Epidemiologiya ixtisası üzrə nümunəvi test sualları Epidemiologiya, İmmunoprofilaktika


) Xəstəxanadaxili infeksiyalarla xəstələnmənin artmasına nə təsir etmir?



Yüklə 1,35 Mb.
səhifə4/14
tarix17.11.2018
ölçüsü1,35 Mb.
#84118
1   2   3   4   5   6   7   8   9   ...   14

197) Xəstəxanadaxili infeksiyalarla xəstələnmənin artmasına nə təsir etmir?

A) Çoxprofilli stasionarların tikintisi

B) Stasionarlarda sanitar-gigiyenik və əksepidemik rejimin pozulması

C) Antibiotiklərin nəzarətsiz geniş tətbiqi

D) «Hospital» ştamların əmələ gəlməsi

E) Əməliyyatlar üçün birdəfəlik sistemlərin işlədilməsi


Ədəbiyyat: Зуева Л.П., Яфаев Р.Х. Эпидемиология. Санкт-Петербург, 2006

198) Sapronozların zoofil qrupuna hansı xəstəlik daxildir?

A) Qara yara

B) Qarın yatalağı

C) Qızılca

D) Vəba

E) Qrip
Ədəbiyyat: Шляхов Э.Н. Практическая эпидемиология. Кишинев, 1983



199) Legionellaların rezervuarı nədir?

A) Buğumayaqlılar

B) Heyvanlar

C) İnsan


D) Birhüceyrəli akvabiontlar

E) Birələr


Ədəbiyyat: Покровский В.И., Пак С.Г., Брико Н.И., Данилкин Б.К. Инфекционные болезни и эпидемиология. Москва, 2004

200) Göyöskürək zamanı vaksinoprofilaktikanın aparılması zərurəti hər şeydən əvvəl hansı göstəricinin səviyyəsi ilə şərtlənir?

A) Dispanserizasiya olunmuşların sayı ilə

B) İqtisadi zərərin miqdarı ilə

C) Ölüm göstəricisinin səviyyəsi ilə

D) Peyvənd olunmamış uşaqların sayı ilə

E) Əlilliyin sayı ilə


Ədəbiyyat: Шляхов Э.Н. Практическая эпидемиология. Кишинев, 1983

201) Ekspress-diaqnostika üçün spesifik indikasiyanın aparılması zamanı nə istifadə olunur?

A) Kato üsulu

B) İmmunoferment analiz

C) Duru qidalı mühitlərə əkmə

D) Bərk qidalı mühitlərə əkmə

E) Fotometrik analiz


Ədəbiyyat: Шляхов Э.Н. Практическая эпидемиология. Кишинев, 1983

202) A virus hepatiti ilə xəstə nə zaman təhlükəli deyildir?

A) İnkubasiya dövrünün son 7 günü

B) Heç zaman

C) İnkubasiya dövrünün əvvəlində

D) Prodromal dövr ərzində

E) İnkubasiya dövrünün son 10 günü


Ədəbiyyat: Шляхов Э.Н. Практическая эпидемиология. Кишинев, 1983

203) Legionella pneumophilla ilə törədilən legionelyoz niyə xüsusi təhlükəli infeksiyalara aid edilir?

A) Beynəlxalq sanitariya qaydalarının şamil olunduğu xəstəliklər qrupuna daxildir

B) Hava-damcı infeksiyaları qrupuna daxildir

C) Yüksək letallığa malikdir

D) Karantin xəstəlikləri qrupuna daxildir

E) İnsandan insana keçmək xüsusiyyətinə malikdir


Ədəbiyyat: Зуева Л.П., Яфаев Р.Х. Эпидемиология. Санкт-Петербург, 2006

204) İnsanın legionelyozla yoluxması hansı yolla baş verir?

A) Qansoran buğumayaqlıların dişləməsi zamanı

B) Qidada kifayət dərəcə termiki işlənməmiş hidrobiontların istifadəsi zamanı

C) Su vasitəsilə

D) Hava-damcı yolu ilə

E) Canlı keçiricilər vasitəsilə


Ədəbiyyat: Зуева Л.П., Яфаев Р.Х. Эпидемиология. Санкт-Петербург, 2006

205) Hospitaldankənar legionelyozun (qeyri-texnogen) mövsümiliyi hansı dövrə düşür?

A) Yaz-yay

B) Yay-payız

C) Qış


D) Payız-qış

E) Qış-yaz


Ədəbiyyat: Зуева Л.П., Яфаев Р.Х. Эпидемиология. Санкт-Петербург, 2006

206) Legionelyozlar zamanı əsas profilaktik tədbir hansıdır?

A) Kondensionerlərdə havanın müntəzəm təmizlənməsi

B) Suyun zərərsizləşdirilməsi

C) Vaksinoprofilaktika

D) Antibiotikoprofilaktika

E) Təcili profilaktika


Ədəbiyyat: Зуева Л.П., Яфаев Р.Х. Эпидемиология. Санкт-Петербург, 2006

207) Opistorxozla yoluxma nəyin istifadəsi zamanı baş verir?

A) Balığın

B) Molyuskların

C) Ev quşlarının

D) Göyərçinlərin

E) Xərçəngkimilərin


Ədəbiyyat: Çobanov R.Ə., Jəlilova S.A. İnsan helmintozları. Bakı-Elm-1997

208) Fassiolyozların törədicilərinin aralıq sahibi nədir?

A) Suda-quruda yaşayanlar

B) Balıqlar

C) Xərçəngkimilər

D) Quşlar

E) Şirin sularda yaşayan molyusklar


Ədəbiyyat: Çobanov R.Ə., Jəlilova S.A. İnsan helmintozları. Bakı-Elm-1997

209) Enterobioz zamanı birincili yoluxma amili hansıdır?

A) Oyuncaqlar

B) Əllər

C) Toz


D) Su

E) Qida məhsulları


Ədəbiyyat: Генис Д.Е. Медицинская паразитология. Москва «Медицина

210) Enterobioz zamanı yoluxma adətən nə vaxt baş verir?

A) Yay-payız dövründə

B) Yaz-yay dövründə

C) Bütün il boyu

D) Qışda

E) Payız aylarında


Ədəbiyyat: Генис Д.Е. Медицинская паразитология. Москва «Медицина

211) Endemik səpgili yatalağın törədicisi nədir?

A) Muzer rikketsiyaları

B) Salmonellalar

C) Spiroxetlər

D) Provaçek rikketsiyaları

E) Bernet rikketsiyaları


Ədəbiyyat: Покровский В.И., Пак С.Г., Брико Н.И., Данилкин Б.К. Инфекционные болезни и эпидемиология. Москва, 2004

212) Brill–Sinser xəstəliyini nə törədir?

A) Muzer rikketsiyaları

B) Bernet rikketsiyaları

C) Provaçek rikketsiyaları

D) Salmonellalar

E) Spiroxetlər


Ədəbiyyat: Покровский В.И., Пак С.Г., Брико Н.И., Данилкин Б.К. Инфекционные болезни и эпидемиология. Москва, 2004

213) Su mənbələrinin hansı tipində virus A hepatitinin yayılmasında su amilinin rolu azalır?

A) Zərərsizləşdirilməmiş torpaq suları

B) Zərərsizləşdirilməyən artezian suyu

C) Yeraltı quyu suyu

D) Sutəmizləyici stansiyada tam təmizlənmiş və zərərsizləşdirilmiş səthi sular

E) Zərərsizləşdirilmiş torpaq suları


Ədəbiyyat: Шляхов Э.Н. Практическая эпидемиология. Кишинев, 1983

214) Hansı vaksinlər qarayara xəstəliyinin spesifik profilaktikasında istifadə olunur?

A) STİ


B) AGDT

C) Solk


D) BCG

E) Seybin


Ədəbiyyat: Шляхов Э.Н. Практическая эпидемиология. Кишинев, 1983

215) Brüselyozun seroloji diaqnostikasında hansı reaksiya işlədilir?

A) Askoli

B) Rayt reaksiyası

C) Vidal

D) Vasserman

E) Termopresipitasiya reaksiyası


Ədəbiyyat: Tağızadə T.Ə., Abuşov F.A., Ağayev İ.Ə.Epidemiologiyadan təcrubə məşğələlərinə dair metodiki tövsiyələr. Bakı, 1984

216) Rayt aqqlütinasiya reaksiyası hansı xəstəliyin diaqnostikasında istifadə olunur?

A) Qarayara

B) Taun

C) Dizenteriya



D) Brüselyoz

E) Tulyaremiya


Ədəbiyyat: Шляхов Э.Н. Практическая эпидемиология. Кишинев, 1983

217) Jenner tərəfindən yaradılan vaksinlər nə ilə əlamətdardır?

A) Mikrobiologiyanin paster dövrünə aiddir

B) Kimyəvi eksperimentlərin nəticəsidir

C) Laborator heyvanlarn üzərində aparılan təcrübənin nəticəsidir

D) Təbii çiçəyə qarşı vaksinasiya ilə əlamətdardır

E) Quduzluğa qarşı mübarizəyə imkan verdi


Ədəbiyyat: Tağızadə T.Ə., Abuşov F.A., Ağayev İ.Ə.Epidemiologiyadan təcrubə məşğələlərinə dair metodiki tövsiyələr. Bakı, 1984

218) Quduzluğa qarşı vaksin ilk dəfə kim tərəfindən yaradılıb?

A) N.Qamaleya

B) P.Kox

C) L.Meçnikov

D) Samoyloviç

E) L.Paster


Ədəbiyyat: Tağızadə T.Ə., Abuşov F.A., Ağayev İ.Ə.Epidemiologiyadan təcrubə məşğələlərinə dair metodiki tövsiyələr. Bakı, 1984

219) Robert Kox nəyi kəşf edib?

A) Mikroskopu

B) Vərəm törədicisini

C) Quduzluğa qarşı vaksini

D) Qara yaraya qarşı vaksini

E) Qıcqırma və çürümənin təbiətini açıqlayıb


Ədəbiyyat: Tağızadə T.Ə., Abuşov F.A., Ağayev İ.Ə.Epidemiologiyadan təcrubə məşğələlərinə dair metodiki tövsiyələr. Bakı, 1984

220) Peyvəndlərin planlı şəkildə aparılmasının vacibliyi hansı sənədlə müəyyən olunur?

A) Qeydiyyat jurnalı ilı

B) Peyvənd kartası ilə

C) Epidemioloji göstərişlərə görə

D) Təcili profilaktika ilə

E) Azərbaycan Resupblikası Səhiyyə Nazirliyinin göstərişi ilə


Ədəbiyyat: Tağızadə T.Ə., Abuşov F.A., Ağayev İ.Ə.Epidemiologiyadan təcrubə məşğələlərinə dair metodiki tövsiyələr. Bakı, 1984

221) Vaksin preparatlarına adyuvantlar hansı məqsədlə əlavə olunur?

A) Termolabilliyin artırılması üçün

B) Stabilliyin artırılması üçün

C) Sterilliyin artırılması üçün

D) Zərərsizliyin azaldılması üçün

E) Reaktogenliyin azaldılması üçün


Ədəbiyyat: Tağızadə T.Ə., Abuşov F.A., Ağayev İ.Ə.Epidemiologiyadan təcrubə məşğələlərinə dair metodiki tövsiyələr. Bakı, 1984

222) ÜST-ün genişləndirilmiş immunizasiya proqramı aşağıdakı infeksiyalardan hansına qarşı mübarizəyə yönəldilməmişdir?

A) Poliomielit

B) Tetanus

C) Vərəm


D) Qızılca

E) Qarın yatalağı


Ədəbiyyat: Шляхов Э.Н. Практическая эпидемиология. Кишинев, 1983

223) Brüsellin, tulyarin, tuberkulin nə məqsədlə istifadə olunur?

A) Orqanizmin allergiyasını aşkar etmək üçün

B) Antibiotik kimi

C) Passiv immunlaşdırma üçün

D) Aktiv immunlaşdırma üçün

E) Müalicə üçün


Ədəbiyyat: Покровский В.И. Медицинская микробиология. Москва, 1998

224) İmmunlaşdırmanın epidemioloji effektivliyi nəyə əsasən qiymətləndirilir?

A) Xəstəliyin dövriliyinə əsasən

B) Xəstələnmənin yaş xüsusiyyətlərinin dəyişməsinə əsasən

C) İmmunlaşdırılmamış şəxslərlə müqayisədə immunlaşdırılmış şəxslərdə xəstələnmənin azalmasına əsasən

D) Sosial şəraitlərin dəyişməsinə əsasən

E) Əhalinin peşə tərkibinin dəyişməsinə əsasən


Ədəbiyyat: Tağızadə T.Ə., Abuşov F.A., Ağayev İ.Ə.Epidemiologiyadan təcrubə məşğələlərinə dair metodiki tövsiyələr. Bakı, 1984

225) Tur şəklində keçirilən immunlaşdırma nədir?

A) Təcili immunoprofilaktika

B) Müvəqqəti immunoprofilaktika

C) Epidemik göstərişə görə həyata keçirilən profilaktika

D) Peyvənd təqvimi əsasında həyata keçirilən profilaktika

E) Planlı immunoprofilaktika


Ədəbiyyat: Ющук Н.Д. Эпидемиология. Москва, 1993.

226) Aktiv təbii immunitet necə qazanılır?

A) Xəstəlik keçirməklə

B) İmmunoqlobulinlərin yeridilməsi ilə

C) Zərdabları yeritməklə

D) Vaksinləri yeritməklə

E) Antibiotiklərin istifadəsi ilə


Ədəbiyyat: Tağızadə T.Ə., Abuşov F.A., Ağayev İ.Ə.Epidemiologiyadan təcrubə məşğələlərinə dair metodiki tövsiyələr. Bakı, 1984

227) Aktiv süni immunitet necə qazanılır?

A) Bakteriofaqların tətbiq edilməsilə

B) İmmunoqlobulinlərin təsirindən

C) Antibiotiklərin istifadəsi ilə

D) Canlı vaksinlərin təsirindən

E) Xəstələnmə nəticəsində


Ədəbiyyat: Tağızadə T.Ə., Abuşov F.A., Ağayev İ.Ə.Epidemiologiyadan təcrubə məşğələlərinə dair metodiki tövsiyələr. Bakı, 1984

228) Passiv süni immunitet necə qazanılır?

A) Xəstəlik keçirdikdən sonra

B) Vaskinlərin təsirindən

C) Dölün cift vasitəsilə anadan anticisimləri alması nəticəsində

D) Homoloji immunoqlobulinin təsirindən

E) Plazmanın təsirindən


Ədəbiyyat: Tağızadə T.Ə., Abuşov F.A., Ağayev İ.Ə.Epidemiologiyadan təcrubə məşğələlərinə dair metodiki tövsiyələr. Bakı, 1984

229) İmmunoprofilaktika vasitələri ilə idarə olunan infeksiyalara hansılar aiddir?

A) Salmonelyoz , skarlatina, məxmərək

B) Səpgili yatalaq, difteriya, vərəm

C) Difteriya, tetanus, qızılca

D) Zonne şiqelyozu, qrip, vərəm

E) Qarın yatalağı, tetanus, qızılca


Ədəbiyyat: Зуева Л.П., Яфаев Р.Х. Эпидемиология. Санкт-Петербург, 2006

230) İdarə olunmayan infeksiyalara hansılar aiddir ?

A) Vərəm, epidemik parotit

B) Salmonelyoz, Zonne şiqelyozu

C) Qızılca, vərəm

D) Poliomielit, vərəm

E) Epidemik parotit, qızılca


Ədəbiyyat: Зуева Л.П., Яфаев Р.Х. Эпидемиология. Санкт-Петербург, 2006

231) Təbii passiv immunitet nədən sonra yaranır?

A) Törədicigəzdirənlikdən sonra

B) Zərdabların yeridilməsindən sonra

C) Qamma-qlobulin yeridildikdən sonra

D) Keçirilmiş infeksiyadan sonra

E) Anticisimlərin anadan dölə transplasentar ötürülməsindən sonra


Ədəbiyyat: Tağızadə T.Ə., Abuşov F.A., Ağayev İ.Ə.Epidemiologiyadan təcrubə məşğələlərinə dair metodiki tövsiyələr. Bakı, 1984

232) İmmunoprofilatika məqsədilə nə istifadə edilmir?

A) Anatoksinlər

B) İmmun zərdablar

C) Vaksinlər

D) İmmunomodulyatorlar

E) İmmunoqlobulin preparatları


Ədəbiyyat: Зуева Л.П., Яфаев Р.Х. Эпидемиология. Санкт-Петербург, 2006

233) Soyuq zəncir sisteminə nə daxildir?

A) Xüsusi hazırlanmış heyət, soyuducu avadanlıq və temperatur rejiminin gözlənilməsi üzərində nəzarət sistemi

B) Soyuducu avadanlıq və orada saxlanan vaksinlər

C) Xüsusi hazırlanmış heyət

D) Xüsusi hazırlanmış heyət, soyuducu avadanlıq və orada saxlanan vaksinlər

E) Soyuducu avadanlıq və temperatur rejiminin gözlənilməsi üzərində nəzarət sistemi


Ədəbiyyat: Зуева Л.П., Яфаев Р.Х. Эпидемиология. Санкт-Петербург, 2006

234) İmmun təbəqənin həcmi nə ilə müəyyən olunur?

A) Peyvənd olunmuş şəxslərin sayı

B) Xəstələrin sayı ilə

C) Yalnız təbii gərgin immuniteti olan şəxslərin sayı

D) Əmələ gəlmə üsulundan asılı olmayaraq immunitetin mövcud olması ilə

E) Yalnız süni gərgin immuniteti olan şəxslərin sayı


Ədəbiyyat: Ющук Н.Д. Эпидемиология. Москва, 1993.

235) İmmunoprofilaktika vasitələri ilə idarə olunan infeksiya hansıdır?

A) Qeyri-həqiqi göyöskürək

B) İnfeksion mononukleoz

C) Qızılca

D) Adenovirus infeksiyası

E) Salmonelyoz


Ədəbiyyat: Ющук Н.Д. Эпидемиология. Москва, 1993.

236) Pediatriya sahəsində uşaq poliklinikasının peyvənd təqvimini kim tərtib edir ?

A) Sahə pediatrı

B) Baş həkim

C) Poliklinikanın baş həkiminin müavini

D) Poliklinikanın baş tibb bacısı

E) Həkim epidemioloq


Ədəbiyyat: Tağızadə T.Ə., Abuşov F.A., Ağayev İ.Ə.Epidemiologiyadan təcrubə məşğələlərinə dair metodiki tövsiyələr. Bakı, 1984

237) Uşaq əhalisinin siyahıya alınması nə vaxt aparılır?

A) 10 ildən bir

B) İldə 2 dəfə

C) 2 ildən bir

D) İldə 1 dəfə

E) 5 ildən bir


Ədəbiyyat: Шляхов Э.Н. Практическая эпидемиология. Кишинев, 1983.

238) İmmun sisteminin mərkəzi orqanı hansıdır?

A) Timus


B) Bağırsaq

C) Böyrəklər

D) Dalaq

E) Limfatik düyünlər


Ədəbiyyat: Петров Р.В. Иммунология. Москва, 1982

239) Lipopolisaxaridlər (LPS) nədir?

A) Vaksinlərdir

B) Anticisimlərdir

C) Fermentlərdir

D) Endotoksinlərdir

E) Anatoksinlərdir


Ədəbiyyat: Петров Р.В. Иммунология. Москва, 1982

240) Vaksin nədir?

A) Anticisimlərdir

B) İmmun zərdabdır

C) Mikrobların öldürülmüş və ya zəiflədilmiş kulturasıdır

D) Ekzotoksindir

E) Antitoksik zərdabdır


Ədəbiyyat: Tağızadə T.Ə., Abuşov F.A., Ağayev İ.Ə.Epidemiologiyadan təcrubə məşğələlərinə dair metodiki tövsiyələr. Bakı, 1984

241) Anatoksin nədir?

A) Endotoksindir

B) Zərərsizləşdirilmiş ekzotoksindir

C) Histotoksindir

D) LPS

E) Ekzotoksindir


Ədəbiyyat: Ющук Н.Д. Эпидемиология. Москва, 1993

242) Aşağıda sadalanan vaksinlərdən hansı öldürülmüş vaksinlərə aiddir?

A) Difteriyaya qarşı vaksin

B) Qızılcaya qarşı vaksin

C) Məxmərəyə qarşı vaksin

D) Vərəm əleyhinə vaksin

E) «b» hemofil çöplər tərəfindən törədilən xəstəliklərə qarşı vaksin


Ədəbiyyat: Ющук Н.Д. Эпидемиология. Москва, 1993

243) Hansı yaşlarda AGDT vaksinini vurmaq olar?

A) 2 aylıqdan 3 yaşadək

B) 1 aylıqdan

C) Yenidoğulmuşlara

D) İstənilən yaşda

E) 6 yaşdan sonra


Ədəbiyyat: Ющук Н.Д. Эпидемиология. Москва, 1993

244) Öldürülmüş vaksinlər bədənin hansı yerinə vurulur?

A) Qol əzələsinin yuxarı hissəsinə və ya bud əzələsinin bayır səthinə

B) Qol əzələsinə

C) Kürəkaltı əzələyə

D) Ön qarın əzələsinə

E) Sağrı əzələsinə


Ədəbiyyat: Ющук Н.Д. Эпидемиология. Москва, 1993

245) Qızılca əleyhinə vaksin necə vurulur?

A) Peroral

B) Dəridaxili

C) İntranazal

D) Dərialtı

E) Əzələdaxili


Ədəbiyyat: Ющук Н.Д. Эпидемиология. Москва, 1993


246) Hansı halda birdəfəlik şprisləri təkrar işlətmək olar?

A) Vaksini həll etmək üçün

B) 2 yaşdan yuxarı uşaqları immunlaşdırmaq üçün

C) Eyni peyvəndləri işlətmək üçün

D) Heç vaxt işlətmək olmaz

E) Eyni bir şəxsə təkrar peyvənd zamanı


Ədəbiyyat: Ющук Н.Д. Эпидемиология. Москва, 1993

247) Steril şpris və iynələrin hansı hissələrinə əllə toxunmaq olmaz?

A) Porşenin tutacağına

B) Şprisin silindrinə

C) İynənin ucuna

D) Sprisin iynə taxılan hissəsinə

E) Porşenin başına


Ədəbiyyat: Ющук Н.Д. Эпидемиология. Москва, 1993

248) Göyöskürəyin spesifik profilaktikasında nədən istifadə olunur?

A) Bakteriofaq

B) STİ vaksini

C) ADT vaksini

D) Eyberq-Qayski vaksini

E) AGDT vaksini


Ədəbiyyat: Tağızadə T.Ə., Abuşov F.A., Ağayev İ.Ə.Epidemiologiyadan təcrubə məşğələlərinə dair metodiki tövsiyələr. Bakı, 1984

249) Tibb alətləri ilə hansı infeksiya ötürülür?

A) Poliomielit

B) Qızılca

C) Vərəm


D) Difteriya

E) Hepatit B


Ədəbiyyat: Ющук Н.Д. Эпидемиология. Москва, 1993

250) Beş litrlik təhlükəsiz qutuya neçə şprisli iynə yerləşir?

A) 50-yə qədər

B) 100

C) 500-dən çox



D) 250

E) 500
Ədəbiyyat: Ющук Н.Д. Эпидемиология. Москва, 1993



251) Təhlükəsiz qutuya nə atmaq olar?

A) Pambıq tamponları

B) Qablaşdırma materialları

C) Şpris və iynələri

D) Boş flakonları

E) Rezin əlcəkləri


Ədəbiyyat: Ющук Н.Д. Эпидемиология. Москва, 1993

252) Keçirilmiş virus hepatitindən sonra planlı profilaktik peyvəndlər stasionardan evə yazıldıqdan sonra nə vaxt aparılır?

A) 6 aydan sonra

B) 3 aydan sonra

C) 9 aydan sonra

D) 2 aydan sonra

E) 1 ildən sonra


Ədəbiyyat: Tağızadə T.Ə., Abuşov F.A., Ağayev İ.Ə.Epidemiologiyadan təcrubə məşğələlərinə dair metodiki tövsiyələr. Bakı, 1984

253) Qızılcaya qarşı planlı vaksinasiya nə vaxt aparılır?

A) 15-18 aylığında

B) 12 aylığında

C) Polivaksinlə birgə kombinasiyada

D) AGDT vaksini ilə eyni vaxtda

E) 2 aylığında


Ədəbiyyat: Ющук Н.Д. Эпидемиология. Москва, 1993

254) Spesifik immunitet nə zaman yaranır?

A) Vaksinasiya və revaksinasiya aparıldıqda

B) Qammaqlobulinin tətbiqi zamanı

C) Hissəvi latent immunizasiya zamanı

D) Eubiotiklərin təyin edilməsi zamanı

E) Müalicəvi zərdabların yeridilməsi zamanı


Ədəbiyyat: Ющук Н.Д. Эпидемиология. Москва, 1993

255) Leptospirozlara qarşı peyvəndlər hansı məqsədlə aparılır?

A) Təqvim planına əsasən

B) Planlı şəkildə uşaqlara

C) Təcili profilaktika məqsədilə

D) Epidgöstərişlərə əsasən

E) Planlı şəkildə bütün əhaliyə


Ədəbiyyat: Tağızadə T.Ə., Abuşov F.A., Ağayev İ.Ə.Epidemiologiyadan təcrubə məşğələlərinə dair metodiki tövsiyələr. Bakı, 1984

256) Skarlatinada immunoprofilaktika hansı preparatla aparılır?

A) Aparılmır

B) Öldürülmüş vaksinlə

C) Kimyəvi vaksinlə

D) Diri vaksinlə

E) Anatoksinlə


Ədəbiyyat: Ющук Н.Д. Эпидемиология. Москва, 1993

257) Trasnplasentar yolla ötürülən anticisimlər uşaqların əksəriyyətində nə vaxta qədər saxlanır?

A) 6 aylığına qədər

B) 1 yaşına qədər

C) 5 ilə qədər

D) 4 aylığına qədər

E) 2 aylığına qədər


Ədəbiyyat: Ющук Н.Д. Эпидемиология. Москва, 1993

258) Difteriyaya qarşı peyvəndin və digər peyvəndlərin aparılması arasındakı minimal müddət nə qədərdir ?

A) 3 ay


B) 2 həftə

C) 1 ay


D) 5 ay

E) 2 ay
Ədəbiyyat: Ющук Н.Д. Эпидемиология. Москва, 1993



259) Peyvənd kabinetində hansı vaksin preparatını eyni gündə digər peyvəndlərlə tətbiq etmək qadağan olunur?

A) Poliomielit vaksinini

B) Difteriya anatoksinini

C) BCG


D) Parotit vaksinini

E) Qızılca vaksinini


Ədəbiyyat: Шляхов Э.Н. Практическая эпидемиология. Кишинев, 1983

260) AGDT-vaksininin orqanizmə yeridilməsi üsulu necədir?

A) Peroral

B) Dəriüstü

C) Dərialtı

D) Əzələdaxili

E) Dəriiçi


Ədəbiyyat: Tağızadə T.Ə., Abuşov F.A., Ağayev İ.Ə. Epidemiologiyadan təjrübə məşğələlərinə dair metodiki tövsiyələr. Bakı, 1984.

261) Sifilisin spesifik profilaktikası necədir?

A) Diri vaksin

B) Spesifik immun zərdab

C) BCG


D) İşlənməmişdir

E) İşlənmişdir


Ədəbiyyat: Покровский В.И. Медицинская микробиология. Москва, 1998

262) Planlı vaksinasiya zamanı peyvəndlərin təşkili və aparılmasında kim iştirak edir?

A) Epidemioloq

B) Bakterioloq

C) İnfeksionist

D) Dezinfeksionist

E) Həkim-laborant


Ədəbiyyat: Tağızadə T.Ə., Abuşov F.A., Ağayev İ.Ə.Epidemiologiyadan təcrubə məşğələlərinə dair metodiki tövsiyələr. Bakı, 1984

263) Verilən siyahıda hansı vaksin inaktivasiya olunmuş vaksindir?

A) Taun vaksini

B) Poliomielit vaksini

C) Qızılca vaksini

D) Qarın yatalağı vaksini

E) BCG
Ədəbiyyat: Tağızadə T.Ə., Abuşov F.A., Ağayev İ.Ə.Epidemiologiyadan təcrubə məşğələlərinə dair metodiki tövsiyələr. Bakı, 1984



264) İnaktivasiya olunmuş vaksinlərin hazırlanması üçün vaksin ştamlarına qarşı irəli sürülən tələblər hansılardır?

A) Antigenlərin tam dəsti

B) Peyvənd olunmuş şəxsin orqanizmində çoxalma qabiliyyəti

C) Virulentliyin və patogenliyin olmaması

D) Aşağı immunogenlik

E) Yüksək virulentlik və patogenlik


Ədəbiyyat: Ющук Н.Д. Эпидемиология. Москва, 1993

265) Hansı infeksiyada diri vaksinlər işlədilmir?

A) Qızılca əleyhinə

B) Qarın yatalağı əleyhinə

C) Qrip əleyhinə

D) BCG -vaksinası

E) Taun əleyhinə


Ədəbiyyat: Tağızadə T.Ə., Abuşov F.A., Ağayev İ.Ə.Epidemiologiyadan təcrubə məşğələlərinə dair metodiki tövsiyələr. Bakı, 1984

266) Anatoksinlər profilaktika məqsədilə nə zaman istifadə olunurlar?

A) Meninqokok infeksiyasında

B) Vəbada

C) Göyöskürəkdə

D) Tetanusda

E) Qarın yatalağında


Ədəbiyyat: Ющук Н.Д. Эпидемиология. Москва, 1993

267) Orqanizm səviyyəsində süni aktiv immunitetin yaranmasına təsir göstərən amillərə nə aiddir?

A) Peyvənd təqvimi

B) İmmunizasiya üçün işlədilən preparatın saxlanma müddəti

C) Əhalinin bütün təbəqələri üçün immunbioloji preparatların münasibliyi

D) Əhalinin immunoloji statusu

E) Orqanizmin feno- və genotipik xüsusiyyətləri


Ədəbiyyat: Ющук Н.Д. Эпидемиология. Москва, 1993

268) AGDT vaksininin reaktogenliyi hansı komponentlə bağlıdır?

A) Heç biri ilə

B) Difteriya

C) Bütün komponentlərlə

D) Tetanus

E) Göyöskürək


Ədəbiyyat: Ющук Н.Д. Эпидемиология. Москва, 1993

Yüklə 1,35 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   14




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin