Epidemiologiya ixtisası üzrə nümunəvi test sualları Epidemiologiya, İmmunoprofilaktika


) Oval malyariya törədiciləri ilə zədələnmış eritrositdə azurofil elementlər necə adlanır?



Yüklə 1,35 Mb.
səhifə14/14
tarix17.11.2018
ölçüsü1,35 Mb.
#84118
1   ...   6   7   8   9   10   11   12   13   14

937) Oval malyariya törədiciləri ilə zədələnmış eritrositdə azurofil elementlər necə adlanır?

A) Piqment

B) Şüfner dənəcikləri

C) lentşəkilli trofozoitlər

D) Maurer ləkələri

E) Ceyms dənəcikləri


Ədəbiyyat: Генис Д.Е. Медицинская паразитология. Москва «Медицина», 1991

938) Tropik malyariya törədiciləri ilə zədələnmış eritrositdə azurofil elementlər necə adlanır?

A) Maurer ləkələri

B) lentşəkilli trofozoitlər

C) Ceyms dənəcikləri

D) Piqment

E) Şüfner dənəcikləri


Ədəbiyyat: Ющук Н.Д. Эпидемиология. Москва, 1993

939) Üçgünlük malyariya törədiciləri ilə zədələnmış eritrositdə azurofil elementlər necə adlanır?

A) Ceyms dənəcikləri

B) Maurer ləkələri

C) Piqment

D) Lentşəkilli trofozoitlər

E) Şüfner dənəcikləri


Ədəbiyyat: Çobanov R.Ə. İnsan protozoozları. Bakı, 2006

940) Malyariyaya görə müayinə üçün xəstədən qan nə zaman götürülməlidir?

A) Qızdırma zamanı

B) Tutmadan asılı olmayaraq, istənilən vaxtda

C) Tutmalar arası dövrdə

D) Titrəmə zamanı

E) Tər ifrazı zamanı


Ədəbiyyat: Çobanov R.Ə. İnsan protozoozları. Bakı, 2006

941) Nazik qan yaxmasının nəticəsinə əsasən malyariya diaqnozunu inkar etmək olarmı?

A) Bəli, əgər 200 görmə sahəsinə baxılıb

B) Bəli, əgər qan hərarətin yüksəlməsi zamanı götürülüb

C) Bəli, əgər 100 görmə sahəsinə baxılıb

D) Bəli

E) Yox
Ədəbiyyat: Tağızadə T.Ə., Abuşov F.A., Ağayev İ.Ə. Epidemiologiyadan təcrubə məşğələlərinə dair metodiki tövsiyələr. Bakı, 1984



942) Malyariyaya görə müayinə zamanı metil spirti ilə nəyin fiksasiyası aparılır?

A) Yaxmada qalın damlanın

B) Lövhidi qalın damlanın

C) Nazik qan yaxmalarının

D) İstənilən preparatların

E) Qalın damlanın


Ədəbiyyat: Çobanov R.Ə. İnsan protozoozları. Bakı, 2006

943) Malyariyaya görə qanın Romanovski üzrə rənglənməsi zamanı plazmodiumda qırmızı rəngə adətən nə boyanır?

A) Piqment

B) Sitoplazma

C) Vakuol

D) Hemoqlobin

E) Nüvə
Ədəbiyyat: Ющук Н.Д. Эпидемиология. Москва, 1993



944) Hansı malyariyada əksər hallarda bir eritrositdə parazitin bir neçə üzükləri olur?

A) Üçgünlük

B) Falsiparum

C) Dördgünlük

D) Ovale

E) Tropik


Ədəbiyyat: Ющук Н.Д. Эпидемиология. Москва, 1993

945) Tropik malyariya xəstəliyinin uzunmüddətli gedişi nəyin aşkarlanmasına əsasən təsdiq edilir?

A) Merozoitin

B) Yetkin şizontun

C) Üzüyün

D) Qametosidin

E) Yetkin trofozoitin


Ədəbiyyat: Генис Д.Е. Медицинская паразитология. Москва «Медицина», 1991

946) Zaqafqaziya yüksək dağlıq taun təbii ocağında taun xəstəliyinin əsas keçiriciləri hansılardır?

A) C.consimilis, C.laeviceps

B) A.rossica, C.consimilis

C) R.ukrainica, St.tripektinata

D) C.caspius, N.pleskey

E) C.caspius, C.consimilis


Ədəbiyyat: Наставление по эпиднадзору в природных очагах чумы Кавказа. Ставрополь, 1986 г., 72 с.

947) Zaqafqaziya düzənlik-dağətəyi taun təbii ocağında taun xəstəliyinin əsas keçiriciləri hansılardır?

A) X.conformis, M.apsheronika

B) X.conformis, C.laeviceps

C) C.laeviceps, X.cheopis

D) C.laeviceps , C.consimilis

E) X.conformis, C.consimilis


Ədəbiyyat: Наставление по эпиднадзору в природных очагах чумы Кавказа. Ставрополь, 1986 г., 72 с.

948) Arazyanı taun təbii ocağında ilk intensiv epizootiya nə vaxt qeyd olunub?

A) 1985


B) 1970

C) 1967


D) 1973

E) 1928
Ədəbiyyat: Наставление по эпиднадзору в природных очагах чумы Кавказа. Ставрополь, 1986 г., 72 с.



949) Arazyanı taun təbii ocağında taun xəstəliyinin əsas keçiriciləri hansılardır?

A) X.conformis, X.cheopis

B) N.pleskey, M.apsheronika

C) X.conformis, C.consimilis

D) C.consimilis, C.caspius

E) X.conformis, C.iranus


Ədəbiyyat: Наставление по эпиднадзору в природных очагах чумы Кавказа. Ставрополь, 1986 г., 72 с.

950) Azərbaycan Respublikası ərazisində yerləşən taunun təbii ocaqları gəmirici və keçiricilərin xüsusiyyətlərinə görə necə adlanırlar?

A) Monoqostal və polivektor

B) Poliqostal və monovektor

C) Monoqostal

D) Poliqostal

E) Monoqostal və monovektor


Ədəbiyyat: Наставление по эпиднадзору в природных очагах чумы Кавказа. Ставрополь, 1986 г., 72 с.

951) Yoluxma xüsusiyyətlərinə görə quduzluq, brüselyoz, leptospiroz, sap, taun hansı infeksion xəstəliklərə aiddir?

A) Rikketsioz

B) Viruslu

C) Bağırsaq infeksiyası

D) Hava-damcı

E) Zoonoz


Ədəbiyyat: Tağızadə T.Ə., Abuşov F.A., Ağayev İ.Ə.Epidemiologiyadan təcrubə məşğələlərinə dair metodiki tövsiyələr. Bakı, 1984

952) Səpgili yatalaq, Kü qızdırması, endemik və gənə səpgili yatalaq hansı infeksion xəstəliklərə aiddirlər?

A) Rikketsioz

B) Transmissiv, aerozol

C) Bağırsaq infeksiyası

D) Zoonoz

E) Hava-damcı


Ədəbiyyat: Генис Д.Е. Медицинская паразитология. Москва «Медицина», 1991

953) Yoluxma xüsusiyyətlərinə görə leyşmanioz, malyariya, qayıdan yatalaq, hemorragik qızdırmalar, rikketsioz xəstəlikləri və yapon ensefaliti hansı infeksion xəstəliklərə aiddir?

A) Zoonoz

B) Bağırsaq infeksiyası

C) Viruslu

D) Hava-damcı

E) Transmissiv


Ədəbiyyat: Генис Д.Е. Медицинская паразитология. Москва «Медицина», 1991

954) Azərbaycan Respublikası ərazisində tulyaremiya xəstəliyinin təbii ocağı nə vaxt müəyyən olunub?

A) 1934


B) 1958

C) 1968


D) 1972

E) 1931
Ədəbiyyat: Tağızadə T.Ə., Abuşov F.A., Ağayev İ.Ə.Epidemiologiyadan təcrubə məşğələlərinə dair metodiki tövsiyələr. Bakı, 1984



955) Azərbaycan Respublikası ərazisindəki taunun təbii ocaqları digər ölkələrin hansı taun ocaqları ilə həmsərhəddir?

A) Dağıstan düzənlik dağətəyi

B) Dağıstan dağlıq, İran-Kürdüstan

C) Kürdüstan ocağı

D) Xəzəryanı şimal – qərb ocağı

E) Mərkəzi Qafqaz


Ədəbiyyat: Наставление по эпиднадзору в природных очагах чумы Кавказа. Ставрополь, 1986 г., 72 с.

956) Zaqafqaziya düzənlik-dağətəyi taun təbii ocağında ilk epizootiya hansı mezoocaqda və nə vaxt qeyd olunmuşdur?

A) Qobustan mezoocağında 1953-cü il

B) Şərqi Ceyrançöl 1926-ci il

C) Abşeron mezoocağında 1914-cü il

D) Mil düzü 1934-cü il

E) Böyük Qafqaz 1965-ci il


Ədəbiyyat: Наставление по эпиднадзору в природных очагах чумы Кавказа. Ставрополь, 1986 г., 72 с.

957) Zaqafqaziya düzənlik-dağətəyi taun təbii ocağı nə vaxt müəyyən olunub?

A) 1967


B) 1914

C) 1953


D) 1985

E) 1964
Ədəbiyyat: Наставление по эпиднадзору в природных очагах чумы Кавказа. Ставрополь, 1986 г., 72 с.



958) Zaqafqaziya yüksək dağlıq taun təbii ocağı nə vaxt müəyyən olunub?

A) 1957


B) 1962

C) 1953


D) 1985

E) 1967
Ədəbiyyat: Наставление по эпиднадзору в природных очагах чумы Кавказа. Ставрополь, 1986 г., 72 с.



959) Malyariya plazmodiumlarının cinsi inkişaf sikli (spoqoniya) harada baş verir?

A) İribuynuzlu qaramalın orqanizmində

B) Ağcaqanadın orqanizmində

C) İnsanın orqanizmində

D) Quşların orqanizmində

E) Gəmicilərin orqanizmində


Ədəbiyyat: Генис Д.Е. Медицинская паразитология. Москва «Медицина», 1991

960) Malyariya törədicisinin hansı forması eritrositar şizoqoniya mərhələsinə aid deyil?

A) Yetişmiş şizont

B) Sporozoit

C) Yetişməmiş şizont

D) Gənc trofozoit

E) Yarımyetişkən trofozoit


Ədəbiyyat: Ющук Н.Д. Эпидемиология. Москва, 1993

961) Taun törədicisinin ektoparazitlərdən gəmiricilərə keçirilməsinin mütləq şərti nədir?

A) Gəmiricinin sağlam olması

B) Gəmiricinin xəstə olması

C) Bədənin quruluşu

D) Ektoparazitin dişi olması

E) Qanın sorulması


Ədəbiyyat: Tağızadə T.Ə., Abuşov F.A., Ağayev İ.Ə.Epidemiologiyadan təcrubə məşğələlərinə dair metodiki tövsiyələr. Bakı, 1984

962) Qırmızı quyruq qum siçanının üzərində 79 J.laeviceps birəsi yığılıb. Çoxluq əmsalı nə qədərdir?

A) 4,3


B) 0,1

C) 0,05


D) 10,5

E) 3,4
Ədəbiyyat: Методические указания по зоологической работе. Москва: Информационно-издательский Центр Минздрава России, 2000 г., 96 с.



963) Tulyaremiya xəstəliyinin əsas keçiriciləri hansı həşəratlardır?

A) Birə, iksod və qamaz gənələri

B) Birə və ağcaqanadlar

C) Ağcaqanadlar və moskitlər

D) Milçək və qarışqalar

E) Gənə və hünülər


Ədəbiyyat: Tağızadə T.Ə., Abuşov F.A., Ağayev İ.Ə.Epidemiologiyadan təcrubə məşğələlərinə dair metodiki tövsiyələr. Bakı, 1984

964) Səpgili yatalaqda xəstəliyin profilaktikası və erkən aşkar edilməsi üçün nə etmək lazımdır?

A) 5 gündən artıq qızdırmalı xəstələrin qanının əkilməsi

B) 5 gündən artıq qızdırmalı şəxslərin RHAR, KBR-nin vasitəsilə rikketsioz diagnostikumu ilə müayinəsi vacib deyildir

C) Qeyri – müntəzəm gigiyenik yuyunma

D) Səpgili yatalaq vaksini ilə peyvəndlərin aparılması

E) Mütəşəkkil kollektivlərdə bütün yeniyetmələrin və stasionara daxil olanların pedikulyoza görə müayinəsi


Ədəbiyyat: Ющук Н.Д. Эпидемиология. Москва, 1993

965) Ölkədə səpgili yatalağa görə salamatlığın saxlanması əsasən nə ilə təmin edilir?

A) Təcili profilaktika ilə

B) Xaricdən gətirilmənin profilaktikası ilə

C) Əhalinin yüksək sosial – iqtisadi həyat səviyyəsi ilə

D) Dezinseksiya tədbirləri ilə

E) Xəstələrin erkən aşkar edilməsi ilə


Ədəbiyyat: Çobanov R.Ə. İnsan protozoozları. Bakı, 2006

966) Hal - hazırda malyariya ilə mübarizədə hansı əksepidemik tədbirlər aparılır?

A) Faqoprofilaktika

B) Təcili profilaktika

C) Vaksin profilaktikası

D) Kimyəvi profilaktika

E) Dezinfeksiya


Ədəbiyyat: Çobanov R.Ə. İnsan protozoozları. Bakı, 2006

967) Malyariya zamanı həssas insana görə aparılan profilaktik tədbirlərə nə daxildir?

A) Kimyəvi profilaktika, ağcaqanad hücumundan müdafiə tədbirləri

B) Kimyəvi profilaktika, dezinfeksiya

C) Kimyəvi profilaktika, vaksinasiya

D) Vaksinasiya, dezinfeksiya

E) Ağcaqanad hücumundan müdafiə tədbirləri


Ədəbiyyat: Çobanov R.Ə. İnsan protozoozları. Bakı, 2006

968) Karantində saxlanılan heyvanlar arasında hər hansı bir infeksion xəstəliklər aşkar olunduqda hansı tədbir görülməlidir?

A) Heyvanlar məhv edilir

B) Karantin müddəti 2 aya qədər uzadılır

C) Karantin müddəti 1 aya qədər uzadılır

D) Heç bir tədbir görülmür

E) Vivari dezinfeksiya olunur


Ədəbiyyat: Методические указания по зоологической работе. Москва: Информационно-издательский Центр Минздрава России, 2000 г., 96 с.

969) Təqvim - ərazi planı hazırlayarkən əsas diqqət nəyə yetirilir?

A) Keçmişdə epizootiya müşahidə olunmuş sahələrə

B) Taun ocağında gəmirici və ektoparazitlərin aktivliyi və sayının daha yüksək olan sahələrə

C) Gəmirici və birələrin saygöstəricilərinin kəskin sürətdə aşağı düşən sahələrinə

D) Əsas daşıyıcı və birələrin insan məskənləri ilə təmasda olan ərazilərə

E) Taun mikrobunun əsas daşıyıcısının tək-tək koloniyaları rast gələn ərazilərə


Ədəbiyyat: Методические указания по зоологической работе. Москва: Информационно-издательский Центр Минздрава России, 2000 г., 96 с.

970) Epizootiya aşkar olunduğu halda ilk növbədə hansı tədbir görülür?

A) Deratizasiya aparılır

B) Əhali köçürülür

C) Dezinseksiya

D) Sanitar-maarifi işi aparılır

E) Epizootiyanın sərhədləri və yayılma ərazisi təyin olunur


Ədəbiyyat: Методические указания по зоологической работе. Москва: Информационно-издательский Центр Минздрава России, 2000 г., 96 с.

971) İnsanlar üçün insektisidlərin daha təhlükəsiz preparativ formaları hansılardır?

A) Cəlbedici yemlərin müxtəlif formaları

B) Aerozol balonları və şaşkalar

C) Emulyasiya edən konsentratlar və islanan tozlar

D) Mikrokapsulalı preparatlar

E) Gel, pastalar


Ədəbiyyat: Ющук Н.Д. Эпидемиология. Москва, 1993

972) Tibbi dezinseksiyada repellentlər hansı məqsədlə istifadə olunur?

A) İnsektisidlərin işlədildiyi yerlərə həşaratların cəlb edilməsi

B) Yaşayış yerlərindən kənarda gənələrin məhv edilməsi

C) Buğumayaqlıların insandan hürküdülməsi

D) Açıq sahələrdə uçan həşəratların qırılması

E) Yumurta qoyma yerlərində həşəratların məhv edilməsi


Ədəbiyyat: Ющук Н.Д. Эпидемиология. Москва, 1993

973) Xəstəliklərin spesifik keçiriciləri hansılardır?

A) Birələr, taxtabitilər

B) Milçəklər, ağcaqanadlar

C) İksod gənələri, ağcaqanadlar

D) Birələr, tarakanlar

E) Göyünlər, tarakanlar


Ədəbiyyat: Ющук Н.Д. Эпидемиология. Москва, 1993

974) Hansı xəstəliyin diaqnostikasında qanın membran filtrlərdən süzülməsi istifadə olunur?

A) Leyşmanioz

B) Malyariya

C) Filyariidoz

D) Babezioz

E) Toksoplazmoz


Ədəbiyyat: Генис Д.Е. Медицинская паразитология. Москва «Медицина», 1991

975) Cənubi-Şərqi Aziyadan gələn xəstənin qanında aypara şəklində əyilmiş malyariya paraziti aşkar olunmuşdur. Parazitin hansı növü haqqında düşünmək olar?

A) P.vivax

B) P.malariae

C) P.ovale

D) P.ovale+P.falciparum

E) P.falsiparum


Ədəbiyyat: Генис Д.Е. Медицинская паразитология. Москва «Медицина», 1991

976) Xəstəliyin 10-cu günü xəstədən götürülmüş qanın qalın damlasında bütün görmə sahələri üzüyəbənzər trofozoitlərlə dolmuşdur. Parazitin hansı növü haqqında düşünmək olar?

A) P.vivax

B) Sadalanlardan hər hansı biri

C) P.malariae

D) P.falsiparum

E) P.ovale


Ədəbiyyat: Генис Д.Е. Медицинская паразитология. Москва «Медицина», 1991

977) Kənd əhalisinin malyariyaya görə kütləvi müayinəsi zamanı yığılmış qanın qalın yaxmalarını 5 gün ərzində laboratoriyaya çatdırmaq mümkün olmadıqda nə etmək lazımdır?

A) Preparatları dehemoqlobinləşdirmək

B) Preparatları fiksə etmək

C) Heç bir tədbir görməmək

D) Preparatları soyuducuya qoymaq

E) Preparatları eksikatora qoymaq


Ədəbiyyat: Генис Д.Е. Медицинская паразитология. Москва «Медицина», 1991

978) Malyariya törədicisinin hansı növünün aşkarlanması zamanı parazitemiyanın səviyyəsini və parazitlərin inkişaf mərhələlərini göstərmək lazımdır?

A) Oval


B) Sadalanlardan hər hansı biri

C) Üçgünlük

D) Tropik

E) Dördgünlük


Ədəbiyyat: Генис Д.Е. Медицинская паразитология. Москва «Медицина», 1991

979) Qan yaxmalarının mikroskopiyası zamanı hansı xəstəliyin törədicilərini aşkar etmək olar?

A) Toksokaroz

B) Toksoplazmoz

C) loaoz


D) Balantidioz

E) Leyşmanioz


Ədəbiyyat: Генис Д.Е. Медицинская паразитология. Москва «Медицина», 1991

980) Parazitlərin qanda aşkar edilməsi üçün ekspress üsul hansıdır?

A) Qram üsulu

B) Romanovski üsulu

C) Qeydenqayn üsulu

D) Sil-Nilsen üsulu

E) Fild üsulu


Ədəbiyyat: Генис Д.Е. Медицинская паразитология. Москва «Медицина», 1991

981) Qram üsulu ilə rənglənmə zamanı əsas boyaq maddə hansıdır?

A) Hensian – violet

B) Karbol fuksini

C) Lyuqol məhlulu

D) Brilllyant yaşılı

E) Fuksinin su məhlulu


Ədəbiyyat: Генис Д.Е. Медицинская паразитология. Москва «Медицина», 1991

982) Sil-Nilsen üsulu ilə rənglənmə zamanı əsas boyaq maddə hansıdır?

A) Hensian – violet

B) Fuksinin su məhlulu

C) Karbol fuksini

D) Brilllyant yaşılı

E) Lyuqol məhlulu


Ədəbiyyat: Генис Д.Е. Медицинская паразитология. Москва «Медицина», 1991

983) Nə üçün gənələr yoluxucu xəstəliklərin sabit təbii ocaqlarını əmələ gətirirlər?

A) Heyvanlar üzərində qidalanmırlar

B) Transfaza ötürülməyə malikdirlər

C) Hərəkətlidirlər

D) Transovarial ötürülməyə malikdeyillər

E) Transovarial ötürülməyə malikdirlər


Ədəbiyyat: Генис Д.Е. Медицинская паразитология. Москва «Медицина», 1991

984) Törədicilərin transmissiv yoluxması hansı yolla həyata keçir?

A) Heyanlarla

B) Hava ilə

C) Torpaq ilə

D) Qan soran həşəratlarla

E) Su ilə


Ədəbiyyat: Генис Д.Е. Медицинская паразитология. Москва «Медицина», 1991

985) Transovarial yoluxma hansı canlı keçiricilərdə müşayiət olunur?

A) gənələrdə

B) ağcaqanadlarda

C) Bitlərdə

D) Taxtabitilərdə

E) hünülərdə


Ədəbiyyat: Генис Д.Е. Медицинская паразитология. Москва «Медицина», 1991

986) Dezinseksiyanın effektivliyinin göstəricisi kimi nəyi hesab etmək olar?

A) Xəstələnmənin sayının artması

B) Preparatların sərf edilmə norması

C) Preparatların buğumayaqlılara seçici təsiri

D) Buğumayaqlıların müəyyən növünün qırılması

E) Həşəratların sayının azalması


Ədəbiyyat: Генис Д.Е. Медицинская паразитология. Москва «Медицина», 1991

987) Dezinseksiyada istifadə olunan qırıcılıq tədbirləri buğumayaqlıların hansı formalarının məhv edilməsinə yönəldilə bilər?

A) Yumurtaların

B) Yetkin fərdlərin

C) Sürfələrin və imaqoönü formalarının

D) Sürfələrin

E) Sürfələrin və imaqo formalarının


Ədəbiyyat: Генис Д.Е. Медицинская паразитология. Москва «Медицина», 1991

988) Transmissiv virus xəstəliklərinin epizootiya şəklində inkişafı hansı canlı keçiricilərin iştirakı ilə təmin edilir?

A) Ağcaqanad və gənələr

B) Bitlər və birələr

C) Taxtabitilər və bitlər

D) Hünülər və ağcaqanadlar

E) Bitlər və ağcaqanadlar


Ədəbiyyat: Генис Д.Е. Медицинская паразитология. Москва «Медицина», 1991

989) Hormonal pozuntular törətməklə həşəratların inkişafını tənzimləyən maddələrə hansı aiddir?

A) Borasad

B) Metopren

C) Forasid

D) Mirant

E) Turingin-1


Ədəbiyyat: Генис Д.Е. Медицинская паразитология. Москва «Медицина», 1991

990) Həşəratların xitin sintezinin inhibitorlarına hansı preparat aiddir?

A) Alstar

B) Flüroqard

C) Mirant

D) Volkano

E) Dimilin


Ədəbiyyat: Генис Д.Е. Медицинская паразитология. Москва «Медицина», 1991

991) Fosfor – üzvi birləşmələr qrupuna aid preparatların əsas xüsusiyyəti hansıdır?

A) Zəhərlənmələrə səbəb olmaması

B) Geniş spektrli insektisid təsir

C) Zədələnmiş dəridən daxil olmaması

D) Xarici mühit obyektlərində çox davamlı olması

E) Buğumayaglılara təsir etmirlər


Ədəbiyyat: Генис Д.Е. Медицинская паразитология. Москва «Медицина», 1991

992) İksod gənələri ilə mübarizədə təbii biotoplarda hansı preparatın istifadəsinə icazə verilir?

A) Lizol


B) Reftamid

C) Bayteks

D) Reprmanon

E) Forasid


Ədəbiyyat: Генис Д.Е. Медицинская паразитология. Москва «Медицина», 1991

993) Ağcaqanadlarla mübarizədə bioloji üsul kimi nədən istifadə olunur?

A) Piretrum

B) Fosfor–üzvi birləşmələr

C) Baktisid



D) Boraks

E) Vitar
Ədəbiyyat: Генис Д.Е. Медицинская паразитология. Москва «Медицина», 1991
Yüklə 1,35 Mb.

Dostları ilə paylaş:
1   ...   6   7   8   9   10   11   12   13   14




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin