Ərbaycan dilində i şgüzar və akademik kommunikasiyanın m əzmunu və əsas anlayı ş



Yüklə 1,51 Mb.
Pdf görüntüsü
səhifə9/18
tarix21.09.2022
ölçüsü1,51 Mb.
#117909
1   ...   5   6   7   8   9   10   11   12   ...   18
852513773 (1)

eşitmirəm və ya Dinləyirəm, amma başa düşmürəm. 
Eşitmənin müxtəlif növləri vardır: 
1.Refleksiv və qeyri-refleksiv eşitmə. Refleksiv müəyyənləşmiş, hissləri əks etdirən 
dinləmədir, qeyri-refleksiv isə həmsöhbətin nitqinin məzmununa öz replika və iradları 


ilə müdaxilə etmədən qulaq asmaqdır. Qeyri-refleksiv dinləmənin ən vacib atributu 
sözsüz reaksiyalar, qeyri-verbal hərəkətlərdir: gözlə işarə etmək, başını tərpətmək, 
əlləri yelləmək və s. Qeyri-refleksiv dinləmələrdə cavablar qısa və konkretdir: Aha! 
Bəli! Yaxşı! Oldu! Maraqlıdır! və s. Əlbəttə, dinləmə zamanı tərəf-müqabilinə 
hisslərini bildirmək çox vacibdir. Refleksiv dinləmə həmsöhbətlə aktiv əlaqə yaratmaq, 
izah, açıqlamalar üçün qarşı tərəfə müraciətdir: Başa düşmədim. Nə demək istəyirsiniz? 
Zəhmət olmasa, bir də təkrar edin və s., eləcə də fikri başqa şəkildə ifadə etmək, də-
qiqliyi yoxlamaq üçündür: Belə başa düşdüm ki,... Siz demək istəyirsiniz ki,... Sizin 
fikrinizcə,... və s. Məntiq ifadələrin köməyi ilə dinləyənin emosional vəziyyətini əks 
etdirməyə yönəldir. Xülasədə natiqin əsas fikirləri və söylədikləri yekunlaşdırılır, belə 
ifadələr işlənməsi məqsədəuyğundur: Anladığım kimi; Belə düşünürsünüz ki,...; 
Dediklərinizi ümumiləşdirsək, deməli... və s. 
2.Aktiv və passiv dinləmə. Aktiv dinləmə ünsiyyət vəzifələrini formalaşdırmaq 
məqsədi daşıyır, qarşı tərəfi danışmağa sövq edir, deyilənləri dəqiq qavramağa çalışır, 
passiv dinləmə isə ünsiyyət stimullarının təsir prosesindəki vəziyyətin dəyişdirilməsi, 
danışıqlarda səbir nümayiş etdirilməsi, deyilənlərə əminlikdir. Hər iki dinləmənin 
ümumi cəhəti qarşı tərəfin maraqlı bir şey söyləyəcəyini gözləmək, diqqətdən 
yayınmamaq, uzunçuluq etməmək və mövzuya qayıtmaq cəhdidir. 
Aktiv dinləmə işgüzar ünsiyyətdə müvafiq suallarla fi- I kirlərin düzgünlüyünü 
dəqiqləşdirir, bərabər və ya avtori- Ur bir həmsöhbətlə aqressiv davranışın qarşısını 
alır və onu sakit ahəngə kökləməyə çalışır: Mən sizi düzmü başa düşdüm? Başqa sözlə, 
siz nəyi nəzərdə tutursunuz? Bəlkə, ümid 
Hirsiniz ki,...? Bəlkə, istərdiniz ki,...? və s. Lakin həmsöhbətin emosional, həyəcan 
vəziyyətində belə dinləməni tətbiq etmək məqsədəuyğun deyil. Passiv dinləmədə belə 
vəziyyətlərdə ürəyini və hisslərini boşaltmaq istəyən həmsöhbəti dəstəkləməyə hazır 
olması ifadə edilir. Belə dinləmə /amanı nə sakitləşmək üçün məsləhət, nə də sual 
verilir. 
Qıcıqlandırıcı sözlər işlətmək, hər ifadəyə cavab vermək olmaz. Reaksiya kimi belə 
ifadələr işlənə bilər: Bəli, bəli, sizi başa düşürəm; Əlbəttə, bu məsələdə kifayət qədər 
təcrübəniz var. Passiv dinləmədə qarşı tərəf sanki həmsöhbətlə eyni hisslər yaşadığını, 
onun emosional vəziyyətini başa düşdüyünü edir, belə məqamda tənqid, 
qiymətləndirmə, öyrətmə tamamilə yersizdir, mümkün, arzuolunan dinləmə texnika-
sından, həm də eşitmək və aktiv dinləmə mədəniyyətindən istifadə etmək tələb olunur. 
İşgüzar kommunikasiyanın aktiv dinləmə texnikasında əsas şərt qarşı tərəfi "ələ 
almaq", diqqətini cəlb etməkdir. Birinci mərhələdə qarşı tərəfin söylədiklərindən, əsas 
müddəalarından sitat gətirilir, ikinci mərhələdə söylədikləri kəlmə-kəlmə təkrar edilir, 
üçüncü mərhələdə sitatlar öz ifadələrinə daxil edilir, hətta sorğu intonasiyası ilə tez-tez 
təkrarlanır. Daha sonrakı mərhələlərdə qarşı tərəfin fikirlərinin mahiyyəti qısaldılmış 
şəkildə çatdırılır, onun məntiqi ilə təfsir olunur, dəqiqləşdirici, bəzən sınaq suallar 
verilir Başqa bir sadə, lakin vacib şərt həmsöhbətə adı ilə yox, hörmətli filankəs 
müəllim (burada müəllim sözü peşə mənasında deyil), hörmətli həmkarım və s. nitq 
etiketləri ilə müraciət etməli, nitq tempinə riayət olunmalı, həmsöhbətin gözlərinin 
içinə diqqətlə baxmamalı, sözünü kəsməməli və tez-tez etiraz bildirməməli, onu 
mənalı-mənalı süzməməli, diqqətiniz dağınıq olmamalı, özünüzü diqqətli göstərmək 
üçün yaxşı mənada başınızı tərpətməli. 


Əksər hallarda insanlar bir-birinin sözünü şüursuz şəkildə kəsirlər; müdaxilə 
etmisinizsə, həmsöhbətin düşüncə axınını dərhal bərpa etməyə çalışmaq lazımdır. 
Tələsik etirazlar çox vaxt danışanın dedikləri ilə razılaşmadıqda ortaya çıxır, çox vaxt 
insan dinləmir, ancaq beynində etirazını formalaşdırır, danışmaq üçün növbə gözləyir, 
nöqteyi-nə zərini əsaslandırmağa çalışır və həmsöhbətin, əslində, nə deməyə 
çalışdığının fərqinə varmır. 
Aktiv 
dinləmədə 
həmsöhbətinin 
üzünün ifadəsi, jestləri və duruşu 
müəyyənləşdirilməlidir. Mesajın tonuna diqqət yetirməli: məzmun və forma arasındakı 
hər hansı bir uyğunsuzluq dərində gizlənmiş hissləri açıqlaya bilər, vacib məqamlar 
çox vaxt fasilələr, təkrarlar, sözlərdə heca, cümlələrdə məntiqi vurğu və tərəddüdlərlə 
çatdırılır. Utancaq və ya fiziki qüsurlu pəltək həmsöhbətlərin danışığına başa düşürəm, 
əlbəttə kimi ürəkaçan şərhlər əlavə etmək, qarşı tərəflə maraqlanan bir görünüş almaq 
lazımdır. Özünüzü: həmsöhbətin yerinə qoymağa çalışın, vəziyyəti onun gözləri ilə 
qiymətləndirin və hər şeyi onun qulaqları ilə eşidin. 
Bəzən işgüzar ünsiyyət prosesinə xələl gətirən ifadələr işlədilir. Məsələn, mənfi 
qiymətləndirmə: Boşboğazlıq etmə ilə təfsir olunur, dəqiqləşdirici, bəzən smaq suallar 
verilir Başqa bir sadə, lakin vacib şərt həmsöhbətə adı ilə yox, hör- mətli filankəs 

Yüklə 1,51 Mb.

Dostları ilə paylaş:
1   ...   5   6   7   8   9   10   11   12   ...   18




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin