Ərbaycan dilində i şgüzar və akademik kommunikasiyanın m əzmunu və əsas anlayı ş



Yüklə 1,51 Mb.
Pdf görüntüsü
səhifə10/18
tarix21.09.2022
ölçüsü1,51 Mb.
#117909
1   ...   6   7   8   9   10   11   12   13   ...   18
852513773 (1)

müəllim (burada müəllim sözü peşə mənasında deyil), hörmətli həmkarım və s. nitq 
etiketləri ilə müraciət ot- məli, nitq tempinə riayət olunmalı, həmsöhbətin gözlərinin 
içinə diqqətlə baxmamalı, sözünü kəsməməli və tez-tez eth raz bildirməməli, onu 
mənalı-mənalı süzməməli, diqqətinik dağınıq olmamalı, özünüzü diqqətli göstərmək 
üçün yaxşı mənada başınızı tərpətməli. 
Əksər hallarda insanlar bir-birinin sözünü şüursuz şə« kildə kəsirlər; müdaxilə 
etmisinizsə, həmsöhbətin düşüncə axınını dərhal bərpa etməyə çalışmaq lazımdır. 
Tələsik etirazlar çox vaxt danışanın dedikləri ilə razılaşmadıqda ortaya çıxır, çox vaxt 
insan dinləmir, ancaq beynində etirazını formalaşdırır, danışmaq üçün növbə gözləyir, 
nöqteyi-nəzərini əsaslandırmağa çalışır və həmsöhbətin, əslində, nə deməyə 
çalışdığının fərqinə varmır. 
Aktiv 
dinləmədə 
həmsöhbətinin 
üzünün ifadəsi, jestləri və duruşu 
müəyyənləşdirilməlidir. Mesajın tonuna diqqət yetirməli: məzmun və forma arasındakı 
hər hansı bir uyğunsuzluq dərində gizlənmiş hissləri açıqlaya bilər, vacib məqamlar 
çox vaxt fasilələr, təkrarlar, sözlərdə heca, cümlələrdə məntiqi vurğu və tərəddüdlərlə 
çatdırılır. Utancaq və ya fiziki qüsurlu - pəltək həmsöhbətlərin danışığına başa 
düşürəm, əlbəttə kimi ürəkaçan şərhlər əlavə etmək, qarşı tərəflə maraqlanan bir 
görünüş almaq lazımdır. Özünüzü həmsöhbətin yerinə qoymağa çalışın, vəziyyəti onun 
gözləri ilə qiymətləndirin və hər şeyi onun qulaqları ilə eşidin. 
Bəzən işgüzar ünsiyyət prosesinə xələl gətirən ifadələr işlədilir. Məsələn, mənfi 
qiymətləndirmə: Boşboğazlıq etməyin. Görürəm siz bu məsələni başa düşmürsünüz. 
Sizə izah edə bilərdim, amma qorxuram, anlamayasınız; etinasızlıq - tərəf- müqabilin 
nə dediyi nəzərə alınmır: Heç alnının qırışığı da açılmır; eqosentrizm - tərəf-
müqabilində yalnız narahat problemlər tapmağa çalışılır: Bacıoğlu, düz danışmırsan 
ha, ya Həsən keçəl, ya da keçəl Həsən. 
2.İnandırmaq bacarığı irəli sürülən fikirlərə rəqibin razılığını almaq, buna nail 
olmaq üçündür. Səciyyəvi xüsusiyyəti budur ki, hər şeydən əvvəl, insanın ağlına 
yönəldilib və arqumentlər vasitəsi, hər hansı bir fikrin əsaslandırılması və ya təkzib 


edilməsi yolu ilə həyata keçirilən iddia sistemidir. 
İşgüzar kommunikasiya təcrübəsində müxtəlif metodlar arqumentləşdirilir: 
• fundamental metod (faktların və konkret məlumatların şərhi); 
• ziddiyyət metodu (opponentin fikirlərində ziddiyyətlərin aşkarlanması); 
• nəticə çıxarma metodu (dəqiq arqumentə əsaslanma, lazım olan nəticəyə 
gətirib çıxarma); 
• müqayisə metodu (mülahizələrə aydınlıq gətirmə, onu daha əyani etmə); 
hə... amma metodu (rəqib diqqətini müzakirə olunan məsələdə yalnız 
üstünlüklərinə, ya müzakirə edilən problemin həllinə, ya da yalnız zəif 
tərəflərinə yönəltdiyi halda istifadə olunması); 
• replikanın seçmə üsulu (öz arqumentini gücləndirmək məqsədilə rəqibin 
replikasını tətbiq etmək bacarığı). 


Leksik norma 
Leksik norma hər bir şəxsdən sözün mənasını bilməyi, ona həssas 
yanaşmağı, onu düzgün, yerində işlətməyi, nitqdə ondan öz məqamında istifadə 
etməyi tələb edir. 
Leksik vasitələr hansılardır? Leksik vasitələr: sözlər və frazemlərdir. Bunlar 
leksik normanın obyektidir. Leksik norma nə deməkdir? 
Dil, nitq sistemi səslər, sözlər, ifadələr-frazemlər və cümlələr təşkil edir. 
Sözlər-səslər və cümlələr arasında orta mövqe təşkil edir və nitqin qurulmasında 
mühüm yer tutur. Dilə dair əsərlərdə, dərsliklərdə göstərilir ki, ünsiyyəti təmin 
edən dilin əsas vahidi sözdür. Akademik Afad Qurbanov “Müasir Azərbaycan 
ədəbi dili” kitabında yazır: “Leksik vahid – söz dilin daha konkret və əsas 
vahididir. Belə ki, dilin bütün digər vahidləri sözün zəminində əmələ gəlir”. 
Gördüyümüz kimi, sözə leksik vahid də deyilir. Leksik vahidlərin əsas 
xüsusiyyəti məna tamlığına malik olmasıdır. Bu cəhətdən iki və daha artıq sözün 
birləşməsindən ibarət olub məna bütövlüyü ifadə edən frazeoloji birləşmələr- 
frazemlər də leksik vahidlər sırasına daxildir. Hər bir söz- leksik vahid tarixi 
inkişaf prosesi nəticəsindəmüəyyən semantikaya- yəni məzmuna, mənaya malik 
olur. Sözlərin mənasının subyektiv, obyektiv səbəblərdən pozulması, 
dəyişdirilməsi nitqin mənasına xələl gətirir, nitqin leksik normasını pozur. Sözlər 
öz yerində işlənmirsə, mənası tam anlaşılmır, fikir düzgün ifadə olunmur və 
nəticədə nitq mədəniyyətinin tələbi ödənilmir. 
Leksik vahidlər- sözlər, frazemlər nitq prosesində konkret məqamlardan asılı 
olaraq müxtəlif mənalar daşıyır. Sözdən düzgün istifadə etməklə yanaşı, leksik 
norma tələb edir ki, söz dəqiq və ifadəli olsun. Sözlərin məna incəliklərinə diqqət 
yetirməklə, müvafiq variantlardan (sinonim, omonim, çoxmənalı) istifadə edilsin, 
sözlərin müstəqim mənaları ilə yanaşı məcazi mənalılığı da nəzərə alınır. 
Leksik norma dildə mövcud olan loru sözlərdən, söyüşlərdən, kobud 
sözlərdən- vulqarizmlərdən və sairlərdən istifadə etməməyi tələb edir.
Leksin norma Funksional üslublara görə də sözə münasibətdə fərqlənir. 
Məsələn, Elmi üslubda terminlərin işlənməsi məqsədəmüvafiq olduğu halda bədii 
üslub, məişət üslubu üçün bu xarakterik deyil. Bu üslublarda obrazlı sözlər və 
ifadələr üstünlük təşkil edir. 
Beləliklə, leksik norma nitqdə aşağıdakı leksik vasitələrdən istifadə 
etməyitələb edir: 


Çoxmənalı sözlərdən istifadə: 
Omonimlərdən istifadə; 
Sinonimlərdən istifadə; 
Antonimlərdən istifadə; 
Frazemlərdən istifadə; 
Arxaizm və neologizmlərdən istifadə; 
Dilin lüğət tərkibindəki sözlər ifadə etdikləri mənanın tutumuna – kəmiyyət 
və dərəcəsinə görə eyni olmur. Bəzi sözlər həmişə- hər məqamda yalnız bir- tək 
məna bəzi sözlər isə bir neçə məna ifadə edir. Ona görə də dilik leksik sistemində 
monosemantik və polisemantik – tək və çoxmənalılıq yaranır. Dilimizdə işlənən – 
mən, sən, ii, üç, beş və s. Sözlər təkmənalı sözlərdir. Belə sözlər istər mətndə, istər 
mətndən kənar öz mənalarından başqa , digər mənalar ifadə edə bilmirlər. 

Mədəniyyət anlayışı 



konsepsiyası. 

Yüklə 1,51 Mb.

Dostları ilə paylaş:
1   ...   6   7   8   9   10   11   12   13   ...   18




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin