“Ermənistan-Azərbaycan Sülh Platforması”
DƏSTƏK AKTI
Təşkilatın adı: __________________________________________
Ölkə: __________________________________________
Əlaqə vasitələri (elektron poçt ünvanı, telefon nömrəsi): _____________________________
Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə həllinin vacibliyini qəbul edərək,
Azərbaycan və Ermənistan respublikalarının ərazi bütövlüyü və suverenliyinə, habelə hər iki dövlətin beynəlxalq səviyyədə tanınmış sərhədlərinə hörmət və dəstəyi bir daha qeyd edərək,
BMT Təhlükəsizlik Şurasının qəbul etdiyi müvafiq qətnamələrin, habelə digər beynəlxalq təşkilatların qətnamə və qərarlarının icrasının vacibliyini dərk edərək,
ATƏT Minsk Qrupunun münaqişənin sülh yolu ilə həlli istiqamətində fəaliyyətinin vacibliyini anlayaraq və bu fəaliyyəti dəstəkləyərək,
Erməni və Azərbaycan xalqlarının birgə yaşayışla əlaqədar ümumi ənənələrinə istinad edərək,
Münaqişənin həll olunmaması nəticəsində iki ölkədə yetişməkdə olan nəsillərin bir-biri haqqında təsəvvürlərini yalnız müharibə kontekstində formalaşdığını təəssüflə qeyd edərək,
Xalqların sülh şəraitində birgə yaşayışını və uzun müddət davam edən münaqişənin həllini dəstəkləyərək,
Təşkilat adından, mən,______________________________________, bununla bu təşəbbüsə öz dəstəyimi ifadə edirəm və əsas məqsədi Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həllinə töhfə vermək olan “Ermənistan-Azərbaycan Sülh Platforması”na qoşulmağımı təsdiq edirəm.
İmza:
Tarix:
Dostları ilə paylaş: |