Ərbaycan dilində i şgüzar və akademik kommunikasiyanın m əzmunu və əsas anlayı ş



Yüklə 1,51 Mb.
Pdf görüntüsü
səhifə17/18
tarix21.09.2022
ölçüsü1,51 Mb.
#117909
1   ...   10   11   12   13   14   15   16   17   18
852513773 (1)

İTQİN ZƏNGİNLİYİ. Nitqin zənginliyi dil və nitq əlaqəsi əsasında 
meydana g
əlir. Nitqdə müxtəlif və təkrarlanmayan dil vahidlərinin 
i
şlədilməsi nitqi zənginləşdirir. Nitqdə eyni işarələr və işarələr həlqəsi nə 
q
ədər az təkrarlanarsa, nitq o qədər qazanar, zəngin olar. Bu, o deməkdir 
ki, dil strukturu n
ə qədər zəngin olarsa, nitq də o qədər zəngin olacaq. 
Nitqd
ə eyni dil ünsürlərinin yersiz təkrarlanması, eyni konstruksiya və 
formaların dalbadal verilm
əsi, düzülməsi, 
şablon ifadə vasitələrinə tez-tez 
müraci
ət nitqi zənginləşdirmir. 
Əksinə, bu, nitqin yoxsulluğu, kasıblığı 
dem
əkdir. Eyni cür danı
şıq tərzi, monoton intonasiya dinləyiciləri yorur, 
nitqi korlayır. 
Nitqin z
ənginliyini və ya kasıblı
ğını obyektiv mühakimə etmək üçün 
m
ətnin statistik təhlili, eyni üslubda yazan müxtəlif müəlliflərdən 
götürülmü
ş mətnlərin müqayisəsi aparılmalıdır. 
Nitqin z
ənginliyi bütün üslublar üçün səciyyəvidir. Lakin bədii və 
publisistik üslublarda nitq z
əngin, elmi üslubda isə zəifdir. 
Nitqin z
ənginliyi üçün ba
şlıca meyar danışanın (yazanın) geniş söz 
ehtiyatına malik olmasıdır. 
İnsan təfəkkürünün hüdudu sonsuzdur, dildə 
sözl
ərin miqdarı bununla nisbətdə məhduddur. Natiq bu cəhəti 
n
əzərə almalı, hər hansı bir mətləbi a
şkarlayarkən daha münasib 
sözl
ərdən — sinonimlərdən, antonimlərdən, frazeoloji birləşmələr və 
ibar
ələrdən, digər məcazlardan, intonasiya, üslubi vasitələr və s.-dən 
m
əharətlə istifadə etməyi bacarmalıdır 
N
İTQİN RABİTƏLİLİYİ. Natiq fikrini sərbəst, aydın, ardıcıl, yığcam və 
t
əsirli ifadə edə bilmək üçün ədəbi tələffüz qaydalarını gözləmək, 
cüml
ələri düzgün qurmaq, sözləri yerli-yerində i
şlətməklə yanaşı, nəzərdə 
tutdu
ğu məzmunu özünəmüvafiq forma ilə ifadə etməyi də bacarmalıdır. 
Ba
şqa sözlə, nitq həm də rabitəli olmalıdır. 
Nitqin rabit
əliliyi üçün a
şağıdakılara əməl edilməlidir: 




Norma və variantlılıq.Fonetik normanın tələbləri
(orfoqrafiya və orfoepiya) 
Ədəbi dil xalq dilinin ciddi fonetik, leksik, morfoloji və sintaktik normaları 
əsasında fəaliyyət göstərən formasıdır, yəni xalq dilinin cilalanmış 
təzahürüdür. Bu cəhətdən ədəbi dil dialektə qarşı durur və ondan fərqlənir. 
Ədəbi dil bütün üslubların sistemidir. 
Ədəbi dilin yazılı və şifahi formaları var. 
Müasir Azərbaycan ədəbi dilinin normaları mükəmməl, sabit normalara 
malikdir. 
Həmin normalar müəyyən tarixi təkamülün məhsuludur. Bu cür 
normalılıq (normativlik) ədəbi dilin nisbi sabitliyindən, əhatəliliyindən və dilin 
daxili quruluşunu əks etdirməsindən irəli gəlir. 
Dilin daxili quruluşunu onun fonetikası, leksikası (lüğət tərkibi) və 
qrammatikası təşkil edir. Müasir Azərbaycan ədəbi dilinin normaları da 
buna uyğundur: 
• 
fonetik norma (orfoqrafik və orfoepik). 
• 
leksik, yaxud leksik-semantik norma. 
• 
qrammatik 
• 
Söz ümumxalq dilində müxtəlif cür işlənsə də, ədəbi dildə, əsasən, bir 
variant
da işlənir, tələffüz olunur və yazılır. Sözün ədəbi dildəki tələffüz 
variantı orfoepik norma adlanır. Bu normalar orfoepiya lüğətində əks 
olunur. Sözün ədəbi dildə-ki yazılış variantı orfoqrafik norma adlanır. 
Bu normalar dövlət tərəfindən təsdiq olunur və orfoqrafik lüğətlərdə 
təsbit edilir. Bu normalar dilimizin fonetik hadisələrini, xüsusən ahəng 
qanununu nəzərə almaqla müəyyən olunur. 
• 
Ədəbi dilin səs sistemi də normalar əsasında tənzimlənir. Səslərin 
sözlərdə mü-əyyən düzülüş forması və ünsiyyətdə məqbul sayılan 
fonetik dəyişmələrə uyğun variantları və ənənəvi deyiliş forması 
norma kimi qəbul olunur. Məsələn, dilimizin ahəng qanununa görə 
şəkilçilər sözlərin son hecasının ahənginə uyğun olaraq onlara 
qoşulur. Əgər binalar, anam, almaq, gəlmək kimi sözlərdə şəkilçilər 
bunalər, anəm, almək, gəlmax şəklində işlədilirsə, bu, fonetik 
normaya görə qüsur sayılır. Başqa bir misal: dilimizdə şəkilçi 
tərkibində e, o, ö saitləri işlənmir. Yerli dialektdə sözlər aton, nənön, 
gəler, alacek kimi işlədilirsə, deməli, burada da fonetik norma 
pozulmuş olur. 
Azərbaycan dilinə
 
məxsus sözlərdə vurğu, əsasən, 


sözün son hecası üzərinə düşür. Bəzilərinin danışığında sözlər o`xu, 
da`ha, ba`şla, a`rzu, i`sim, si`fət kimi tələffüz olunursa, yaxud mənəvi, 
mavi, vadar (etmək) kimi sözlərin birinci hecasındakı qısa tələffüz 
olunursa bu da fonetik normadan uzaqlaşmadır. 
• 
İnsan ünsiyyəti yazılı və şifahi formada həyata keçirir. Hər adam 
çalışır ki, onun yazısı və oxusu orfoqrafik-orfoepik qayda-qanuna 
uyğun gəlsin. Hər bir azərbaycanlının əsas vəzifəsi ədəbi dilə 
yiyələnmək, onun leksik, qrammatik, orfoqrafik və orfoepik 
normalarını öyrənməkdir. Həmişə kitab tələffüzü canlı dilin 
tələffüzünün incəliyinə və gözəlliyinə maneçilik törədir. Çoxları ömrü 
boyu bu yanlış tələffüz üslubundan yaxa qurtara bilmir. Bir sıra 
sözlərin kitab tələffüzü quru və sxematik görünür. Belə sözləri canlı 
danışıq nitqinə uyğun tələffüz etmək məqsədə uyğundur. Məsələn, 
ikinci şəxsin cəmini bildirən –sınız şəkilçisi –sız kimi tələffüz olunur. 
Nəqli keçmiş zaman şəkilçisindən ş samiti düşür: atmışsınız – 
atmısız. 
• 
Orfoqrafiya yazı sisteminin inkişaf etmiş və zəruri hissəsidir. 
Orfoqrafiya dilin yazıda vahid formada əks etdirilməsini təmin edən 
qaydalar sistemi, orfoepiya isə şifahi nitqin səslənməsini 
formalaşdıran tələffüz normalarının toplusudur. Hər dilin öz 
orfoqrafiya qaydaları və orfoepiya normaları mövcuddur. Orfoqrafiya 
sözlərin yazılışını, sözlərin sətirdən-sətrə keçirilməsini, durğu 
işarələrinin işlədilmə qaydalarını, orfoepiya isə ədəbi tələffüz 
normalarını öyrənir. Yüksək yazı mədəniyyəti ancaq orfoqrafiya 
qaydalarının sabitliyi, möhkəmliyi və xəlqiliyindən asılıdır. 
• 
Müasir ədəbi dilin yazılı və şifahi formaları (orfoqrafiya və orfoepiya) 
arasında yaxınlıq əvvəlki illərə nisbətən artmışdır. Son onilliklərdə 
şifahi ədəbi dillə yazılı dil arasında intensiv yaxınlaşma, qarşılıqlı 
təsir, bir-birinə təmasetməha güclü müşahidə olunur. Yazı 
qaydalarının tələffüzə münasibətini üç əsas qrupa ayırmaq olar: 1) 
yazılışı birbaşa tələffüzünə görə müəyyənləşən söz və morfemlər; 2) 
yazılışı dolayı tələffüzünə görə müəyyənləşməyən söz və morfemlər; 
3) yazılışı tələffüzünə görə müəyyənləşməyən söz və morfemlər. 
Sözlərin deyilişi ilə yazılışı arasında tam eyniyyət və ya oxşarlıq ola 
bilməz. Obrazlı desək, yazı tələffüzü əks etdirən güzgüyə çevrilə 
bilməz, tələffüz isə yazını eynilə əks etdirməyə qadir deyil. 
• 
Orfoqrafiya ilə orfoepiya arasında qarşılıqlı əlaqə, ümumi uyğun 
cəhətlər olsa da, fərqli cəhətlər də var: 1) orfoqrafiya dilin yazıda 


vahid formada əks etdirilməsini təmin edən qaydalar sistemidir
orfoepiya isə şifahi nitqin səslənməsini formalaşdıran vahid tələffüz 
normalarının toplusudur; 2) orfoqrafiya “belə deyir, lakin belə yazılır”, 
orfoepiya isə “belə yazılır, lakin belə tələffüz olunur” prinsipinə 
əsaslanır; 3) orfoqrafiya ilə orfoepiya arasında fərq orfoepiyanın 
xüsusiyyətləri ilə bağlıdır: əsas prinsip tələffüzdə ağırlıq törədən, 
kobud səslənən, dilin ahəngini pozan cəhətlərdən qaçmaq, asanlıqla 
tələffüz edilən, zərif, incə və gözəl səslənən cəhətləri saxlamaqdan 
ibarətdir. Məsələn, ala idi, gələ idi formasına nisbətən alaydı, gələydi 
formasının tələffüzü asandır, diləyatımlıdır, danışığa zəriflik, incəlik 
gətirir; 4) orfoepiya ümumxalq danışıq xüsusiyyətlərinə yol verir; 5) 
orfoepiyada saitlərin uzun və ya qısa tələffüzünün xüsusi əhəmiyyəti 
var; 6) şəkilçilərin tələffüzündə ahəngə uyğunluq gözlənilməlidir; 7) 
şifahi tələffüzdə səsdüşümü və səsuyğunluğu hadisələrinə yol verilir. 
Səslərin düzülüşü və ənənəvi deyiliş forması norma kimi qəbul 
edilməlidir. Bü-tün bunlar fonetik normanı səciyyələndirən cəhətlərdir. 
Azərbaycan ədəbi dili-nin fonetik norması dedikdə, ilk növbədə, dilin 
tələffüz (orfoepik) və yazılı (or-foqrafik) normaları başa düşülür. 
Televiziya dili şifahi ədəbi dilə əsaslandığı üçün burada orfoepik 
normanın gözlənilməsi təbii haldır. Orfoepik norma pozuntusu ekran 
nitqində daha çox müşahidə olunur. Ekranda orfoepik norma sözün, 
ifadənin düzgün tələffüz edilməsini tənzim edir. 


Qrammatik normalar 
Qrammatik norma dilin quruluşunaŞ onun nitq prosesindəki fəaliyyətinə 
aiddir. Bura sintaktik əlaqə formaları, şəkilçilərin ardıcıllığı, sözlərin cümlədə 
sıralanması, cümlə üzvlərinin dəqiq yeri, mənsubiyyət, hal, dərəcə, zaman, şəxs və 
s kimi qrammatik kateqoriyaların ədəbi dildə gözlənilməsi ilə bağlı qaydalar 
daxildir. 
Qrammatik norma nitqdə sözlər və cümlələr arasındakı əlaqələrin 
düzgün qurulmasını tənzimləyir. Qrammatik norma ümumxalq dilinin qrammatik 
quruluşunu əks etdirir və onun əsasında qurulmuşdur. Sözlər və cümlələr 
arasındakı əlaqə düzgün qurulmadıqda qrammatik səhvlər meydana gəlir ki, nitq 
mədəniyyəti məhz bu tipli səhvləri aşkara çıxarır və onların aradan qaldırılmasına 
xidmət göstərir. 
a) Uzlaşma əlaqəsinin pozulması ilə bağlı qüsurlar: 
1.Bir neçə maşın torpaqları həyətə tökdülər? 
2. Aslanov 12 nəfərlik ailəsi ilə beton döşəmənin üzərində yaşayırlar? 
3.Hər bir ailə qurmaq istəyən gənclər (uçota) qeydiyyata götürülür 
b) İdarə əlaqəsinin pozulması ilə bağlı qüsurlar: 
1. Bir çox ölkələrin müşahidəçilər seçkidə iştirak etdilər. 
(Burada müşahidəçilər müəyyən təsirlik halda işlədilməlidir). 
c) Yanaşma əlaqəsinin pozulması ilə bağlı qüsurlar. 
1. Azərbaycanın bütün həyatının sahələri Avropaya inteqrasiya olunur (olmalıdır: 
həyatının bütün sahələri). 
2. Bizim daha da dostluğumuz artdı (olmalıdır: daha da artdı). 
ç) Eyni və ya yaxınmənalı sözlərin təkrar olunması ilə bağlı qüsurlar: 
1.Ona müvəffəqiyyət uğuru arzu edirəm. 
2.Bu fəaliyyət XX əsrin əvvəllərində daha da fəallaşdı. 
3.Kompüterdə kompüteri öyrənirəm. 
4.Yazarın yazdığı yazını oxuyuram və s. 


Həm yazılı, həm də şifahi nitqdə belə qüsurlar tez-tez müşahidə olunur. 
Qrammatik qaydaya görə cümlədə və ya abzasın əvvəlində işlədilən isimlər sonra 
gələn cümlədə (eləcə də abzasda) şəxs əvəzlikləri və ya münasib sözlərlə, 
ifadələrlə əvəz olunmalıdır. Eyni sözün və ya ifadənin təkrarını aradan qaldırmaq 
nitqin ahəngdarlığını təmin edir. Amma bu qaydaya həmişə əməl olunmur. 
Məsələn, Mir Möhsün Nəvvabın pedaqoji görüşləri ilə bağlı yazılmış avtoreferatda 
yanaşı gələn iki səhifədəki on beş abzasın hamısı «M.M.Nəvvab» sözü ilə başlanır. 
Belə hal, şübhəsiz ki, yazılı nitq üçün qüsur sayılır. 
Ona görə də ədəbi dilin qrammatik normalarını dərindən bilmək lazımdır ki, bu cür 
qüsurlara yol verilməsin. 
Ədəbi dilin qrammatik normalarına aşağıdakılar daxildir: 
1) Azərbaycan dilində miqdar saylarından sonra gələn isimlər tək halda işlədilir: 
iki top, 
üç kitab
, dörd tələbə, yüz qoyun və s. Hazırda tələbələr ali məktəblərdə ən 
azı 2 xarici dil öyrəndikləri üçün onlar bilirlər ki, rus, ingilis, fransız və alman 
dillərində isimlər miqdar sayları ilə uzlaşır. Amma Azərbaycan dilində bu hal 
mövcud deyil, yəni isimlərin çoxluq ifadə etməsi üçün cəm şəkilçisini qəbul etməsi 
lazım gəlmir. 
bir alma 
beş alma — 
yüz alma — 
«Beş almalar», «on müxtəlif idman köynəkləri», «üç futbol topları» işlətmək 
qrammatik normanın pozulması deməkdir. 
2) Azərbaycan dilində mənsubiyyət kateqoriyası şəxs əvəzlikləri ilə əlaqədardır və 
əşyanın hansı şəxsə mənsub olduğunu bildirmək üçün isimlərə artırılan 
mənsubiyyət şəkilçiləri ilə formalaşır. Mənsubiyyət kateqoriyasının şəkilçiləri 
ikinci tərəfdə ifadə olunur. Dilimizdə mənsubiyyət kateqoriyası şəxs əvəzliklərinin 
köməyi olmadan da düzəlir. Yəni kitabım dedikdə, şəkilçi kitabın I şəxsin təkinə 
aid olduğunu ifadə edir. mənsubiyyət şəkilçili söz sahib şəxsi də əvəz edir. Amma 
rus, ingilis, fransız dillərində bu mümkün deyil. 


Rəsmi-işgüzar üslub 
Rəsmi-işgüzar üslub rəsmi işgüzar sənədlərin dilidir. Üslubda fikir müəyyən qəlibə 
düşmüş (standart) formalarda və olduqca yığcam şəkildə verilir. Üslubun əsas 
səciyyəvi xüsusiyyəti də elə budur. Rəsmi-işgüzar üslub hamı üçün eynidir, yeni 
standartdır. Burada obrazlı ifadələrə, fərdi nitq xüsusiyyətlərinə rast gəlinmir. Milli 
rəsmi-işgüzar üslub başqa funksional üslublara nisbətən gec formalaşmışdır. Bu 
üslubun lüğət tərkibi yığcam, sintaksisi məhduddur. Rəsmi-işgüzar üslubda bir sıra 
arxaik sözlər və köhnəlmiş sintaktik qəliblər uzun müddət qorunub saxlanılır. 
Rəsmi-işgüzar üslub 2 yerə ayrılır: a) rəsmi sənədlərin dili, b) işgüzar sənədlərin 
dili. Dövlət, hökumət təşkilatlarının tərtib etdiyi və rəsmi qaydada təsdiq olunan 
sənədlər (məsələn, Prezident fərmanları, hökumət sərəncamları, nazirlərin əmrləri, 
Konstitusiya və s.) rəsmi sənədlər sayılır. Rəsmi sənədlərin əsas xüsusiyyətləri 
bunlardır: - dilin maksimum mükəmməlliyi; - fikrin tam aydınlığı; - fikrin 
(sözlərin) birmənalılığı; - fikrin hüquqi cəhətdən əsaslılığı (əsaslandırılması) - dil 
yığcamlığı Rəsmi sənədin əsas şərti (həcmindən asılı olmayaraq) dil yığcamlığıdır. 
Rəsmi sənədlər millətin dövlətçilik mədəniyyətini əks etdirir. Buna görə də həmin 
sənədlərin mükəmməl tərtibinə xüsusi diqqət yetirilir. İşgüzar sənədlər isə ayrı-ayrı 
vətəndaşlara aid olur. Ərizə, tərcümeyi-hal, akt, xasiyyətnamə, elan, reklam və s. 
işgüzar sənədlərdir. İşgüzar sənədlər hamı üçün eyni olan standart formalarda 
hazırlanır. Belə sənədlər xüsusi dövlət əhəmiyyəti daşımır. Rəsmi-işgüzar üslubun 
şifahi forması olmur. 
İşgüzar üslub başqa üslublardan birinci növbədə leksik xüsusiyyətləri ilə fərqlənir. 
Burada konkret sahələrə aid sözlər, terminlər işlədilir. İşgüzar üslubun leksik 
xüsusiyyətlərindən danışarkən onu da qeyd etməliyik ki, bütövlükdə bu üslubda, 
eləcə də onun yarımüslublarında – sahələrində dilimizdə mövcud olan bəzi 
standartlar, ştamp şəkli almış ifadə və 3 formalar tez-tez işlədilir. Məsələn, qərar 
vermək, təqdim etmək, tələb etmək, imza etmək, təmin etmək, qəbul etmək, 
məruzə etmək, lehinə (əleyhinə) səs vermək, tədbir görmək, müzakirə etmək, irəli 
sürmək, həyata keçirmək, yerinə yetirmək, cəlb etmək, istifadə etmək, təltif 
etmək,təsis etmək,nəzərdə tutmaq, məsuliyyət daşımaq, qüvvəyə minmək, 
qüvvədən düşmək, qadağan etmək, nəzərinə çatdırmaq, xəbərdarlıq etmək və s. Bu 
qrup hazır ifadələrin işgüzar üslubda işlənilməsi sənədlərin dilinin aydın olmasını, 
asan başa düşülməsini bir növ təmin edir. Yeri gəlmişkən onu da qeyd edək ki, 
işgüzar üslubda müəyyən sabit söz birləşmələrindən (məsələn, tədbir görmək, 
qüvvəyə minmək, qüvvədən düşmək, məsuliyyət daşımaq və s.) savayı, frazeoloji 
birləşmələrdən, məcazlardan, bədii ifadə vasitələrindən, bədii müqayisələrdən, 
epitetlərdən, təkrarlardan, bir qayda olaraq, istifadə olunmur. Bu da onu bədii 
üslubdan fərqləndirən əsas amillərdən biridir. 


İşgüzar üslubda isimlərin və fellərin işlənilməsinin bəzi cəhətləri diqqəti cəlb edir. 
İdarə adları bildirən sadə və mürəkkəb isimlər, vəzifə adları bildirən ümumi 
isimlər, bu vəzifə (direktor, müəllim, rektor, hakim, professor, nazir, müşavir) və 
şəxs adlarının, soyadların tez-tez işlənilməsinin vacibliyi işgüzar üslubun morfoloji 
əlamətlərindən biridir. İşgüzar üslubda şəxs adlarını göstərmək üçün 
mötərizələrdən istifadə olunur. Doğrudur, üslubi məqsəd və əlavə izahlar üçün 
başqa üslublarda da mötərizə işlədilir. Lakin burada başqa üslublardan fərqli 
olaraq, konkret şəkildə məsul şəxslərin adı, soyadı, idarə və təşkilat adları 
göstərilir. İşgüzar üslubun qanunvericilik yarımüslubunda konkret isimlərin 
(əsasən cəm halında) işlənilməsi xüsusi məqsəd daşıyır.



Yüklə 1,51 Mb.

Dostları ilə paylaş:
1   ...   10   11   12   13   14   15   16   17   18




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin