Eşq qiBLƏSİ KƏRBƏla hacı İlqar İbrahimoğlu


Əsri-Aşurayədək olan dövran



Yüklə 0,86 Mb.
səhifə12/100
tarix10.01.2022
ölçüsü0,86 Mb.
#107765
1   ...   8   9   10   11   12   13   14   15   ...   100
Əsri-Aşurayədək olan dövran

Aşura günü isə söz müstəvisindən əməl müstəvisinə keçid edilir. İmamın (ə) buyurduğu sözləri hər kəs əməli formada, praktik formada həyata keçirir. Bir Aşura qəhrəmanlıq və izzətlilik məktəbinin əsası qoyulur burada. Bu mərhələ o vaxta qədər davam edir ki, Aşuranın əsr vaxtı yetişir, Əba Əbdillah (ə) öz Rəbbinə qovuşur. Bir bəşəri faciə yaşanır burada. Amma, eyni zamanda, əsrlərə yönəlik bir dönməzlik və şücaət abidəsi qoyulur burada. Haqqın nahaqqa qarşı duruşu var burada. Və bu duruşun bütün qeyri-bərabərliyinə baxmayaraq, Haqq təmsilçisinin zahirdə həlak edilməsinə, üzərindən atların çapılmasına, hər cür vəhşiliklərə məruz qalmasına baxmayaraq, nahaqq üzərində sarsıdıcı və birmənalı qələbə çalması var burada. Kəmiyyətin böyük əhəmiyyət daşımamasına, həlledici amil olmamasına sübut var burada. Sayı 100-dən çox olmayan, amma 30 minlik azğın qoşunun qarşısında öz qanları ilə yenilməzlik, sədaqət, əhdə vəfa, şəfqət, fədakarlıq, qeyrət salnaməsi yazan İNSANların qəhrəmanlıq eposu var burada. Sonadək əyilməyən, ağlagəlməz imtahanlardan ən şərəfli durumda çıxan sadə insanların bir İlahi əhvalatı var burada...

Nə qədər nümunələr var Aşurada! Düşmən sarsılmışdı bu qəhrəmanlıqdan! Bu yenilməzlik və qəhrəmanlıqlar sanki daha da azğınlaşdırmışdı düşməni. Çünki daha da güclü hiss edirdi, daha da çox duyurdu öz rəzilliyini, acizliyini, gücsüzlüyünü bu qurbanlar, fədakarlıqlar fonunda, bu eşq, bu məhəbbət fonunda zəlil olmuş düşmən…


Yüklə 0,86 Mb.

Dostları ilə paylaş:
1   ...   8   9   10   11   12   13   14   15   ...   100




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin