Epidemiologiya ixtisası üzrə nümunəvi test sualları Epidemiologiya, İmmunoprofilaktika


) Quduzluq əleyhinə vaksin nə zaman yeridilmir?



Yüklə 1,35 Mb.
səhifə5/14
tarix17.11.2018
ölçüsü1,35 Mb.
#84118
1   2   3   4   5   6   7   8   9   ...   14

269) Quduzluq əleyhinə vaksin nə zaman yeridilmir?

A) II dərəcəli hipertoniya xəstəliyində

B) Hidrofobiya ilə xəstələndikdə

C) Qızılca əleyhinə vaksinasiyadan sonra

D) Hamiləlik zamanı

E) Naməlum it dişlədikdən 15 gün sonra zərərçəkmiş şəxs yardım üçün müraciət etdikdə


Ədəbiyyat: Покровский В.И., Пак С.Г., Брико Н.И., Данилкин Б.К. Инфекционные болезни и эпидемиология. Москва, 2004.

270) BCG vaksininin yeridilmə üsulu necədir?

A) Venadaxili

B) Əzələdaxili

C) Dəriiçi

D) Peroral

E) Dəriüstü


Ədəbiyyat: Tağızadə T.Ə., Abuşov F.A., Ağayev İ.Ə. Epidemiologiyadan təjrübə məşğələlərinə dair metodiki tövsiyələr. Bakı, 1984.

271) Aktiv immunitetin yaradılmasında üçün hansı preparatlardan istifadə olunur?

A) Antibiotiklər

B) Spesifik zərdab

C) Sulfanilamidlər

D) Vaksinlər

E) Bakteriofaqlar


Ədəbiyyat: Tağızadə T.Ə., Abuşov F.A., Ağayev İ.Ə.Epidemiologiyadan təcrubə məşğələlərinə dair metodiki tövsiyələr. Bakı, 1984

272) Peyvənd işi üzrə hazırlanmış hesabata hansı xəstəlik haqqında məlumatlar daxil edilir ?

A) Qarın yatalağı

B) Difteriya

C) Hepatit C

D) Dizenteriya

E) Salmonelyoz


Ədəbiyyat: Tağızadə T.Ə., Abuşov F.A., Ağayev İ.Ə.Epidemiologiyadan təcrubə məşğələlərinə dair metodiki tövsiyələr. Bakı, 1984

273) Qızılcanın profilaktikasında hansı növ vaksinlər işlədilir?

A) Kimyəvi

B) Anatoksin

C) Bakteriofaq

D) Diri

E) Ödürülmüş


Ədəbiyyat: Tağızadə T.Ə., Abuşov F.A., Ağayev İ.Ə.Epidemiologiyadan təcrubə məşğələlərinə dair metodiki tövsiyələr. Bakı, 1984

274) Vaksinin öyrənilməsi zamanı ciddi nəzarət olunan epidemioloji müayinənin ən mühüm xarakterik əlaməti nədir?

A) Öyrənilən qrup vaksin alır, kontrol qrup-plasebo

B) Nə öyrənilən, nə də kontrol qrup müşahidəçini tanımırlar

C) Kontrol qrup müşahidə olunan qrup haqqında heç nə bilmir

D) Nə müşahidəçi, nə də müşahidə olunanlar bilmirlər ki, kim vaksin alıb, kim plasebo

E) Əhalinin bütün təbəqələri üçün immunbioloji preparatların münasibliyini təyin edirlər


Ədəbiyyat: Ющук Н.Д. Эпидемиология. Москва, 1993.

275) Uşaq poliklinikasında peyvənd planının tərtibi üçün lazım olan məlumat hansıdır?

A) Peyvənd kabinetin yeni tibbi avadanlıq haqqında

B) Keçirilmiş xəstəliklər haqqında

C) Uşaq əhalisinin qeydə alınması haqqında

D) Əvvəlki peyvəndlər haqqında

E) Sahə üzrə xəstələnmə haqqında


Ədəbiyyat: Ющук Н.Д. Эпидемиология. Москва, 1993.

276) Mantu sınağı qoyulduqdan sonra onun nəticəsi nə vaxt qiymətləndirilir?

A) 72 saatdan sonra

B) 2 saatdan sonra

C) 48 saatdan sonra

D) 24 saatdan sonra

E) 36 saatdan sonra


Ədəbiyyat: Tağızadə T.Ə., Abuşov F.A., Ağayev İ.Ə.Epidemiologiyadan təcrubə məşğələlərinə dair metodiki tövsiyələr. Bakı, 1984

277) Mantu sınağının nəticəsi nə zaman müsbət sayılır?

A) Hiperemiya, 2-4 mm ölçüdə infiltrat

B) İynə reaksiyası (0-1 mm)

C) İnfiltrat yoxdur

D) Hiperemiya, 5 mm və daha böyük ölçüdə infiltrat

E) Hiperemiya heç olmadıqda


Ədəbiyyat: Tağızadə T.Ə., Abuşov F.A., Ağayev İ.Ə.Epidemiologiyadan təcrubə məşğələlərinə dair metodiki tövsiyələr. Bakı, 1984

278) Difteriya əleyhinə aktiv immunitetin yaradılması məqsədilə hansı preparatlar işlədilir?

A) Bakteriofaqlar

B) Diri vaksin

C) Qammaqlobulin

D) Anatoksin

E) Kimyəvi vaksin


Ədəbiyyat: Tağızadə T.Ə., Abuşov F.A., Ağayev İ.Ə.Epidemiologiyadan təcrubə məşğələlərinə dair metodiki tövsiyələr. Bakı, 1984

279) Vaksinlərin yeridilməsinə dair göstərişlər hansılardır?

A) Postvaksinal ağırlaşmanın yaranma səbəbini aydınlaşdırmaq

B) Peyvənd materialının reaktogenliyini qiymətləndirmək

C) Vaksinlərin yeridilməsi zamanı ağırlaşmalar

D) Peyvənd olunmuş şəxsin immun statusunun səviyyəsini aydınlaşdırmaq

E) Müəyyən yaş qruplarında planlı peyvəndlər


Ədəbiyyat: Tağızadə T.Ə., Abuşov F.A., Ağayev İ.Ə.Epidemiologiyadan təcrubə məşğələlərinə dair metodiki tövsiyələr. Bakı, 1984

280) Süni aktiv immunitetin yaradılmasının mümkün olan yolu hansıdır?

A) Dezinfeksiya

B) Seroprofilaktika

C) İnfeksiya mənbəyi ilə təmasda olduqda orqanizmə törədicinin kiçik dozalarının düşməsi

D) Diri vaksinin yeridilməsi

E) Faqoprofilaktika


Ədəbiyyat: Tağızadə T.Ə., Abuşov F.A., Ağayev İ.Ə.Epidemiologiyadan təcrubə məşğələlərinə dair metodiki tövsiyələr. Bakı, 1984

281) Bezredka metodu ilə nə vurulur ?

A) Vaksinlər, immunoqlobulinlər

B) İmmunoqlobulinlər, bakteriofaqlar

C) Heteroloji zərdab, immunoqlobulinlər

D) Bakteriofaqlar , vaksinlər

E) Heteroloji zərdab, vaksinlər


Ədəbiyyat: Ющук Н.Д. Эпидемиология. Москва, 1993.

282) İmmunoprofilaktika hansı infeksiyalarda daha çox effekt verir?

A) Bağırsaq infeksiyalarında

B) Xarici örtük infeksiyalarında

C) Qeyri-infeksion xəstəliklərdə

D) Qan infeksiyalarında

E) Tənəffüs infeksiyalarında


Ədəbiyyat: Ющук Н.Д. Эпидемиология. Москва, 1993.

283) Passiv immunitet orqanizmə nəyin daxil edilməsi nəticəsində yaranır?

A) Endotoksinlərin

B) Vaksinlərin

C) Ekzotoksinlərin

D) Antigenlərin

E) Hazır anticisimlərin


Ədəbiyyat: Tağızadə T.Ə., Abuşov F.A., Ağayev İ.Ə.Epidemiologiyadan təcrubə məşğələlərinə dair metodiki tövsiyələr. Bakı, 1984

284) Antitoksik zərdabın hissəvi yeridilməsi nəyin yaranmasının qarşısını alır?

A) Histaminin yüksək konsentrasiyalarının

B) Endotoksinin

C) Hialuronidazanın

D) Plazmokoaqulazanın

E) Ekzotoksinin


Ədəbiyyat: Петров Р.В. Иммунология. Москва, 1982

285) Zərdab xəstəliyinin müalicəsi hansı preparatlarla aparılır ?

A) Antihistamin preparatları ilə

B) Fermentlərlə

C) Antibiotiklərlə

D) Sulfanilamidlərlə

E) Dezinfeksiyaedici məhlullarla


Ədəbiyyat: Покровский В.И. Медицинская микробиология. Москва, 1998

286) Tetanusun təcili profilaktikasında nə istifadə olunur?

A) OPV


B) Bakteriofaq

C) BCG


D) Antitoksik zərdab

E) Öldürülmüş vaksin


Ədəbiyyat: Tağızadə T.Ə., Abuşov F.A., Ağayev İ.Ə.Epidemiologiyadan təcrubə məşğələlərinə dair metodiki tövsiyələr. Bakı, 1984

287) Bir yaşa qədər uşaqlarda qızılcanın təcili profilaktikası zamanı hansı preparat seçim preparatı sayılır?

A) Qızılca vaksini

B) Kimyəvi preparatlar

C) Antibiotiklər

D) İnsan immunoqlobulini

E) Bakteriofaqlar


Ədəbiyyat: Ющук Н.Д. Эпидемиология. Москва, 1993.

288) Bakteriofaqların qoruyucu təsir müddəti nə qədərdir?

A) 20 gün

B) 3-5 gün

C) Bir neçə saat

D) Bir gün

E) 1 ay
Ədəbiyyat: Ющук Н.Д. Эпидемиология. Москва, 1993.



289) Orqanizmə yeridilmiş bakteriofaqın qoruyucu təsiri nə qədər saxlanılır?

A) 1 aydan artıq

B) 2 həftə

C) 2 saatdan artıq

D) 1 ay

E) 5 gün
Ədəbiyyat: Шляхов Э.Н. Практическая эпидемиология. Кишинев, 1983.



290) Klassik Borde-Janqu reaksiyası nədir?

A) İsayev–Pfeyffer fenomenidir

B) Aqqlütinasiya reaksiyasıdır

C) Passiv hemaqqlütinasiya reaksiyasıdır

D) Presipitasiya reaksiyasıdır

E) Komplementin birləşmə reaksiyasıdır


Ədəbiyyat: Покровский В.И. Медицинская микробиология. Москва, 1998.

291) Komplementin birləşmə reaksiyasının inqredienti hansıdır?

A) Makrofaqlar

B) Sulfanilamid

C) Müayinə olunan kultura

D) Anatoksin

E) Hemolitik zərdab


Ədəbiyyat: Покровский В.И. Медицинская микробиология. Москва, 1998.

292) Kumbs reaksiyası nədir?

A) Hemaqqlütinasiyanın tormozlanma reaksiyasıdır

B) Flokkulyasiya reaksiyasıdır

C) Toksinin neytrallaşdırma reaksiyasıdır

D) İsayev-Pfeyffer fenomenidir

E) Antiqlobulin testidir


Ədəbiyyat: Петров Р.В. Иммунология. Москва, 1982

293) Qarın yatalağının diaqnostikası üçün aqqlütinasiya reaksiyası ilk dəfə kim tərəfindən təklif olunub

A) Xeddelson

B) Vasserman

C) Vidal


D) Rayt

E) Pfeyffer


Ədəbiyyat: Tağızadə T.Ə., Abuşov F.A., Ağayev İ.Ə.Epidemiologiyadan təcrubə məşğələlərinə dair metodiki tövsiyələr. Bakı, 1984

294) Vasserman reaksiyası nədir?

A) Komplementin birləşmə reaksiyası

B) Flüoressensiya reaksiyası

C) Presipitasiya reaksiyası

D) Aqqlütinasiya reaksiyası

E) Flokkulyasiya reaksiyası


Ədəbiyyat: Покровский В.И., Пак С.Г., Брико Н.И., Данилкин Б.К. Инфекционные болезни и эпидемиология. Москва, 2004.

295) Vidal reaksiyası nədir?

A) Presipitasiya reaksiyası

B) flokkulyasiya reaksiyası

C) Lizis reaksiyası

D) Aqqlütinasiya reaksiyası

E) Toksinin neytrallaşma reaksiyası


Ədəbiyyat: Tağızadə T.Ə., Abuşov F.A., Ağayev İ.Ə.Epidemiologiyadan təcrubə məşğələlərinə dair metodiki tövsiyələr. Bakı, 1984

296) Vidal aqqlütinasiya reaksiyasında nə təyin edilir?

A) Komplement birləşdirən anticisimlər

B) Aqqlütininlər

C) Lizinlər

D) Antitoksinlər

E) Presipitinlər


Ədəbiyyat: Tağızadə T.Ə., Abuşov F.A., Ağayev İ.Ə.Epidemiologiyadan təcrubə məşğələlərinə dair metodiki tövsiyələr. Bakı, 1984

297) Skarlatina zamanı antitoksik immuniteti müəyyən etmək üçün hansı sınaq tətbiq olunur ?

A) Şik


B) Dik

C) Mantu


D) Bürne

E) Pirke
Ədəbiyyat: Ющук Н.Д. Эпидемиология. Москва, 1993



298) Hansı maddə lizosimə aiddir?

A) Plazmakoaqulaza

B) Asetilmuramidaza

C) Kokarboksilaza

D) Lesitinaza

E) Kollagenaza


Ədəbiyyat: Покровский В.И. Медицинская микробиология. Москва, 1998

299) Qanın bakterisid təsiri nəyə əsaslanır?

A) Antigenlərə

B) Toksinlərə

C) Viruslara

D) Mikroblara

E) Komplementə


Ədəbiyyat: Петров Р.В. Иммунология. Москва, 1982.

300) Hansı hüсeyrələr interferon ifraz edirlər?

A) Leykositlər

B) trombositlər

C) Monositlər

D) Eritrositlər

E) Viruslar


Ədəbiyyat: Петров Р.В. Иммунология. Москва, 1982.

301) Tam anticisimlər nədir?

A) Bivalent anticisimlər

B) Antitoksinlər

C) Allergenlər

D) Monovalent anticisimlər

E) Blokada edən anticisimlər


Ədəbiyyat: Петров Р.В. Иммунология. Москва, 1982.

302) Qan zərdabında anticisimlər hansı metodun köməyi ilə təyin edilir?

A) Allergik

B) Bakterioskopik

C) Bakterioloji

D) Bioloji

E) Seroloji


Ədəbiyyat: Петров Р.В. Иммунология. Москва, 1982.

303) Faqositoz hansı anticisimlərin iştirakı ilə güсlənir?

A) Opsoninlərin

B) Mieloperoksidazanın

C) Koplementi birləşdirən anticisimlərin

D) Lizinlərin

E) Presipitinlərin


Ədəbiyyat: Покровский В.И. Медицинская микробиология. Москва, 1998.

304) Anadan dölə сift vasitəsilə keçən immunoqlobulinlər hansılardır?

A) İgD


B) İgA

C) İgG


D) İgE

E) İgM
Ədəbiyyat: Ющук Н.Д. Эпидемиология. Москва, 1993



305) Mikroorqanizmlərin patogenlik fermenti hansıdır?

A) Hidrolaza

B) Katalaza

C) Plazmokoaqulaza

D) Oppsonin

E) Reduktaza


Ədəbiyyat: Петров Р.В. Иммунология. Москва, 1982

306) Faqositozun mərhələlərinə nə aiddir?

A) Adgeziya

B) Bakteriemiya

C) Kolonizasiya

D) Toksinemiya

E) İnvaziya


Ədəbiyyat: Петров Р.В. Иммунология. Москва, 1982

307) Mikroorqanizmlərin antigeni hansıdır?

A) İzoantigen

B) Autoatigen

C) RNT


D) O-antigen

E) DNT
Ədəbiyyat: Петров Р.В. Иммунология. Москва, 1982



308) Humoral immun cavab üçün nə xarakterdir?

A) Virusların tanınması

B) İmmunoqlobulinlərin sintezi

C) Toksinlərin ifrazı

D) Antigenlərin ifrazı

E) T – limfositlərin ifrazı


Ədəbiyyat: Петров Р.В. Иммунология. Москва, 1982

309) İmmun iltihabın hüceyrə reaksiyasının inkişafında hansı hüceyrələr iştirak edir?

A) Toksinlər

B) Makrofaqlar

C) İmmunoqlobulinlər

D) Trombositlər

E) Eritrositlər


Ədəbiyyat: Ющук Н.Д. Эпидемиология. Москва, 1993

310) Kimyəvi tərkibinə görə immunoqlobulinlər hansı qrupa aiddir?

A) Albuminlərə

B) Qamma-qlobulinlərə

C) Ekzotoksinlərə

D) Polisaxaridlərə

E) Alfa-qlobulinlərə


Ədəbiyyat: Покровский В.И. Медицинская микробиология. Москва, 1998

311) İmmunoqlobulinlərin hansı sinifləri var?

A) Z, F


B) H, G

C) K, A


D) A, M

E) J , G
Ədəbiyyat: Покровский В.И. Медицинская микробиология. Москва, 1998



312) İmmunoqlobulinlərin sinfi hansı metodla təyin edilir?

A) Rayt


B) Vidal

C) Borde–Janqu

D) Vasserman

E) Mançini


Ədəbiyyat: Петров Р.В. Иммунология. Москва, 1982.

313) Desensibilizasiya metodunu kim təklif edib?

A) Vidal


B) Pfeyffer

C) Bezredka

D) Rayt

E) Meçnikov


Ədəbiyyat: Tağızadə T.Ə., Abuşov F.A., Ağayev İ.Ə.Epidemiologiyadan təcrubə məşğələlərinə dair metodiki tövsiyələr. Bakı, 1984

314) E sinfinə aid olan immunoqlobulinlər nəcə adlanır?

A) Presipitinlər

B) Reaginlər

C) antitoksinlər

D) Aqqlütininlər

E) Tropinlər


Ədəbiyyat: Петров Р.В. Иммунология. Москва, 1982

315) İlkin immun cavab hansı immunoqlobulinlərin əmələ gəlməsi ilə xarakterizə olunur?

A) İgA


B) İgD

C) İgG


D) İgE

E) İgM
Ədəbiyyat: Покровский В.И. Медицинская микробиология. Москва, 1998



316) Anticisimlər nədir?

A) Makrofaqlar

B) Autoantigenlər

C) T-limfositlər

D) İmmunoqlobulinlər

E) İzoantigenlər


Ədəbiyyat: Покровский В.И. Медицинская микробиология. Москва, 1998

317) Natamam antigenlər başqa cür necə adlanır ?

A) Anatoksinlər

B) Mikrofaqlar

C) İzoantigenlər

D) Autoantigenlər

E) Haptenlər


Ədəbiyyat: Петров Р.В. Иммунология. Москва, 1982

318) Ağız boşluğunun qeyri-spesifik müdafiə amilinə hansı aiddir?

A) Ptialin

B) Lesitinaza

C) Amilaza

D) Albumin

E) Lizosim


Ədəbiyyat: Покровский В.И. Медицинская микробиология. Москва, 1998

319) Yerli immunitetdə başlıca rolu nə oynayır?

A) İg D


B) İg E

C) İg G


D) İg A

E) İg M
Ədəbiyyat: Покровский В.И. Медицинская микробиология. Москва, 1998



320) İlya İliç Meçnikov nəyi kəşf edib?

A) Vəba vibrionunu kəşf edib

B) Qıcqırma və çürümənin təbiətini kəşf edib

C) Vərəm törədicisini kəşf edib

D) Laborator praktikada qidalı mühitləri tətbiq edib

E) İmmunitetin faqositar nəzəriyyəsini yaradıb


Ədəbiyyat: Tağızadə T.Ə., Abuşov F.A., Ağayev İ.Ə.Epidemiologiyadan təcrubə məşğələlərinə dair metodiki tövsiyələr. Bakı, 1984

321) Poliomielitlə xəstələnmənin ilk günlərində hansı anticisimlər birinci əmələ gəlirlər?

A) İgA və İgM

B) İgM

C) İgG


D) İgA

E) İgM və İgG


Ədəbiyyat: Петров Р.В. Иммунология. Москва, 1982

322) Selikli qişaların üzərində yaranmış yerli humoral immunitet nə ilə şərtlənir ?

A) İgD


B) İgM

C) İgA


D) İgE

E) İgG
Ədəbiyyat: Петров Р.В. Иммунология. Москва, 1982



323) İkinci immun cavab əsasən hansı anticisimlərin sürətlə artmasına gətirib çıxarır?

A) İgG


B) İgE

C) İgD


D) İgM

E) İgA
Ədəbiyyat: Петров Р.В. Иммунология. Москва, 1982



324) Qızılcalı xəstədə antcisimlərin titri maksimuma nə vaxt çatır?

A) Xəstəliyin 10-cu günü

B) Xəstəliyin 7-ci günü

C) Xəstəliyin 14-cü günü

D) Xəstəliyin 26-30-cu günü

E) Xəstəliyin 3-cü günü


Ədəbiyyat: Шляхов Э.Н. Практическая эпидемиология. Кишинев, 1983

325) Mikrobların əsas virulentlik amillərinə nə aiddir?

A) Lizosim

B) Hialuronidaza

C) Antigen

D) Properdin

E) Komplement


Ədəbiyyat: Петров Р.В. Иммунология. Москва, 1982


Dezinfeksiya

326) Dezinfeksiya epidemik zənсirin hansı halqasına yönəldilmişdir?

A) Yoluxma amillərinə

B) Yoluxma mexanizminə

C) Həssas kollektivə

D) Yoluxma yollarına

E) İnfeksiya mənbəyinə


Ədəbiyyat: Tağızadə T.Ə., Abuşov F.A., Ağayev İ.Ə.Epidemiologiyadan təcrubə məşğələlərinə dair metodiki tövsiyələr. Bakı, 1984

327) Dezinfeksiya nədir?

A) Deratizasiya tədbirləri

B) Gəmiricilərin məhv edilməsinə yönəldilmiş tədbirlər

C) Ətraf mühit obyektlərində infeksion xəstəlik törədicilərinin məhv edilməsi

D) Müxtəlif infeksiya mənbələrində infeksion xəstəlik törədicilərinin məhv edilməsi

E) Həşəratların məhv edilməsinə yönəldilmiş tədbirlər


Ədəbiyyat: Tağızadə T.Ə., Abuşov F.A., Ağayev İ.Ə.Epidemiologiyadan təcrubə məşğələlərinə dair metodiki tövsiyələr. Bakı, 1984

328) Profilaktik dezinfeksiya harada aparılır?

A) Qrip epidemiyası zamanı məktəbdə

B) Qida müəssisələrdə infeksiya ocaqlarında

C) Uşaq məktəbəqədər müəssisələrində

D) Virus hepatitli xəstənin mənzilində

E) Qarın yatalağı ocağında


Ədəbiyyat: Tağızadə T.Ə., Abuşov F.A., Ağayev İ.Ə.Epidemiologiyadan təcrubə məşğələlərinə dair metodiki tövsiyələr. Bakı, 1984

329) Cari dezinfeksiyanı kim təyin edir?

A) Baş həkim

B) Həkim-infeksionist

C) Tibb bacısı

D) Baş həkimin müavini

E) Həkim-bakterioloq


Ədəbiyyat: Ющук Н.Д. Эпидемиология. Москва, 1993.

330) Cari dezinfeksiyanı kim aparır?

A) Dezstansiyanın işçisi

B) Ailə üzvləri

C) Tibb bacısı

D) Həkim-epidemioloq

E) Sahə həkimi


Ədəbiyyat: Ющук Н.Д. Эпидемиология. Москва, 1993.

331) Son dezinfeksiyanı kim aparır?

A) Həkim epidemioloq

B) Dezinfeksiya xidmətinin işçiləri

C) Xəstənin ailə üzvləri

D) İnfeksion xəstəlik ocağında xəstə

E) Sahə terapevti


Ədəbiyyat: Ющук Н.Д. Эпидемиология. Москва, 1993.

332) Son dezinfeksiyanı kim təyin edir?

A) Baş həkim

B) Həkim-cərrah

C) Tibb bacısı

D) Həkim-terapevt

E) Həkim-infeksionist


Ədəbiyyat: Ющук Н.Д. Эпидемиология. Москва, 1993.

333) Oсaqlı dezinfeksiyanın hansı forması vardır?

A) Profilaktik

B) Təсili

C) Planlı

D) Kamera

E) Cari
Ədəbiyyat: Tağızadə T.Ə., Abuşov F.A., Ağayev İ.Ə.Epidemiologiyadan təcrubə məşğələlərinə dair metodiki tövsiyələr. Bakı, 1984


334) Son dezinfeksiya nə vaxt təyin olunur?

A) Bruselyoz ocağında

B) Həftədə 1 dəfə ümumi təmizlik işləri aparıldıqda

C) Qızılca epidemiyası zamanı məktəbdə

D) Hər gün

E) Təmirdən əvvəl


Ədəbiyyat: Ющук Н.Д. Эпидемиология. Москва, 1993.

335) Tibb heyətini kim təlimatlandırır?

A) Həkim-ordinator

B) Baş həkim

C) Dezinfeksiya xidmətinin işçiləri

D) Sanitar-epidemioloji xidmətinin işçiləri

E) Baş tibb baсısı


Ədəbiyyat: Ющук Н.Д. Эпидемиология. Москва, 1993.

336) Yekun dezinfeksiyanın aparılması müddəti nədən asılıdır?

A) Təmasda olanların sayından

B) Klinik mənzərənin ağırlığından

C) Xəstənin yaşayış yerindən

D) Yoluxma mexanizmindən

E) Nozoloji formanın maksimum inkubasiya dövründən


Ədəbiyyat: Ющук Н.Д. Эпидемиология. Москва, 1993.

337) Praktik fəaliyyət zamanı konkret preparatla dezinfeksiya rejimini lazım gəldikdə nə ilə dəqiqləşdirmək olar?

A) Preparatın tətbiqinə dair metodik göstərişdə

B) Dərslikdə

C) Tədris-metodik vəsaitdə

D) Səhiyyə Nazirliyinin əmrində

E) İnfeksiyalar üzrə təlimatda


Ədəbiyyat: Ющук Н.Д. Эпидемиология. Москва, 1993.

338) Yüksək səviyyəli dezinfeksiya nədir?

A) Bəzi bakterial sporlar istisna olmaqla, bütün mikroorqanizmlərin məhv edilməsi

B) Obyektlərdən əvvəlcə bütün yad maddələr kənar edilməklə dezinfeksiya

C) göbələklərin məhv edilməsi

D) Bütün virusların məhv edilməsi

E) Tibb alətlərinin zərərsizləşdirilməsi


Ədəbiyyat: Ющук Н.Д. Эпидемиология. Москва, 1993.

339) Orta səviyyəli dezinfeksiya nədir?

A) Obyektlərdə bütün bakteriyaların, o cümlədən taun və vəba törədicilərinin məhv edilməsi

B) Sterilizasiyaönü təmizliklə birgə aparılan dezinfeksiya

C) Bakterial sporlar istisna olmaqla, bütün bakteriyaların, o cümlədən vərəm mikobakteriyalarının məhv edilməsi

D) Mikroorqanizmlərin bütün canlı keçiricilərin tam məhv edilməsi

E) Dezinfeksiya vasitələrinin yuma qabiliyyəti


Ədəbiyyat: Ющук Н.Д. Эпидемиология. Москва, 1993.

340) Kationlu səthi aktiv maddələrin xarakteristikası hansıdır?

A) Zərərsizləşdirilən obyektlərə qarşı aqressivdirlər

B) Yuyucu və dezinfeksiyaedici xassələrə malikdir

C) Suda pis həll olur

D) Zəif stabilliyi

E) Yüksək toksikliyi


Ədəbiyyat: Покровский В.И., Пак С.Г., Брико Н.И., Данилкин Б.К. Инфекционные болезни и эпидемиология. Москва, 2004

341) İzosianur qrupundan olan preparatlar nəyə görə çox vaxt həb şəklində buraxılır?

A) Yuyucu xassələrə malik deyildir

B) Dəriyə qıcıqlandırıcı təsir göstərir

C) İşçi məhlulların dəqiq qatılığını təmin etmək üçün

D) Selikli qişalara qıcıqlandırıcı təsir göstərir

E) Preparatın istifadə müddətindən


Ədəbiyyat: Покровский В.И., Пак С.Г., Брико Н.И., Данилкин Б.К. Инфекционные болезни и эпидемиология. Москва, 2004

342) Zərərsizləşdirilən obyektlərin epidemioloji təhlükəsizliyi nədən asılıdır?

A) Tətbiqinin sadəliyindən

B) Suda yaxşı həll olmasından

C) Dezinfektantların mikrobəleyhinə aktivliyinin spektrindən

D) Yuyucu xassələrə malik olmasından

E) Münasib qiymətindən


Ədəbiyyat: Покровский В.И., Пак С.Г., Брико Н.И., Данилкин Б.К. Инфекционные болезни и эпидемиология. Москва, 2004

343) Xlortərkibli preparatları necə saxlamaq lazımdır?

A) Yaxşı qızdırılan yerdə

B) Sərin yerdə

C) Açıq qabda

D) Dondurucuda

E) İşıqda


Ədəbiyyat: Tağızadə T.Ə., Abuşov F.A., Ağayev İ.Ə.Epidemiologiyadan təcrubə məşğələlərinə dair metodiki tövsiyələr. Bakı, 1984

344) Xlorlu əhəngin 1%-li məhlulunun aktivliyinin saxlanma müddətinin optimal vaxtı nə qədərdir?

A) İş günü ərzində

B) Hazırlandıqdan sonra 1 saat müddətində

C) 2-3 gün ərzində

D) 5 günə qədər

E) 1 ay ərzində


Ədəbiyyat: Ющук Н.Д. Эпидемиология. Москва, 1993

Yüklə 1,35 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   14




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin