Ərbaycana dünyanı gətirən,beynəlxalq layihələrin tək ünvanı e-t



Yüklə 22,56 Kb.
tarix24.05.2018
ölçüsü22,56 Kb.
#51293
növüDərs

c:\users\user\desktop\poster\3e17324a-c35e-4379-9b14-de342074e326.jpg

Azərbaycana dünyanı gətirən ,beynəlxalq layihələrin tək ünvanı E-Twinning!

2013-cü ildən bəri Azərbaycan Respublikası Təhsil Nazirliyinin xətti ilə e-Twinninge +qoşulmuşuq.Artıq 5 ildir ki,dünya bizim dərs dediyimiz sinifdədir.Beynəlxalq layihələrə qoşulur,əksər dərslərimizi layihəyönümlü qururuq.(Müsabiqəyə aşağıdakı layihəni təqdim edirəm)



SAVE THE PLANET

“Save the planet” layihəsi e-Twinning çərçivəsində dünyanın müxtəlif ölkələrindən 208 müəllimin qoşulduğu bir Avropa layihəsidir.





Azərbaycan təmsilçisi olaraq layihədə iştirakımız çox quruvericidir.Layihəyə işlədiyim İsmayıllı şəhər İ.Həsənov adına 1 saylı tam orta məktəbn 7-a sinfi ilə qatılmışam.

Layihənin icra müddəti-15.09.2017-30.05.2018

Layihədə iştirak edən şagirdlərin yaş aralığı ; 10-16 yaş

Layihənin məqsədi;Ölkələrarası əməkdaşlıq etmək,”Yaşadığımız planeti necə qoruya bilərik?” Sualını şagirdlərlə cavablandırmaq,onlara insanların,canlıların,həyatının əhəmiyyətini,suyun,enerjinin,havanın,pulun və s qənaətlə işlədilməsini aşılamaq,dünyanın müxtəlif ölkələri ilə əməkdaşlıq edərək dostluq əlaqələri yaratmaq,müharibələrə nifrət bildirmək.Bütün bunlarla yanaşı şagirdlərin əməkdaşlığının möhkəmləndirilməsi,onların İKT bilik və bacarıqlarının artırılması əsas vəzifələrədən biridir.

Layihəyə qoşulan ölkələr(Hər ölkə xəritədə özünü təqdim edib)

https://www.zeemaps.com/map?group=2643544&add=1#(map)

Layihənin başlanğıcında müəllimlər özləri,yaşadıqları yer,işlədikləri məktəb,çalışacaqları sinif haqqında hazırlanmış ümumi Padletdə məlumatlar təqdim edir.(Padlet bir Web 2 alətidir ki,onun köməyi ilə,səs,şəkil,link,video və s istənilən formada təqdim etmək olur.)Nümunə üçün aşagıda özüm haqqında padleti təqdim edirəm.

https://padlet.com/b_abdullayeva/dgaudzbov904



Eyni zamanda Sway proqramı vasitəsilə ortaqlar öz ölkələri haqqında məlumat verir. https://sway.com/Ts27OFBvHnSzzhkB

Şagirdlər də bununla yanaşı Pover point proqramında ölkələrinə məxsus tarixi yerlər,milli adət-ənənələri haqqında da təqdimat edirlər(layihəyə əlavə olunub)

Qeyd edək ki,208 layihə ortqlarımızdan biri də Ermənistan məktəbidir.



Təqdim etdiyimiz materiallarda öz ölkəmiz haqqında geniş məlumat verməklə,onları arxa sırada qoyur,saxta tarixlərini əks etdirmələrinə mkan vermirik.Eyni zamanda qətiyyətlə müharibəyə nifrətimizi bildiririk.(Aşağıdakı tədbirlər 19 Sentyabr “Sülh günü “ sərgisindəndir.)





Layihə zamanı ilk öncə partner məktəblərdə şagirdlər layihənin mövzusuna uygun çəkdikləri rəsmlərədən ibarət “Save the planet” stendini və sinifdə layihə üçün guşə hazırlayırlar.

Sonra Animoto proqramında gördükləri işləri əks etdirən şəkillərdən ibarət çarx hazırlayıb ortaqlarına təqdim edirlər .

https://animoto.com/play/cF4Bq1XNCvlTeQgRpMokkw (linki kopyalayıb başqa səhifədə açmaqla baxmaq olur.)



Növbəti addımda şagirdlər və müəllimlər arasında Canva proqramında logo və poster yarışması keçirilir.Burada da məqsəd şagirdlərin öz fantaziyalarına uyğun şəkildə proqramıının köməyi ilə hazırladıqları logo və posterləri müsabiqəyə təqdim edirlər.

https://www.canva.com/design/DACd1swvoBM/VGGMBiVZLrLwSVXLtZLYEg/editR.Elvinin Canva proqramında hazırladığı işi”Qızların əl əməyi olan “Save the planet logosu



Emaze prorqamınn köməyi ilə gördükləri işləri təqdim edirlər

https://www.emaze.com/@AORTCZRLF/save-the-planet



Sonrakı mərhələdə partner siniflər canlı bağlantı quraraq ” The man” animasiya filmini izləyirlər.

https://www.youtube.com/watch?time_continue=192&v=-D9_1g_4FBM(Türkiyədən olan ortağımızın təqdim etdiyi video dərs birlikdə izlənilir sonra canlı bağlantı quraraq



şagirdlərlə fikir mübadiləsi yürüdülür.







Layihədə şagirdlərin mövzu ilə bağlı söz oyunları da nəzərdə tutulub.Onlar Word art ,Puzzle proqramları vasitəsilə müxtəlif sözlərdən ibarət kəlmə buludu oyunları hazırlayırlar. https://www.jigsawplanet.com/?rc=play&pid=39114c1b8bbe

Sinifdə hər bir şagirdin “1 şagird-1 kompyuter”müsabiqəsində qazandığımız netbukları ,e-lövhə,proyektor və sürətli internetin olması bizə bu işlərdə daha da kömək olur.

https://wordart.com/4w2fc0b09hvf/word-art-4



Layihəmizin növbəti mərhələrində Save the planet sərgisi hazırlamaq,Yeni il bayramında hazırladıqları poçt-cardların partner məktəblərə göndərmək planlaşdırılıb.

Layihə müddətində yaxın ərazilərdəki çay hövzəsi və yaxud parkların təmizliyində kollektiv şəkildə iştirak etmək,mövzu ilə bağlı maraqlı hekayə yazmaq və s nəzərdə tutulub.Şagirdlər bu zaman gördükləri işləri isə E-book proqramında hazırladıqları jurnalla partnerlarına təqdim edəcəklər. https://www.storyjumper.com/

Layihənin sonunda Save the planet layihəsinin rəmzi olaraq hər sinif üçün bir fidan əkmək nəzərədə tutulub.


SAVE THE PLANET
.

Yekun olaraq,layihənin ictimaiyyətə təqdimatı,şagirdlərin Publisher proqramında hazırladıqları bukletlərin yayılması və yerli mətbuatda layihənin işıqlandırılması nəzərdə tutulub.

.

İsmayıllı şəhər İ.Həsənov adına 1 saylı tam orta məktəbin Azərbaycan dili və ədəbiyyat müəllimi Bahar Abdullayeva.(Müsabiqə üçün)
Yüklə 22,56 Kb.

Dostları ilə paylaş:




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin