2004

46) Su mənbəyi çirkab suları ilə çirkləndikdə yaşayış məntəqəsində hansı infeksion xəstəliyin alovlanması baş verə bilər ?

A) Qara yara

B) Epidemik parotit

C) Brüselyoz

D) Qarın yatalağı

E) Skarlatina


Ədəbiyyat: Tağızadə T.Ə., Abuşov F.A., Ağayev İ.Ə.Epidemiologiyadan təcrubə məşğələlərinə dair metodiki tövsiyələr. Bakı, 1984

47) Hansı xüsusiyyətlərə görə infeksion xəstəliklər antroponoz, zoonoz və sapronozlar qruplarına bölünürlər?

A) İnfeksiyanın rezervuarına görə

B) Yoluxma yollarına görə

C) İnfeksiya mənbəyinə görə

D) Yoluxma amillərinə görə

E) Yoluxma mexanizminə görə


Ədəbiyyat: Покровский В.И., Пак С.Г., Брико Н.И., Данилкин Б.К. Инфекционные болезни и эпидемиология. Москва, 2004

48) Təbii ocaqlılıq nəzəriyyəsinin əsas müddəası hansıdır?

A) Törədicinin bioloji xüsusiyyətlərindən asılı olaraq infeksiyanın başlıca (birincili) yoluxma yollarının etioloji seçiciliyi

B) Yoluxma mexanizminin sahibin orqanizmində törədicinin əsas lokalizasiyasına uyğunluğu

C) Təbii və sosial şəraitlərin tənzimləyici rolu

D) Epidemik prosesin fazalı olması

E) İnfeksiya törədicisinin heyvanla və canlı parazit keçiriciləri ilə biosenotik münasibətləri nəticəsində insandan asılı olmadan sirkulyasiyası


Ədəbiyyat: Tağızadə T.Ə. İzahlı epidemiologiya terminləri lüğəti. «Elm» nəhriyyatı, 1990

49) Yoluxma amilləri nədir?

A) Törədicinin toplandığı ətraf mühitin biotik amilləridir

B) Su mühiti, torpaq, məişət- istehsalat əşyaları

C) Törədicinin bir orqanizmdən digərinə keçməsini təmin edən ətraf mühit elementləridir

D) Törədici, su mühiti, torpaq, məişət- istehsalat əşyaları

E) Törədicinin toplandığı ətraf mühitin abiotik amilidir


Ədəbiyyat: Tağızadə T.Ə. İzahlı epidemiologiya terminləri lüğəti. «Elm» nəhriyyatı, 1990

50) Törədicinin yoluxma mexanizmi:

A) törədicinin ətraf mühitdə yayılması üsuludur

B) ətraf mühit elementləri vasitəsilə törədicinin bir orqanizmdən digərinə keçməsini təmin edirİnkişafın fazalı olması

C) parazitin həyat qabiliyyətini saxlamaq üçün həssas orqanizmlər arasında sirkulyasiyasını təmin edir

D) təkamül prosesində formalaşaraq parazitə bioloji növün saxlanması üçün spesifik sahibin fərdi orqanizmlərinin dəyişdirməsini təmin edir

E) xəstədən törədicinin daşınmasını təmin edən ətraf mühit elementləridir


Ədəbiyyat: Tağızadə T.Ə. İzahlı epidemiologiya terminləri lüğəti. «Elm» nəhriyyatı, 1990

51) Analitik epidemioloji müayinələr üçün səçiyyəvidir:

A) inzibati bölgü daxilində aparılmasıdır

B) dezinfeksiya tədbirlərdir

C) risk amillərinin təsiridir

D) şəhər daxilində aparılmasıdır

E) şəhər və kənd daxilində aparılmasıdır


Ədəbiyyat: Покровский В.И., Пак С.Г., Брико Н.И., Данилкин Б.К. Инфекционные болезни и эпидемиология. Москва, 2004

52) Ekstensiv göstəricilər nəyi xarakterizə edir?

A) Dürüstlüyü

B) Orta göstəriciləri

C) Göstəricilərin müxtəlifliyini

D) Hadisələrin strukturunu

E) Hadisələrin tezliyini


Ədəbiyyat: Покровский В.И., Пак С.Г., Брико Н.И., Данилкин Б.К. Инфекционные болезни и эпидемиология. Москва, 2004


53) Retrospektiv epidemioloji təhlilin aparılmasının vacibliyi müəyyən olunur:

A) epidemik prosesin saxlanması ilə

B) epidemik prosesin ləgv olunması ilə

C) profilaktik peyvəndlərin aparılması ilə

D) epidemik prosesin tendensiyasını qiymətləndirilməsi iləTəsadüfi səbəblərlə

E) əvvəlki illər ərzində epidemioloji şəraitin öyrənilməsi ilə


Ədəbiyyat: Ющук Н.Д. Эпидемиология. Москва, 1993

54) Epidemiologiyanın əsas predmeti nədir?

A) yoluxma mexanizmidir

B) əksepidemik tədbirlər

C) həssas orqanizmdir

D) epidemik prosesdir

E) immunoprofilaktika


Ədəbiyyat: Tağızadə T.Ə., Abuşov F.A., Ağayev İ.Ə.Epidemiologiyadan təcrubə məşğələlərinə dair metodiki tövsiyələr. Bakı, 1984

55) Sоmarik, qeyri- infeksion mənşəli kütləvi yayılan xəstlikləri epidemioloji müayinə metodu vasitəsilə öyrənilməsi adlanır:

A) qeyri- infeksion xəstəliklərin epidemiologiyası

B) eksperimental epidemiologiya

C) karantin xəstəliklərin epidemiologiyası

D) somatik xəstəliklərin epidemiologiyası

E) yoluxucu xəstəliklərin epidemiologiyası


Ədəbiyyat: Покровский В.И., Пак С.Г., Брико Н.И., Данилкин Б.К. Инфекционные болезни и эпидемиология. Москва, 2004

56) Epidemiologiyanın əsas metodu:

A) Analitik metod

B) Statistik metod

C) Tarixi metod

D) Eksperimental metod

E) Epidemioloji müayinə metodu


Ədəbiyyat: Tağızadə T.Ə., Abuşov F.A., Ağayev İ.Ə.Epidemiologiyadan təcrubə məşğələlərinə dair metodiki tövsiyələr. Bakı, 1984

57) Yoluxucu xəstəliyin təbii ocağı nə sayılır?

A) Bioloji obyektlərin birliyi

B) Zoonoz xəstəliklərin daima qeydə alındığı ərazi

C) Epizootik ocaq

D) Özunəməxsus biosenozu olan coğrafi landşaft ərazisinin bir sahəsi

E) İnsanın zoonoz infeksiyalara yoluxduğu ərazi


Ədəbiyyat: Tağızadə T.Ə., Abuşov F.A., Ağayev İ.Ə.Epidemiologiyadan təcrubə məşğələlərinə dair metodiki tövsiyələr. Bakı, 1984

58) “Klon” nədir?

A) Bir hüceyrədən əmələ gələn bakteriyaların kulturasıdır

B) Bərk qidalı mühitdə bir bakteriya hüceyrəsinin çoxalması nəticəsində yaranan bir növə aid bakteriyaların izolyasiya olunmuş toplusudur

C) Qidalı mühitlərdə becərilən bakteriyaların populasiyasıdır

D) Müxtəlif infeksiya mənbələrindən və ya eyni bir mənbədən müxtəlif vaxtlarda alınan bir növə aid mikrobların kulturasıdır

E) Patoloji materialdan alınan bakteriyaların kulturasıdır


Ədəbiyyat: Покровский В.И., Пак С.Г., Брико Н.И., Данилкин Б.К. Инфекционные болезни и эпидемиология. Москва, 2004


59) Epidemik ocaq hansı müddət ərzində fəaliyyətdə olur?

A) Xəstə ilə təmasda olan şəxslərdə maksimal inkubasiya dövrü ərzində

B) Ocaqda xəstənin izolyasiyasına qədər

C) Xəstənin sağalmasına qədər

D) Ocaqda yekun dezinfeksiyanın aparılmasına qədər

E) Xəstənin hospitallaşdırılmasına qədər


Ədəbiyyat: Tağızadə T.Ə., Abuşov F.A., Ağayev İ.Ə.Epidemiologiyadan təcrubə məşğələlərinə dair metodiki tövsiyələr. Bakı, 1984

60) Mikroorganizmlərin toksini hansıdır?

A) Anticisimlər

B) Anatoksin

C) Ekzotoksin

D) Hialuronidaza

E) Plazmokoaqulaza


Ədəbiyyat: Tağızadə T.Ə., Abuşov F.A., Ağayev İ.Ə.Epidemiologiyadan təcrubə məşğələlərinə dair metodiki tövsiyələr. Bakı, 1984

Yüklə 1,35 Mb.

Dostları ilə paylaş:
  1   2   3   4   5   6   7   8   9   ...   14




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin