Әрбәин јолдашым


Həzrət Əlinin (ə) ziyarətinə piyada getməyin savabı



Yüklə 415,51 Kb.
səhifə13/15
tarix03.12.2018
ölçüsü415,51 Kb.
#85498
1   ...   7   8   9   10   11   12   13   14   15

Həzrət Əlinin (ə) ziyarətinə piyada getməyin savabı


Seyid ibn Tavus “Fərhə əl-ğəra” kitabında Səfvan ibn Cəmmaldan belə nəql edir: “İmam Sadiqlə (ə) birgə Kufəyə daxil olduq. Həzrət buyurdu: “Ey Səfvan! Dəvəni yatırt. Bura cəddim Əmirəlmömininin (ə) qəbridir”. Həzrət dəvədən aşağı düşüb qüsl aldı, təmiz paltarını geyindi, ayaqyalın yola düşdü və mənə buyurdu: “Mən nə edirəmsə, sən də et”. Sonra Nəcəf səmtinə yol alıb buyurdu: “Addımlarını qısalt, başını aşağı sal. Həqiqətən, atdığın hər addıma görə sənin üçün min savab yazılır, yüz min günahın məhv olur”. Həzrət gedir, mən də onunla birlikdə addımlayırdım. Tələsmədən və vüqarla yol gedirdik,” subhanəllah” və “la ilahə illəllah” zikrlərini deyirdik. Bir təpəyə çatdıq. İmam (ə) sol və sağ tərəflərinə baxdı. Əlindəki çubuqla bir xətt çəkib buyurdu: “Buranı axtar”. Torpağı təmizlədim və bir qəbir tapdım. Həzrətin gözlərinin yaşı üzünə süzüldü və dedi: “Biz Allah tərəfindən gəlmişik və Ona tərəf də qayıdacağıq... Salam olsun sənə, ey Allahın vəlisi...” Sonra özünü qəbrə yapışdırıb dedi: “Atam-anam sənə fəda olsun, ey möminlərin əmiri!”

Seyid ibn Tavus həmçinin nəql etmişdir ki, İmam Sadiq (ə) buyurub: “Kim Əmirəlmöminin Əlinin (ə) ziyarətinə piyada getsə, atdığı hər addım üçün iki həcc və iki ümrə savabı yazılar”. Yenə buyurub: “Əmirəlmöminin Əlinin (ə) ziyarəti yolunda toza bulaşan ayağa cəhənnəm odu toxunmaz”1.


Ərbəin səfərindən sonraya aid tövsiyələr


Əbu Abdullah Hüseynin (ə) ziyarəti Allahın lütfü və onun ən kiçik xeyri günühların bağışlanmasıdır. Ancaq bunlar hüseynçi olaraq qalan, ziyarət səfərinin mənəviyyatını qoruyub saxlayan adamlara aiddir. Qurani-kərim buyurur: “Şübhəsiz, “Rəbbimiz Allahdır!” – deyənlərin, sonra da (sözünün üstündə) möhkəm duranların heç bir qorxusu yoxdur və onlar qəm-qüssə görməyəcəklər!”2

Əvvəldə də vurğuladığımız kimi, İmam Hüseyni (ə) ziyarət etməyin həcc ziyarətinə bənzərliyi çoxdur. Hədisdə deyilir ki, hacını bir nur əhatə edər və bir günah etməyincə ondan ayrılmaz. İmam Hüseynin (ə) ziyarətində də belədir. Biz Ərbəin ziyarətçiləri təqva və insaniyyətlə Əbu Abdullah Hüseynin (ə) mənəvi nurunu əbədi olaraq özümüzdə saxlamağa çalışmalıyıq. Buna görə də, ziyarət səfərindən sonrakı dövr üçün də proqramımız olmalıdır.


Ərbəin ziyarətnamələri

Ərbəin günü İmam Hüseynə (ə) məxsus ziyarətnamə


Ərbəin günündə İmam Hüseyni (ə) ziyarətə aid iki ziyarətnamə nəql olunmudur. Onlardan biri Şeyx Tusinin “Təhzib” və “Misbah” kitablarında Səfvan Cəmmalın İmam Sadiqdən (ə), digəri isə Ətiyyənin Cabir ibn Abdulahdan nəql etdiyi ziyarətnamədir.

1. Səfvanın nəql etdiyi Ərbəin ziyarətnaməsi


Şeyx Tusi “Təhzib”1 və “Misbah”2 kitablarında Səfvan Cəmmaldan belə nəql edir: “Mövlam həzrət Sadiq (ə) Ərbəin ziyarətnaməsi barədə buyurdu ki, bu ziyarətnaməni günəş üfüqdən bir qədər qalxandan sonra bu qayda ilə oxu:


Ərbəin ziyarətnaməsinin ərəbcə mətni
السَّلامُ عَلى وَلِىِّ اللَّهِ وَ حَبيبِهِ. اَلسَّلامُ عَلى خَليلِ اللَّهِ وَ نَجيبِهِ. اَلسَّلامُ عَلى صَفِىِّ اللَّهِ وَابْنِ صَفِيِّهِ. اَلسَّلامُ عَلىَ الْحُسَيْنِ الْمَظْلُومِ الشَّهيدِ. اَلسَّلامُ على اَسيرِ الْكُرُباتِ وَ قَتيلِ الْعَبَراتِ. اَللّهُمَّ اِنّى اَشْهَدُ اَنَّهُ وَلِيُّكَ وَ ابْنُ وَلِيِّكَ وَ صَفِيُّكَ وَ ابْنُ صَفِيِّكَ الْفاَئِزُ بِكَرامَتِكَ اَكْرَمْتَهُ بِالشَّهادَةِ وَ حَبَوْتَهُ بِالسَّعادَةِ وَ اَجْتَبَيْتَهُ بِطيبِ الْوِلادَةِ وَجَعَلْتَهُ سَيِّداً مِنَ السّادَةِ وَ قآئِداً مِنَ الْقادَةِ وَ ذآئِداً مِنْ الْذادَةِ وَاَعْطَيْتَهُ مَواريثَ الاَنْبِياَّءِ وَجَعَلْتَهُ حُجَّةً عَلى خَلْقِكَ مِنَ الاَوْصِياَّءِ فَاَعْذَرَ فىِ الدُّعآءِ وَمَنَحَ النُّصْحَ وَ بَذَلَ مُهْجَتَهُ فيكَ لِيَسْتَنْقِذَ عِبادَكَ مِنَ الْجَهالَةِ وَحَيْرَةِ الضَّلالَةِ وَ قَدْ تَوازَرَ عَلَيْهِ مَنْ غَرَّتْهُ الدُّنْيا وَ باعَ حَظَّهُ بِالاَرْذَلِ الاَدْنى وَ شَرى آخِرَتَهُ بِالثَّمَنِ الاَوْكَسِ وَ تَغَطْرَسَ وَ تَرَدّى فى هَواهُ وَ اَسْخَطَكَ وَ اَسْخَطَ نَبِيَّكَ وَ اَطاعَ مِنْ عِبادِكَ اَهْلَ الشِّقاقِ وَ النِّفاقِ وَ حَمَلَةَ الاَوْزارِ الْمُسْتَوْجِبينَ النّارَ فَجاهَدَهُمْ فيكَ صابِراً مُحْتَسِباً حَتّى سُفِكَ فى طاعَتِكَ دَمُهُ وَاسْتُبيحَ حَريمُهُ. اَللّهُمَّ فَالْعَنْهُمْ لَعْناً وَبيلاً وَعَذِّبْهُمْ عَذاباً اَليماً. اَلسَّلامُ عَلَيْكَ يَا بْنَ رَسُولِ اللَّهِ. اَلسَّلامُ عَلَيْكَ يَا بْنَ سَيِّدِ الاَوْصِياَّءِ. اَشْهَدُ اَنَّكَ اَمينُ اللَّهِ وَابْنُ اَمينِهِ عِشْتَ سَعيداً وَ مَضَيْتَ حَميداً وَ مُتَّ فَقيداً مَظْلُوماً شَهيداً وَ اَشْهَدُ اَنَّ اللَّهَ مُنْجِزٌ ما وَعَدَكَ وَمُهْلِكٌ مَنْ خَذَلَكَ وَ مُعَذِّبٌ مَنْ قَتَلَكَ وَ اَشْهَدُ اَنَّكَ وَفَيْتَ بِعَهْدِ اللَّهِ وَجاهَدْتَ فى سَبيلِهِ حَتّى اَتيكَ الْيَقينُ. فَلَعَنَ اللَّهُ مَنْ قَتَلَكَ وَلَعَنَ اللَّهُ مَنْ ظَلَمَكَ وَلَعَنَ اللَّهُ اُمَّةً سَمِعَتْ بِذلِكَ فَرَضِيَتْ بِهِ. اَللّهُمَّ اِنّى اُشْهِدُكَ اَنّى وَلِىٌّ لِمَنْ والاهُ وَعَدُوٌّ لِمَنْ عاداهُ بِاَبى اَنْتَ وَاُمّى يَا بْنَ رَسُولِ اللَّهِ اَشْهَدُ اَنَّكَ كُنْتَ نُوراً فىِ الاَصْلابِ الشّامِخَةِ وَالاَرْحامِ الْمُطَهَّرَةِ لَمْ تُنَجِّسْكَ الْجاهِلِيَّةُ بِاَنْجاسِها وَلَمْ تُلْبِسْكَ الْمُدْلَهِمّاتُ مِنْ ثِيابِها وَاَشْهَدُ اَنَّكَ مِنْ دَعاَّئِمِ الدّينِ وَاَرْكانِ الْمُسْلِمينَ وَمَعْقِلِ الْمُؤْمِنينَ وَاَشْهَدُ اَنَّكَ الاِمامُ الْبَرُّ التَّقِىُّ الرَّضِىُّ الزَّكِىُّ الْهادِى الْمَهْدِىُّ وَاَشْهَدُ اَنَّ الاَئِمَّةَ مِنْ وُلْدِكَ كَلِمَةُ التَّقْوى وَاَعْلامُ الْهُدى وَالْعُرْوَةُ الْوُثْقى وَالْحُجَّةُ على اَهْلِ الدُّنْيا وَ اَشْهَدُ اَنّى بِكُمْ مُؤْمِنٌ وَبِاِيابِكُمْ مُوقِنٌ بِشَرايِعِ دينى وَخَواتيمِ عَمَلى وَ قَلْبى لِقَلْبِكُمْ سِلْمٌ وَ اَمْرى لاَمْرِكُمْ مُتَّبِعٌ وَ نُصْرَتى لَكُمْ مُعَدَّةٌ حَتّى يَاْذَنَ اللَّهُ لَكُمْ فَمَعَكُمْ مَعَكُمْ لا مَعَ عَدُوِّكُمْ. صَلَواتُ اللَّهِ عَلَيْكُمْ وَعلى اَرْواحِكُمْ وَ اَجْسادِكُمْ وَ شاهِدِكُمْ وَغاَّئِبِكُمْ وَ ظاهِرِكُمْ وَ باطِنِكُمْ. آمينَ رَبَّ الْعالَمينَ
Oxunuşu

Əssəlamu əla vəliyyillahi və həbibih. Əssəlamu əla xəlilillahi və nəcibih. Əssəlamu əla səfiyyillahi vəbni səfiyyih. Əssəlamu ələl Husəynil-məzlumiş-şəhid. Əssəlamu əla əsiril-kurubati və qətilil-əbərat. Allahummə inni əşhədu ənnəhu vəliyyukə və səfiyyukə vəbnu səfiyyik, əl-faizu bikəramətik, əkrəmtəhu biş-şəhadəti və həbəvtəhu bis-səadəti, vəctəbəytəhu bi tibil-viladəti və cəəltəhu səyyidən minəs-sadəti və qaidən minəl-qadəti və zaidən minəz-zadəti və ətəytəhu məvarisəl-ənbiyai və cəəltəhu huccətən əla xəlqikə minəl-əvsiyai fə əzərə fid-duai və mənəhən-nushə və bəzələ muhcətəhu fikə liyəstənqizə ibadəkə minəl-cəhaləti və həyrətiz-zəlaləti və qəd təvazərə ələyhi mən ğərrəthud-dunya və baə həzzəhu bil-ərzəlil-ədna və şəra axirətəhu bissəmənil-əvkəsi və təğətrəsə və tərədda fi həvahu və əsxətəkə və əsxətə nəbiyyəkə və ətaə min ibadikə əhləş-şiqaqi vən-nifaqi və həmələtəl-əvzaril-mustəvcibinən-nar, fəcahədəhum fikə sabirən muhtəsibən, hətta sufikə fi taətikə dəmuhu vəstubihə hərimuh. Allahummə fələnhum lənən vəbila və əzzibhum əzabən əlima. Əssəlamu ələykə yəbnə Rəsulilləh. Əssəlamu ələykə yəbnə səyyidil-əvsiya. Əşhədu ənnəkə əminullahi vəbnu əminihi, iştə səidən və məzəytə həmidən və muttə fəqidən məzlumən şəhida. Əşhədu ənnəllahə muncizun ma vəədəkə və muhlikun mən xəzələkə və muəzzibun mən qətələkə. Əşhədu ənnəkə vəfəytə biəhdillahi və cahədtə fi səbilihi hətta ətakəl-yəqin. Fələənəllahu mən qətələkə və ləənəllahu mən zələməkə və ləənəllahu ummətən səmiət bizalikə fərəziyət bih. Allahummə inni uşhidukə ənni vəliyyun limən valahu və əduvvun limən adahu. Bi əbi əntə və ummi yəbnə Rəsulillah. Əşhədu ənnəkə kuntə nurən fil-əslabiş-şamixəh vəl-ərhamil-mutəhhərəh, ləm tunəcciskəl-cahiliyyətu bi əncasiha və ləm tulbiskəl-mudləhimmatu min siyabiha. Və əşhədu ənnəkə min dəaimid-din və ərkanil-muslimin və məqilil-muminin. Və əşhədu ənnəkəl-imamul-bərrut-təqiyyur-rəziyyuz-zəkiyyul-hadil-məhdiyy. Və əşhədu ənnəl-əimmətə min vuldikə kəlimətut-təqva və əlamul-huda vəl-urvətul-vusqa vəl-huccətu əla əhlid-dunya. Və əşhədu ənni bikum mumin və bi iyabikum muqin bişəraii dini və xəvatiimi əməl, və qəlbi liqəlbikum silmun və əmri liəmrikum muttəbi və nusrəti ləkum muəddəh, hətta yəzənəllahu ləkum. Fəməəkum, məəkum, la məə əduvvikum, sələvatullahi ələykum və əla ərvahikum və əcsadikum və şahidikum və ğaibikum və zahirikum və batinikum. Amin, Rəbbəl-aləmin!


Tərcüməsi

Salam olsun Allahın vəli və həbibinə! Salam olsun Allahın dostuna və nəcib bəndəsinə! Salam olsun Allahın seçilmiş bəndəsinin oğlu olan seçilmiş bəndəsinə! Salam olsun məzlum və şəhid Hüseynə (ə)! Salam olsun ən ağır bəlalar əsirinə və göz yaşları şəhidinə! İlahi, mən şəhadət verirəm ki, o, Sənin vəlin və vəlinin övladı, Sənin seçdiyin və seçdiyin şəxsin övladıdır. O, Sənin kəramətinə nail oldu. Sən onu şəhadət feyzi ilə ucaldıb xüsusu səadətə qovuşdurdun və nəsil paklığı ilə seçərək böyüklərdən, rəhbərlərdən və haqq müdafiəçilərindən biri etdin. Ona peyğəmbərlərin mirasını verərək yaranmışlara höccət olan canişinlərdən etdin. O da yetərincə dəvət etdi, nəsihətini əsirgəmədi, bəndələrini cəhalət və azğınlıqdan xilas etmək üçün Sənin yolunda canını verdi. Təfriqə və nifaq yolunu tutmuş, bununla da cəhənnəmə layiq olmuş bəndələrinə itaətkar olan, dünyaya aldanmış, axirətini dəyərsiz qiymətə satmış, nəfs quyusunda batmış, Səni və Peyğəmbərini (s) qəzəbləndirmiş və ağır günah yükü götürmüş bəndələrin onun əleyhinə əlbir oldular. O, Sənin yolunda dözümlə mübarizə apardı, nəhayət, bu yolda qanı töküldü və təhqir olundu. İlahi! Sən onlara daim lənət et, onları şiddətli əzabınla cəzalandır! Salam olsun sənə, ey Peyğəmbər övladı! Salam olsun sənə, ey övliyalar ağasının övladı! Şəhadət verirəm ki, sən Allahın əmanətdarısan və əmanətdar olmuş şəxsin övladısan. Xoşbəxt yaşadın, ömrünü tərifli halda başa vurdun, məzlum və şəhid halda dünyadan köçdün. Bir daha şəhadət verirəm ki, Allah-Taala sənə verdiyi vədi həyata keçirəcək, səni yalqız qoyub xar edənləri həlak edəcək və qatillərini cəzalandıracaq. Şəhadət verirəm ki, sən Allahla əhdə vəfa edib Onun yolunda ömrünün sonuna qədər mübarizə aparmısan. Allah-Taala səni öldürənlərə, sənə zülm edənlərə lənət eləsin. Allah sənin öldürüldüyünü eşidib buna razı olanlara lənət eləsin. İlahi! Mən Səni şahid gətirirəm ki, o həzrəti sevənləri sevirəm, ona düşmən olanlarla düşmənəm. Atam-anam sənə fəda olsun, ey Allah rəsulunun övladı! Şəhadət verirəm ki, sən ali məqamlı ata-babalarının belində və pak-pakizə anaların rəhmində bir nur idin. Cahiliyyət nəcasətləri sənə bulaşmamış, çirkli geyimlər səni örtməmişdir. Şəhadət verirəm ki, həqiqətən, sən dinin əsaslarından, müsəlmanların rəhbərlərindən və möminlərin himayədarlarındansan. Şəhadət verirəm ki, sən xeyirxah, təqvalı, bəyənilmiş, pak, hidayət edən və hidayət olmuş rəhbərsən. Şəhadət verirəm ki, imam övladların təqva nümunələri, hidayət bayraqları, qırılmaz iplər və bütün dünyaya höccətdirlər. Şəhadət verirəm ki, sizə etiqadlı, dinimin qanunları və işlərimin sonu ilə qayıdışınıza əminəm. Qəlbim qəlbinizə təslim, əməlim əməlinizə tabedir. İndi də, Allah sizə zühur izni verəndə də sizə yardım etməyə hazıram. Sizinləyəm, düşmənlərinizlə deyil, sizinləyəm. Allahın salamı olsun sizə, sizin ruh və bədənlərinizə! Allahın salamı olsun sizin hazır və qaib, aşkar və gizli olanlarınıza. Ey aləmlərin Rəbbi, duamı qəbul et!

Sonra iki rəkət namaz qıl və namazdan sonra istədiyin duanı et.


Yüklə 415,51 Kb.

Dostları ilə paylaş:
1   ...   7   8   9   10   11   12   13   14   15




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin