Epidemiologiya ixtisası üzrə nümunəvi test sualları Epidemiologiya, İmmunoprofilaktika


) Tauna qarşı qeyri-həssaslığın yaradılması üçün hansı vaksindən istifadə olunur ?



Yüklə 1,35 Mb.
səhifə3/14
tarix17.11.2018
ölçüsü1,35 Mb.
#84118
1   2   3   4   5   6   7   8   9   ...   14

129) Tauna qarşı qeyri-həssaslığın yaradılması üçün hansı vaksindən istifadə olunur ?

A) Solk


B) Diri vaksin

C) BCG


D) ADT

E) STİ
Ədəbiyyat: Tağızadə T.Ə., Abuşov F.A., Ağayev İ.Ə.Epidemiologiyadan təcrubə məşğələlərinə dair metodiki tövsiyələr. Bakı, 1984



130) Sadalanan yoluxucu xəstəliklərdən hansında dəri-allergik üsudan istifadə olunur ?

A) Stafilokok infeksiyası

B) Vəba

C) Qarın yatalağı

D) Sifilis

E) Tulyaremiya


Ədəbiyyat: Покровский В.И., Пак С.Г., Брико Н.И., Данилкин Б.К. Инфекционные болезни и эпидемиология. Москва, 2004

131) Hansı xəstəlikdə Askoli reaksiyası antigenin tapılması üçün istifadə olunur?

A) Qarayara

B) Brüselyoz

C) Qarın yatalağı

D) Taun

E) Tulyaremiya


Ədəbiyyat: Покровский В.И., Пак С.Г., Брико Н.И., Данилкин Б.К. Инфекционные болезни и эпидемиология. Москва, 2004

132) Karantin infeksiyası hansıdır?

A) Malyariya

B) Qrip

C) Dabaq


D) Vəba

E) Quduzluq


Ədəbiyyat: Tağızadə T.Ə., Abuşov F.A., Ağayev İ.Ə.Epidemiologiyadan təcrubə məşğələlərinə dair metodiki tövsiyələr. Bakı, 1984

133) Brüselyoz xəstəliyində əsas müdafiə rolunu nə oynayır?

A) Vaksinoprofilaktika

B) Yerli immunitet

C) Steril immunitet

D) Humoral immunitet

E) Hüceyrə immuniteti


Ədəbiyyat: Ющук Н.Д. Эпидемиология. Москва, 1993

134) Botulizmin yaranmasında ən çox rast gələn səbəblər içərisində evdə hazırlanmış hansı konserv məhsullarının qidada istifadəsidir ?

A) Konservləşdirilmiş göbələklər

B) Kompot

C) Kolbasa

D) Ət (donuz budu)

E) Meyvə, şirələr


Ədəbiyyat: Покровский В.И., Пак С.Г., Брико Н.И., Данилкин Б.К. Инфекционные болезни и эпидемиология. Москва, 2004

135) Salmonellalarla çirklənmiş mal ətinin çiy ikən realizasiyası yolları hansılardır?

A) Satışa göndərilir

B) Kolbasa üçün emal edilir

C) İctimai iaşə müəssisələrinə birinci yeməklərin hazırlanması üçün göndərilir

D) Məhv edilir

E) Sümük unu üçün emal edilir


Ədəbiyyat: Покровский В.И., Пак С.Г., Брико Н.И., Данилкин Б.К. Инфекционные болезни и эпидемиология. Москва, 2004

136) Botulotoksinin qida məhsulların toplanması üçün hansı şərait lazımdır?

A) Turş mühit

B) Oksigenin olmaması

C) Neytral mühit

D) Yüksək temperatur

E) Aşağı temperatur


Ədəbiyyat: Покровский В.И., Пак С.Г., Брико Н.И., Данилкин Б.К. Инфекционные болезни и эпидемиология. Москва, 2004

137) Dizenteriya alovlanmaları daha çox hansı qida məhsullarının istifadəsi ilə bağlıdır?

A) Tərəvəzlər

B) Tort və pirojnalar

C) Süd məhsulları

D) Kolbasa

E) İçkilər


Ədəbiyyat: Покровский В.И., Пак С.Г., Брико Н.И., Данилкин Б.К. Инфекционные болезни и эпидемиология. Москва, 2004

138) Hepatit A virusunun ən massiv ifraz olunması hansı dövrdə baş verir?

A) İnkubasiya dövründə

B) Rekonvalessensiya dövründə

C) İnkubasiya dövrünün əvvəlində

D) Prodromal dövrdə

E) Sarılıq dövründə


Ədəbiyyat: Покровский В.И., Пак С.Г., Брико Н.И., Данилкин Б.К. Инфекционные болезни и эпидемиология. Москва, 2004

139) Hospitallaşdırılmış dizenteriyalı xəstədə nəcisin bakterioloji müayinəsi zamanı ilk 2 nümunədə Zonne şigellaları, sonrakı 3-cü nümunədə isə Fleksner şigellaları aşkar edilmişdir. Nə baş vermişdir?

A) Reinfeksiya

B) Xəstəxanadaxili yoluxma

C) Törədicinin təkamülü

D) Laboratoriyanın səhvi

E) Residiv


Ədəbiyyat: Покровский В.И., Пак С.Г., Брико Н.И., Данилкин Б.К. Инфекционные болезни и эпидемиология. Москва, 2004

140) Dizenteriyalı xəstədə bakterioloji müayinə olunmalı material hansıdır?

A) Mədənin yuyuntu suları

B) Qan

C) Nəcis


D) Sidik

E) Öd
Ədəbiyyat: Беляков В.Д., Яфаев Р.Х. Эпидемиология. Москва, 1989



141) Botulizm nə zaman yara infeksiyası ola bilər?

A) Qansoran həşərat dişlədikdə

B) Gəmiricilər dişlədikdə

C) Cərrahi əməliyyat zamanı aseptika və antiseptika qaydalarını pozduqda

D) İrinli infeksiya zamanı

E) Yara torpaqla çirkləndikdə


Ədəbiyyat: Покровский В.И., Пак С.Г., Брико Н.И., Данилкин Б.К. Инфекционные болезни и эпидемиология. Москва, 2004

142) Vəba zamanı maksimal inkubasiya dövrü nə qədərdir?

A) 8 gün


B) 5 gün

C) 3 gün


D) 1-2 gün

E) 2 həftə


Ədəbiyyat: Беляков В.Д., Яфаев Р.Х. Эпидемиология. Москва, 1989

143) Qarın yatalağı zamanı infeksiya mənbəyi hansıdır?

A) Xəstə insan (törədicigəzdirən)

B) Su, ətraf mühit

C) Qida məhsulları

D) Balıqlar

E) İribuynuzlu qaramal


Ədəbiyyat: Tağızadə T.Ə., Abuşov F.A., Ağayev İ.Ə.Epidemiologiyadan təcrubə məşğələlərinə dair metodiki tövsiyələr. Bakı, 1984

144) A virus hepatiti zamanı infeksiya mənbəyi aşağıdakılardan hansıdır?

A) İnsan


B) Sinantrop gəmiricilər

C) Süd məhsulları

D) Su, ətraf mühit

E) Ət məhsulları


Ədəbiyyat: Tağızadə T.Ə., Abuşov F.A., Ağayev İ.Ə. Epidemiologiyadan təcrübə məşğələlərinə dair metodiki tövsiyələr. Bakı, 1984

145) Salmonelyozlar zamanı infeksiya mənbəyi nədir?

A) Yalnız insanlar

B) Süd, insanlar, sinantrop gəmiricilər

C) Sinantrop gəmiricilər, insanlar

D) Yumurta, quşlar

E) Sinantrop gəmiricilər, yumurta


Ədəbiyyat: Tağızadə T.Ə., Abuşov F.A., Ağayev İ.Ə.Epidemiologiyadan təcrubə məşğələlərinə dair metodiki tövsiyələr. Bakı, 1984

146) Dizenteriyanın mümkün olan yoluxma yolu hansıdır?

A) Hava-damcı

B) Hemoktant

C) Transmissiv

D) Alimentar

E) Torpaq vasitəsilə


Ədəbiyyat: Покровский В.И., Пак С.Г., Брико Н.И., Данилкин Б.К. Инфекционные болезни и эпидемиология. Москва, 2004

147) Süd yoluxma amilinin realizasiyası zamanı dizenteriya üçün xas olan əlamət hansıdır?

A) Ağır formalı xəstəlik hallarının sayının çox olması

B) Polietiolojilik

C) Bakterioloji təsdiqlənmənin xüsusi çəkisinin aşağı olması

D) Epidemik prosesin 2-3 inkubasiya dövrünə qədər uzanması

E) Monoetiolojilik


Ədəbiyyat: Покровский В.И., Пак С.Г., Брико Н.И., Данилкин Б.К. Инфекционные болезни и эпидемиология. Москва, 2004

148) A virus hepatitinin inkubasiya dövrü nə qədərdir?

A) 35 gün

B) 14 gün

C) 45 gün

D) 50 gün

E) 180 gün


Ədəbiyyat: Ющук Н.Д. Эпидемиология. Москва, 1993

149) Rekonvalessensiya mərhələsində virulent ştamların payı nə qədərdir?

A) Yüksəkdir

B) Orta səviyyədədir

C) Artandır

D) Aşağıdır

E) Dəyişmir


Ədəbiyyat: Ющук Н.Д. Эпидемиология. Москва, 1993

150) Qarın yatalağı zamanı xəstəliyin birinci həftəsində hansı laborator müayinə aparılır?

A) Vidal reaksiyası

B) Rozeollarda törədicinin aşkar edilməsi

C) Dəriiçi sınaq

D) Hemokulturanın alınması

E) Askoli reaksiyası


Ədəbiyyat: Tağızadə T.Ə., Abuşov F.A., Ağayev İ.Ə.Epidemiologiyadan təcrubə məşğələlərinə dair metodiki tövsiyələr. Bakı, 1984

151) Qarın yatalağı ilə xəstələrin izolyasiyasına göstəriş hansıdır?

A) Bütün xəstələr hospitallaşdırılır

B) Yalnız dekretə olunmuş qrupdan olan şəxslər hospitallaşdırılır

C) Yalnız 14 yaşa qədər olan uşaqlar mütləq qaydada hospitallaşdırılır

D) 1 yaşa qədər uşaqlar hospitallaşdırılır

E) Yüngül formalı xəstələri evdə izolyasiya etmək olar


Ədəbiyyat: Tağızadə T.Ə., Abuşov F.A., Ağayev İ.Ə.Epidemiologiyadan təcrubə məşğələlərinə dair metodiki tövsiyələr. Bakı, 1984

152) Difteriya korinobakteriyalarının kultural-bioloji əlamətlərindən difteriya zamanı epidemik prosesin inkişafında hansı əlamət daha çox əhəmiyyət daşıyır?

A) Toksigenlik

B) Parazitizm

C) Biokimyəvi xüsusiyyətləri

D) Virulentlik

E) Struktur xüsusuiyyətləri


Ədəbiyyat: Шляхов Э.Н. Практическая эпидемиология. Кишинев, 1983

153) Qızılсa ocağında təcili profilaktika necə aparılır?

A) Yalnız qızılca vaksini ilə aparılır

B) Aparılmır

C) Qızılca vaksini və qızılca əleyhinə immunoqlobulin ilə aparılır

D) Antibiotiklərlə aparılır

E) Yalnız qızılca immunoqlobulini ilə aparılır


Ədəbiyyat: Шляхов Э.Н. Практическая эпидемиология. Кишинев, 1983

154) Qəbul şöbəsində eyni vaxtda 2 uşaq olmuşdur. Uşağın birində dizenteriya, digərində isə qızılca aşkar edilmişdir. Qızılcalı xəstə boksa göndərilmişdir. Dizenteriyalı xəstəni hara yerləşdirmək lazımdır (uşağın 7 yaşı var, qızılca ilə xəstələnməmişdir, qızılcaya qarşı peyvənd edilməmişdir) ?

A) Dizenteriyalı xəstələr üçün şöbədə xəstəliyin bütün dövrləri ərzində yerləşdirmək

B) Ayrıca boksa yerləşdirmək

C) Qızılcalı xəstə olan eyni boksa yerləşdirmək

D) Qızılcalı xəstələr üçün şöbədə yerləşdirmək

E) Dizenteriyalı xəstələr üçün şöbədə 7 gün ərzində yerləşdirmək


Ədəbiyyat: Шляхов Э.Н. Практическая эпидемиология. Кишинев, 1983

155) Qarın yatalağının törədicisi hansı cinsə aiddir?

A) Pikornaviruslar

B) Korinobakteriyalar

C) Salmonellalar

D) Eşerixiyalar

E) Şigellalar


Ədəbiyyat: Tağızadə T.Ə., Abuşov F.A., Ağayev İ.Ə.Epidemiologiyadan təcrübə məşğələlərinə dair metodiki tövsiyələr. Bakı, 1984

156) Qarın yatalağı və paratiflərə görə laborator müayinə zamanı material kimi nə götürülmür?

A) Nəcis


B) Onurğa beyni mayesi

C) Qan


D) Öd

E) Sidik
Ədəbiyyat: Tağızadə T.Ə., Abuşov F.A., Ağayev İ.Ə.Epidemiologiyadan təcrübə məşğələlərinə dair metodiki tövsiyələr. Bakı, 1984



157) Səhv ifadəni göstərin. B hepatiti zamanı infeksiya mənbəyi kimdir?

A) Sarılıqsız forma ilə xəstələr

B) Virus gəzdirənlər

C) Rekonvalessentlər

D) Xəstə ev heyvanları

E) Kəskin dövrdə xəstələr


Ədəbiyyat: Покровский В.И., Пак С.Г., Брико Н.И., Данилкин Б.К. Инфекционные болезни и эпидемиология. Москва, 2004

158) Şaquli (vertikal) yoluxma mexanizmi nə zaman mümkündur?

A) İİV-infeksiya zamanı

B) Göyöskürək zamanı

C) Eşerixioz zamanı

D) Tulyaremiya zamanı

E) Dizenteriya zamanı


Ədəbiyyat: Покровский В.И., Пак С.Г., Брико Н.И., Данилкин Б.К. Инфекционные болезни и эпидемиология. Москва, 2004

159) Qarın yatalağına görə müayinə məqsədilə xəstəliyin ilk 3 günündə hansı material müayinə edilməlidir?

A) Qan


B) Onurğa beyni mayesi

C) Sidik


D) Nəcis

E) Tüpürcək


Ədəbiyyat: Tağızadə T.Ə., Abuşov F.A., Ağayev İ.Ə.Epidemiologiyadan təcrubə məşğələlərinə dair metodiki tövsiyələr. Bakı, 1984

160) Gənə ensefalitinin təbii ocağında qan sormuş gənəni kənar etdikdən sonra zərərçəkən şəxsə mütləq nə yeritmək lazımdır?

A) Spesifik immunoqlobulin

B) Gənə ensefalitinə qarşı vaksin

C) Antibiotiklər

D) Bakteriofaqlar

E) Antitoksik zərdab


Ədəbiyyat: Tağızadə T.Ə., Abuşov F.A., Ağayev İ.Ə.Epidemiologiyadan təcrubə məşğələlərinə dair metodiki tövsiyələr. Bakı, 1984

161) Taunun gəmiricilərdən insana ötürülməsinin əsas yoluxma yolu hansıdır?

A) Transmissiv

B) Alimentar

C) Su


D) Hava-damcı

E) Hava-toz


Ədəbiyyat: Tağızadə T.Ə., Abuşov F.A., Ağayev İ.Ə.Epidemiologiyadan təcrubə məşğələlərinə dair metodiki tövsiyələr. Bakı, 1984

162) Vərəm ocağında cari dezinfeksiyanı evdə kim həyata keçirir?

A) Sahə tibb bacısı

B) Dezinfeksiya mərkəzinin dezinfektoru

C) Vərəm əleyhinə idarənin sahə tibb heyəti

D) Xəstələrə qulluq edən ailə üzvələri

E) Vərəməleyhinə idarənin dezinfektoru


Ədəbiyyat: Покровский В.И., Пак С.Г., Брико Н.И., Данилкин Б.К. Инфекционные болезни и эпидемиология. Москва, 2004

163) Hansı müayinəyə əsasən qarın yatalağının «tranzitor törədicigəzdirənliyi»ndən şübhələnmək lazımdır?

A) Mielokultura

B) Hemokultura

C) Bilikultura

D) Urinokultura

E) Koprokultura


Ədəbiyyat: Покровский В.И., Пак С.Г., Брико Н.И., Данилкин Б.К. Инфекционные болезни и эпидемиология. Москва, 2004

164) Təmasla yoluxma zamanı tulyaremiyanın hansı forması inkişaf edir?

A) Ağciyər

B) Bubon

C) Angioz-bubon

D) Abdominal

E) Göz-bubon


Ədəbiyyat: Покровский В.И., Пак С.Г., Брико Н.И., Данилкин Б.К. Инфекционные болезни и эпидемиология. Москва, 2004

165) Brüselyozun mövsümi yüksəlişi nə ilə bağlıdır?

A) Tərəvəzlərin yığılma mövsümünün başlanması ilə

B) Kənd təsərrüfatı heyvanlarının balalaması ilə

C) Heyvanların kütləvi ölməsi ilə

D) Yağışlar mövsümü ilə

E) Ov mövsümünün başlanması ilə


Ədəbiyyat: Покровский В.И., Пак С.Г., Брико Н.И., Данилкин Б.К. Инфекционные болезни и эпидемиология. Москва, 2004

166) Leptospirozlu xəstə heyvanların südünü qidada hansı halda istifadə etmək olar?

A) İstifadə etmək olmaz

B) Məhdudiyyətsiz istifadə etmək olar

C) Qaynatdıqdan sonra istifadə etmək olar

D) Pendir hazırlamaq üçün istifadə etmək olar

E) Qida bloklarında istifadə etmək olar


Ədəbiyyat: Покровский В.И., Пак С.Г., Брико Н.И., Данилкин Б.К. Инфекционные болезни и эпидемиология. Москва, 2004

167) Cərrahi stasionarlarda eşerixioz etiologiyalı xəstəliklərin infeksiya mənbəyi ilk növbədə nə sayılır?

A) Ətraf mühit obyektləri

B) Şöbənin xarici mühiti

C) İrinli-septiki infeksiyalı xəstələr

D) Abiotik mühit

E) Qida məhsulları


Ədəbiyyat: Покровский В.И., Пак С.Г., Брико Н.И., Данилкин Б.К. Инфекционные болезни и эпидемиология. Москва, 2004

168) Cərrahi stasionarlarda göy-yaşıl irin çöpü infeksiyasının mümkün yoluxma yolu hansıdır?

A) Su


B) Hava-damcı

C) Təmas


D) Fekal-oral

E) Qida
Ədəbiyyat: Покровский В.И., Пак С.Г., Брико Н.И., Данилкин Б.К. Инфекционные болезни и эпидемиология. Москва, 2004



169) Hansı törədicilərlə yoluxduqda irinli-septiki hospital infeksiyasında ətraf mühit rezervuar kimi iştirak edə bilər?

A) Korinobakteriyalarla

B) Plazmodiumlarla

C) Brusellalarla

D) Qızılca virusu ilə

E) Psevdomonadlarla


Ədəbiyyat: Покровский В.И., Пак С.Г., Брико Н.И., Данилкин Б.К. Инфекционные болезни и эпидемиология. Москва, 2004

170) Hospital irinli-septiki infeksiyaların ikincili əlaməti hansıdır?

A) Cərrahi müdaxilənin mürəkkəbliyi

B) Xəstənin sənəti

C) Əməliyyatdan sonrakı erkən dövrdə qanaxma

D) Xəstənin yaşı

E) Yaranın əməliyyatdan sonra ikincili sağalması


Ədəbiyyat: Покровский В.И., Пак С.Г., Брико Н.И., Данилкин Б.К. Инфекционные болезни и эпидемиология. Москва, 2004

171) Tibbi prosedurların aparılması nəticəsində baş verən infeksiyalar necə adlanır?

A) Superinfeksiya

B) Opportunist

C) Mikst-infeksiyalar

D) Yatrogen

E) Reinfeksiya


Ədəbiyyat: Tağızadə T.Ə. İzahlı epidemiologiya terminləri lüğəti. «Elm» nəhriyyatı, 1990

172) Enteroinvaziv E.coli ilə törədilən eşerixiozlar zamanı daha çox nə zədələnir?

A) Uretra

B) Nazik bağırsaq

C) Yoğun bağırsağın distal hissəsi

D) Düz bağırsaq

E) Qaraciyər


Ədəbiyyat: Покровский В.И., Пак С.Г., Брико Н.И., Данилкин Б.К. Инфекционные болезни и эпидемиология. Москва, 2004

173) İrinli-septiki infeksiya ilə yoluxma ən çox harada baş verir?

A) Stomatoloji kabinetdə

B) İnfeksion kabinetdə

C) Poliklinikada

D) Palatada

E) Əməliyyat otağında


Ədəbiyyat: Покровский В.И., Пак С.Г., Брико Н.И., Данилкин Б.К. Инфекционные болезни и эпидемиология. Москва, 2004

174) Rotavirus infeksiyası zamanı nəcis necə xarakterizə olunur?

A) Çox kütləli, pis qoxulu, köpüklü, sarı-yaşılımtıl və ya tutqun-ağ rəngli

B) Qəhvəyi, formalaşmış, qarışıqsız

C) Çoxkütləli,qara rəngli,qanla qarışıq

D) Yaşıl, bataqlıq rəngli

E) Az miqdar selikli və qanla qarışıq


Ədəbiyyat: Шляхов Э.Н. Практическая эпидемиология. Кишинев, 1983

175) Qarın yatalağının qida alovlanmaları üçün hansı əlamət səciyyəvidir?

A) Qarın yatalağının alovlanmasından əvvəl digər kəskin bağırsaq infeksiyaları ilə xəstələnmənin yüksəlməsi

B) Alovlanmanın davam etmə müddəti bir inkubasiya dövrünün maksimal müddəti ərzində sürür

C) Dezinfektantların onlara təsir etməməsi

D) Alovlanmaların əsasən endemik ərazilərdə baş verməsi

E) Mikrobların kulturalarında müxtəlif faqotiplərin aşkar edilməsi


Ədəbiyyat: Ющук Н.Д. Эпидемиология. Москва, 1993

176) El-Tor vəbasına görə endemik ərazi hansıdır?

A) İtaliya

B) Avstraliya

C) Hindistan

D) Rusiya Federasiyasının cənub regionları

E) Avropanın ayrı-ayrı ölkələri


Ədəbiyyat: Tağızadə T.Ə., Abuşov F.A., Ağayev İ.Ə.Epidemiologiyadan təcrubə məşğələlərinə dair metodiki tövsiyələr. Bakı, 1984

177) Hansı əlamət bağırsaq infeksiyalarının su alovlanmalarının xəbərdaredici əlaməti deyildir?

A) İçməli suyun bakterioloji göstəricilərinin pisləşməsi

B) Naməlum etiologiyalı kəskin bağırsaq infeksiyalarının sayının artması

C) Davamlı aydın hava

D) Leysan yağışlar

E) Su kəmərində və ya kanalizasiya şəbəkəsində qəzalar


Ədəbiyyat: Tağızadə T.Ə., Abuşov F.A., Ağayev İ.Ə.Epidemiologiyadan təcrubə məşğələlərinə dair metodiki tövsiyələr. Bakı, 1984

178) Vəbanın başlanğıc təzahürü hansıdır?

A) Dəfələrlə qusma

B) Qıcolma

C) Diareya

D) Qarında tutmaşəkilli ağrılar

E) Yüksək qızdırma


Ədəbiyyat: Tağızadə T.Ə., Abuşov F.A., Ağayev İ.Ə.Epidemiologiyadan təcrubə məşğələlərinə dair metodiki tövsiyələr. Bakı, 1984

179) Brüselyoz zamanı insan üçün daha təhlükəli infeksiya mənbəyi nədir?

A) Qoyunlar, keçilər

B) Ev quşları, donuzlar

C) Şimal maralları, keçilər

D) İnəklər, keçilər

E) Donuzlar, keçilər


Ədəbiyyat: Покровский В.И., Пак С.Г., Брико Н.И., Данилкин Б.К. Инфекционные болезни и эпидемиология. Москва, 2004

180) Taun ilə xəstə şəxsdən insanların yoluxması hansı klinik formalarda mümkündür?

A) Tranzitor

B) Bağırsaq

C) Xronik

D) Kəskin

E) Ağciyər


Ədəbiyyat: Ющук Н.Д. Эпидемиология. Москва, 1993

181) Taun törədicisi heyvanlar arasında hansı yollarla ötürülür?

A) Torpaq vasitəsilə

B) Təmas, qida

C) Qida, su

D) Canlı keçiricilərlə

E) Su, təmas


Ədəbiyyat: Покровский В.И., Пак С.Г., Брико Н.И., Данилкин Б.К. Инфекционные болезни и эпидемиология. Москва, 2004

182) Tulyaremiya hansı xəstəliklərə aiddir?

A) Karantin

B) Təbii-ocaqlı

C) Obliqat-transmissiv

D) Antroponoz

E) Qeyri-transmissiv


Ədəbiyyat: Шляхов Э.Н. Практическая эпидемиология. Кишинев, 1983

183) Salmonelyoz keçirmiş şəxslər arasında kimlər dispanser müşahidəyə cəlb olunurlar?

A) 3 ay ərzində dekretə olunmuş qruplara aid olan rekonvalessentlər

B) Təmasda olanlar üzərində tibbi müşahidə

C) Bütün rekonvalessentlər ömürlük

D) Müşahidə aparılmır

E) Əhali arasında sanitar-maarifi işinin aparılması


Ədəbiyyat: Шляхов Э.Н. Практическая эпидемиология. Кишинев, 1983

184) Bağırsaq infeksiyalarının qida alovlanmaları hansı əlamətlə xarakterizə olunur?

A) Xəstələrdə törədicinin bir sero-, faqo-, biovarının aşkar edilməsi

B) Xəstəliyin atipik formalarının üstünlük təşkil etməsi

C) İnfeksiyanın tipik formalarının üstünlük təşkil etməsi

D) Xəstələrdə maksimal inkubasiya dövrünün üstünlük təşkil etməsi

E) Alovlanmanın xəbərdaredici əlamətlərinin olması


Ədəbiyyat: Шляхов Э.Н. Практическая эпидемиология. Кишинев, 1983

185) Obliqat zoonoz infeksiya hansıdır?

A) Psevdovərəm

B) Qarın yatalağı

C) Kampilobaktreioz

D) Antroponoz

E) Şigelyoz


Ədəbiyyat: Шляхов Э.Н. Практическая эпидемиология. Кишинев, 1983

186) Hansı xəstəlik heyvanların südü ilə insanlara keçirilir?

A) Exinokokkoz

B) Brüselyoz

C) Botulizm

D) Difteriya

E) Salmonelyoz


Ədəbiyyat: Шляхов Э.Н. Практическая эпидемиология. Кишинев, 1983

187) Tulyaremiyanın törədicisi hansı növə aiddir?

A) Borreliyalara

B) Pasterellalara

C) Yersiniyalara

D) Fransisellalara

E) Eşerixiyalara


Ədəbiyyat: Шляхов Э.Н. Практическая эпидемиология. Кишинев, 1983

188) Səpgili yatalağın spesifik profilaktikası nə ilə aparılır?

A) Antirabik vaksinlə

B) İnterferonla

C) Anatoksinlə

D) Antitoksik zərdabla

E) Diri vaksinlə


Ədəbiyyat: Шляхов Э.Н. Практическая эпидемиология. Кишинев, 1983

189) Tulyaremiya infeksiyasının əsas mənbəyi nədir?

A) Vəhşi heyvanlar

B) Gəmiricilər

C) Quşlar

D) Ev heyvanları

E) Hidrobiontlar


Ədəbiyyat: Шляхов Э.Н. Практическая эпидемиология. Кишинев, 1983

190) Hansı qrup şəxslər tulyaremiya ilə yüksək xəstələnmə riskinə məruz qalır?

A) Tikinti fəhlələri

B) İt sahibləri

C) Tarla işlərində məşğul olan şəxslər

D) Dənizçilər

E) Müəllimlər


Ədəbiyyat: Шляхов Э.Н. Практическая эпидемиология. Кишинев, 1983

191) Təbii ocaqlarda tulyaremiyadan fərdi qorunmanın əsas vasitəsi hansıdır?

A) Repellentlərin tətbiqi

B) Antibiotiklərin işlədilməsi

C) Vaksinoprofilaktika

D) Ağcaqanadəleyhinə qoruyucu torlar və kostyumların işlədilməsi

E) Kamera dezinfeksiyası


Ədəbiyyat: Покровский В.И., Пак С.Г., Брико Н.И., Данилкин Б.К. Инфекционные болезни и эпидемиология. Москва, 2004

192) Tulyaremiya zamanı vaksinoprofilaktika nə ilə həyata keçirilir?

A) Kimyəvi vaksinlə

B) Öldürülmüş vaksinlə

C) Anatoksinlə

D) Diri vaksinlə

E) Bakteriofaqla


Ədəbiyyat: Покровский В.И., Пак С.Г., Брико Н.И., Данилкин Б.К. Инфекционные болезни и эпидемиология. Москва, 2004

193) Sarı qızdırmanın profilaktikası üzrə əsas tədbir hansıdır?

A) Deratizasiya

B) Dezinseksiya

C) Faqoprofilaktika

D) Cari dezinfeksiya

E) Dezinfeksiya


Ədəbiyyat: Шляхов Э.Н. Практическая эпидемиология. Кишинев, 1983

194) Sapronozların törədicilərinin rezervuarı nədir?

A) Həşəratlar

B) Qida məhsulları

C) Torpaq

D) İstiqanlı heyvanlar

E) İnsan
Ədəbiyyat: Зуева Л.П., Яфаев Р.Х. Эпидемиология. Санкт-Петербург, 2006



195) «Həqiqi» sapronozlar hansılardır?

A) Malyariya

B) Vərəm

C) Leptospirozlar

D) Brusellyoz

E) Legionelyozlar


Ədəbiyyat: Зуева Л.П., Яфаев Р.Х. Эпидемиология. Санкт-Петербург, 2006

196) Xəstəxanadaxili infeksiyaların törədiciləri nə ola bilər?

A) Yalnız şərti-patogen ştamlar

B) Yalnız saprofitlər

C) Yalnız antroponozların törədiciləri

D) Yalnız zoonozların törədiciləri

E) Yalnız sapronozların törədiciləri


Ədəbiyyat: Зуева Л.П., Яфаев Р.Х. Эпидемиология. Санкт-Петербург, 2006

Yüklə 1,35 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   14




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin