ƏQİDƏ Kİtabi 2 ƏHLİ SÜNNƏ VƏl cəmaat səLƏFİ saliHİN ƏQİDƏSİ


əl-BAS - Öldükdən Sonra Dirilmək - İNKAR EDƏNLƏRƏ DƏLİLLƏR



Yüklə 1,75 Mb.
səhifə11/19
tarix30.04.2018
ölçüsü1,75 Mb.
#49676
1   ...   7   8   9   10   11   12   13   14   ...   19

əl-BAS - Öldükdən Sonra Dirilmək - İNKAR EDƏNLƏRƏ DƏLİLLƏR

1. Qurani Kərimdə ayələr dəlildir ki, Allah Qiyamət günü insanları dirildəcəkdir. «Kafirlər onlar öldükdən sonra əsla dirilməyəcəklərini iddia edirlər. (Ya Peyğəmbər!) De ki: «Bəli, Rəbbimə and olsun ki, siz mütləq diriləcəksiniz. Sonra da (dünyada) etdiyiniz əməllər sizə (bir-bir) xəbər veriləcəkdir. Bu Allah üçün çox asandır». t-Təğabun 7). (Ya Peyğəmbərim!) Səndən: «O, (bizi qorxutduğunuz əzab və ya qiyamət günü) doğrudurmudeyə xəbər alacaqlar. Onlara belə cavab ver: «Rəbbimə and olsun ki, o doğrudur. Siz ondan canınızı qurtara bilməzsiniz». (Yunus 53).

2. Allah bizlərə ilk yaradılışı xatırlamağı tövsiyə edir. «Məgər insan onu nütfədən yaratdığımızı görmədimi ki, birdən-birə (Rəbbinə) açıq düşmən kəsilərək, öz yaradılışını unudub: «Çürümüş sümükləri kim dirildə bilərdeyə hələ bizə məsəl də çəkdi. De ki: «Onları ilk dəfə yoxdan yaradan dirildəcəkdir. O, hər bir məxluqu gözəl tanıyandır». (Yasin 76-79). «Məgər insan elə güman edir ki, o başlı-başına buraxılacaq. Məgər o, (ata belindən ana bətninə) tökülən bir qətrə nütfə deyildimi? Sonra laxtalanmış qan oldu və Allah onu yaradıb surət verdi. Sonra da ondan bir kişi, biri qadın olmaqla iki cift (həmtay) yaratdı. Elə isə o Allah ölüləri diriltməyə qadir deyildirmi?». l-Qiyamə 36-40). İnsanı bir çox mərhələlərlə yaratmağa qadir olan, onu təkrar diriltməyə qadirdir. Əksinə təkrar diriltmək yoxdan var etməkdən daha asantdır.

«Elə isə insan nədən yaradıldığına bir baxsın. O, axıb tökülən bir sudan (nütfədən) yaradılmışdır. O, su (kişilərin) bel sümüyündən, (qadınların) köks sümüyündən çıxar. Həqiqətən Allah insanı (öləndən sonra) yenidən diriltməyə qadirdir». (ət-Tariq 5-9). «Ey insanlar! Öləndən sonra yenidən diriləcəyinizə şübhəniz varsa (ilk yaradılışınızı yada salın). Həqiqətən biz sizi (Adəmi) torpaqdan, sonra mənidən (nütfədən), sonra laxtalanmış qandan, daha sonra müəyyən, tam bir şəklə düşmüş (vaxtında doğulmuş) və düşməmiş (vaxtından əvvəl doğulmuş) bir parça ətdən yaratdıq ki, (qüdrətimizi) sizə göstərək. İstədiyimizi ana bətnində müəyyən bir müddət (doqquz ay) saxlayar, sonra sizi uşaq olaraq çıxardırıq. Sonra yetkinlik yaşına yetişəsiniz deyə (sizi böyüdərik). Kiminiz (bu həddə çatmamış) vəfat edər, kiminiz də ömrün elə bir rəzil çağına çatdırılar ki, vaxtı ilə bildiyini (tamamilə unudub körpə uşaq kimi) bilməz olar». (əl-Həcc 5).

3. Qurumuş torpağı canlandırdığı kimi ölüləri də dirildəcəkdir. (Ya Muhəmməd!) Sən Allahın rəhmətinin əsərlamətinə bax ki, torpağı öldükdən sonra necə dirildir. Doğurdan da o, ölüləri dirildəndir. Allah hər şeyə qadirdir». r-Rum 50). «Onun qüdrət nişanələrindən biri də budur ki, sən yer üzünü qupquru görürsən. Biz ona yağış yağdıran kimi hərəkətə gəlib qabarar. Onu dirildən şübhəsiz ki, ölüləri də dirildəcəkdir. Allah hər şeyə qadirdir». l-Fussilət 39). (Ey insan!) Sən yer üzünü qupquru görərsən. Biz ona yağmur endirdiyimiz zaman o, hərəkətə gəlib qabarar və hər növ gözəl bar gətirər. Bu ona görədir ki, Allah haqdır, ölüləri dirildir və o hər şeyə qadirdir». l-Həcc 5-6). Ölü bir ərazinin yağışla canlanaraq üzərində bitkilərin yaşarması, yoxdan yaradan Allahın qiyaməttdən sonra ölüləri dirildəcəyinə dəlildir.

əl-Aqili radıyallahu anhu - rəvayət edir ki, Peyğəmbər sallallahu aleyhi və səlləm buyurdu: «Allaha and olsun ki, istər başqası tərəfindən öldürülüb yerə yıxılmış olsun, istər dəfn edilmiş bir ölü olsun, yer üzərində qəbri açılıb yarılmayacaq heç bir kimsə yoxdur..Mən dedim: «Ey Allahın Rəsulu! Çürümüş və yırtıcı heyvanlar bizləri parça-parça etmişkən Allah bizi necə toplayıb bir araya gətirəcəkdir». O, buyurdu: «Mən sənə bunun bənzərini Allahın nemətləri arasından bildirərəm. Sən yerüzünü çürümüş və darmadağınlıq gördüyün vaxt, bu bir daha canlanmaz deyirsən. Uca Allah oraya səmadan yağmur endirdikdən sonra, aradan bir neçə gün keçdikdən sonra sən yenə oranı görürsən. Bu dəfə hər tərəfin qabarıb, canlandığını görürsən. Allaha and olsu ki, o sizləri bir araya gətirib toplamağa qadirdir. Bu səbəblə sizlər də yatdığınız yerlərdən çıxardılacaqsınız»335.



4. Allah Qurani Kərimdə göyləri və yerləri necə yaratdığını misal çəkir. «Doğrudan da göylərin və yerin yaradılışı insanların yaradılışından daha böyük şeydir. Lakin insanların çoxu (bunu) bilməz». l-Mumin 57). «Məgər onlar göyləri və yeri yaratmış və onları yaratmaqdan yorulmamış Allahın ölüləri də diriltməyə qadir olduğunu görüb anlamırlarmı?». lhqaf 33). Göylərin və Yerlərin böyüklüyünə rəğmən onları yaradan, onlara görə çox kiçik olan insanı əlbəttə təkrar yaratmağa qadirdir.

5. Allah insanları diriltdikdən sonra bəzilərinə cəza, bəzilərinə də mükafat verəcəkdir. «Yoxsa biz iman gətirib yaxşı işlər görənləri yer üzündə fitnə-fəsad törədənlərlə eyni tutacağıq? Yaxud Allahdan qorxub pis əməllərdən çəkinənləri günahkarlara tay edəcəyik». (Sad 28). «Qiyamət mütləq gələcəkdir. Hər kəs etdiyi əməlin əvəzini (mükafatını, yaxud cəzasını) alsın deyə, mən onu (insanlardan) gizli saxlayıram». (Ta ha 15). «O, pislik edənlərə əməllərinin cəzasını verəcək, yaxşılıq edənləri isə ən gözəl mükafatla (Cənnətlə) mükafatlandıracaqdır». n-Nəcm 31). Hər şeyi hikmətlə yaradan Allah insanları başıboş bıraxmaq, onları boşuna yaratmamışdır. Əmir və qadağalarını boşuna verməz, etdikləri əməlləri də hesabsız buraxmaz.

6. Allah Qurani Kərimdə insanları əbəs yerə yaratmadığını buyurur. «Yoxsa sizi əbəs yerə yaratdığımızı və (Qiyamət günü dirilib haqq-hesab üçün) hüzurumuza qaytarılmayacağınızı güman edirsiniz». l-Muminun 115). Əbu Hureyrə - radıyallahu anhurəvayət edir ki, Peyğəmbər sallallahu aleyhi və səlləm buyurdu. Uca Allah buyurdu: «Adəm oğlu məni yalanladı, lakin o, belə etmək haqqına sahib deyildir. Onun məni yalanlaması: «Məni ilk yoxdan yaratdığı kimi təkrar məni yaratmayacaq-dır» deməsidir. Halbuki təkrar yaratmaq mənim üçün onu ilk yaratmaqdan daha çətin deyildir»336.

7. Allah Qurani Kərimdə əvvəlki ümmətləri necə diriltdiyini misal çəkir. «Və yadınıza salın ki, siz: «Ya Musa, Allahı aşkar surətdə görməyincə, heç vaxt sənə inanmayacağıq» dediyiniz zaman gözünüz görə-görə sizi ildırım vurmuşdu. Bəlkə şükr edəsiniz deyə, biz sizi sonra yenidən diriltdik. l-Bəqərə 55-56). «(Ya Muhəmməd!) «Minlərlə adamın (taundan) ölüm qorxusu ilə öz yurdlarını tərk edib getdiklərini görmədinmiAllah onlara: «Ölündedi və sonra da (yenidən) diriltdi. Həqiqətən Allah insanlara lütf edəndir, lakin insanların bir çoxu şükr etməzlər. l-Bəqərə 243). «Yaxud damları çökmüş, divarları uçulmuş bir kəndin yanından keçən şəxsin əhvalatını bilmirsən? O şəxs: «Əcaba, Allah bu kəndi ölümündən sonra necə dirildəcək» demişdir. Belə olduqda Allah onu yüz il ölü saxladı, sonra dirildərək ondan: «Nə qədər yatmısandeyə soruşdu. O da: «Bir gün bəlkədə bir gündən də az» deyə cavab verdi. Allah ona: «Bəlkə yüz il yatmısan, yediyin yeməyə, içdiyin suya bax, hələ də xarab olmayıb. Bir də uzunqulağına bax! Səni insanlar üçün bir ibrət dərsi olmaqdan ötrü belə etdik. İndi uzunqulağının sümüklərinə bax, gör necə onları bir-biri ilə birləşdirir, sonra da onların üzərini ətlə örtürükdeyə buyurdu. O, şəxsə bunlar aydın olduqda: «Artıq bildim ki, Allah hər şeyə qadirdir». (Ya Muhəmməd!) Xatırla ki, İbrahim: «Ey Rəbbim! ölüləri nə cür diriltdiyini mənə göstərdedikdə, Allah: «Məgər lüləri diriltməyimə) inanmırsanbuyurmuşdu. İbrahim: «Bəli, inanıram lakin ürəyim sakit olmaq üçün soruşdum» deyə cavab vermişdi. (Bu zaman) Allah ona buyurmuşdu: «Dörd cür (cins) quş götürüb (səhv salmamaq üçün) onlara diqqətlə bax, (onları parçalayaraq bir-birinə qatandan) sonra hər dağın başına onlardan bir parça at, sonra onları çağır, tez yanına gələcəklər. Bil ki, Allah yenilməz qüvvət və hikmət sahibidir».l-Bəqərə 259-260).

Öldükdən sonra dirilişi inkar edənlərə bu inkar olunmaz dəlillər açıqlandıqdan sonra yenə inkarları üzərində israr edəcək olurlarsa haqqa qarşı bilə-bilə dirənən inadkar kimsələrdəndir. Belələrinin aqibəti: «O gün vay halına yalan sayanların! O kəslər ki, haqq-hesab gününü yalan sayarlar. Bunu isə ancaq həddini aşan, günaha batan yalan sayar. Ayələrmiz ona oxunduğu zaman: «(Bunlar) əvvəlkilərin uydurub düzəltdikləri əfsanələrdirdeyər. Xeyr, (belə deyildir) Əslində onların qəlblərini qazandıqları günahlar qaplamışdır. Xeyr, o gün onlar Rəbbinin mərhəmətindən məhrum olacaqlar! Sonra Cəhənnəmə varid olacaqlar. Sonra da onlara: «Bu sizin (dünyada) yalan saydığınız Cəhənnəmdirdeyiləcəkdir». l-Mutaffifin 10-17).
Yüklə 1,75 Mb.

Dostları ilə paylaş:
1   ...   7   8   9   10   11   12   13   14   ...   19




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin