327.Bərk marqarinlər kimyəvi tərkibinə görə maye marqarindən nə ilə fərqlənir?
A)daha çox heyvanat yağı olmasına görə
B)daha çox bitki yağı olmasına görə
C)tərkibindəki mineral maddələrin miqdarına görə
D)konsistensiyasına görə
E)saxlanmaya davamlığına görə
328.Reyxet - Meyssel ədədlə heyvanat yağlarında hansı maddələrin miqdarı təyin edilir?
A)suda həll olan uçucu yağ turşuların miqdarı
B)suda həll olan turşuların miqdarı
C)yağda həll olan qələvilərin miqdarı
D)qələvidə həll olan yağ turşularının miqdarı
E)turşuda həll olan yağların miqdarı
329. Mətbəx yağlarının fiziki- kimyəvi keyfiyyət göstəricilərinin qiymətləndirilməsi zamanı hansı göstəricilər təyin edilir?
A)yağın, turşuluğun, uçucu maddələrin miqdarı, ərimə və donma temperaturu
B)turşuluğu, yağın miqdarı, dadı, ərimə və donma temperaturu
C)dadı, iyi, turşuluğu, uçucu maddələrin miqdarı, konsistensiyası
D)yağın miqdarı, turşuluğu, rəngi, dadı, suyun miqdarı
E)turşuluğun, yağın, uçucu maddələrin miqdarı, dadı, konsistensiyası
330.Yağların qaxsıma dərəcəsini əks etdirən turşuluq ədədi ilə birlikdə yağların təzəliyi haqqında fikir yürüdən ədəd hansıdır?
A)peroksid ədədi
B)turşuluq ədədi
C)yod ədədi
D)sabunlaşma ədədi
E)Reyxert- Meyssel ədədi
Dostları ilə paylaş: |